Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   2   3   4   5   6   7   8   9   ...   127

11 
 
UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
TARİYEL TALIBOV 
AMEA Naxçıvan Bölməsi 
E-mail: t_ talibov@mail.ru 
LAMİYƏ QULİYEVA 
Naxçıvan Müəllimlər İnstitutu 
E-mail: lamiya.quliyeva.80@mail.ru 
UOT:581 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA PAPAVER L. CİNSİNƏ AİD  
NÖVLƏRİN BİOLOJİ XÜSUSİYYƏTLƏRİ 
 
Açar  sözlər:  Laləkimilər,  Papaver,  Şərq  laləsi,  çiçək  qrupları,  yumurtalıq,  qutucuq,  dominant, 
fitosenozlar, bitki qruplaşmaları, bioloji xüsusiyyətlər 
Kew  words:  Poppy,  papaver,  oriental  poppy,  flower  groups,  ovary,  capsule,  dominant, 
phytosenoz, plant groups, biological features 
Ключевые  слова:  Маковые,  Papaver,  мак  восточный,  групировка  цветов,  завязь, 
коробочка, доминанты, фитоценозы, группировка растений, биологические особенности 
Laləkimilər  fəsiləsinə  aid  növlər  əsasən  şimal  yarımkürəsinin  mülayim  iqlimli  ölkələrində 
yayılmışdır. Fəsilənin 45 cinsə daxil olan 700-dən çox növü əhatə etməklə nümayəndələri birillik və 
ya  çoxillik  ot  bitkiləridir.  Yarpaqları  növbəli,  qarşılıqlı  və  ya  dəstələrlə  yerləşir.  Yarpaq  ayası 
adətən, bir neçə qat bölümlüdür və ya bəzi növlərdə tam ayalı olub, yarpaqaltlıqları olmur. Yarpaq 
və gövdələrdə ağ və ya narıncı rəngli süd şirəsi daşıyan borular olur, lakin bəzi nümayəndələrində 
məsələn Fumaria L. və Hypecoum L.cinslərinə daxil olan növlərində süd şirəsi olmur. Bu əlamətə 
görə əvvəllər həmin cinslər ayrıca fəsilələr kimi təqdim edilirdi. Çiçəkləri iridir, gövdənin ucunda 
tək  yerləşir  və  ya  xırdadır,  salxımlara  toplanır,  müntəzəmdir  və  ya  ziqomorofdur.  Çiçək  üzvləri 
dairəvi  düzülür,  kasa  yarpaqları  əksərən  ikidir,  tez  töküləndir.  Ləçəkləri  əksərən  4,  bəzən  5-6, 
erkəkcikləri  çox,  bəzən  2-4  olur.  Dişicik  2  və  ya  ikidən  çox  meyvə  yarpağından  təşkil  olunur, 
yumurtalığı  üst  vəziyyətdədir,  bir  yuvalı  və  ya  yalançı  arəkəsmələrlə  bölünərək  çoxyuvalıdır. 
Yumurtacıqlarının  sayı  əksərən  çoxdur.  Sütuncuq  birdir,  ağızcıqlar  oturaqdır.  Meyvələri  qutucuq, 
buynuz  və  ya  fındıqca  olur.  Növlərin  əksəriyyətinin  çiçəklərində  nektar  yoxdur.  Laləkimilərin 
əksəriyyəti  həşəratla  tozlanan  bitkilərdir.  İri  əlvan  və  tozluqlarla  zəngin  çiçəkləri  həşəratları  cəlb 
edir. Çiçəklənmə zamanı tozluqlar dişicikdən tez yetişdiyindən çarpaz tozlanmanı təmin edir. Çoxlu 
sayda  hasil  olan  tozcuqlar  ləçəklərin  üzərinə  tökülür.  Bu  da  həşəratları,  xüsusən  də  sərtqanadlı 
böcəkləri  cəlb  edir.  Bu  zaman  nisbətən  ağır  həşəratlar  geniş  oturaq  şəkilli  ağızcığa  otururlar. 
Laləkimilərin  çiçəkləri  böcək  və  milçəklər  tərəfindən  soyuqdan  qorunmaq  üçün  gecə  sığınacağı 
kimi də istifadə olunur (1, s.171-172; 3, s.573-574). 
APG  III  sisteminə  görə  Papaveraceae  Adans.  fəsiləsi  özlüyündə  Papaveroideae  və 
Fumarioideae  yarım  fəsilələrinə  ayrılır  (11).  Papaveroideae  yarım  fəsiləsinin  Papaver  L.  cinsinə 
daxil  olan  növlər  özünəməxsus  xüsusiyyətlərinə  görə  bir-birlərindən  fərqlənirlər.  Floristik 
tədqiqatlar  nəticəsində  bu  cinsin  zəngin  növ  tərkibinin  olduğu  müəyyənləşdirildi  və  Naxçıvan 
Muxtar  Respublikası  üçün  yeni  növ  olan  Papaver  rhoeas  L.  növü  də  daxil  edilərək  fəsilənin  son 
sistematik tərkibi aşağıdakı kimi verildi: 
 
 
 
 
Ordo: Papaverales 
Familia: Papaveraceae Juss., nom. Cons.-Laləkimilər 
Subfam.1. Papaveroideae M.L.Zhang &Grey-Wilson – Lalələr 
Trib.1. Chelidonieae Dumort.  
1. Genus: Chelidonium L.- Ziyilotu, dəmrovotu 


12 
 
1(1)* Chelidonium majus L. – Böyük ziyilotu 
 
 
2. Genus: Glaucium Mill. – Buynuzlalə 
 
 
Sect.1. Acropetala B. Mory 
2(1) Glaucium elegans Fisch. & C.A.Mey. – Zərif buynuzlalə 
 
 
Sect.2. Glaucium 
3(2) G. corniculatum (L.) J.Rudolph – Buynuzlu buynuzlalə 
4(3) G. grandiflorum Boiss. & A.Huet – İriçiçək buynuzlalə 
 
Trib.2. Papavereae Dumort. 
3. Genus: Papaver L. – Lalə 
Sect.1. Macrantha Elkan 
5(1) Papaver bracteatum Lindl. – Çiçəkaltlıqlı lalə      
6(2) P. orientale L. – Şərq laləsi 
Sect.2. Meconidium Spach 
7(2) P. urbanianum Fedde (P. armeniacum (L.) DC.). – Urban laləsi 
8(3) P. fugax Poir.( P. caucasica M. Bieb.) – Qafqaz laləsi 
9(4) P. persicum Lindl. – İran laləsi 
10(5) P. zangezuricum Mikheev – Zəngəzur laləsi 
Sect.3. Argemonidium Spach 
11(6) P. ocellatum Woronow – Gözcüklü lalə  
12(7) P. minus (Bel.) Meikle (P. belangeri Boiss.) – Kiçik lalə 
Sect. 4. Carinatae Fedde 
13(8) P. macrostomum Boiss. & A.Huet. – İriqutucuqlu lalə 
Sect. 5. Papaver  
14(9)* P. somniferum L.- Xaşxaş 
Sect. 6. Rhoeadium Spach  
Subsect.1. Rhoeadium (Spach) Mikheev 
15(10) P. commutatum Fisch. & C.A.Mey. – Oxşar lalə 
16(11) P. arenarium Bieb. – Qumluq laləsi 
17(12) P. bipinnatum C.A.Mey. – İkiqat lələkyarpaqlı lalə 
18(13) P. schelkownikowii N.Busch – Şelkovnikov laləsi 
19(14) P. rhoeas L. – Özüyayılan lalə 
Subsect. 2. Dubia Mikheev 
20(15) P. lacerum Popov – Cırılmış lalə 
21(16) P. laevigatum Bieb. – Hamar lalə 
22(17) P. dubium L. – Şübhəli lalə 
23(18) P. maeoticum Klokov – Azov laləsi 
4. Genus: Roemeria Medic.  
24(1) Roemeria hybrida (L.) DC. – Hibrid romeriya 
25(2) R. refracta DC. – Əyrim romeriya 
Subfam.2. Fumarioideae Eaton – Şahtərələr 
Trib.1. Hypecoeae Dumort 
Sect.1. Pendulae (Popov) 
5. Genus: Hypecoum L. – Dəlitərə 
26(1) Hypecoum pendulum L. – Sallaqmeyvə dəlitərə 
Trib.2. Fumarieae Dumort. 
Subtrib.1.Corydalinae  
6. Genus: Corydalis DC. – Mahmızlalə 
27(1) Corydalis alpestris C.A.Meyer – Alp mahmızlaləsi 
28(2) C. angustifolia (M.Bieb) DC. – Daryarpaq mahmızlalə 
29(3) C. erdelii Zucc. – Erdeli mahmızlaləsi 
30(4) C. persica Cham. & Schlecht. – İran mahmızlaləsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə