Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə20/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   16   17   18   19   20   21   22   23   ...   91

- 42 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
AYDIN ŞİRİYEV 
Bakı Avrasiya Universiteti 
SƏYAVUŞ GÖZƏLOV 
Azərbaycan Memarlıq və İnşaat Universiteti 
 UOT: 159 
SÜLH VƏ HƏRBİ MÜNAQİŞƏ DÖVRÜNDƏ YARANAN FÖVQƏLADƏ HALLAR 
ZAMANI PSİXOLOJİ DAVAMLILIĞIN FORMALAŞMASI 
 
Açar sözlər: daxili və xarici hazırlıq, psixoloji komponentlər, psixoloji möhkəmlik, təhlükə, 
məsuliyyətlilik, hərbi hazırlıq 
Key  words:  internal  and  external  preliminary,  psychological  components,  psychological 
strength, danger, responsibility, battle training. 
Ключевые слова: Внутренние и внешние компоненты, психологическая подготовка, 
психологическая выдержка, угроза, ответственность, военная подготовка. 
Sülh  və  hərbi  münaqişə  dövründə  fövqəladə  halların  zədələyici  amilləri  insanların  həyat 
fəaliyyətinə,  sağlamlığına  ziyan  vurur  və  maddi  sərvətlərin  itkilərinə  gətirib  çıxarır.  Bu  ziyan  və 
itkilərin  qarşısının  alınması  və  yaxud  onların  azaldılması,  mühafizənin  planlaşdırılması,  təşkili  və 
həyata  keçirilməsi  birbaşa  “insan  faktoru”  ilə  əlaqəlidir.  Məsələn,  “Günəşli”  yatağındakı  10  saylı 
dərin  dəniz  özülündə  baş  vermiş  qəza  nəticəsində  üç  hasilat  quyusunun  dərin  dəniz  özülündə 
yüksək  atmosfer  təzyiqi  ilə  işləyən  sualtı  qaz  xəttinin  dayaq  borusu  qırılması,  boru  kəmərinin 
zədələnməsi  və  yanğının  baş  verməsi  nəticəsində  63  nəfər  zərər  çəkmişdir  [1].  Rusiyanın  Komi 
Respublikasındakı  neft  yatağında  600  kvadrat  metr  sahədə  "Lukoyl"  şirkətinə  məxsus  neft 
quyusunun  yanması  ilə  əlaqədar  yanğınla  mübarizəyə  185  yanğınsöndürən  şəxs  və  84  texnikanın 
cəlb edilməsi nəticəsində yanğın söndürülmüşdür [2]. 
Hərbi xarakterli fövqəladə halların (HXFH) qarşısının alınması və onun nəticələrinin aradan 
qaldırılmasını təmin etmək məqsədilə əhalinin və müxtəlif qoşun növləri bölmələri şəxsi heyətinin 
iştirakına  birgə  nail  olunması,  onların  döyüş  və  psixoloji  hazırlığının  daim  yüksək  səviyyədə 
saxlanılması, mənəvi-döyüş potensialının müasir tələblərə uyğunluğu çox vacibdir [3]. 
 Göstərilən  misallardan  aydın  olur  ki,  sülh  və  hərbi  dövründəki  fövqəladə  hallarda  həyat 
fəaliyyətinin  təmin  edilməsi  insan  psixi  fəaliyyətinin  təmin  edilməsi,  onlarda  yaranan  psixi 
vəziyyətlərinin  fövqəladə  halların  yaratdığı  ekstremal  situasiyalar  tələblərinə  cavab  verməsi 
istiqamətində formalaşdırılması aktuallıq kəsb edir. 
Müxtəlif  xarakterli  fövqəladə  halların  (MXFH)    ayrı-ayrılıqda  və  ya  birinin  digərinə 
təsirindən  digər  halların  meydana  çıxması  ilə  əlaqədar  olaraq  şəxsi  heyətinin  mühafizəyə  daimi 
hazırlığının – psixoloji davamlılığın təmin edilməsi çox vacibdir.  
Müxtəlif  qoşun  (SQ  və  FHN)  növlərində  daimi  yüksək  hazırlığın  təmin  edilməsi  üçün 
yanğınsöndürmə  bölmələrinin,  hərbi  hissələrin  və  gəmilərin  döyüş  postu  və  onların  növbəsi  üzrə 
növbətçilər  və  ya  vaxta  üzrə  (gəmilərdə)  cədvəllər    hazırlanmışdır.  Bununla  əlaqədar  olaraq, 
müxtəlif qoşun növləri üzrə hərbçilərdə yüksək ixtisasçılıq və peşəkarlıq keyfiyyətlərini özündə əks 
etdirən  daxili  döyüş  hazırlığı  əlamətlərinin  formalaşdırılması  xüsusi  psixoloji  məşğələlərin  tədris 
prosesində istifadəsini tələb edir [4]. 
Hərbçilərin  daxili  döyüş  hazırlığının  əsas  komponentlərini  şərti  olaraq  aşağıdakı  qruplara 
ayırırlar: 
- mahiyyət komponentləri
- ali və ya spesifik komponentlər
- döyüş əməliyyatlarının başlanması ilə bilavasitə əlaqədar komponentlər. 


- 43 - 
Daxili  döyüş  hazırlığının  mahiyyət  komponentini  şərti  olaraq  bir-birilə  qarşılıqlı  əlaqədə 
olan iki qrupa ayırmaq məqsədəuyğundur. 
 Birinci qrup – daxili hazırlığın əsas komponenti. Bu, şəxsi imkanlardır və onların köməyi ilə 
müxtəlif  qoşun  növlərində  olan  hərbçilər  istənilən  tapşırığı  yerinə  yetirirlər  və  döyüş  hazırlığı  üzrə 
məşğələlərin  gedişində  istifadə  edirlər.  Bu  komponentlər  hərbçilərdə  (xilasedicilərdə)  Azərbaycan 
Respublikası  Prezidentinin  apardığı  daxili,  xarici  və  iqtisadi  siyasətin  dərk  edilməsini,  öz 
dövlətçiliyinə  və  müstəqilliyinə  inamı,  elmi  dünyagörüşü,  baxışları,  ideyaları,  cəmiyyətin  inkişafı 
naminə  maraq  və  tələbatları,  ideologiyamızın  tələblərinə  cavab  verən  əxlaq  və  hərbi  nizamnamələri 
dərindən bilməyi ifadə edir. Borc hissləri və məsuliyyətlilik, şüurlu nizam–intizamlılıq, xidmət etdiyi 
qoşun  növünün  özünəməxsus  gözəlliyini  dərk  edərək  xidmət  etmə  və  döyüş  ustalığına  yiyələnmə 
bacarığı  aiddir.  Bu  komponentlərin  məcmusu  hər  bir  hərbçinin,  eləcə  də  bütün  şəxsi  heyətin  daimi 
döyüş hazırlığının əsasını təşkil edir [5].  Bununla birlikdə hər bir ixtisas, vəzifə, şərait və tapşırıqlar 
insanlarda xüsusi keyfiyyət, bilik, bacarıq, vərdiş, adət və qabiliyyətlər tələb edir. 
 Döyüş  hazırlığının  təminatının  şəraiti  və  tədbirləri,  sülh  dövründən  atəşkəs  və  oradan  
müharibə şəraitində fəaliyyətin çətinlikləri, xüsusən də qəfil hücum şəraitində baş verən hadisələr 
müxtəlif  qoşun  növlərində  xidmət  edən  hərbçilərin  daxili  döyüş  hazırlığı  məcmuəsinə  xüsusi 
tələblər  verməklə  ikinci  komponentlərini-  ali  və  ya  spesifik  komponentlər  qrupunu  əmələ  gətirir. 
Bunlara  aiddir:  tələblərə  münasibət,  döyüş  hazırlığına  nail  olmağın  metod  və  kriteriyaları,  yüksək 
sayıqlıq,  düşmən  qüvvələrinin  hərbi  hazırlığına  diqqət,  eyni  zamanda  onların  niyyət  və 
məqsədlərinin  vaxtında  və  düzgün  duymaq  (anlamaq),  düşmənin  müharibəni  başlama  formalarını 
və onların öz fikirlərini maskalama üsullarını bilmək, hərbi-siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar 
olaraq  müharibənin  olma  ehtimalını  və  başlanma  müddətini  düzgün  qiymətləndirmə,  düşmənin 
həqiqətən  hücuma  hazırlaşma  əlamətlərinin  vaxtında  aydınlaşdırmağı  və  qiymətləndirməyi 
bacarmaq və s.  
Müxtəlif  qoşun  növlərində  hərbçilərin  daimi  döyüş  hazırlığının  spesifik  tərkib  hissəsi 
aşağıdakılardan  ibarətdir:  ekstremal  və  mürəkkəb  şəraitli,  uzun  müddətli  çöl  çıxışlarının,  dəniz 
yürüşlərinin, qəza-xilas etmə işlərinin təşkili, hava uçuşlarının xüsusi psixoloji  hazırlığı, xidmətin 
monoton  və  uzun  müddətliliyin  meydana  çıxmasına  yüksək  sayıqlılıq  və  hazırlığa  davamlılığı, 
tədbirlərin  uzun  müddətliliyə  psixoloji  davamlılığı.  Bununla  yanaşı,  həm  də  şəxsi  hazırlıq 
səviyyəsinin  sərbəst  nizamlanması  və  özünə  nəzarət  etmə  bacarığı,  öz  imkanlarını  tam  səfərbər 
etmə  qabiliyyəti,  müvəqqəti  uğursuzluğa,  qeyri-müəyyənliyə,  gözlənilməz  hadisələrə,  yeniliklərə, 
ekstremal və  həddindən  artıq  gərginliyə  davamlılıq, risqə,  təhlükəyə,  məsuliyyətə  hazırlıq,  yüksək 
sürətli iş üçün xüsusi keyfiyyətlər, şərait üzrə çevik hərəkət etmə qabiliyyəti tələb edilir [5]. 
HXFH  nəticələrinin  aradan  qaldırılmasında  hədəflərin  vaxtında  müəyyən  edilməsi,  hücum 
anı  haqqında  düzgün  məruzə,  xəbərdarlıq,  həyəcan  siqnalı  ilə  hərəkət,  müxtəlif  silahlardan  atəşin 
açılması, böyük əməliyyat kəsb etsə də, bununla əlaqədar meydana çıxan döyüş hazırlığı psixoloji 
davamlılıqdan da xeyli asılıdır. Psixoloji davamlılıq döyüş əməliyyatlarının aparılmasında ordunun 
sərəncamında  olan  silahlardan,  döyüş  texnikasından  istifadə  etmək  bacarığında  özünü  göstərir. 
Başqa  sözlə  desək,  şəxsi  heyətin  yüksək  psixoloji  davamlılığı  düşmənin  vaxtında  darmadağın 
edilməsi  üçün tapşırıqlarının  yerinə  yetirilməsini,  şəxsi heyətin psixikasının və  bütün  fəaliyyətinin 
döyüş qaydalarına uyğun qurulmasını təmin edir [5]. 
Müxtəlif  qoşun  növlərində  hərbçilərin  psixoloji  davamlılığı  özünəməxsusluğu  və  psixoloji 
komponentləri  mövcudluq  formasına  görə  də  fərqlənir.  Bir  qrup  komponentlər  özündə  hər  bir 
insana  məxsus  davamlı  psixoloji  komponentləri  (xasiyyət,  keyfiyyət,  inam,  bilik,  bacarıq,  vərdiş, 
adətləri  və  s.)  birləşdirir.Hərbi  birləşmə  qarşısında  duran  döyüş  tapşırığının  yerinə  yetirilməsi 
müxtəlif olduğu səbəbindən psixoloji davamlılıq komponentləridə müxtəlif ola bilər (kollektiv rəy, 
maraq,  səy  göstərmə,  qarşılıqlı  münasibətlər,  təşkil  olunma,  nizam-intizamlılıq,  döyüş  təcrübəsi, 
mütəşəkkillik  və  s.).  Bu  qrupa  daxil  olan  komponentlər  zəruri  funksiyaların  yerinə  yetirilməsi 
imkanlarını ifadə edir və buna görə də ilkin, uzun müddətli və qabaqcadan olan hazırlıq adlanır. Bu 
isə hər bir xilasedicinin  və hərbi kollektivin döyüş qabiliyyətini ifadə edir. 
Hərbçilərin  (xilasedicilərin)  psixoloji  davamlılığı  -  döyüş  əhval-ruhiyyəsi,  psixi  vəziyyəti 
onun verilmiş anda psixi proseslər (yuxarıda baxılan bütün komponentlərin - imkanların səfərbərbər 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə