13
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
cisinin məlumatlarının uyğunsuzluğunu,
vergidən yayınma risklərini təhlil edir.
Xüsusi qeyd etmək istərdim ki, proqram
təminatının xüsusiyyətlərinə görə, vergi
ödəyicilərdən alınmış e-mühasibat üzrə
kompyuter faylları dəyişdirilə bilməz. Audit
bitdikdən sonra bütün e-fayllar silinir və
bununla vergi ödəyicisinin məlumatlarının
məxfiliyi təmin olunur.
Layihənin tətbiqi ilə bağlı kifayət qədər
peşəkar ekspertlər cəlb olunub. Asəf Əsədov
(Vergilər Nazirliyi) və Jaap Snaterse (Nider-
land Krallığın Vergi Administrasiyası)
e-audit tvinning layihəsinin rəhbərləridirlər.
Leendert Kers (Niderland Krallığın Vergi
Administrasiyası) Layihə üzrə Rezident
müşavirdir. Elman Bəşırov (Vergilər Nazir-
liyi) - Rezident müşavirin tərəfdaşıdır. Joost
Kuipers Layihənin (Niderland Krallığın
Vergi Administrasiyası) baş ekspertidir.
Layihənin hər komponenti üzrə Vergilər
Nazirliyinin mütəxəssisləri Niderland Kral-
lığının Vergi Administrasiyasının digər
ekspertləri ilə birlikdə işləyəcəklər
E-audit Tvinning Layıhəsinin əsas məq-
sədi - İri müəssisələrdə vergi yoxlamalarının
səmərəsini daha az vaxt və insan resursları
sərf etməklə artırmaq, audit sahəsində
Nazirliyin məlumat bazasını, metodiki-
texnoloji və insan resurslarını yüksək
beynəlxalq standartlara uyğun inkişaf et-
dirməkdir.
Layihənin icra müddəti 2 ildir (1 Mart,
2011 - 2013-cü illər).
Layihənin komponentləri barədə. Birinci
komponentin adı: E-auditin tətbiqi üçün
zəruri olan hüquqi bazanın hazırlanması (3
ay).
Bu
komponentin
məqsədi:
Vergi
məqsədləri üçün tələb olunan mühasibatlıq
məlumatlarının e-formatda saxlanması və
vergi əməkdaşları tərəfindən bu məlumat-
ların əldə edilməsi üçün qanunvericilik
bazasının yaradılmasıdır.
İkinci komponentin adı: E-audit üçün
proqram təminatının seçilməsi ( 2 ay).
Bu komponentin məqsədi: Avropa Itti-
faqına üzv ölkələrdə E-auditin tətbiqi ilə
bağlı ən yüksək nəticələr göstərmiş
təcrübənin, o cümlədən hüquqi aspektlərin
Şəkil 1. E-audit prosesin sxematik təsviri
və e-audit üzrə ixtisaslaşdırılmış proqram
təminatı paketinin müəyyən edilməsi,
Vergilər Nazirliyinə tövsiyələrin və tələb
edilən bütün texniki parametrlərin verilməsi
nəzərdə tutulur.
Üçüncü komponentin adı: E-auditin tət-
biqi ilə bağlı məlumat bazasının yaradıl-
ması (6 ay).
Bu komponentin məqsədi: Fəaliyyət
növləri üzrə vergi fırıldaqçılığının xü-
susiyyətlərinin müəyyən edilməsi və E-au-
ditin proqram təminatına dəstək vermək
məqsədilə risk və statistik təhlilləri aparmaq
üçün Vergilər Nazirliyinin mərkəzi məlumat
bazasında olan məlumatın və əlavə toplan-
ması tələb olunan məlumat mənbələrinin
müəyyən edilməsi, habelə onlardan istifadə
olunması qaydalarının hazırlanması nəzərdə
tutulur.
Dördüncü komponentin adı: E-audit üzrə
metodologiyanın hazırlanması və auditor-
ların treninqinin təşkil edilməsi (7 ay).
Bu
komponentin
məqsədi:
Audit
metodologiyasının tərkib və vacib hissəsi
olan müfəssəl E-audit metodologiyası, o
cümlədən bu metodologiyanın iri sahələr
üzrə ixtisaslaşdırılmış praktiki tətbiqi üzrə
Treninq Proqramı və materiallar hazır-
lanacaq və Nazirliyin bir qrup (10 nəfər)
vergi auditoru üçün 1 ay ərzində treninqlər
keçiriləcək. Sonradan həmin 10 nəfər xarici
ekspertlərlə birlikdə Nazirliyin digər 50 au-
ditoruna E-audit sahəsində lazımı biliklərin
ötürülməsini təmin etməlidirlər.
Beşinci komponentin adı: E-audit sis-
teminə uyğun olan orta və iri müəssisələr
arasında istifadə edilən e-mühasibat sis-
temlərinin tətbiqi praktikasının inkişaf
etdirilməsi (6 ay).
Bu komponentin məqsədi: E-audit pro-
qram təminatı e-mühasibatlıq sistemlərinin
standartlaşmasını tələb edir ki, audit
məqsədləri üçün elektron məlumatların
alınma vaxtı azalsın və vahid qaydada həy-
ata keçirilsin. Eyni zamanda, orta və iri
müəssisələrin e-mühasibat sistemlərinin for-
matı (ları) e-bəyannamələrin tərtib edilməsi
və E-audit sisteminin proqram təminatının
daha tez və asan işlənməsi məqsədilə bir-
birinə uyğun olmalı və bir-birini dəstəkləmə-
lidir.
Altınci komponentin adı: E-audit sistem-
inin Azərbaycanda tətbiqi (7 ay).
Bu komponentin məqsədi: Nəzərdə tutulur
ki, seçilmiş müəssisələrdə ilkin olaraq pilot
(sınaq) mərhələsi həyata keçiriləcək.
Nəticələr əsasında layihə başa çatdıqdan
sonra e-auditin tətbiqi praktikası digər orta
və iri müəssisələri də əhatə edəcək.
...Təqdimat mərasimində Niderland
Krallığının Vergi və Gömrük Adminis-
trasiyasının nümayəndələri də «Tvinnin-
qin prinsipləri və müvəffəqiyyət faktorları.
E-audit sahəsində Niderlandın müasir
təcrübəsi» mövzusunda ətraflı təqdimat ver-
mişlər.
Layihənin Niderland tərəfindən rəh-
bəri Jaap Snaterse mövzunun müxtəlif as-
pektlərindən danışaraq demişdir:
- Mərhələlər üzrə qarşıya qoyulmuş
məsələlər həll olunduqca əldə edilən
nəticələr barədə ictimaiyyətə müntəzəm
məlumat veriləcəkdir. Tvinninq layihəsinin
Niderland tərəfindən rezidenti, müşavir
Leendert Kersdir. O beynəlxalq layihələrin
həyata keçirilməsi üzrə böyük təcrübəyə ma-
likdir, Azərbaycandan əvvəl Bolqarıstanda
və Latviyada tvinninq layihələrinə müşavir-
lik edib.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
14
Dostları ilə paylaş: |