Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə4/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   2   3   4   5   6   7   8   9   ...   159

Ənənəvi ərəb dilçiliyində başqa dillərin tədqiqi məsələsinə dair 

11 


türk  əsilli Mahmud bin əl-Hüseyn bin Məhəmməd  əl-Kaşğari, ikincisi isə 

yenə türk əsilli Seyyid Əhməd Cəmaləddin ibn Mühənnadır. 

Mahmud Kaşğari 1029-1038-ci illər arasında Kaşğarda anadan 

olmuşdur. Kınık türk qəbiləsinə mənsub olan Mahmud Kaşğari doğma şəhəri 

ilə yanaşı, Buxara, Mərv, Nişapur və Bağdadda da oxumuş,  ərəb dilinə  və 

ərəb qrammatika elminə yaxşı bələd olmuşdur. 

Mütəxəssislərin fikrincə, Mahmud Kaşğari özünün şah  əsəri olan 

“Divanu luğatit-türk” (“Türk dilləri toplusu”) kitabını 1072-ci ilin yanvar 

ayında başlamış, 1083-cü ilin oktyabr ayında bitirmişdir. 

Mahmud Kaşğari struktur-əlifba prinsipi əsasında tərtib etdiyi bu 

lüğətində sözləri isim və feil olmaqla iki qrupa bölərək orada aşağıdakı 

məsələləri nəzərdən keçirmişdir: 1) leksika (burada sözlərin hansı  qəbiləyə 

mənsub olduğu göstərilir); 2) türk qəbilələrinin yerləşdiyi bölgələr haqqında 

məlumat; 3) türk dillərinin təsnifatı; 4) türk dillərinin tarixi fonetikasına və 

qrammatikasına dair məlumat; 5) türklərin tarixi coğrafiyası, etnoqrafiyası, 

poeziya və folkloru haqqında məlumat; 6) dünyanın  ən qədim türk xəritəsi 

(12,3-17). 

Lüğətdə qoyulmuş  məsələlərə  nəzər saldıqda Mahmud Kaşğarinin elm 

aləminə məlum olan ilk türkoloq-dilçi, tarixçi, etnoqraf və folklorçu olduğu 

nəzərə çarpır. Digər tərəfdən lüğətdə türk dillərinin tarixi fonetikasına dair 

məlumat verilməsi onun ərəb dilçiliyinə  də böyük yenilik gətirməsi kimi 

qiymətləndirilməlidir. Çünki zəngin ənənələrə malik çoxəsrlik ərəb dilçiliyi 

tarixində Mahmud Kaşğaridən nə  əvvəl, nə  də sonra dilçilik məsələlərinin, 

dil hadisələrinin izahında tarixilik prinsipinə riayət olunmamışdır.  

Bəzi mütəxəssislər “Divanu lüğatit-türk”ün Xəlil bin Əhməd  əl-

Fərahidinin “Kitabul-eyn” (13,13), digərləri isə  İbrahim  əl-Farabinin 

“Divanul-ədəb” lüğəti prinsipində  tərtib olunduğunu göstərirlər (14, 11). 

Lakin müəllif özü əsərinin müqəddiməsində  əvvəlcə lüğətini Xəlilin 

“Kitabul-eyn” səpgisində tərtib etmək istədiyini, sonra isə lakoniklik xatirinə 

bu fikirdən daşındığını göstərir. Lüğətin “Divanul-ədəb” səpgisində  tərtibi 

barəsindəki mülahizə isə xüsusi tədqiqat tələb edir.  

Mahmud Kaşğarinin bütövlükdə  ərəb dilçiliyi və leksikoqrafiyası 

prinsipləri  əsasında yazdığı “Divanu lüğatit-türk” kitabı türk dilləri və 

ləhcələrinin müqayisəli fonetikası  və qrammatikasına həsr edilmiş ilk elmi 

əsəridir. Lüğətə  nəzər salarkən, müəllifin  ərəb və türk dillərinin müxtəlif 



V.M.MƏMMƏDƏLİYEV 

12 


sistemlərə malik olduğunu yaxşı  dərk etdiyi, türk dillərinə xas olan 

iltisaqiliyi ərəb dilindəki daxili fleksiyadan ciddi surətdə fərqləndirdiyi açıq-

aşkar nəzərə çarpır.  

Dərin zəkası, incə dil duyumu və  dəqiq müşahidə qabiliyyəti ilə öz 

dövrünü çox qabaqlamış Mahmud Kaşğarini 13 əsrdən artıq zəngin tarixə 

malik ərəb dilçiliyində özündən əvvəlki və sonrakı dilçilərdən fərqləndirən, 

ona xüsusi mövqe qazandıran, orijinal tədqiqatçı edən cəhət budur ki, o, 

qohum dillərin öyrənilməsində müqayisəli metodu ilk dəfə  şüurlu elmi 

prinsip kimi geniş, ardıcıl surətdə tətbiq etmiş, bir çox faktların izahında isə 

tarixilik prinsipini əsas götürmüşdür. Cəsarətlə demək olar ki, Mahmud 

Kaşğari dilçilikdə müqayisəli metodun, tarixilik prinsipinin əsasını 

qoymuşdur. Məhz buna görə də bəzi mütəxəssislər haqlı olaraq, onu müasir 

nəzəri dilçiliyin əsasını  təşkil edən tarixi-müqayisəli metodun banisi hesab 

edirlər (15, 856; 16, 31; 17, 27). 

Mahmud Kaşğarinin türk dillərinin sintaksisinə  həsr edilmiş “Kitabu 

cəvahirin-nəhv fi luğatit-türk” əsəri isə təəssüf ki indiyə qədər tapılmamışdır. 

Seyid Cəmaləddin ibn Mühənnanın (? - 1283)  ناسللا ةبلح و ناسنلأا ةيلح

  

adlı 



əsəri haqqında ilk dəfə  məşhur rus şərqşünası P.M.Melioranski məlumat 

vermiş  və onu 1900-cu ildə Sankt-Peterburqda nəşr etdirmişdir (18). 

P.M.Memoranski  İbn Mühənnanın bu əsərinin XIV əsrdən gec 

olmayaraqhətta ola bilsin ki XIII əsrin sonlarında Hülakilər dövründə İranda 

yazıldığını güman edir. T.Hacıyev burada İran dedikdə Güney Azərbaycanın 

Urmi ətrafı nəzərdə tutulduğunu qeyd edir.  

 İbn Mühənnanın  ناسللا  ةبلح  و  ناسنلأا  ةيلح  əsərində fars, monqol və türk 

dilləri əhatə olunduğuna görə, P.M.Melioranskinin fikrncə, o, həmin üç dilin 

mövcud, və işlək olduğu bir məkanda yarana bilərdi. Bu məkan isə Azərbay-

candır, çünki Hülakilər dövründə Azərbaycanda türk, fars və monqol dilləri 

əməli şəkildə işlənirdi (18,18;19, 4-5). 

Onu da qeyd etmək lazımdır ki, P.M.Melioranski İbn Mühənnanın türk, 

özü də məhz Azərbaycan türkü olduğunu vurğulayır (18,19).  

İbn Mühınnanın özünün də qeyd etdiyi kimi, təcrübi məqsədlə yazdığı 

bu lüğəti üç hissədən - ərəbcə, farsca, ərəbcə-türkcə  və  ərəbcə-monqolca 

lüğətdən ibarətdir. Həmin lüğətlərin hər biri iki hissədən təşəkkül tapır: 

1) araşdırılan dilin fonetik, morfoloji, leksik-terminoloji təhlili;  

2) müvafiq dilin lüğət tərkibinin qlossarisi-sözlərin ərəbcəyə tərcüməsi. 




Ənənəvi ərəb dilçiliyində başqa dillərin tədqiqi məsələsinə dair 

13 


Bizi  əsasən  əsərin  ərəbcə-türkcə lüğət qismi maraqlandırdığından qeyd 

etməliyik ki, müəllif bu qismin fonetika bəhsində türk səslərinin fonetik 

təbiətini, artikulyasiyasını  və  tələffüzünü izah edir, spesifik türk səslərinin 

izahına xüsusi diqqət yetirir, türk dilindəki səslərin ərəb əlifbası ilə adekvat 

olaraq ifadə edilə bilməsi üçün müəyyən diakratik işarələrin tətbiqindən bəhs 

edir (19,10). 

Morfologiyaya həsr edilmiş bölmədə türk dilinin morfologiyası yüksək 

nəzəri səviyyədə təhlil olunur, bu və ya digər qrammatik kateqoriya barədə 

məlumat verilir, daha sonra hər bir şəkilçinin işlənmə yeri və qrammatik 

funksiyası izah edilir (19,10). 

Əsərdə maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki, burada öyrədilən 

dillərin  şivələrə malik olması qeyd edilir və  ənənəvi  ərəb dilçiliyinin 

normalarına müvafiq olaraq şivələrə aid olan xüsusiyyətlər ümumi qaydadan 

(qiyasdan) kənara çıxma kimi xarakterizə olunur. 

Nəhayət onu qeyd etmək lazımdır ki, İbn Mühənna həm də Həzrəti Əli 

barəsində yazılmış  بلاط يبأ باسنأ يف بلطلا ةدمع kitabının müəllifidir. 

İbn Mühənnanın Mahmud Kaşğaridən iki əsr sonra yazıb yaratdığını 

nəzərə alsaq, onun tərtib etdiyi bu lüğətin  ərəb dilçiliyində yeni bir hadisə 

olmadığını qeyd edə bilərik. Dünya dilçiliyinin nəhənglərindən biri hesab 

edilən Mahmud Kaşğari tarixi-müqayisəli metodu XI əsrdə  şüurlu elmi 

prinsip kimi tətbiq etməklə bu işə XIX əsrdə girişən Avropa dilçiliyini 

səkkiz əsr qabaqlamış, İbn Mühənna isə XIII əsrdə bu istiqamətdə yeni bir 

əsər yazaraq müqayisəyə cəlb edilən dillərin sayını daha da artırmışdır. Ərəb 

dilçiliyi ilə yanaşı, hind-Avropa dilçiliyini də gözəl bilən P.M.Melioranski 

məhz buna görə orta çağ  ərəb filoloqlarının öz təcrübə  və  nəzəriyyələrinin 

rasionallığı baxımından Avropa alimlərinin nəinki orta əsrlərdəki, hətta XIX 

əsrə qədərki səviyyələrindən daha yüksəkdə durduqlarını qeyd edir (19,13). 

Sonda onu qeyd etmək istəyirik ki, ənənəvi ərəb dilçiliyində ərəb dili ilə 

yanaşı, yəhudi, siryani, həbəş, fars, türk, monqol və s. dillərin öyrənilməsinə 

də maraq göstərilmişdir. Həmin dillərin öyrənilməsi ilə  məşğul olan mütə-

xəssislər  ərəb olub-olmadıqlarından asılı olmayaraq tədqiq etdikləri digər 

dilləri  ərəb dilçiliyində  qəbul edilmiş qayda-qanunlar, norma və prinsiplər 

əsasında öyrənmiş, bununla da bütövlükdə nəzəri dilçiliyin inkişafına böyük 

xidmət göstərmişlər.  

  



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə