Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə150/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   146   147   148   149   150   151   152   153   ...   164

çoxu dövlətin zəruriliyini qeyd edir və onun müxtəlif formaları 

haqqında yazırlar. 

ingilis  filosofu  T.Hobbs  göstərirdi  ki,  bəşəriyyətin  təbii 

vəziyyəti  ilə  dövlətin  heç  bir  əlaqəsi  yoxdur.  Onun  dediyinə 

görə insanın təbii durumu vəhşilikdir və insanlar bir-biri üçün 

təhlükə  törədirlər.  Başqa  ingilis  filosofu  C.Lokk  T.Hobbsun 

görüşlərinə qarşı çıxaraq göstərirdi ki, insanlar bir-biri ilə dinc 

yaşamaq  istəyirlər;  onlar  hətta  təbii  şəraitdə  də  sakit  yaşaya 

bilərlər. O, deyirdi ki, insanlar müəyyən təbii hüquqa malikdir: 

yaşamaq,  azadlıq  və  mülkiyyət  hüququ.  Dövlət  yalnız  sülhü 

təmin  etmək  üçün  deyil,  həm  də  müsbət  (pozitiv)  vəzifələri 

yerinə  yetirmək  üçün  mövcuddur  (təbii  hüquqlan  müdafiə 

etmək və onların yerinə yetirilməsini təmin etmək). Hakimiyyət 

inhisarı bu vəzifələrə ziddir. Ona görə də dövlətdə hakimiyyət 

məhdudlaşdırılmalı  və  müəyyən  şəkildə  müxtəlif  orqanlar 

arasında bölünməlidir. 

T.Hobbs və C.Lokkun tərəfdarları indiki vaxtda da çoxdurlar. 

XIX əsrdə geniş yayılmış və XX əsrdə də xeyli tərəfdan olan 

dövlət nəzəriyyələrindən biri də anarxizmdir (yun. «an- archia» 

-  hakimiyyətsizlik).  Adi  şüurda  dərin  kök  salan  fikirdən  fərqli 

olaraq anarxizm sosial xaos və yaxud nəzarətsiz zorakılıq deyil. 

Anarxizm nəzəriyyəsinə görə insan nəsli dövlət olmasaydı daha 

yaxşı  yaşayardı.  Anarxistlər  sübut  etməyə  çalışırlar  ki,  insan 

cəmiyyətinin daha sadə və mükəmməl təşkil edilməsi metodları 

var.  Məsələn,  fransız  anarxizminin  nümayəndəsi  P.J.Prudona 

(1809-1865) görə zorakılığın və sosial xaosun səbəbi fərdlər və 

fərdlərin kiçik qrupları deyil, dövlətin özüdür. 

Sol  və  sağ  anarxizm  arasındakı  fərq  aşağıdakılardan 

ibarətdir.  Sol  anarxistlər  (məsələn,  XIX  əsrdə  yaşamış  knyaz 

Kro-  potkin)  inanırdılar  ki,  ideal  (dövlətsiz)  insan  cəmiyyəti 

könüllü  demokratik  korporasiya  əsasında  qurulacaq.  Burada 

xüsusi  mülkiyyət  demək  olar  ki,  olmayacaq  (şəxsi  əmlakdan 

başqa, məsələn, paltar), çünki torpaq və əsas istehsal vasitələri 

ümumi istifadəyə keçir. 



453 


Sağ  anarxistlər  dövlətin  tamamilə  ləğv  edilməsini  tələb 

edirdilər.  Onlar  inanırdılar  ki,  ideal  insan  cəmiyyəti  xüsusi 

mülkiyyətin tam hökmranlığına əsaslanır və ayn-ayn fərdlər və 

yaxud  onlann  kiçik  və  böyük  birləşmələrinə  dayanan  könüllü 

korporasiyalar  tərəfindən  saxlanılır.  Vergilər,  inhisarlar 

əleyhinə  qanunlar  və  başqa  məhdudiyyətlər  aradan  götürülsə, 

kapitalist  sisteminin  təbii  fəaliyyəti  aşağı  keyfiyyətli  malları 

ləğv edəcək, ətraf mühitin çirklənməsi prosesini  dayandıracaq 

və öz səmərəliliyini sübut edəcəkdir. 

Əvvəllər  sol  anarxistlər  sübut  edirdilər  ki,  dövlətdən  xilas 

olmağın  yeganə  üsulu  hökmdarı  öldürmək  və  yaxud  radikal 

inqilab  etməkdir.  Burada  çox  vacib  bir  istisnanı  -  M.Qandi 

təlimini nəzərə almaq lazımdır. O, özünəməxsus sol anarxist idi. 

Qandi  inanırdı  ki,  ən  mükəmməl  cəmiyyət  kiçik  qruplann 

(kəndlərin  və  icmaların)  könüllü  korporasiyası  əsasında 

yaranacaq.  Lakin 



0,  hər  cür  zorakılığın,  o  cümlədən  üsyanın 

əleyhinə idi və passiv müqavimət taktikasından istifadə etməyi 

təklif edirdi. 

Bir  çox  müasir  sağ  anarxistlər  hesab  edirlər  ki,  dövləti 

demokratik  siyasi  vasitələrlə  aradan  qaldırmaq  olar.  Başqalan 

isə  göstərirlər  ki,  bizim  həyatımıza  daha  çox  nəzarət  etdikcə 

dövlət  öz  səmərəliliyini  itirir  və  nəticədə  təbii  ölümlə  öz 

varlığına son qoyur. Bəzi anarxistlər hesab edirlər ki, ağıllı və 

təhsilli  adamları,  yüksək  mövqe  sahiblərini  və  varlı  adamları 

(böyük  iş  adamlarını,  generallan  və  b.)  dövlət  ilə  iş  birliyini 

dayandırmağın  zəruriliyinə  inandırmaq  lazımdır.  Elita 

anarxizmin  ağlabatan  olduğunu  başa  düşəndən  sonra  dövlət 

öləcək. 

Marksistlər  deyirlər  ki,  yalnız  zorakı  inqilab  insanlan 

kapitalizmdən  və  kapitalist  idarə  formasından  azad  edəcək. 

Onlar  təsdiq  edirlər  ki,  müvəffəqiyyətli  antikapitalist  sosialist 

inqilabından  sonra  yeni,  lakin  keçici  dövlət  -  proletariat 

diktaturası qurulacaq. Bu proletar dövləti tezliklə kommunizm 

ilə əvəz olunacaq və dövlət həmişəlik aradan qaldınlacaq. 

Fəlsəfi mənada siyasi azadlıq. Marksist fəlsəfəyə görə dərk 

edilməyən qanunlar «kor» zərurət kimi təzahür edirlər. İnsan öz 

tarixinin başlanğıcında hələ təbiətin sirlərinə nüfuz 

454 



edə bilmədiyi üçün dərk edilməyən zərurətin qulu olaraq qalırdı, 

hələ  azad  deyildi.  Obyektiv  qanunlan  nə  qədər  dərindən 

öyrənirsə  insan  öz  fəaliyyətində  o  qədər  şüurlu  və  azad  olur. 

Azadlığın  marksist  tərifi  XVII  əsrin  niderland  filosofu  B.Spi- 

nozanın  tərifi  ilə  üst-üstə  düşür:  «Azadlıq  dərk  edilmiş 

zərurətdir». 

Spinozanm müasiri ingilis filosofu T.Hobbs hesab edirdi ki, 

azadlıq  müqavimətin  olmamasıdır.  Onun  fikrincə  insanın 

azadlığı  nəyi  isə  gerçəkləşdirməyə  can  atan  iradənin 

müqavimətə  rast  gəlməməsidir.  Russo  deyirdi:  «Azadlıq  - 

bərabərlik olmadan yaşaya bilməz». 

Rus  yazıçısı  Dostoyevskinin  dediyinə  görə  azadlıq  insan 

üçün ən əzablı qayğıdır; insan və insan cəmiyyəti üçün - heç nə, 

heç vaxt azadlıq qədər ağır yük olmamışdır. İnsan azad olandan 

sonra  tələsik  axtarır  ki,  kimin  qarşısında  diz  çöksün  və 

azadlıqdan xilas olsun. 

Kant göstərirdi ki, azadlıq hərfən və mahiyyətcə ideyadır. O, 

mütləq hamı üçün azadlığı nəzərdə tutur. Bütün cəmiyyəti azad 

etmədən  hansısa  tək  bir  adamın  təcrid  olunmuş  azadlığı 

ağlasığan bir şey deyil. 

Hegel  azadlığı  əsl  daxili  ziddiyyət  hesab  edirdi.  Onun 

fikrincə azadlıq odur ki, insan yalnız özündən asılı olsun. 

Z.Freydin davamçılarından biri olan E.Fromm göstərirdi ki, 

azadlıq  -  şəxsiyyətin  özünü  idarə  etməsidir,  onun  mənəvi, 

emosional qabiliyyətinin ifadəsidir. 

İnsan  dünya  hadisələrinin  içərisinə  atılıb,  taledən, 

təsadüflərdən,  dəyişgənlikdən,  yanlışlıqlardan,  başqalarının 

iradəsindən və s. asılıdır. Lakin başqa tərəfdən, öz vəzifələrini 

icra  etmək  üçün  insan  azad  olmalıdır,  bütün  problemlərin 

asanlıqla  həll  olunacağını  gözləməməlidir.  İnsandan  cəhd 

göstərmək, çalışqan, qabiliyyətli olmaq tələb edilir. Lakin belə 

fikir də var ki, insan nə qədər çalışsa da öz həyati problemlərini 

həll edə bilmir. M.Haydegger göstərirdi ki, insana Taleyi özünə 

tabe etmək və yaxud dəyişdirmək nəsib olmamış, odur ki, onun 

azadlığı  həmin  Taleyi  itaətlə  qəbul  etməkdən  ibarətdir.  Hay- 

degger azadlığı idrak ilə əlaqələndirirdi. O, yazmışdı: «Hər cür 



455 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə