Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə3/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   2   3   4   5   6   7   8   9   ...   145

M

əsul redaktordan 

10 

ki, 


əsasən məşhur  və  ya vaxtilə  çox  tanınan  abidələr üstünlük təşkil  edir. 

“XX 


əsr Azərbaycan musiqi elminin abidələri” silsiləsindən hər bir nəşri biz 

el

ə hazırlamağa çalışacağıq ki, o, kiçik bir “mədəni hadisəyə” çevrilsin.   



H

ər bir abidə, öz əsasında elmi fikrin daşıyıcısı olaraq, öz dövrünün 

v

ə öz xalqının təmsilçisidir. Abidə insanlarla - onun yaradıcıları və oxucu-



ları  ilə  əhatə  olunur. O, insanlar tərəfindən və  insanlar üçün  yaradılır,  o, 

əllifin, xalqın, dövrün göstəricisidir. Bu insanlar da abidənin özündən az 



maraq k

əsb etmir. Abidə onunla əhəmiyyətlidir ki, o, insanın məğzini açır.  

əllifin  şəxsiyyətini, onun tərcümeyi-halını,  yaradıcılığını,  bu  və 



ya dig

ər əsərin yaradıcılıq prosesini bilmək həmin əsəri işıqlandıraraq, onun 

d

ərk olunmasını dərinləşdirir.    



Seriyanın redaksiya kollegiyası çalışır ki:  

-  abid


ənin bütün “sirləri”ni və elmi anlamının xüsusiyyətlərini həm 

musiqi hazırlıqlı, həm də geniş oxucuya aşılasın; 

-  oxucuya bu abid

ənin dərin tarixi və  elmi dərki  üçün  lazım  olan 

bütün materialı, dəqiq şərhlərlə və nəşrə əlavə tədqiqatlarla təqdim etsin;  

-  oxucuda dig

ər  xalqların  mədəniyyətlərinə  hörmət  aşılamaq,  ona 

Az

ərbaycan multikulturalizminin, bəşəri mədəniyyətin beynəlxalq həmrəyli-



yinin d

əyərini və çoxcəhətliliyini başa düşmək üçün kömək etməyə çalışır. 

Seriyanın kitablarını fərqləndirən əsas cəhət - elmilikdir, buna görə 

d

ə onlar hər şeydən əvvəl, musiqişünaslar, tarixçilər, kulturoloqlar, filosof-



lar, s

ənətşünaslar,  humanitar  ali  məktəblərin professor və  müəllimləri, 

t

ələbələri və ümumilikdə bu növ ədəbiyyatla çiddi maraqlanan oxuculara və 



n

əhayət,  biblioqraflara  ünvanlanıb.  Lakin  onlar  sadəcə  təhsilli  şəxslərə 

aiddir. Əlbəttə ki, silsilənin öz kolleksionerləri meydana gələ bilər.  

N

əşr  haqqında  əsas məlumatları  yekunlaşdıraraq,  onun  ərsəyə  gəl-



m

əsində və işıq üzü görməsində yaxından köməklik göstərən və əmək sərf 

ed

ən şəxslərə öz minnətdarlığımı bildirmək istərdim. 



İlk  növbədə, Azərbaycan  Respublikasının  Mədəniyyət və  Turizm 

Nazirliyin

ə və şəxsən cənab nazir Əbülfəz Qarayevə, Üzeyir Hacıbəyli ad. 

Bakı  Musiqi  Akademiyasının  rektoru,  SSRİ  xalq  artisti,  professor  Fərhad 

B

ədəlbəyliyə dərin ehtiramımı bildirirəm. 



 

Tariyel M

əmmədov 


 

 

 

 

 

 

 

 

 

ÖN SÖZ 



Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

13 


 

 

 



 

 

 



 

MÜƏLLİFDƏN 

 

 

Az



ərbaycanda təsərrüfat və mədəni quruculuq işlərində tarixdə misli 

görünm


əmiş nailiyyətlər əldə edilmişdir. Bu müvəffəqiyyətlər xüsusi olaraq 

Az

ərbaycan  musiqi  sənətinin  coşqun  yüksəlişi  və  böyük  inkişafında  öz 



parlaq ifad

əsini tapmışdır. Hazırda Azərbaycan nəinki təkcə Şərq aləmində, 

h

ətta bütün dünyada gündən-günə çiçəklənən və inkişaf edən zəngin musiqi 



m

ədəniyyətinə malik bir ölkə kimi tanınmaqdadır. 

Çoxmill

ətli musiqi sənətinin möhtəşəm və yenilməz şaxələrindən biri 



olan  Az

ərbaycan  musiqi  mədəniyyəti  musiqi  xəzinəsinə  qiymətli  bir  inci, 

parlaq  bir  gövh

ər  kimi  daxil  olmuşdur.  Hazırda  Azərbaycanın  musiqi 

s

ənətkarları,  ustadları,  bəstəkarları  musiqiçilər  ordusunda  görkəmli  bir 



d

əstəni  təşkil  edir.  Azərbaycan  bəstəkarlarının  yüksək  bədii  keyfiyyətli 

əsərləri dünyanın hər yerində səslənməkdədir. 

İctimai  ideologiya  formalarından  biri  olan  və  həyatı  xoş  təranələr, 

göz

əl  ləhnlər  və  bədii  obrazlarda  əks  etdirən  musiqi  sənəti  xalqımızın 



m

əişətində  ictimai-ideoloji,  mədəni-tərbiyəvi  və  təşkiledici  rol  oynayır. 

Musiqi 

xalqın  mənəvi  aləmini  daha  da  zənginləşdirən,  qəlblərdə  bədii 



h

əyəcan  duyğusu  yaradan,  şüurumuzda  dərin  emosional  təsir  oyadan 

qüdr

ətli bir amildir. 



M

əhz buna görə də musiqi sənətinin ümumi problemlərinin (o cümlə-

d

ən, birinci növbədə real həyat həqiqətlərinin əks olunması, musiqinin inki-



şaf prosesində müəyyən edilmiş əsas musiqi qayda və normalarının) öyrənil-

m

əsi işində musiqi haqqında elmin - musiqişünaslığın əhəmiyyəti çox böyükdür.  




əllifdən 

14 

Musiqişünaslıq özlüyündə bir-biri ilə üzvi surətdə bağlı olan bir neçə 



sah

əni əhatə edir:  

1)  Musiqi  s

ənətinin  xüsusiyyətini,  onun  növlərini,  ifadə  üsullarını, 

üslub m

əsələlərini təhlil və təsbit edən musiqi nəzəriyyəsi;  



2)  Musiqi  s

ənətinin  ictimai  mahiyyətini,  cəmiyyətdəki  mövqeyini, 

yaradıldığı  ən  qədim  zamanlardakı  ibtidai  (ən  sadə  və  bəsit)  şəklindən 

başlamış  ta  müasir  yüksək  bədii  keyfiyyətə  çatmasının  ardıcıl  inkişaf 

m

ərhələlərini tədqiq edib öyrənən musiqi tarixi;  



3)  Xalq 

mahnı  yaradıcılığını,  xalq  musiqi  alətlərini  və  ümumiyyətlə 

xalq musiqi h

əyatını öyrənən musiqi etnoqrafiyası (musiqi folkloristikası);  

4)  Musiqi  al

ətlərinin  konstruksiyasını,  ifadə  prinsiplərini,  səslənmə 

vasit

ələrini  və  həm  də  musiqi  alətlərinin  təkmilləşdirilmə  tarixini  öyrənən 



musiqi al

ətşünaslığı;  

5)  Musiqi  s

əslərinin  təbiətini,  həmahəng  səslənmə  xassələrini  və 

musiqi s


ədaları sistemini və köklərin (məqamların) mahiyyətini tədqiq edən 

akustika elmi;

1

  



6)  musiqi 

yaradıcılığı  və  musiqini  qavramaq,  anlamaq,  dərk  etmək 

m

əsələlərini öyrənən elm – musiqi psixologiyası;  



7)  Müasir  musiqi 

əsərləri  (o  cümlədən  sənətdə  yüksək  ideyalılıq  və 

b

ədii  kamillik,  ustalıq,  ifaçılıqda  yüksək  məharət  məsələləri)  və 



ümumiyy

ətlə müasir musiqi praktikası ilə əlaqədar bütün mühüm məsələləri 

v

ə  eləcə  də  keçmiş  musiqi  həyatındakı  hadisələri  müasir  ictimai  həyat 



m

ənafeyi  nöqteyi-nəzərindən  təhlil  etmək  və  onlar  haqqında  mülahizələr, 

fikirl

ər, rəylər irəli sürmək – musiqi tənqidi



Bütün  bu  musiqi  f

əaliyyəti  ilə  bilavasitə  əlaqədar  olan  məsələlərdə 

fikir  ifad

əsinin  dəqiq  olması  üçün  semasioloji  cəhətdən  konkret  və 

əyyən, yekmənalıq şərtinə müvafiq, daşıdığı məfhumu düzgün və dürüst 



sur

ətdə  verməkdə  aydın  və  sərrast  sözlərə  –  terminlərə  nə  qədər  böyük 

ehtiyac 

olduğu məlumdur. 

                                                           

1

 



Musiqi  akustikası  əslində  iki sahəni tədqiq  еdir;  a)  fiziki  akustika  (burada  еlastiki 

cisiml


ərin еhtizaz qanunları, rеzоnans və ümumiyyətlə səslənmə məsələləri işıqlandırılır); 

b)  psiхо-fiziоlоji  еşidiş  məsələləri  (burada  еşidiş  əzalarının  хassəsi,  еşitmə  təsiri,  еşidiş 

prоsеsində əmələ gələn təsəvvür və sairədən bəhs оlunur). 



Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə