Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə4/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   2   3   4   5   6   7   8   9   ...   85

11
 
 
Canlıların  zərrəcik  mənbəyi,  rüşeymi  havadır.  Bizim  hesab 
etdiyimiz  yaranışın  əsası  da  havadadır.  Belə  qəbul  edə  bilərik 
ki, Yer kürəsinin canlılar mənbəyinin ilkin rüşeymi havadadır. 
Deyəsən,  bununla  da  dinə  yaxınlaşıram.  Torpaq  üzərində  də 
canlılar  var.  Bu  canlılar  torpaqdan  da  yaranır.  Suyu  da  böyük 
mənbə hesab etmək lazımdır. 
Tək hava canlıların yaranması üçün az sıxdır. Su və torpaq 
sıxlığı  və  bərk,maye  halında  olan  materiyalarda  canlılar  daha 
çoxdur,  sümüklüdürlər.  Havada  olanlar  bunlardan  daha 
zəifdirlər.  Havadan  insan  orqanizminə  düşən  kiçik  canlılar 
orqanizmdə  dağıdıcı,  pozucu  funksiya  daşıya  bilirlər.  Onlar 
yeni  məkan  tapırlar.  Məcazi  mənada  desək,  havadan  insan 
orqanizminin daxilində yeni canlılar yarana bilər. 
Bölünməzlik və ölməzlik prinsiplərindən çıxış edərək, belə 
qənaətə gəlmək olar ki,  ən kiçik infeksiyalar ölmür,  yaxud da 
çətin ölür. Çünki müqavimətsiz olurlar. Əks təsir edə bilmirlər, 
qeyri-mübariz olurlar. 
Ən  kiçik  elementlər,  cisimlər  ağır  çəkililərə  nisbətən 
kainatın  cazibə  qüvvəsinə  az  tabe  olurlar.  Yüngül  olduq-
larından  kainat  fəzasında  sürətlə  hərəkət  edə  bilərlər.  Cazibə 
qüvvəsinə qarşı  az müqavimət onları  uzaq  yerlərə apara bilər. 
Bu  baxımdan  da  kosmik  aparatlar  yüngül  olmalıdır.  Kiçik 
cisimlərin  köməyi  ilə  kainat  haqqında  bol  informasiya  əldə 
etmək olar. 
 
Terror 
haqqında. 
Terror 
kasıb 
cəmiyyətlərin 
passportudur.  Terror  idarə  olunur.  Terror  yolu  ilə  böyük 
dövlətlər  bir  çox  nailiyyətlər  əldə  edirlər.  Elə  qırğınlar, 
soyqırımlar,  parçalanmalar  nailiyyətdir.  Hədəflərdir.  Terror 
regionları  gəzir.  İndi  növbədə,  deyəsən,  Hindi-Çin  yarımada-
sıdır,  Hindistandır,  ümumiyyətlə,  Cənubi-Şərqi  Asiyadır. 
Burada  buddizm,  induizm,  xristianlıq,  islam  kimi  dinlər  və 
fəlsəfi təlimlər var. Etnik yaralar da ki, lap çoxdur. 


12
 
 
Çin,  Hindistan,  Pakistan  kimi  region  oyunçuları-güc  mər-
kəzləri mövcuddur. 
 
Türkiyə haqqında 
 
İndi zəmanəmizin şüarı belə olmalıdır! 
 
Baxıb, öz halından,- 
Nadanlığından, 
İrəli boylanan- 
Qaranlığından,  
Utan!, Utan!, Utan!, Türkiyə! 
 
Cəhalət yuxusundan……  
Oyan!, Oyan!, Oyan!, Türkiyə! 
 
Türkiyə  prezidenti  R.  Ərdoğan  qorxusundan  tribunalarda, 
küçə və meydanlarda qışqırır. Moizələr oxuyur. Onun qışqırtısı 
Türkiyənin  iç  boşluğunu  göstərir.  Onu  qışqırdan  dünyadakı 
dəmirin  səsləridir.  Dünya  texnologiyası  işə  düşəndə  Ərdoğan 
onun səsinə sadəcə exo (əks-səda) verir. Yazıq neynəsin, özünü 
müdafiə edir, -çarəsizlikdən! 
Türkiyə  özü  də  tulumb  (tuluq)  zurnasıdır.  Zurna  üçün 
tulumba hava dolur. Türkiyə hər dəfə tuluğun dəmir tərəfindən 
deşilməsindən qorxur. Neynəsin?!-zurnaya hava lazımdır axı! 
Türkiyəni mismarlı işgəncə stuluna (kreslosuna) otuzduran 
kimi  o  saat  canını  tapşıracaq!  Çünki,  onun  canı  hava  ilə 
doldurulmuş dəridən ibarətdir.  
Ay boynu bükük Türkiyə! 
Yeddi yüz ildir ki, çarıq geyirsən! 
İşgəncə  üsulu  kimi  ayaqlarının  altına  şüşə  qırıqları 
atılan  kimi  zarıyacaqsan!  Ayağının  birini  qaldırıb,  o 
birisini basacaqsan! 
Ay gözünü döyən, yazıq sifət Türkiyə! 


13
 
 
Yeddiz yüz ildir ki, içi boş balabansan! 
İşgəncə  üsulu  kimi  mismarlı  stulda,  kresloda 
otuzdurulan  kimi  fısın  çıxacaq!  Həmin  an  cələmsiz  dəri 
canını tapşıracaqsan! 
Bədbəxt və zavallı Türkiyə!  
700  ildir  ki,  zurna-balaban  vurub  yallı  gedirsən.  Hanı 
sənin  nüvə  silahın?!  Heç  olmasa  dilək  ağacına  bir  yaylıq 
bağla, bəlkə əldə elədin! 
Türkiyə  vaxtilə  SSRİ  ilə  müttəfiq  olsaydı,  indi  zəif 
qalımazdı. 
Türkiyənin  faktiki  və  real  dövlət  quruluşu  teokratiyadır, 
mollakratiyadır. İdarəetmə rejimi isə moizəçi diktaturadır.  
 
İqtisadiyyatda  dövlət  himayəçiliyi.  Pul  qazanmağın 
nəzarətsizliyi,  biznesin  sərhədsizliyi  sonda  fərdlərdə  intihara 
səbəb  ola  bilir.  Buna  görə  də  dövlətin  əlində  olan  iqtisadi 
sistem insanlar üçün daha az stresslidir, gərginliklidir. Dövlətin 
zavodu,  fabriki,  kombinatı  müflisləşirsə,  sosial  fəlakət  bir  o 
qədər  baş  vermir.  Dövlət  ziyanları  digər  resurslar  hesabına 
ödəyə  bilir.  Ancaq  özəl  şəxs  sahibkar  bu  hala  düşəndə, 
müflisləşəndə depressiya halları baş verir. 
Dövlət iqtisadi sistemin hamisi olanda daha yaxşıdır. 
 
 
Qurban bayramının əhəmiyyəti barədə: 
-kəndlilər,  zəhmətkəşler,  fermerlər  üçün  mal-qara,  heyvan 
yetişdirməyə stimul yaradır; 
-heyvan saxlayanlara stimul verir
-satıcılar üçün qazanc verir
-pul dövriyyəsini artırır; 
-heyvandarlığı gücləndirir; 
-heyvanlar üçün yem satışını gücləndirir; 
-satıcılara  və  mal-qara,  qoyun-quzu  daşıyanlara  qazanc 
verir; 
-kasıbların ət təminatını həyata keçirir və s. 


14
 
 
Məscid  himayəçiliyi  haqqında.  Kilsələr  himayəçiliklə 
məşğul olurlar. Aztəminatlı ailələrin siyahısını tərtib edirlər və 
müvafiq  yardımlar  göstərirlər.  Onlara  himayədarlıq  edirlər. 
Ehtiyac  və  tələbat  istiqamətlərini  elan  edirlər.  Bəs  görəsən, 
məscidlərdə  bu  kimi  işlərin  təşkili  necə  həyata  keçirilir?! 
Ümumiyyətlə,  belə  fəaliyyə  varmı?!  Məscid  himayəçiliyi 
varmı?!  Məsələn,  bayramda  kəsilən  qurbanları  himayədə  olan 
ailələrə çatdırmaq mümkündürmü?!  
 
Müsəlmanın  dövləti.  İndi  dünyanın  əksər  müsəlman  və 
müsəlman  –türk  dünyasında  dövləti  idarəetmə  rejimi  öz 
mahiyyətinə  görə  moizəçi-diktatura  xarakterlidir.  Hakimiyyət-
də  moizəçilər,  ədəbiyyatçılar,  dərvişlər  və  s.  təmsil  olunurlar. 
Bu rejim müsəlmanın xalis təbiətini əks etdirir. 
 
Sovet məktəblisi haqqında. Məktəbdə oktyabryat nişanını 
döşümüzə həvəslə, fəxrlə taxırdıq. Pionerə keçmək isə təntənəli 
mərasimlə  olurdu.  Ağ  köynək  və  qırmızı  qalstukun  bir  başqa 
zövqü  var  idi.  Şagird  topası  ətrafa  gül  saçırdı.  Xüsusilə, 
kəndləri  bəzəyirdi.  Hamı  məktəb  yolunu  tamaşa  edər  və 
gözəllikdən,  nizamlı  estetikadan  zövq  alardı.  Mən  inana  bil-
mirəm  ki,  başqa  ölkələrdə  Sovet  məktəblisinin  həyatı  qədər 
rəngarəngli,  gözəl,  mənalı  və  şən  həyat  olsun.  Sovet  orta 
məktəbi  uşaqları  əsil  insan  kimi  yetişdirirdi.  Onlara  təbii 
uşaqlığını təqdim edirdi. İndi eşidirik ki, valideynlərin bir çoxu 
(xüsusilə, atalar) qız uşaqlarını dünyəvi təhsil almaq üçün orta 
məktəbə  buraxmırlar.  Dünyəvi  təhsilə  şeytan  əməli  kimi 
baxırlar.  Çox  təəssüf!  Mən  (Elşən  Nəsibov)  isə  istəyirəm  ki, 
mənim qızlarım ali məktəbi bitirsinlər və həyatları boyu da ali 
məktəblərdə  işləsinlər.  Dünyəvi  elmləri  öyrənsinlər  və 
digərlərinə öyrətsinlər. 
Çoxlarımız  xatırlayar  ki,  ibtidai  siniflərdə  çantalarımızı 
özümüz  daşıyardıq.  Çünki,  kitablarımız,  dəftərlərimiz,  digər 
ləvazimatlarımız  az  olardı.  Çantanı  həvəslə  daşıyardıq,  çiy-
nimizdə  və  belimizdə  aparardıq.  Çantalarımızı,  kitablarımızı, 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə