15
1.2. Dövlət büdcə xərclərinin maliyyələşmə forması və metodları
Təcrübədə büdcə təxsisatının istifadəsində büdcə maliyyələşdirilməsindəki
metoddan istifadə edilir:
«netto-büdcə» sistemi üzrəmaliyyələşmə. Pul vəsaitlərinin verilməsi
bu üsulu onunla xarakterizə edilir ki, bu zaman büdcə maliyyələşməsi
təsdiq olunmuş büdcə nəzərdə tutulmş məsrəf ətrafında məhdud
olmalıdır;
«Brutto-büdcə» sistemi üzrə maliyyələşmə 0 bu sistem tam büdcədən
maliyyələşən müəssisə və təşkilatlarda tətbiq edilir. Bu halda büdcə
vəsaiti bütün növ xərclərin hansı ki, istər cari və istərsə də büdcə
təşkilatının fəaliyyətinin genişləndirilməsi əlaqədar xərclər üçün
ayrılır.
Maliyyə ilində nəzərdə tutulan büdcə öhdəliklərinin icrası üçün büdcə
təxsisatlarının maliyyələşdirilməsi yolu ilə büdcə maliyyələşdirilməsi həyata
keçirilir.
Büdcə təxsisatına aşağıdakıar aid edilir:
Dövlətə (bələdiyyələrə) göstərilən xidmətlərə (icra olunan işlərə), o
cümlədən dövlətə (bələdiyyələrə) kantrakt əsasında göndərilən malların,
icra olunmuş işlərin, göstərilən xidmətlərin ödənilməsi üçün ayrılan
təxsisatlar;
Əhalinin sosial təminatı;
Dövlət (bələdiyyə) təşkilatları hesab edilməyən hüquqi şəxslərə büdcə
investisiyalarına təxsisatlar;
Hüquqi şəxslərə, fərdi sahibkarlara (dövlət və bələdiyyələrdən başqa)
fiziki şəxslərə subsiyadaların verilməsi;
Büdcələrarası transferlərin verilməsi;
16
Beynəlxalq hüquq subyektlərinə üzvlük haqlarının, əvəzsiz olan
ödənişlərin köçürülməsi;
Dövlət (bələdiyyə) borclarına xidmətlərə;
Azərbaycan Respublikasının onların subyektlərinin, bələdiyyələrin,
hüquqi şəxslərin, vətəndaşların, dövlət hakimiyyət orqanlarının və
onların vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində dəymiş
ziyanın ödənilməsi ilə əlaqədar iddialar üzrə məhkəmə aktların
(qərarların) icrasına.
Büdcə maliyyələşməsinin əsas elementi büdcədən vəsaitin verilməsi
metodudur. Bu metodun köməyi ilə maliyyə orqanları büdcədə nəzərdə tutulmuş
tədbirlər
üçün
pul
vəsaitləri
ilə
təmin
edir,
maliyyə
resurslarının
bölüşdürülməsində mövcud praporsiyaları tənzimləyir.
Dövlətin maddi istehsal sferasında istehsala, mənzil – məişət təsərrüfat
xərcləri ölkə iqtisadiyyatının real sektorunun maliyyələşdirilməsi xərclərinə aid
edilir.
Büdcə vəsaitləri nazirliklərə, baş idarə və müəssisələrin istehsalının
genişləndirilməsi ilə əlaqədar məsrəflərə (kapital qoyuluşuna), sadə təkrar
istehsalın təmin edilməsinə (subsidiya, datasiya və transferlər) əməliyyatlara və
sair xərclərə verilir.
Xalq təsərrüfatının maliyyələşdirilməsi xərcləri nazirlik baş idarə və
münasibətlər üzrə planlaşdırılır və eyni zamanda məqsədli təyinat üzrə nəzərdə
tutulur.
Büdcə vəsaitlərinin əsas hissəsi xalq təsərrüfatının üstün sahələrinə ayrılır ki,
bunlara yanacaq sənayesi energetika, kənd təsərrüfatı və nəqliyyat sahələrini aid
etmək olar.
Büdcə vəsaitlərinin məqsədli istifadəsi baxımından iqtisadiyyatın inkişafı
üçün kapital qoyuluşunun maliyyələşdirilməsi xərcləri daha böyük əhəmiyyət kəsb
edir.
17
Kapital qoyuluşunun maliyyələşdirilməsi istehsal və qeyri-istehsal təyinatlı
yeni və fəaliyyətdə olan əsas fondların genişləndirilməsinə pul vəsaitlərinin
verilməsidir.
Büdcə resurslarının məhdudluğu ilə əlaqədar olaraq məqsədli proqramlara
daxil edilən və ya icra hakimiyyəti orqanları qərarları ilə həyata keçirilən tədbirlər
üzrə investisiyaları pul vəsaitləri ayrılır.
İqtisadiyyatın maliyyələşdirilməsi xərclərinin mühüm istiqaməti hüquqi
şəxslərə müxtəlif subsidiyaların, datasiyaların və subversiyaların verilməsidir. Bu
vəsaitlər dövlət, bələdiyyə və özəl müəssisələrin müxtəlif cari xərclərini və
zərərlərini ödəmək üçün ayrılır.
Bu xərclərin əsas hissəsi kömür sənayesinə, aqrar sənaye komplekslərinə,
mənzil məişət, şəhər nəqliyyatına və iqtisadiyyatın digər sahələrinə yönəldilir.
Sosial ehtiyaclara xərclər dövlətin sosial funksiyalarının yerinə yetirilməsi ilə
əlaqədardır. Bu xərclər aşağıdakı qruplara bölünür:
Təhsil;
Mədəniyyət, kinomotoqrafiya;
Kütləvi informasiya vasitələri;
Səhiyyə;
Bədən tədbiyəsi və idman;
Sosial siyasət.
Sosial ehtiyaclara xərclər smeta planlaşdırılması prinsipləri əsasında
müəyyən edilir. Bu xərclər konkret tədbirlər və məsrəf növləri üzrə
maliyyələşdirilir. Xərclərin həcmi qeyri istehsal sferasının idarələrində tərtib
olunan smetalar və maliyyə orqanları tərəfindən hesablanmış təxsisatın əsasındv
aparılmış əməliyyatlar və s metodlarla müəyyən edilir. Büdcə təşkilatlarının
smetaları üzrə xərclərin hesablanmasının əsasını onların fəaliyyət göstəriciləri
(sinif şagirdlərinin sayı, tədris qruplarının sayı, tədris sinif, çarpayı aparılan
əməliyyatların sayı və s.) təşkil edir.
Bu zaman təşkilatın il ərzində fəaliyyəti nəzərdə tutulmalıdır.