Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə155/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   151   152   153   154   155   156   157   158   ...   164

316 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
CAVADXAN QASIMOV 
AMEA Naxçıvan Bölməsi 
 cavadxan.yusifoglu@mail.ru 
UOT:338 
HEYDƏR ƏLİYEV VƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASININ  
DAVAMLI İNKİŞAFI 
 
Açar sözlər: İqtisadi siyasət, iqtisadi idarəetmə, istehsal münasibətlər  
Key words: Economic policies, economical management, production relations
 
Ключевые слова: Экономическая политика, экономическое управление
производственные отношения. 
Artıq bir həqiqətdir ki, Naxçıvan Muxtar Respublikası ümummilli liderimiz böyük Heydər 
Əliyevin müasir iqtisadi şəraitdə bizlərə ərmağanıdır. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Ali 
Məclisin  Sədri  işləyərkən  Naxçıvan  Muxtar  Respublikası  dövrün  iqtisadi,  siyasi  və  hərbi 
böhranlarından  xilas  edilərək  keçid  etdiyimiz  bazar  münasibətlərinin  prinsip,  qanunauyğunluq  və 
tələblərinə  uyğun  gələn,  onlara  hazır  olan,  dolğun  cavab  verən,  bununla  da  müasir  iqtisadi 
potensialın  formalaşması  və  inkişafına  münbit  zəmin  yaradan,  eləcə  də  strateji  mahiyyət  daşıyan 
regiona  çevrildi.  Təbii  ki,  bununla  da  muxtar  respublika  yüz  illərlə  inkişaf  tarixi  olan  bazar 
iqtisadiyyatının, ona xas münasibətlərin özünə kök saldığı bir məkan kimi formalaşdı.  
Həmin  siyasi  xəttə  sadiq  qalaraq  1995-ci  ildən  Naxçıvan  Muxtar  Respublikasının  ictimai-
siyasi,  sosial-iqtisadi,  mədəni-hüquqi  və  digər  həyatında  yeni  mərhələ  başlandı.  Böyük  Heydər 
Əliyevin başlatdığı islahatlar iqtisadiyyatın sahə strukturunun ardıcıl və əlaqəli inkişaf mənzərəsinə 
çevrildi. Bu dövrdə qarşıda duran əsas məqsədlər içərisində: 
1. keçid dövrünün ola biləcək sıxıntılarının təsirinə qarşı maksimum müqavimət gücünün artan 
miqyasda təmin edilməsi; 
2. həyata keçirilən bütün tədbirlərin bazar münasibətlərinin tələb və qanunları əsasında düzgün 
istiqamətləndirilməsi; 
3. fəaliyyətin mikro səviyyədə qurulmasının məqsədyönlülüyü, onun mezoiqtisadi potensialın 
gücləndirilməsinə  stimulladırıcı  təsiri  və  bununla  da  makroiqtisadi  nailiyyətlər  üçün  faydalı 
zəmin yaradılması; 
4.  iqtisadiyyatın  sosialyönümlülüyünə  şərait  yaradacaq  amillərin  sistemliliyi  və  əlaqələn-
diriciliyindən səmərəli istifadə edilməsi
5.  əmək  ehtiyatlarından  iqtisadiyyatın  sahə  strukturu  üzrə  onun  əhəmiyyətli  dərəcədə 
təşkilatlanması məqsədləri əsasında istifadəsinin daim diqqətdə saxlanılması və s. məsələlərin 
uzaq gələcək üçün nəzərdə tutulması mümkün oldu. 
Naxçıvan  Muxtar  Respublikasında  keçid  dövründə  yuxarıda  sadalanan  təminatlar  ən  üstün 
səviyyədə bərqərar edilməklə, perspektiv inkişaf üçün yenə də ardıcıl tədbirlər həyata keçirildi ki, 
bunlar  da  aşağıdakılardan  ibarət  olmaqla,  ötən  iyirmi  iki  ilə  yaxın  bir  dövrün  ən  mühüm 
nailiyyətlərini təşkil etməkdədir: 
1. iqtisadiyyatın ən mühüm və başlıca istehsal vasitəsi olan torpaq üzərində xüsusi mülkiyyətin 
inkişafından;  
2. iqtisadi (istehsal) münasibətlərinin təkmilləşdirilməsindən;  
3.  milli-iqtisadi  hədəf  və  prioritetlərin  üstün  tutulması  əsasında  strateji  tədbirlərin  həyata 
keçirilməsindən; 
4. dövrün çağırışları ilə səsləşən və müasir inkişaf səviyyəsinə uyğun gələn tədbirlərin həyata 
keçirilməsindən;  


317 
5.  innovativ  məqsədlər  çərçivəsində  islahatların  davamlılığının,  eyni  zamanda  əhatəsinin 
genişlənməsinin təminatı və iqtisadi-hüquqi mexanizlmərin çevikliyinin dəstəklənməsindən; 
6. kəmiyyət göstəricilərinin keyfiyyət reallıqları ilə əsaslandırılmasından; 
7. yeni istehsal sahələrinin təşfiqi və müəssisələrinin yaradılmasından, iş yerlərinin açılmasın-
dan, qanunvericilik əsasında hər cür iqtisadi fəaliyyətin dəstəklənməsindən, özünüməşğulluğun 
stimullaşdırılmasından,  nəticədə  isə,  ümumi  məşğulluq  səviyyəsinin  yüksəldilməsindən  ibarət 
oldu.  
Naxçıvan  Muxtar  Respublikası  bu  məqsədlərin  gerçəkləşməsi  fonunda  sakinlərinin  məcmu 
mənafelərini  tam  ifadə  edən,  bununla  da  çevik  şəkildə  sosiallaşan  iqtisadiyyata  malik  Muxtar 
Dövlətə  çevrildi.  Sosiallaşan  iqtisadiyyat  məhz  ictimai-siyasi  sabitliyin,  sosial-iqtisadi,  mədəni-
hüquqi inkişaf və təhlükəsizliyin mühüm göstəricisi, eləcə də nəticəsi olmaqla, bu anlayışlarda ifadə 
olunan bütün sahələrin əhatəliliyini, sistemliliyini, dayanıqlığını, eyni zaman da əhalinin məşğulluq 
səviyyəsinin yüksəldilməsini, maddi rifahının, firəvanlığının daha da yaxşılaşdırılmasını əks etdirir. 
Qeyd etmək lazımdır ki, bütün bunlara nail olmaq üçün muxtar respublika keçən dövr ərzində öz 
iqtisadi  resurs  və  potensialını  səfərbər  etmişdir.  İqtisadi  mənafelər  bazar  münasibətləri  əsas 
tutulmaqla qorunmuş, müəyyənləşdirilən siyasət özündə ayrıca olaraq hər bir fərdin, bütövlükdə isə 
bütün  Naxçıvan  sakinlərinin  maraqlarını  ifadə  etməyi  bacardı.  Yəni  sosiallaşmışdı.  Nəticədə 
dövlətin  vahid  sosial  siyasətinin  əsasları  müəyyən  olundu.  Sosial  siyasətin  də  elə  əsas  mahiyyəti 
dövlətin  daxili  məcmu  siyasətinin  tərkib  hissəsi  olmaqla,  onun  sosial  proqramlarında  ifadə 
olunması,  gerçəkləşdirilməsi,  əhalinin  bütün  sosial  qruplarının  mənafeyi  naminə  və  maraqları 
vasitəsilə  cəmiyyətdə  olan  münasibətlərin  tənzimlənməsində  özünü  göstərir  (2,  s.  66).  Bu 
baxımdan,  muxtar  respublikada  insan  amili,  onun  bir  potensial  kimi  inkişafı  hər  zaman  diqqət 
mərkəzindədir. Məhz bu mənada Naxçıvan Muxtar Respublikası yeritdiyi dövlət siyasəti ilə ölkənin 
milli, sosial-iqtisadi maraqları çərçivəsində öz sakinini: 
1.  davamlı  firəvanlığın  və  xoşməramın  təmin  edilməsində  təşəbbüskarlıq  etməklə,  ictimai 
həmrəylik və qarşılıqlı yardım prinsiplərinə sadiq tərəfdaş;  
2. sosial-iqtisadi inkişaf siyasətinin yaxından iştirakçı;  
3.  vətəndaş  kimi  təkanverici  amil,  potensial  olaraq  məhsuldar  qüvvə,  məşğulluğun  təmin 
edilməsində isə çevik əmək ehtiyatı; 
4. makroiqtisadi göstəricilərin yüksələn xətt üzrə davamlılığı fonunda milli iqtisadi inkişafın 
surətləndirici amili;  
5.  bununla  da  iqtisadiyyatın  çoxşaxəliliyinin,  beynəlmiləlliyinin,  dünyəviliyinin  təminatçısı 
kimi qoruyur, müdafiə edir.  
Ümummilli lider böyük Heydər Əliyevin əsaslarını qoyduğu müstəqil Azərbaycan Respub-
likası  özünün  bütün  sahələrdəki  inkişafı  ilə  tarazlı  və  güclü  dayaqlar  formalaşdırmışdır.  Bu  gün 
tərəddüd etmədən qeyd edə bilərik ki, ölkənin bütün bölgələrində ən müasir standartlar təmin olun-
muş və sosial-iqtisadi bərabərlik yaradılmışdır. Məhz Naxçıvan Muxtar Respublikası da bu siyasət-
dən bəhrələnərək, hətta davamlı və surətli inkişaf göstəriciləri ilə bu siyasətə öz töhfələrini verərək 
qeyd olunan nailiyyətlərin məcmuusu kimi uğurlu regional siyasətin işlək mexanizmlərini formalaş-
dırmışdır. İstər istehsal,  istərsə də sosial  (və  yaxud da bazar) infrastruktur potensialından ərazinin 
demoqrafik, iqtisadi  və coğrafi  amilləri əsas  götürülməklə faydalı istifadə edilməkdədir.  Ən ucqar 
dağ  kəndlərində  belə  özünə  kök  salmış  kommunal  təminatlar  əhalinin  məskunlaşma  prosesində 
stimullaşdırıcı  təsirə  malik  olmuşdur.  İqtisadiyyatın  davam  edən  islahatlarla  müşayiət  olunan 
inkişafı təsərrüfat fəaliyyətinin və istehsal (iqtisadi) münasibətlərinin yüksək təkanverici qüvvəsinə 
çevrilmişdir.  Xüsusilə  2004-cü  ildən  başladılan  “Regionların  sosial-iqtisadi  inkişafına  dair  Dövlət 
Proqramları” hazırda da  üçüncü inkişaf mərhələsində olmaqla, Naxçıvan  Muxtar Respublikasında 
milli iqtisadi maraqlara xidmət edən təkmil bir iqtisadiyyat yaratmışdır. Qeyd edək ki, təkcə 2004-
2008-ci illəri əhatə edən eyni adlı Dövlət Proqramında muxtar respublikanın sosial-iqtisadi inkişafı 
üçün 57, 2009-2013-cü illər üzrə isə 46 mərhələdə tədbir həyata keçirilmişdir. Bu göstərici hazırda 
da 2014-2018-ci illər üzrə Dövlət Proqramında 57 mərhələdə tədbirlə uğurla icra olunmaqdadır. 
Bu  tədbirlər  özündə  sənaye  və  kənd  təsərrüfatı  sahəsinin  inkişafı,  ekologiya  və  təbii 
sərvətlərdən  istifadə,  yol  təsərrüfatı  və  nəqliyyat,  elektrik  enerjisi  təchizatı,  qaz  təchizatı,  rabitə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə