İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18
www.jpis.az 13
beynəlxalq səviyyələrdə birgə tədqiqat layihələri həyata keçirir. HIIG fundamental və empirik
tədqiqatlar aparmaqla informasiya cəmiyyətinin imkanları və problemləri ilə bağlı yeni ideya və
təkliflər irəli sürür.
Berkman İnternet və Cəmiyyət Mərkəzi (Berkman Center for Internet & Society, BCİS)
Harvard Universitetinin nəzdində fəaliyyət göstərən tədqiqat qurumudur [41]. Hüquq profilli
mərkəzin əsas missiyası kiberməkanın xüsusiyyətlərini – inkişaf tendensiyalarını, dinamikasını,
norma və standartları ilə bağlı problemləri öyrənməkdir. O cümlədən burada şəxsi həyatın
toxunulmazlığı, intellektual mülkiyyətin qorunması, kontentin və elektron kommersiyanın idarə
edilməsi məsələləri araşdırılır. Mərkəzdə “Rəqəmsal media hüququ”, “İnternet və demokratiya”
kimi tədqiqat layihələri həyata keçirilmişdir. Mərkəzin İnternet portalında müəllim və tələbələr,
sahibkarlar, hüquqşünaslar, proqramçılar üçün mühazirələri dinləmək və sərbəst müzakirə
aparmaq imkanları yaradılmışdır. BCİS həmçinin elmi konfranslara və digər toplantılara
sponsorluq edir.
Kanada İnternet Siyasəti və İctimai Maraqlar Klinikası (Canadian Internet Policy and Public
Interest Clinic, CIPPIC) Ottava Universitetinin hüquq klinikası kimi fəaliyyət göstərir [42]. Bu
tədqiqat mərkəzinin məqsədi ölkədə texnologiyalarla bağlı ədalətli və tarazlaşdırılmış siyasətin
hazırlanması prosesinə elmi dəstək verməkdir. Başqa sözlə, bu mərkəz ölkədə texnologiyalarla
hüquq sisteminin qovşağında yaranan müxtəlif problemlərlə bağlı cəmiyyətin maraqlarını təmsil
etmək missiyasını daşıyır. CIPPIC müntəzəm olaraq Kanadanın parlament komitələrində,
həmçinin müxtəlif məhkəmə orqanlarında ekspertiza qurumu kimi təmsil olunur. Bundan başqa,
bu qurum İnternet İdarəçiliyi Forumunun tədbirlərində fəal iştirak edir. Bu tədqiqat mərkəzi fiziki
və hüquqi şəxslərə konsultasiya xidməti göstərir, müxtəlif hüquqi məsələlərlə bağlı ictimaiyyət
arasında maarifləndirmə tədbirləri həyata keçirir, eləcə də, tədris fəaliyyəti ilə məşğul olur.
Hindistanda fəaliyyət göstərən İnternet və Cəmiyyət Mərkəzi (The Centre for Internet and
Society, CIS) İnternet və digər rəqəmsal texnologiyalarla bağlı multidistiplinar tədqiqatlar aparan
qeyri-kommersiya təşkilatıdır [43]. Mərkəzin fəaliyyət istiqamətləri vətəndaşlar üçün rəqəmsal
biliklərin əlyetərliliyi, intellektual mülkiyyət hüquqlarının qorunması, İnternetin tənzimlənməsi,
telekommunikasiya islahatları, rəqəmsal konfidensiallıq və kibertəhlükəsizlik kimi sahələri əhatə
edir. CIS həmçinin İnternet və rəqəmsal media texnologiyaları vasitəsi ilə cəmiyyətdə baş verən
sosial və mədəni proseslərin, transformasiyaların tədqiqinə xüsusi diqqət yetirir.
Stenford Universitetinin hüquq fakültəsində təşkil edilən İnternet və Cəmiyyət Mərkəzi
(Center for Internet and Society (CIS) at Stanford Law School) alimləri, qanunvericiləri, tələbələri,
proqramçıları, təhlükəsizlik üzrə mütəxəssisləri özündə birləşdirir [44]. Mərkəzdə
texnologiyaların hüquqi aspektləri ilə bağlı, o cümlədən söz azadlığının təmin edilməsi, şəxsi
həyatın toxunulmazlığı, innovasiyaların tətbiqi sahəsində araşdırmalar aparılır. Burada hüquq
fakültəsinin tələbələri və geniş ictimaiyyət hüquq, texnologiyaların və ictimai maraqların
qovşağında meydana çıxan siyasi məsələlərin analizi, eləcə də müvafiq tədris materialları ilə təmin
edilir. Bu mərkəz habelə bir sıra ictimai tədbirləri, o cümlədən elmi konfransları, seminarları
maliyyələşdirir.
Nexa (latın dilində “əlaqəli əşyalar” mənasını verir) İnternet və Cəmiyyət Mərkəzi (NEXA
Center for Internet and Society) Turin Politexnik Universitetinin (İtaliya) idarəetmə və hesablama
texnikası kafedrasında yaradılıb [45]. Elmi tədqiqat müəssisəsi kimi fəaliyyət göstərən mərkəzdə
informasiya cəmiyyəti və İnternet multidistiplinar yanaşma əsasında – texnoloji, hüquqi və iqtisadi
aspektlərdə tədqiq edilir. Bu elmi tədqiqat mərkəzi Avropa Komissiyası, milli və yerli hakimiyyət
orqanları, biznes qurumları və digər təsisatlarla birgə fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi
İnterneti xarakterizə edən əsas amilləri, onların dinamikasını və cəmiyyətə təsirini öyrənməkdir.
Oksford Universitetində İnternetin sosial nəticələrini araşdırmaq məqsədi ilə Oksford
İnternet İnstitutu (Oxford Internet Institute, OII) təsis olunub [46]. OII ən müxtəlif elm sahələrini,
o cümlədən politologiya, sosiologiya, coğrafiya, iqtisadiyyat, fizika və fəlsəfəni əhatə edir. Bu
institutda İnternet mühitini tədqiq etmək üçün geniş spektrli metodlardan və informasiya
İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18
14 www.jpis.az
mənbələrindən istifadə olunur. OII-nin nəşr etdirdiyi kitab və jurnallarda şəxsi həyatın
toxunulmazlığı və təhlükəsizliyi, elektron dövlət və elektron demokratiya, virtual iqtisadiyyat,
informasiya etikası, “ağıllı şəhər”, onlayn oyunlar, böyük verilənlər, İnternet-coğrafiya, rəqəmsal
məhdudiyyətlər, rəqəmsal humanitar elmlər, Vikipediya kimi mövzular üzrə tədqiqatların
nəticələri təqdim olunur.
Tayvanda informasiya cəmiyyətinin formalaşmasına, informasiya texnologiyalarının
innovativ tətbiqinə, biliklər iqtisadiyyatının inkişafına elmi dəstək vermək məqsədi ilə İnformasiya
Sənayesi İnstitutu (Taiwan Institute for Information Industry, TIII) yaradılıb [47]. İnstitut
həmçinin ölkənin iqtisadi inkişafı üçün İqtisadiyyat nazirliyi və İKT üzrə aparıcı müəssisələr
arasında əlaqələndirmə və elmi dəstək funksiyasını yerinə yetirir. Tayvanın İKT sənayesi üzrə
qlobal rəqabət qabiliyyətinə nail olmasında bu institutun fəaliyyəti çox yüksək qiymətləndirilir.
TIII-nin tərkibində “ağıllı” şəbəkə sistemləri, innovativ tətbiqlər və servislər, data analitika,
kibertəhlükəsizlik, elektron təhsil üzrə departamentlər fəaliyyət göstərir.
ABŞ-da yaradılan Berkli İnformasiya cəmiyyəti mərkəzi (Information Society Center in
Berkeley, ISCB) son informasiya inqilabının sosial təsirlərinin tədqiqi ilə məşğul olur [48].
Mərkəzin tədqiqat şurasının rəhbəri informasiya cəmiyyətinin görkəmli tədqiqatçısı M.Kastelsdir.
Tədqiqat mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
qlobal informasiya cəmiyyətinin problemləri və onların
həlli modelləri;
sosial sferada İKT-nin tətbiqi;
bərabər sosial imkanların artırılması.
Çikaqoda fəaliyyət göstərən İnformasiya, Cəmiyyət və Siyasət Mərkəzində (Center for
Information, Society and Policy, CISP) informasiya texnologiyalarının inkişafı ilə əlaqədar
aktuallaşan informasiyanın təhlükəsizliyi və konfidensiallığı problemləri ilə bağlı multidistiplinar
tədqiqatlar aparılır [49]. Bu mərkəzdə kompüter elmləri üzrə alimlərin, psixoloqların,
hüquqşünasların, biznes ekspertlərinin və s. mütəxəssislərin təcrübəsi birləşdirilir.
Cənubi Koreyanın İnformasiya Cəmiyyətinin İnkişafı İnstitutu (Korea Information Society
Development Institute, KISDI) İKT-nin iqtisadiyyata tətbiqi məsələləri ilə məşğul olur [50]. KISDI
Cənubi Koreyanın tanınmış ekspertlərindən ibarət aparıcı beyin mərkəzi kimi ölkə həyatında
müsbət dəyişikliklərin, imkanların, nailiyyətlərin əldə edilməsi üçün səy göstərir. Bu institut
Cənubi Koreyanın İKT sənayesi sahəsində dünyanın aparıcı ölkələrinə çevrilməsində mühüm rola
malikdir. Hazırda institut öz tədqiqat səylərini ölkədə informasiya cəmiyyətinin,
informasiyalaşdırmanın, kreativ iqtisadiyyatın, telekommunikasiya sektorunun, elektron medianın
gələcək inkişafına yönəldib.
İnformasiya cəmiyyətinin multidistiplinar problemlərinə həsr olunan nüfuzlu elmi jurnallar
Hazırda dünyanın müxtəlif ölkələrində informasiya cəmiyyətinin multidistiplinar elmi
problemlərinə həsr olunmuş bır sıra nüfuzlu jurnallar dərc olunur. Həmin jurnallarda informasiya
cəmiyyətinin müxtəlif aspektləri ilə bağlı aparılan nəzəri və empirik tədqiqatların nəticələri dərc
olunur.
İlk belə jurnal 1981-ci ildə ABŞ-da təsis edilmişdir. “The Information Society”
(“İnformasiya cəmiyyəti”) adlanan bu jurnalda İKT-nin cəmiyyət həyatına təsirinin dərk edilməsi
və analizi, müvafiq sahə üzrə konseptual və strateji sənədlərin, metodoloji yanaşmaların, müxtəlif
tendensiyaların (sosial transformasiyaların, mədəni xüsusiyyətlərin dəyişməsinin və s.) müzakirəsi
ilə bağlı məqalələr çap olunur [51].
Springer-in nəşrlərindən olan “
Universal Access in the Information Society” (“İnformasiya
cəmiyyətində
universal
giriş”)
jurnalı
informasiya
cəmiyyəti
texnologiyalarının
layihələndirilməsi, işlənməsi, qiymətləndirilməsi, istifadəsi və təsirləri, habelə ümumi əlyetərliliyi
asanlaşdıran və genişləndirən standartlaşdırma, siyasət və digər qeyri-texnoloji məsələləri ilə bağlı