Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   26   27   28   29   30   31   32   33   ...   134

62 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
VÜSALƏ İSMAYILOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT: 581 
FAQOSİTOZ ORQANİZMİN SİRLİ DÜNYASI 
Açar sözlər: faqasitoz, orqanizmin qorunması, imunitet, antitel 
Keywords: phagocyt , protection of an organism, immunity, autophagy, antigens 
Ключевые слова: фагоситоз,  защита организма, иммунитет, аутофагия, антигены 
1892-ci  ildə  Meçnikov  özünün  faqositoz  nəzəriyyəsini  irəli  sürmüşdür.  Faqositoz  zamanı 
hüceyrə tərəfindən iri hissəciklər, bakteriyalar və digər maddələr udulur.  Pinositoz zamanı makro-
molekullu  maddələr  suda  həll  olmuş  halda  hüceyrələrə  daxil  olur.  Faqositoz  iki  mərhələdən  iba-
rətdir.  Plazmolemmanın  reseptorları  ilə  yabanı  hissəciklərin  qarşılıqlı  əlaqəsi,  yalançı  ayaqların 
əmələ  gəlməsi  və  yabanı  maddələrin  udulması.  Birinci  mərhələdə  yabanı  maddənin  plazmolem-
maya  təmas  yerində,  aktin  maddəsi  əmələ  gəlir.  Aktinin  hesabına  yalançı  ayaqlar  əmələ  gəlir, 
ayaqlar qapanaraq yabanı maddəni əhatə edir. Bu faqosom adlanır. Pinositoz zamanı yabanı maddə 
maye  şəklində  udulur.  Udulmuş  qovuqlar  birləşərək  iri  qovuqlara  çevrilir,  həmin  qovuqlara  lizo-
somlar  tərəfindən  borucuqlar  uzanır.  Borucuqlarla  hidrolitik  fermentlər  yabanı  maddənin  üstünə 
tökülür  və  hüceyrə  daxili  həzm  başlınır.  Plazmolemmadan  müəyyən  maddələrin  hüceyrədən  xaric 
olması  ekzositoz  adlanır.  Bu  zaman  lazımsız  məhsullar  hialoplazmadan  vakuola  şəklində  ayrılır, 
plazmalemmaya  yaxınlaşır  və  oradan  xaric  olur.  Endositoz  və  eksositoz  proseslərində  plazmo-
lemmanın  tərkibində  olan  müxtəlif  fibrillərdə  də  iştirak  edir.  Həmin  fibrillər  plazmolemmanın 
müəyyən  nöqtələrinə  yapışaraq,  onu  dartır,  yaxud  genişləndirir  və  lazımsız  maddələrin  xaric  ol-
masını təmin edir.  
  1882-1883-cü ildə məşhur rus zooloqu İ.İ.Meçnikov İtaliyada Messin boğazının sahillərində 
tədqiqatlar  aparırdı.  Alim  bəzi  çoxhüceyrəli  orqanizmlərin  hüceyrələrində,  məsələn  birhüceyrəli-
lərdə  (amöblərdə)  olduğu  kimi  qidani  tutub,  həzm  etmək  qabiliyyətinin  qorunub  saxlanmasını 
öyrənmək istəyirdi. Çünki  çoxhüceyrəlilərdə  qida kanalında  həzm  olunur  və  hüceyrələr  hazır  qida 
məhlullarını  mənimsəyirlər.  Meçnikov  dəniz  ulduzlarının  süfrələrini  müşahidə  edirdi.  Onlar  şəffaf  
olur və buna görə onun möhtəviyyatı yaxşı görünür. Bu süfrələrin sirkulyasiya edən qanı olmasa da, 
burada bəzi üzən hüceyrələr görünürdü. Onlar süfrəyə daxil edilmiş karminin qırmızı rəngini tutub 
saxlayır.  Əgər  bu  hüceyrələr  rəngi  udurlarsa,  deməli  onlar  digər  yad  hissəcikləri  də  udurlar? 
Doğrudan  da  süfrəyə  sancılmış  qızılgül  tikanları  qırmızı  karminlə  rənglənmiş  hüceyrələrlə  əhatə 
olunur.  Deməli  hüceyrələr  yad  cisimcikləri,  eləcə  də  xəstəliktörədən  mikrobları  tutub  həzmetmə 
qabiliyyətinə  malikdirlər.  Meçnikov  bu  gəzən  hüceyrələri  faqosit  adlandirmışdır  (yunan  sözü 
phages - udan,  kytos-hüceyrə). Müxtəlif hissəcikləri tutub həzmetmə prosesini isə faqositoz adlan-
dırılmışdır.  Meçnikov  faqositoz  prosesini  xərcənglərdə,  qurbağalarda,  həmçinin  müxtəlif  mə-
məlilərdə - dovsanlarda, siçovul və insanlarda müşahidə etmişdir. Faqositlər xüsusi hüceyrələrdilər. 
Tutduqları  hissəciklərin  həzm  olunması  amöb  və  başqa  birhüceyrəlilərdə  olduğu  kimi,  onların 
qidalanması  üçün  deyil,  orqanizmi  mühafizə  etmək  ücün  lazımdır.  Dəniz  ulduzunun  süfrələrində 
faqositlər  bütün  bədənində  dolaşırlar,  ancaq  ali  heyvanlarda  və  insanda  damarlarda  sirkulyasiya 
edirlər. Bunlar ağ qan cisimciklərinin və yaxud  leykosit- neytrofillərdilər. Məhz bunlar mikrobların 
zəhərli maddələrinə tərəf yoluxma yerinə doğru hərəkət edirlər.  Damarlardan çıxan bu leykositlərin 
amob,  dəniz  ulduzunun  süfrələrində  olduğu  kimi  yalancı  ayaqlara,  psevdopodilərə  malikdirlər. 
Mecnikov  faqositoza  qabil  leykositləri  mikrofaqlar  adlandırmışdır.  Təkcə  daim  hərəkətdə  olan 
leykositlər  deyil oturaq  hüceyrələrdə  faqosit ola  bilərlər. Onlardan bəziləri  təhlükəli ocaqlara tərəf 
yönəlirlər, bəziləri isə öz yerlərində dururlar. Hər ikisi faqositoz qabiliyyətinə malikdir. Bu toxuma 
hüceyrələri  (histositlər,  monositlər,  retikulyar  və  endotelial  hüceyrələr)  iki  dəfə  mikrofaqlardan 
böyükdürlər  12-20  mkm.  Ona  görə  Meçnikov  onları  makrofaqlar  adlandırmışdır.  Bunlar  dalaqda, 
qaraciyərdə, limfa düyünlərində, onurğa beynində və damar divarlarında daha çoxdurlar. Monositlər 


63 
və makrofaqlar qanın digər formalı elementləri kimi sümük iliyində (embrional dövrdə sarılıq kisəsi 
və  qaraciyərdə)  ümumi  plüripotent  (polipotent,  totipotent)  kötük  hüceyrələrindən  əmələ  gəlirlər. 
Onlar  və  qranulositlər  (neytrofillər,  bazofillər,  eozinofillər)  qranulositar-monositar  sıranın  inkişa-
fının əsasında duran ümumi əcdada malikdirlər. Bu hüceyrələrdən ayrılan monositar sırası sümük 
iliyində  monoblast  və  promonosit  mərhələlərini  keçdikdən  sonra  monositə  çevrilib  qana  daxil 
olurlar. Monoblastlardan monositlərin formalaşması 2-3 gün çəkir. Monositlər qan dövranında cəmi 
2-4 gün qalır. Sonra onlar toxumalara keçib yerli makrofaqlara çevrilirlər. 
Yaşlı  insan  orqanizmində  monosit-makrofaqların  ümumi  sayı  təxminən  2·10
11
  bərabərdir. 
Onlar immun  sisteminin  uzunömürlü  hüceyrələrindəndirlər.  Toxuma  makrofaqlarının müxtəlif  po-
pulyasiyaları 1-7 ay yaşaya bilirlər. Onların bəziləri periferik toxuma və orqanlarda bölünmək xüsu-
siyyətini də saxlayırlar. Morfoloji cəhətdən monosit/makrofaqlar kifayət qədər yaxşı öyrənilmişlər. 
Monosit  və  makrofaqlar  orqanizmdə  müxtəlif  funksiyaları  yerinə  yetirirlər.  Qeyd  olunduğu  kimi, 
onların  əsas  funksiyası  faqositoz  sayılır.  Bu  aktivlikləri  sayəsində  onlar  müxtəlif  korpuskulyar 
antigenləri- mikroorqanizmləri, virusları və virusla yoluxmuş hüceyrələri, şiş hüceyrələrini, aqreqat 
halına salınmış həllolan antigenləri və s. tutub parçalayırlar. Faqositoz prosesi makrofaqların həyata 
keçirdikləri digər vacib funksiyanın- orqanizmin qocalmış və çıxdaş olunmuş hüceyrələrinin aradan 
götürülməsinin  də  əsasında  durur.  Mononuklear  faqositlərin  bir  qismi  səthlərində  II  sinif  MHC 
molekulları ekspressiya edirlər. Bu isə onlara antigen təqdim edən hüceyrələr kimi fəaliyyət göstər-
məyə  imkan  verir.  Monositar  faqositlər  həmçinin  trofik  və  humoral  (sekretor)  aktivliklərə  də 
malikdirlər. Onlar iltihab prosesinin tənzimlənməsində və zədələnmiş toxumanın bərpasında da işti-
rak edirlər. Yuxarıda  göstərilən funksiyaları həyata keçirmək və digər hüceyrələrlə qarşılıqlı əlaqə 
yaratmaq  üçün  monosit  və  makrofaqların  səthlərində  çoxlu  miqdarda  müxtəlif  membranla  bağlı 
zülal təbiətli molekullar vardır.  
Mikrofaqlar  və  gəzən  makrofaqlar  özləri    aktiv  şəkildə  “düşmənin”  üzərinə  hücum  edir, 
hərəkətsiz makrofaqlar isə “düşmənin” qan və ya limfa cərəyanı ilə   yaxından keçməsini gözləyir-
lər. Faqositlər orqanizmdə mikroblarla mübarizə edirlər. Bərabər olmayan savasda onlar hər zaman 
qalib olurlar. İltihab - ölmüş faqositlər yığımıdır. Onun ətrafına digər faqositlər yığışır və digər yad 
cisimlərə  qarşı  mübarizə  apardığı  kimi  iltihabı  da  aradan  qaldırırlar.  Faqositlər  daima  toxumaları 
ölmüş  hüceyrələrdən  təmizləyirlər  və  orqanizmin  yenidən  qurulmasında  iştirak  edir.  Məsələn, 
çömçəquyruğun qurbağaya  çevrilməsində, başqa dəyişikliklərlə  yanaşı quyruq da itir. Buna səbəb 
bir yığın faqositin quyruq toxumasını  məhv etməsidir.  
Bəs  faqositin  daxilinə  hissəciklər  necə  düşə  bilərlər?    Məlum  olur  ki,  faqositlər  psevdopodilər 
vasitəsilə  onları  tuturlar.  Sonra  psevdopodilər  uzanaraq  yad  cismin  etrafında  birləsir.  Meçnikovun 
təsəvvürüncə faqositlərdə elə xüsusi maddələr olmalıdırlar ki, onlar mikrobları həll edə bilsinlər.  
Sonradan faqositoz prosesinin kəşfindən 70 il sonra lizosomlar aşkar edildi. Lizosomlarda böyük 
üzvi molekulları parçalayan fermentlər olur.  Lizosomlar  ilk  dəfə  De Dyuv  tərəfindən  1955-ci ildə  
elektron   mikroskopu  vasitəsilə   kəşf   edilmişdir. Ölçüsü   0,2-0,4  mkm   olan   torba   şəkilli struktur 
olub, 7 nm qalınlığında  bir qat  membrana  malikdirlər. Lizosomlar  öz  başlanğıcını  diktiosomlardan  
alır. Onların  içərisində  60-a  qədər  fəal  fermentlər:  turş fosfotaza,  nukleoaza,  turş  ribonukleaza,  
proteazalar, qlikozidazalar  (B-qlükuronidaza,  B-qalaktoidaza), esteraza  və  s.  vardır.   
Ümumiyyətlə bu fermentlər hidrolitik  fermentlər olub,  zülalların,  yağların, karbohidratların, 
nuklein  turşularının və daha  mürəkkəb  maddələrin   parçalanmasında    iştirak   edir.  Lizosom  mem-
branı  fermentlərin  hüceyrəyə  qarışmasının  qarşısını  alır.    Hüceyrədəki    lizosomlar      morfoloji  
cəhətdən  birbirindən fərqlənirlər. 
Onların içərisində dörd tip lizosom ayırd edilir: 
1.
 
İlkin  lizosomlardır,  onların  ölçüsü  100  nm  olub,  içərisi    turş    fosfataz    ilə    zəngin    olan  
struktursuz maddə  ilə  doludur.  Bunlar  diktiosomlardan başlanğıc alır; 
2.
 
Sonradan    yaranan    lizosomlar.    Bunlar    ilkin  lizosomların    faqositə    olunan    hissəciklə 
qarışmasından əmələ gəlir; 
3.
 
Autofaqosom;  
4.
 
Qalıq cismi. 
Göstərilən  bu  formalar  lizosomun  fəaliyyəti  ilə əlaqədar olaraq yaranır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə