Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   13   14   15   16   17   18   19   20   ...   164

35 
Nazirlər  Sovetinin  tabeliyinə  verildi.  Bundan  sonra  arxiv  işinə  və  arxiv  sənədlərindən  istifadəyə 
diqqət artırıldı. 
1928-1930-cu  illər  arasında  muxtar  respublikanın  rayonlarında  da  dövlət  arxivlərinin 
yaradılmasına başlandı. İlk dəfə Şərur, Ordubad, Culfa və Şahbuz rayonlarında, 1979-cu ildə Babək 
rayonunun yaranması ilə Babək rayonunda, 1990-cı ildə Sədərək rayonunda, 2004-cü ildə Kəngərli 
rayonunun  yaranması  ilə  Kəngərli  rayonunda  dövlət  arxivi  təşkil  olunmuş  və  xalqımıza  xidmət 
etməyə  başlamışdır.  Hazırda  Naxçıvan  Muxtar  Respublikası  Arxiv  İdarəsi  tabeliyində  bir  muxtar 
respublika  dövlət,  bir  şəhər  və  7  rayon  dövlət  arxivi  fəaliyyət  göstərir.  Bu  arxivlərdə  elmin, 
mədəniyyətin və ictimai həyatın müxtəlif sahələrini özündə əks etdirən 430 mindən çox kağız əsaslı 
idarəçilik işi, elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin 2000-ə qədər işdən ibarət elmi 
və texniki sənədləri, 80 mindən çox foto və 4 mindən çox kino sənədi mühafizə olunur.  
Xalqımız  öz  mənəvi  sərvəti  olan  arxivlərinə  yalnız  1991-ci  ildə  sovet  rejimi  dağılandan 
sonra  sahib  oldu.  Müstəqil  respublikamızın  ərazisində  olan  bütün  arxivlər  Azərbaycan  xalqının 
həqiqi  mənəvi  sərvətinə  çevrildi.  İllərlə  “bağlı  qapı”  arxasında  qalan  bu  sənədlərdən  tariximizin 
tədqiqində geniş istifadə olunmağa başlandı.  
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında unudulmaz xidmətlərindən biri də 
onun xalqımızın tarixinə, mədəniyyətinə böyük övladlıq  məhəbbəti idi. O,  yaxşı  başa düşürdü ki, 
bir xalqın həqiqi tarixi yalnız ilkin mənbələr olan arxiv sənədləri əsasında yazıldıqda daha dəyərli, 
dəqiq  və  inandırıcı  olur.  Böyük  zəka  sahibi  olan  Ümummilli  liderimiz  hansı  sahəyə  müraciət 
etmişsə orada böyük müvəffəqiyyət qazanmışdır. Onun qarşısında fəth  edə bilməyəcəyi  bir zirvə, 
öhdəsindən  gələ  bilməyəcəyi  iş  yox  idi.  Çoxları  bunun  səbəbini  bu  dahi  şəxsiyyətin  nadir  fitri 
istedadında görürlər. Bu həqiqətən də belədir və təkzibolunmaz faktdır. Lakin Heydər Əliyevin iş 
üslubuna yaxından bələd olanlar bu dahi şəxsiyyətin həyatda qazandığı müvəffəqiyyətlərin səbəbini 
onun  ilahi  tərəfindən  verilmiş  fitri  istedadı  ilə  yanaşı  əməksevərliyində,  özünə  qarşı  hədsiz 
tələbkarlığında  və  daima  özü  üzərində  gərgin  işləməsində  görürlər.  Hər  hansı  bir  ümumdövlət 
əhəmiyyətli  məsələ  hazırlanarkən  o,  həmin  məsələyə  aid  müxtəlif  mənbələrdən  mümkün  qədər 
çoxlu sənəd və materiallar toplatdırırdı. Əldə olunan materialları komputer dəqiqliyi ilə işləyir, fikir 
süzgəcindən  keçirir  və  irəli  sürdüyü  fikirin  məntiqi  müqabilində  alternativ  söz  deməyə  yer 
qoymurdu.  
