Elmi-texnoloji xəbərlər Quranda günəşlə bağlı



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix11.04.2018
ölçüsü0,51 Mb.
#36916
1   2   3   4   5   6   7   8   9   ...   18

7

7

Sloveniyanın baş naziri Bratuşek: 

“İslamsız Avropa natamamdır”

 

Sloveniyanın  paytaxtı  Lyüblyanada  inşa 



ediləcək  ilk  məscidin  təməlqoyma  mərasimində 

baş  nazir  Alenka  Bratuşek  də  iştirak  edib. 

Bratuşek  bu  mərasimdə  söylədiyi  nitqində: 

“Avropa İslam sayəsində müxtəlif sivilizasiyaların 

birləşdiyi qitə olub. İslamsız Avropa indi olduğu 

kimi  müxtəlifliklərlə  dolu  coğrafiya,  müxtəlif 

sivilizasiyaların  qovuşduğu  qitə  olmazdı. 

Dinlərarası  həmrəylik  uzunmüddətli  sabitliyə 

zəmanətdir”, - deyib.

 

Məscidin  tikilməsini  müsəlmanların  40 



ildir  gözlədiyini  xatırladan  Bratuşek:  “Nəhayət 

ağıl qalib gəldi. Bu gün Sloveniyadakı İslam Birliyi 

üçün böyük gündür. Bu gün bütün Sloveniya üçün 

böyük  gündür.  Çünki  hər  dini  icmanın  ən  təbii 

haqqı ibadətxanaya malik olmaqdır”, - deyib.

Mərasimdə  baş  nazir  Bratuşeklə  yanaşı, 

Sloveniyanın  keçmiş  prezidenti  Danilo  Türk, 

Bosniya  və  Herseqovina  Üçlü  Dövlət  Rəhbərliyi 

Şurasının  bosnyak  təmsilçisi  Bakir  İzzetbegoviç, 

Qətər İslam İşləri və Vəqfləri rəhbəri Qeyt Mübarək 

əl-Kuvəri, Bosniya və Herseqovina rəisul-uləması 

Hüseyn  Kavazoviç,  Sloveniya  müftüsü  Necad 

Qrabus  və  Lyüblyana  bələdiyyə  rəhbəri  Zoran 

Yankoviçlə  yanaşı,  sayı  10.000-ə  çatan  vətəndaş 

iştirak  edib.  Keçmiş  prezident  Türk  söylədiyi 

nitqdə  mərasimdə  çoxlu  sayda  müsəlmanların 

iştirak etdiyinə görə çox sevindiyini ifadə edib.

Madonna Quran-i kərimi oxuyub

 

Amerikalı 



məşhur 

müğənni 


Madonna müsəlmanların müqəddəs kitabı 

Quran-i  kərimi  oxuyubmuş.  Bu  barədə 

müğənni  “Harper’s  Bazaar”  jurnalına 

verdiyi  müsahibədə  deyib.  Müsahibədə 

səmimi açıqlamalar verən müğənni bütün 

müqəddəs kitabları oxumanın əhəmiyyətli 

olduğunu deyib. 

 

“Hesab edirəm ki, bütün müqəddəs 



kitabları oxumaq əhəmiyyətlidir. Dostum 

Yamanın  (Türk  rəqqas  Yaman  Okur) 

həmişə  dediyi  kimi  yaxşı  bir  müsəlman 

eyni  zamanda  yaxşı  yəhudidir  və  yaxşı 

bir  yəhudi  eyni  zamanda  yaxşı  bir 

xristiandır.  Bu  cəsarətli  çıxışı  qətiyyətlə 

dəstəkləyirəm”. 

 

Qeyd  edək  ki,  Yaman  Okur 



Türkiyə  mətbuatına  verdiyi  müsahibədə 

bir  dəfə  konsertdən  əvvəl  dua  edərkən 

Madonnanın  onu  gördüyünü  və  bundan 

təsirləndiyini  demişdi.  Okur  həmçinin 

Madonnaya İslam dini barədə məlumatlar 

verdiyini  və  ona  Quran  hədiyyə  etdiyini 

bildirmişdi. 

Düşünən İnsan, Noyabr 2013

Düşünən İnsan, 

 Noyabr  2013




8

 

Quranın  Allah`ın  sözü  olduğunu 



sübut  edən  möcüzəvi  xüsusiyyətlərdən  biri 

Quranın  nazil  edildiyi  dövrdə  bilinməsi 

mümkün olmayan elmi həqiqətlərin Quranda 

xəbər verilməsidir. Günəş haqqında Quranda 

diqqət çəkilən faktlar Quranın bu möcüzəvi 

xüsusiyyətlərindən biridir.

 

Günəş mərkəzli sistem



 

(Allah) göyləri və yeri haqq olaraq 

yaratdı.  O,  gecəni  gündüzə  bürüyür, 

gündüzü  də  gecəyə  bürüyür.  O,  günəşi 

və ayı ram etdi. Onların hər biri müəyyən 

olunmuş  vaxtadək  hərəkət  edir.  O, 

qüdrətlidir, bağışlayandır. (Zumər surəsi, 5)

 

Ayədə  gecə  ilə  gündüzün  əmələ 



gəlməsi  üçün  Yerin  hərəkəti  əmmamənin 

sarılması  kimi  “yuvarlaq  cismi  bürüyüb 

örtmək”  mənasını  verən  “təkvir”  feilindən 

törəmiş  “yükəvviru”  sözü  ilə  tərif  edilir. 

Bu  söz  yerin  kürəvi  forması  ilə  yanaşı, 

Günəşin  ətrafındakı  hərəkətini  də  doğru 

ifadə  edir.  Yerin  kürəvi  forması  və  öz  oxu 

ətrafında  fırlanmasına  görə,  Günəş  həmişə 

Yerin  bir  tərəfini  işıqlandırır,  digər  tərəfi 

isə  kölgədə  qalır.  Kölgədə  qalan  tərəf  gecə 

qaranlıqla  örtülür  və  sonra  Yerin  Günəşə 

tərəf çevrilməsi ilə gündüz gecəni əvəz edir. 

“Yasin” surəsində isə Günəşlə Ayın mövqeyi 

belə bildirilir:

 

Günəş  də  özü  üçün  müəyyən 

olunmuş  yerdə  axıb  gedir.  Bu,  yenilməz 

qüvvət  sahibi  olan,  bilən  Allah`ın 

təqdiridir. Ay üçün də mənzillər müəyyən 

etmişik. Nəhayət, o (tədricən) dönüb xurma 

ağacının qurumuş budağı kimi (əyri) olur. 

Nə  günəş  aya  çatar,  nə  də  gecə  gündüzü 

keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) 

üzüb gedir. (Yasin surəsi, 38-40)

 

Yasin  surəsinin  40-cı  ayəsində 



Günəşlə  Ayın  hərəkətləri  “üzüb  getmək, 

axmaq,  gəzmək”  mənalarını  verən  ərəbcə 

“yəsbahunə”  sözü  ilə  tərif  edilir.  Bu  söz 

insanın  təkbaşına  etdiyi  hərəkət  mənasını 

verir.  Bu  hərəkəti  tətbiq  edən  şəxsin  başqa 

birisinin  müdaxiləsi  olmadan  təkbaşına 

işinə  davam  etməsi  deməkdir.  Yuxarıdakı 

ayələrdə də Günəşin heç bir göy cisminə bağlı 



8

Düşünən İnsan, 

 Noyabr  2013

www.quranmocuzeleri.org




9

olmayan  kainatdakı  müstəqil  hərəkətinə 

diqqət  çəkilə  bilər  (doğrusunu  Allah  bilir). 

Günəşin  hərəkətini  gözlərimizlə  görə  və  ya 

izləyə bilmərik. Bu hərəkəti müəyyən etmək 

ancaq  xüsusi  texnoloji  alətlərin  köməyi 

ilə  mümkündür.  Günəş  öz  oxu  ətrafında 

26  günlük  dövr  etməklə  yanaşı,  “Yasin” 

surəsinin 39-cu ayəsində bildirildiyi şəkildə, 

kosmosda  öz  orbitində  də  dayanmadan 

hərəkət edir.

 

Ayədə, eyni zamanda, Günəşin Aya 



çatmasına  izin  verilmədiyi  bildirilir,  beləcə, 

Quranda  kosmoloqların  terminologiyası 

ilə  Günəşlə  Ayın  eyni  cisim  ətrafında 

fırlanmadıqları  xəbər  verilir.  Habelə,  ayədə 

gecə  ilə  gündüzü  əmələ  gətirən  hərəkətlə 

Günəş  və  Ayın  hərəkətində  heç  bir  əlaqə 

olmadığı açıqlanır (doğrusunu Allah bilir).

XVI  əsrə  qədər  elm  dünyası  Yerin  kainatın 

mərkəzində  olduğunu  düşünürdü.  Hətta 

bu  fikir  qədim  yunanlarda  geo  (Yer)  və 

centron  (mərkəz)  sözlərinin  birləşməsindən 

ibarət “geosentrik model” adlandırılırdı. Bu 

inanc məşhur astronom Nikolay Kopernikin 

1543-cü ildə nəşr etdirdiyi “Göy kürələrinin 

fırlanması  haqqında”  (De  Revolutionibus 

Orbium  Coelestium)  adlı  əsərində  Yerin 

və  digər  planetlərin  Günəşin  ətrafında 

fırlanması  fikrini  ortaya  atması  ilə  təkzib 

edildi.

 

Lakin 1610-cu ildə Qalileo Qalileyin 



teleskopla  müşahidələri  nəticəsində  Yerin, 

əslində,  Günəşin  ətrafında  fırlandığı  elmi 

cəhətdən  əsaslandırıldı.  Bu  dövrə  qədər 

Günəşin  Yerin  ətrafında  fırlandığına 

inandıqlarına  görə,  dövrün  alimlərinin 

çoxu  Kopernikin      nəzəriyyəsini  qəbul 

etməmişdilər.  Məşhur  astronom  İohan 

Keplerin 

planetlərin 

hərəkətlərini 

açıqlayan  fikirləri  ilə  XVI  və  XVII  əsərlərdə 

heliosentrik  kainat  modeli  qəbul  edildi. 

“Helios”  (günəş)  və  “centron”  (mərkəz) 

sözlərinin  birləşməsindən  əmələ  gələn  bu 

modeldə  kainatın  mərkəzində  Yer  deyil, 

Günəş dayanır. Digər göy cisimləri Günəşin 

ətrafında hərəkət edirlər. Halbuki, Quranda 

bu fakt bundan 14 əsr əvvəl bildirilib.

 

Antik  yunan  kosmoloqlarından 



Klaudio  Ptolomey  kainatın  mərkəzinin  Yer 

olduğunu  deyərək  əsrlərlə  qəbul  edilmiş 

yer-mərkəzli  (geosentrik)  kainat  fikirlərinə 

mənbə  təşkil  etmişdi.  Ona  görə,  Quranın 

nazil  edildiyi  dövrdə  gecə-gündüzün 

əmələ  gəlməsini  Günəşin  hərəkətləri  ilə 

açıqlayan  yer-mərkəzli  nəzəriyyənin  doğru 

olmadığı bilinmirdi. Əksinə, bütün ulduz və 

planetlərin  Yerin  ətrafında  fırlandığı  qəbul 

edilirdi.  Dövrün  yanlış  elmi  düşüncəsinə 

baxmayaraq, Quranda müasir elmi faktlarla 

uyğunluq  təşkil  edən  bir  çox  ifadə  var. 

“Şəms” surəsində belə bildirilir:

 

And  olsun  günəşə  və  onun  saçdığı 



şəfəqə! And  olsun  (günəşin)  ardınca  çıxan 

aya;  and  olsun  onu  (günəşi)  parlaq  edən 

gündüzə;  and  olsun  onu  (günəşi)  örtən 

gecəyə; (Şəms surəsi, 1-4)

9

Düşünən İnsan, 

 Noyabr  2013

Düşünən İnsan, Noyabr 2013




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə