27
Siyasət dövlət aktlarından ibarətdir ki, bunun da formalaşmasını məhz
dövləti təşkil edən elementlər (subyektlər) yaradır. Dövlət siyasətinin mənbəyi
xalq olur. Buna görə də xalqın və cəmiyyətin siyasi ruhu dövlətin və
hakimiyyətin fəaliyyətində qərarlaşa bilir. Siyasətin həyata keçiriməsi
sayəsində sistemdə toqquşmalar və kəsişmələr yaranır, paralelliklər üzərə çıxır.
Hər bir şəxs idarə edən olmur, lakin idarəçiliyə nəzarətdə (dolayı yolla)
iştirak edə bilir. İdarəçiliyin təşkilində, hakimiyyətin təşkilində iştirak edir.
Nümayəndəsi ilə (məsələn, dövlət rəhbəri və parlament üzvləri vasitəsilə, yerli
seçkili nümayəndələri ilə ) təmsil olunur. Deməli, hər bir şəxs idarə olunur,
nəzarətdə olur; çünki dövlət tam mənada öz-özünü idarə edir. Dövlət idarə
edərkən onun siyasəti həm öz sərhədlər daxilini əhatə edir, həm də sərhədləri
kənarını əhatələndirir. Bu aspektdə siyasətin ruhunda tənzimləyicilik yaranır.
Hər bir hərəkət geniş məzmunludur və həm də geniş məzmunun
tərkibidir. Hərəkət geniş məzmuna dərin mənalar verir. Deməli, sistemliliyin
ə
sası hərəkətlərin ardıcıllığında və şaxələnməsində, bu baxımdan da
vəhdətindədir. Sistemlilik burada fəlsəfini yaradır. Sistemlilikdə həm reallıq,
həm də reallığın müsbət tərəfləri, estetik əlamətləri olan gerçəkliklər vardır.
Fəlsəfənin (siyasət üzərində) funksiyası müəyyən məkanları aşkarlayaraq
genişləndirməkdən, geniş düşüncələri tətbiq etməkdən ibarətdir.
Siyasətin fəlsəfəsi
dedikdə, şüurlarda bu anlayışı siyasi proseslərin,
hadisələrin aktların geniş məzmun və dərin təsiredici mahiyyət etibarilə dərk
olunması kimi başa düşmək olar. Siyasi proseslər daha çox sistemlilikdə
(müəyyən
məkanda
toplanan
elementlər
strukturunda,
elementlərin
mexanizmisində) özünə fəlsəfi məna qatır, mahiyyətini dərinləşdirir.
Siyasətin fəlsəfi mahiyyəti həm də özünü siyasi manipulyasiyalarda, siyasi
oyunlarda, birtərəfli qaydada ayrı-ayrı tərəflərin maraqlarına xidmət etməkdə
yox, əsasən pozitiv və universal xeyirli məqsədlərə xidmət etməsində
göstərir. Dərin mahiyyət və xeyirli, faydalı nəticələr, xidmətlər məhz siyasətin
pozitiv fəlsəfəsini (dəyərlərinin geniş mahiyyətini) meydana gətirir. Hər bir
hadisə özündə faydalı siyasi nəticələri doğurursa, onda bu hadisə pozitiv
hadisə adlanır. Siyasətin fəlsəfəsi onu törədənlərin, həyata keçirənlərin maraq
və məqsədlərindən də asılıdır. Siyasi iddiaların kəmiyyəti mövcuddur. Bu
kəmiyyət artdıqca fəlsəfə də, düşüncələr də artır. Siyasi proseslərin
şə
rtləndirici təsirlərinin böyük olması təbii ki, onun mənasını da genişləndirir.
Məna genişliyi tərkibin elementlərlə geniş olmasından irəli gəlir. Elementlər
çox olanda məna da öz əhatəsini böyüdür. Məkanda iştirak edən elementlərin
sayı artanda maraqlar da genişlənir. Bu anda siyasət sferası da böyüyür.
Siyasətin fəlsəfəsi dövlət hakimiyyətinin xalqa xidmətlərində büruzə verir.
Yaxşılıq etmək, bu baxımdan maraqları təmin etmək, qorumaq düşüncələri
fəlsəfənin əsas funksiyasına aid edilir. Siyasət oyunlarda yox, məhz öz qədim
və klassik nəzəri mənasında (yəni hər kəs üçün faydalı olan siyasət
hadisələrinin baş verməsi) fəlsəfəsini təsdiq etdirmiş olur. Dövlət hakimiyyəti
28
ilə vətəndaşlar arasında olan rəvan əlaqələrə, sabit cəmiyyətə, sülh və
firavanlığa xidmət edən siyasi fəaliyyət daha çox fəlsəfi olur. Siyasət
addımlardan, aktlardan ibarətdir. Bu baxımdan da reallığa söykənir. Real
siyasətin ideal mahiyyəti onun fəlsəfi mənasını daha çox aşkar edir. Burada
etik normalar, estetik hərəkətlər (sistemli və nizamlı hərəkətlər) və nizamlı
proseslər siyasətin fəlsəfəsini daha çox çalarlı edir.
Hər bir hadisə özündə bir mahiyyəti daşıyır. Mahiyyət siqnalların və ona
olan reaksiyaların əsaslarını təşkil edir. Siyasətin fəlsəfəsi dedikdə, həm də
siyasətin forma və məzmununu özündə əks etdirən bir mahiyyət başa
düşülməlidir. Hər bir məkanda elementlərin toplaşması siyasətin həmin məkan
üzrə formasını meydana gətirir. Siyasətin fəlsəfəsi siyasəti həyata keçirənlərin
fəaliyyətlərinin məzmunlarından irəli gəlir. Burada siyasətin xarakterini onu
icra edənlərin xarakteri də meydana gətirir. Bu baxımdan da qəbul etmək olar
ki, dövlətin və hakimiyyətin xarakteri xalqın mental dəyərlərinə uyğun olaraq
formalaşır. Çünki onu həyata keçirənlər məhz xalqın özünün nümayəndələri
olur. Siyasətin xarakterinə eləcə də dövlətin beynəlxalq münasibətləri, dövlətin
geosiyasətinə təsir edən vasitələr və istiqamətlər də təsir edir. Burada
beynəlxalq siyasətinn xarakteri önəmli rol oynamış olur.
Məqsədli, düşünülmüş və hər kəsə lazım olan siyasət, hamıya fayda verən
siyasət özündə pozitiv fəlsəfənin çalarlarını əks etdirir. Siyasətin fəlsəfəsi
siyasətin maraqlarından və məzmunundan, siyasətin pozitiv xidmətlərindən
meydana gəlir. Siyasətin yüksək amallara xidmət etməsi onun fəlsəfi
mahiyyətini özündə əks etdirir. Siyasətin fəlsəfəsi hadisələrin formalarında,
məkanların
xassələrində,
qanunauyğunluğun
ə
saslarında,
elementlərin
xarakterində və subyektlərdə özünü büruzə verir.
Siyasətin fəlsəfəsi formalarda:
siyasi hadisələrin və proseslərin
formalarında; strukturlarda; siyasi hadisələrin özünün formasında; siyasi
sistemin formalarında, quruluş əsaslarında yaranmış olur. Fəlsəfə siyasəti
düzgün istiqamətlərə yönəldir, eləcə də formanı münasib şəkildə qurur.
Siyasətin fəlsəfəsi proseslərin özündə və prosesləri formalaşdıran məkanlarda,
subyektlərdə, zamanlarda meydana gəlir. Siyasi proseslərin təzahürü onu
düşünməyə vadar edir. Burada hər an və onun mahiyyəti düşüncə obyektinə
cəlb olunur.
Siyasətin fəlsəfəsi o halda dərin olur ki, hakimiyyətin sistemli
idarəetməsi özündə dərin məna kəsb edir. İdarəetmənin əsasları (istiqamətləri
və sahələri), idarəçilik strukturu, idarəçilik proseslərində iştirak edən tərəflər
özündə fəlsəfi əsasları əks etdirir. Bu məna forma etibarilə məkan üzərində
həyata keçirilən siyasi müstəvinin horizontal və şaquli əsaslarından yaranır.
Dərin məna isə imkan, zaman və resurs məsələsində insanların hüquqlarını
yüksək səviyyədə təmin etməkdən ibarətdir. Siyasətin fəlsəfəsi düşüncələrdə
hüquq fəlsəfəsi ilə vəhdətləşir. Belə ki, siyasətlə hüquq müəyyən olunur.
Hüquqlar məkan və zamanda normalara salınır. Siyasət hüquqların təmin
Dostları ilə paylaş: |