Müstəqillik əldə etmiş respublikamızda başqa sahələrdə olduğu kimi, arxiv işi sahəsində də 
suveren  dövlətə  məxsus  yeni  qanunvericilik  və  normativ  aktlar  yaranmalı  idi.  Bütün  bunların 
memarı  ümimmilli  lider  Heydər  Əliyev  olmuşdur.  “Milli  arxiv  fondu  haqqında”  Azərbaycab 
Respublikası  Qanunu  bu  işin  səmərəli  həyata  keçirilməsi  üçün  demək  olar  ki,  təməl  daşı  rolunu 
oynadı.  Qeyd  edək  ki,  SSRİ  məkanında  arxiv  işi  sahəsində  qanun  qəbul  edilməmiş,  bu  sahədə 
normativ aktlar yalnız SSRİ Nazirlər Sovetinin təsdiq etdiyi “SSRİ Dövlət Arxivi fondu haqqında 
Əsasnamə” ilə tənzimlənirdi.  
 “Milli arxiv fondu” qanunu üzərində uzun müddət iş aparılmış, 1998-ci ildə Milli Məclisə 
təqdim edilmiş, 199-cu ilin iyun ayında “Milli Arxiv fondu haqqında” Azərbaycan Respublikasının 
Qanunu qəbul edilmiş və Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1999-cu il iyul ayının 22-
də  təsdiqlənmişdir.  Qanun  arxiv  işinin  təkmilləşməsi  və  inkişafı  yolunda  çox  gözəl  perspektivlər 
açmışdır (6). Fərmanda qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Respublika Nazirlər 
Kabineti və digər icra hakimiyyəti strukturları qarşısında konkret vəzifələr qoyulmuşdur. 5 fəsil, 23 
maddədən  ibarət  olan  qanun  Azərbaycan  Respublikasında  milli  arxiv  fondunun  formalaşması, 
mühafizə  və  arxivlərin  fəaliyyəti  ilə  bağlı  münasibətləri  tənzimləyir.  İlk  fəsil  ümumi  müddəalar, 
ikinci  fəsil  Milli  Arxiv  Fondunun  tərkibi  və  təşkili,  üçüncü  fəsil  Milli  Arxiv  Fondu  sənədlərinin 
uçotu  və  mühafizəsi,  dördüncü  fəsil  Arxiv  işinin  idarə  olunması  və  sonuncu  fəsil  Yekun 
müddəalardan ibarətdir.  


36 
Bu  qanunun  2-ci  maddəsində  Milli  arxiv  fondunun  qanunvericilik  bazası  göstərilmişdir. 
Milli  arxiv  fondunun  qanunvericilik  bazası  əsasən  bu  qanundan,  Azərbaycan  Respublikasının 
müvafiq  qanunvericilik  aktlarından  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  dövlətlərarası 
müqavilələrdən ibarətdir. Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktları dedikdə 
ölkə  ərazisində  arxiv  işi  sahəsində  qəbul  olunan  normativ-hüquqi  aktlar  nəzərdə  tutulur.  Əgər  bu 
qanunla  ölkəmizin  tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələr  arasında  ziddiyyət  yaranarsa  həmin 
dövlətlərarası müqavilə tətbiq olunur. Qanunun 3-cü maddəsində əsas arxiv işi sahəsində dövlətin 
əsas vəzifələri göstərilmişdir.  
 “Milli  arxiv  fondu  haqqında”  Qanuna  görə  Azərbaycan  Respublikasının  bütün  hüquqi  və 
fiziki şəxsləri dövlət arxivində saxlanılan sənədlərdən istifadə etmək hüququna malikdir. Mühafizə 
müddətindən  asılı  olmayaraq,  dövlət  arxiv  fondu  sənədlərindən  istifadə  qaydaları  Azərbaycan 
Respublikasının və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. 
Qeyri-dövlət arxiv fondlarının sənədlərindən isə onların mülkiyyətçilərinin razılığı ilə istifadə oluna 
bilər.  
Azərbaycan  Respublikası  Milli  Arxiv  İdarəsinin  rəisi,  tarix  üzrə  elmlər  doktoru,  professor 
Ataxan Paşayev xatirələrində yazır ki, “Ümummilli liderimizin sənədlərə münasibəti, onlara böyük 
əhəmiyyət  verməsinə  fakt  ilə  bir  daha  1999-cu  ilin  iyulunda  Heydər  Əliyevin  siyasi  hakimiyyətə 
gəlməsinin 30 illiyi münasibətilə idman-konsert kompleksində təşkil olunmuş sərgidə rast gəldim. 
Bu  illərdə  əldə  edilmiş  müvəffəqiyyətləri  əks  etdirmək  üçün  hər  respublika  təşkilatına  iki  stend 
ayrılmışdı.  O  cümlədən  Arxiv  İdarəsinə  də.  Kompleksdə  stendlər  həddindən  çox  idi.  Bizi 
əvvəlcədən  xəbərdar  etmişdilər  ki,  öz  stendlər  barədə  prezidentə  yarım,  ən  çoxu  bir  dəqiqə 
müddətində qısa məlumat verərsiniz. Əksər stendlər qarşısından ötəri keçən cənan prezident Arxiv 
İdarəsinin stendi qarşısında 6-7 dəqiqə dayandı. Burada göstərilən sənədlərlə maraqlandı. Stenddəki 
materiallar  arasında  başqa  sənədlərlə  yanaşı  1983-cü  ildə  Moskvada  siyasi  büronun  üzvü,  SSRİ 
Nazirlər  Soveti  sədrinin  birinci  müavini  kimi  yüksək  vəzifələrdə  işləyərkən  SSRİ  Nazirlər  Soveti 
yanında Baş Arxiv İdarəsinin yeni rəisinin təyini zamanı onu kollektivə təqdim edərkən H.Əliyevin 
çıxışının mətnini də qoymuşduq. Bu onun diqqətindən yayınmadı. Həmin çıxışı görən kimi orada 
baş verənləri yada saldı. SSRİ-nin arxiv orqanları üçün qısa bir vaxtda xeyli köməklik etdiyini qeyd 
etdi. Bu məsələ ilə bağlı onu da deyim ki, həmin təqdimatdan sonra Azərbaycandan Moskvaya Baş 
Arxiv  İdarəsinə  yolu  düşən  hər  bir  şəxsdən  oranın  əməkdaşları  ilk  olaraq  Heydər  Əliyevin  arxiv 
işçisi olub olmamasını soruşurdular...”(3, v. 3). 
Qeyd edək ki,  Ümummilli liderimiz Heydər Əliyev hələ Naxçıvan Pedaqoji Texnikumunu 
1939-cu ildə bitirdikdən sonra bir neçə ay Şahbuz rayonunda müəllim işləmiş, 1939-1941-ci illərdə 
Naxçıvan MSSR Mərkəzi Dövlət Arxivində baş elmi işçi, məxfi şöbənin müdiri işləmiş və arxivdən 
Milli Təhlükəsizlik orqanlarına aparılmışdır (4). 
Mənəvi sərvətimizin böyük hamisi olan Heydər Əliyev tərəfindən imzalanmış bu qanun və 
fərman  ölkəmizdə  arxiv  işi  və  onun  inkişafı  ilə  bağlı  bütün  məsələləri  əhatə  edir,  onun 
strategiyasını, gələcək işlərin başlıca istiqamətlərini müəyyənləşdirir.  
Nəhayət  qeyd  edək  ki,  “Azərbaycan  Respublikasında  arxiv  işinin  təkmilləşdirilməsi 
haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  2002-ci  il  2  dekabr  tarixli  fərmanı  arxiv  işinə 
verilən  ən  böyük  dəyərdir.  Həmin  fərmanda  Arxiv  İdarəsinin  statusunun  genişləndirilməsi  ilə 
yanaşı,  bu  xidmət  təşkilatının  maddi-texniki  bazasının  təkmilləşdirilməsi  və  təchizatının 
yaxşılaşdırılması,  arxivlərin  lazımi  binalarla  təmin  olunması,  mövcud  binalarda  təmir  və  bərpa 
işlərinin aparılması arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması və sair qarşıya çox mühüm 
vəzifələr kimi qoyulmuşdur və müvəffəqiyyətlə həyata keçirilmişdir.  
Fərmanda  arxiv  sənədlərinin  qorunub  saxlanması  və  onların  istifadəsinin  zəruriliyi  qeyd 
edilməklə  yanaşı,  bu  sahəyə  hərtərəfli  qayğının  artırılması  da  xüsusi  vurğulanır.  Bu  tədbirlərdən 
sonra  ölkəmizin,  Naxçıvan  Muxtar  Respublikasının  tarixinin,  mədəniyyətinin,  ədəbiyyatının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə