76
İstənilən bir sahənin strateji təhlili həmin sahənin
fəaliyyət mühitinin və
bazarın mənfəətlilik perspektivlərinin qiymətləndirilməsi ilə həyata keçirilə bilər.
Konkret bazarda təşkilatın imkanları və təhlükələrinin qiymətləndirilməsi bu
prosesin tərkib hissələrindən biri kimi sayılır. Belə tədqiqatın əsas metodlarından biri
strateji idarəetmədə istifadə olunan təhlil metodudur. Bu metod verilmiş hər bir
vəziyyətdə təşkilatın güclü və zəif cəhətlərini üzə çıxarmağa və eyni zamanda
potensial imkanları və təhlükələri qiymətləndirməyə imkan verir.
Əldə olunan
nəticələrin müqayisəsi zamanı bazarın verdiyi imkanlardan istifadə edilməsində
daxili imkanların və zəif cəhətlərin müəyyənləşdirilməsi, xarici mühitin yaratdığı
təhlükələrin və problemlərin təsirinin azaldılması üçün öz potensialından istifadə
yolarının göstərilməsi üçün böyük əhəmiyyət daşıyır. Bir çox hallarda yaxşı nəticələr
əldə edilməsi müəyyən dövrün keçməsini tələb edir. Belə ki,
müəssisənin xarici
mühiti onun qarşısında proqnozlaşdırılması çox çətin olan gözlənilməz problemlərlə
qarşısına çıxması imkanına malikdir. Menecerlərin yüksək peşəkarlığı məhz bu kimi
hallarda müəssisənin böhranlardan müdafiə edilməsində və biznesdə mövqeyinin
daha az itkilərlə qorunub saxlanılmasında özünü büruzə verir.
Dostları ilə paylaş: