Elşən Misir oğlu Nəsibov


Böyük dövlətlərdən ayrılmanın kiçik xalqlar üçün uğursuz



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə80/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   77   78   79   80   81   82   83   84   85

272
 
 
Böyük dövlətlərdən ayrılmanın kiçik xalqlar üçün uğursuz 
nəticələri haqqında 
 
Bu  gün  insanın  sağlam,  gümrah,  firavan  həyatı  sivil  və 
inkişaf  etmiş  dövlətlərin,  dövlətlər  birliyinin  xidmət  amalıdır, 
xidmət  obyektidir.  İnkişaf  etməmiş,  kasıb  ölkələrdə  isə 
insanların adi hüquqları təmin oluna bilmir. Çünki, baza hüquq 
və  azadlıqları  qidalandıran  üst  hüquqların  təminatı 
problemlərlə  üzləşir.  Hüquqların  passiv  hissəsi  (“yatan 
hissəsi”)  olan  baza  hüquq  və  azadlıqlar  üçün  aktiv  fazada 
böyük  çatışmazlıqlar  yaranır.  Nəticədə  siyasi  sistemlər 
kövrəkləşir,  bərkləşir,  sərt  rejimlər  meydana  gəlir.  Bu 
baxımdan da böyük dövlətlərdən qopan kiçik xalqların azadlıq 
və  müstəqillik  layihələrinin  uğurla  icrası  əksər  hallarda 
fiaskoya uğrayır. İdeyalar yerinə yetməyən şüarlar olaraq qalır. 
Xalqlar  isə  tənəzzülə  uğrayırlar.  Sarsıntı  keçirirlər.  Keçidlər 
böyük  çətinliklərlə  rastlaşır.  Xalqlar  müstəqilliyin  xoşbəxtlik 
astanasına belə qədəm qoya bilmirlər.  
Böyük  dövlətlərdə  (məsələn,  ABŞ,  Rusiya,  Çin,  Kanada, 
Avstraliya)  ittifaqlarda  (Avropa  İttifaqı,  o  zamankı  SSRİ-də) 
yaşamaq böyük xoşbəxtlikdir. Çünki, insanlar böyük imkanlar 
əldə  etmiş  olurlar.  Böyük  dövlətlərin  iqtisadi,  mədəni,  siyasi 
sistemləri  də  şaxələnmiş  olur.  İnsanlar  üçün  vəsaitlər  bolluğu 
yaşanır.  İnsanlar,  xalqlar  bütün  strukturlarını  birləşdirirlər. 
Rənglər artır, tərkiblər zənginləşir.  
Böyük dövlətlərin beynəlxalq təsirləri də güclü olduğundan 
onların vətəndaşları da adətən daha üstün imtiyazlar qazanmış 
olurlar.  Məsələn,  ABŞ  vətəndaşları  üçün  dünyanın  əksər 
ölkələrinin  qapıları  açıq  olur.  ABŞ  diplomatları  (səfirlər, 
səfirlik  əməkdaşları)  təyinat  ölkələrdə,  istər  siyasi,  istərsə  də 
ictimai  dairələrdə,  eləcə  də  xalq  içərisində  daha  nüfuzla 
qarşılanırlar.  Hörmətə  sahib  olurlar.  Böyük  dövlətlərin 
transmilli  şirkətləri  böyük  qazanclar  əldə  edirlər,  meqa 
layihələr həyata keçirirlər.  


273
 
 
Kiçik  xalqlar  birləşərək,  öz  xoşbəxtliklərini  yaşatmaq 
məqsədilə,  vahid  vətəndaşlıq  hüquqları  prinsipləri  ilə  böyük 
dövlət yaradanda daha da böyük imkanlar qazanmış olurlar. İlk 
növbədə azad məkanın sahəsi böyüyür. Sərmayə əldə etmək, iş 
yerləri  qazanmaq,  elmi  və  təhsil  nailiyyətləri  əldə  etmək  də 
şanslı olur. Böyük dövlətlərin özlərinin cəm halda potensialları 
böyük  olduğundan  vətəndaşlarının  da  vəsaitlərdən  istifadə 
imkanları genəlmiş olur.  
Böyük  dövlət  adətən  güclü  olur.  Onun  gücü  vətən-
daşlarının beynəlxalq nüfuzunu artırır. Məsələn, vaxtıyla SSRİ 
vətəndaşlağına  mənsub  olmaq  və  SSRİ  pasportunu  daşımaq 
fəxarət və qürur hissi yaradırdı. İnsanlar bu böyük dövlətlərdə 
özlərini  inamlı,  güvənli  və  beynəlxalq  aləmdə  qorxmaz  hesab 
edirdilər.  Eynilə  də  Sovet  idmançılarına,  mədəniyyət  və  elm 
xadimlərinə  bütün  dünyada  xüsusi  rəğbət  bəslənirdi.  Kiçik 
xalqlar  Sovet  xalqı  adı  altında  nüfulu  mədəni-siyasi  birliyə 
çevrilirdi.  Xalqların  xoşbəxtlik  məkanı  olmuş  Sovet  hökuməti 
dövründə  kiçik  xalqların  mədəniyyəti  beynəlxalq  aləmdə 
(qastrol  səfərləri  zamanı,  sərgilərdə)  çox  yüksək  hörmətlə 
qarşılanırdı.  
Böyük  xalqın  içərisində  eyni  dövlətdə  yaşamaq  həmin 
xalqın dil öyrənməsinə səbəb verir. Bu da dünya dəyərlərindən 
daha  da  geniş  istifadəyə  gətirib  çıxarır.  Böyük  xalqın  dilində 
danışmaq dünya elmini daha asan şəkildə mənimsəmə şərtlərini 
meydana gətirir. Böyük dövlətdə birləşmək əlavə hüquqlar əldə 
etmək deməkdir.  
Bu  gün  ABŞ-ın  ayrı-ayrı  lokal  dövlətlərə  parçalanması, 
eləcə  də  Şotlandiya  və  Uelsin  Böyük  Britaniyadan  ayrılması 
heç  də  uğurlu  layihə  kimi  təqdim  oluna  bilməz.  Reformasiya 
proseslərini  keçmək  xalqlar  üçün  çox  əziyyətli  ola  bilər-necə 
vaxtilə Sovet hökumətində olduğu kimi.  
Böyük  dövlətlərdən  ayrılmalarla  müşahidə  olunan 
itkilər: 
-böyük dillərin öyrənilməsinə çıxışın zəifləməsi


274
 
 
-dünya elminə çıxışın məhdudlaşması; 
-iqtisadi sistemin çökməsi
-sosial strukturun zəifləməsi-vəsait çatışmadığına görə; 
-təsərrüfat  münasibətlərinin  zəifləməsi  və  insanların 
kasıblaması; 
-böyük məkanlarda hərəkətin sonradan məhdudlaşması; 
-potensialdan zəif şəkildə istifadə olunması; 
-uğurlar sferasının məhdudlaşması; 
-elm və təhslin zəifləməsi, elmi –təcrübə laboratoriyalarına 
çıxış imkanlarının kəsilməsi
-böyük  dövlətin  ali  məktəblərindən  istifadə  imkanlarının 
zəifləməsi; 
-ticarət məhsulları bazarının məhdudlaşması; 
-insanların dünyanı, böyük məkanları gəzmək imkanlarının 
zəifləməsi; 
-pul vasitələrinin işlək sferasının məhdudlaşması; 
-məkan çatışmazlığı hesabına xalqların özünə qapanmaları 
və s.  
 
Yazılma tarixi-26 avqust 2017-ci
 il  
  
Kommunizm ideologiyasının dəyərləri haqqında  
 
Bu gün Rusiyaya yeni kommunizm üçün ideyalar lazımdır. 
Ona  görə  ki,  bu  xalq  kollektivçiliyi,  birgə  yaşamağı  bacarır. 
Rusiya  ətrafında  digər  xalqları  və  ölkələri  də  saxlamağı 
bacaran  dövlətdir.  Tarixdə  bu  hallar  yaşanılıb.  Rusiya  özünün 
kollektivçilik  dəyərlərini  başqa  xalqların  da  mədəni-sosial 
davranışlarına ötürə bilir. Tarix bunu da sübuta yetirib. 
 Keçmiş  Sovet  xalqları  ağıllarını  başlarına  qoyub  təkrarən 
kommunizm-sosializm ideologiyası altında birləşməlidirlər. Bu 
yolla xoşbəxtliyə daha tez nail olarlar. 
Kommunizm  bəşəri  sivilizasiyanın  ən  etibarlı  ideologiyası 
idi.  Kommunizm  insanlığa,  onun  ali  dəyərlərinə  bağlı 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə