ƏLİ ƏKBƏr artuş VƏ zaur (böyüklər üçün konfliktologiya dərsliyi)



Yüklə 1,44 Mb.
səhifə13/13
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5791
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

***

Axşam valideynləri evə gələndən sonra, Zaur “gecənin xeyrindənsə, səhərin şəri yaxşıdı” düşüncəsi ilə,

Yerevana gedəcəyi barədə onlara bir söz demədi. Səssiz keçən şam yeməyi süfrəsindən qalxıb anasına “çox sağ ol”

dedikdən sonra, atasının pul qazanmaq, adam olmaq və ailə qurmaq barədə ənənəvi məsləhətlərini eşitməmək üçün

otağına çəkilib, iki saata yaxın kompüterdə işlədi. Yerinə uzanıb Sorokinin “Bro yolu” romanını qaldığı yerdən

oxumağa başlayanda, saat on ikiyə qalırdı. Yalnız iki saat sonra kitabı bitirib səliqə ilə rəfdəki yerinə qoydu və

oxuyacağı növbəti kitabı - Piter Akroydun “Platon haqqında rəvayəti”ni götürüb, adəti üzrə ilk iki səhifəsini tələsik

oxudu və yatdı.

Yuxusu narahat idi. Röyasında gecə dənizi çadraya bürünmüş bir qadın kimi yaşmağı altından baxan yaşıl

gözlərinin cadugər cazibəsilə onu çəkib haraya isə, sirli-sehrli bir dünyaya aparmışdı və orda, qara bir qapı

açılarkən, Zaur qapı arxasında qara gözlü səadətini görmüşdü. Artuşu.

Səssizlik içində gecə dənizinin çox uzaqlarda sinəsindən qopan boğuq bir səslə köksünü ötürdüyünü duyaraq

tər içində yuxudan oyandı. Donub yerində qaldı və gözləməyə başladı. Çox çəkmədi və gecə dənizi elə bil ağrısını

93

canından çıxarmaq istəyən canlı bir varlıq kimi bu dəfə daha dərindən və daha boğuq bir vıyıltı ilə yenidən



köksünü ötürdü. İyul ayının girməsinə iki gün qalsa da, küləklər Bakıdan ayrılmaq istəmir, tez-tez fırtınaya

çevrilərək kövrək ağacları aşırdır, dalğaları metrələrcə hündürlüyə qaldırırdı.

Zaur yerindən sıçrayıb pəncərəyə yaxınlaşdı. Elə bil gecə dənizi, bütün günü canına hopan bir yorğunluğun

ağrısını, kanalizasiyalardan içinə doldurulan poxların, sidiklərin, sperma və bəlğəmlərin üfunətli energetikasını

canından çıxarmaq üçün köks ötürürdü və Zaur alnını pəncərəyə söykəyərək dənizin canına hopmuş o azman

yorğunluğu təsəvvürünə gətirmək istədi, lakin xəyalında qurduğu bütün qurğuların sarsıldığını hiss elədi.

Uğultusuna sehrlənib qaldığı gecə dənizindən ürəyinə axıb dolan nə isə anlaşılmaz bir təlaş hissilə ayrıldı

pəncərədən. Mətbəxə keçib soyuducudan bumbuz Bonaqua suyunu götürüb başına çəkdi. Ürəyi sıxılırdı. Otağına

qayıdıb güc-bəla ilə özünü yuxuya verdi.

3

Gürcüstanın paytaxtına səyahət 5 iyul günü Bakı-Tiflis qatarında başladı. Xoşbəxtlikdən beynəlxalq reyslərə

çıxan qatarların vaqonlarına ötən ilin sonunda quraşdırılan kondisionerlər, az da olsa sərnişinləri yayın

bürküsündən xilas edirdi. Kupedə Zaurdan savayı bircə adam var idi – özünü Möhlət kimi təqdim edən bu yaşlı

kişi, bahalılıqdan gileylənir və Brejnev dövründəki ucuzluğu xiffətlə anırdı. Nəhayət iki saat sonra danışmaqdan

yorulub yatdı.

Zaur səhər tezdən, bələdçinin qapını tələbkarlıqla taqqıldatmasına oyandı. Möhlət artıq çoxdan durub yerində

oturmuşdu. Köhnə, xırda dişli Sovet darağı ilə saçlarını darayır, pəncərədən boz düzənlikdə ot axtarışında olan

qoyun sürüsünə baxırdı.

Azərbaycanın gömrük xidmətinin əməkdaşları və sərhəd qoşunlarının əsgərləri vaqonlara doluşdular. Zaur

çantasından pasportunu çıxarıb masanın üstünə hazır qoydu. İki nəfər kupenin ağzında dayanıb “Sabahınız xeyir.

Pasportlarınızı zəhmət olmasa...” deyəndə, Zaur şahidi olduğu nəzakətdən şok keçirdi. Onlar Möhlətin və onun

pasportlarını yoxlayıb çıxdıqdan sonra, qatar tərpənənə qədər bir daha kupeyə girib onlara sual verən, narahat edən

olmadı.


- Bir neçə ay əvvəl adamı tumanına qədər yoxlayırdılar, axmaq-axmaq suallar verirdilər. Deməli istəyəndə

adam ola bilirik. Bizi nahaq yerə Avropa Şurasına qəbul eləməyiblər ki – dedi Möhlət, ilıq Borjomu başına

çəkərək.

Zaur ona dodaqlarını qaçırdaraq cavab verdi və gözlərini pəncərəyə zillədi.

- Oğlum, görürəm sən savadlı adama oxşayırsan. Mən özüm şairəm, üç kitabım işıq üzü görüb. Aleksandr

Bloku tanımamış olmazsan. Bax o deyib ki, şair üçün başlıca keyfiyyət yolun hiss edilməsidir. Bununla o demək

istəyib ki, şair olan kəs yaradıcılığında əsas istiqaməti bilməli və ya tapmalı, kələfin ucunu həmişə əlində tutmalıdır

ki, yolunu azmasın, əksinə inkişaf etsin. Orta məktəbdə oxuyanda şeirlər yazmağa başlamışam. İlk şeirim o vaxtlar

Tovuzda çıxan “Sosializm kəndi” rayon qəzetində dərc edilib. Atam dəmirçi idi. Bu peşə ilə əlaqədar şeirlər

yazmışam.

- Bəs şəhər həyatı haqqında şeirləriniz olub? – Zaur bu sualı nə üçün verdiyini, özü də başa düşmədi.

- Şəhərdə həyat var bəyəm oğlum? Hətta fransızlar da deyirlər ki, kənd haqqında, təbiət haqqında ən gözəl

əsərlər şəhərdə yaranır. Yəni şəhərdə yaşasan da, gərək kənddən yazasan. Əvvəla onu deyim ki, uşaqlığım

müharibə və müharibədən sonrakı illərə düşüb. İbtidai məktəbi qurtardıqdan sonra hər gün kəndimizdən 7-8

kilometr uzaqlıqda yerləşən Yanıqlı məktəbinə piyada gedib-gəlirdim. Özü də bu yollar dağdan-dərədən, təbiətin

qoynundan keçirdi. Atamı güclə xatırlayıram. O, müharibədə həlak olub. Ata əvəzi olan əmim Tapdıq kişinin

himayəsində böyümüşəm. Anam belində onatılan, çiynində beşatılan gəzdirərdi. Kolxoz partiya komitəsinin katibi

idi. Aclığın, soyuğun, qorxunun nə olduğunu uşaqlıq çağlarından hiss etmişdim.

Bir dəfə yolda don vurmuş turacın dalınca qaçanda kolun dibində bənövşəyə rast gəldiyimi bu gün də

xatırlayıram. İlk bahar olsa da hər tərəf qarla örtülmüşdü. Kolun dibində isə bənövşə baş qaldırmışdı. Təsəvvür

edirsən?

Zaur “edirəm” desə də, əlbəttə ki, təsəvvür etmir, etmək belə istəmirdi. Möhlət kişi, Zaurun cavabından

ruhlanıb ayağa qalxdı və pəncərənin pərdəsini çəkdikdən, kupenin qapısını bağladıqdan sonra qəfildən Zaurun

qarşısında diz çökdü.

- Oğlum, mən bu xalq uğrunda, vətən uğrunda saçlarımı ağartmışam. Üç kitabım işıq üzü görüb. Nəvə-nəticə

sahibiyəm. Qocalıb əldən düşmüşəm, qarımı da on il əvvəl itirmişəm. Sənə qurban olum oğlum, icazə ver sikini

sorum. Bağışla məni, bağışla oğlum...

Elə bil Zaurun ürəyində nəsə cingilti ilə qırılıb sinəsinə səpələndi. Ayaqları, dodaqları titrədi. Əslində dünən

gecədən ürəyinə nəsə dammış, bu kişi ilə səyahətinin gözlənilməz bir hadisə ilə nəticələnəcəyini hiss etmişdi. Oral

94

seksdən ötrü alçalan, qarşısında diz çökən Möhlət, ona Sorokinin “Dörd nəfərin ürəyi” əsərində yeniyetmənin



qarşısında yerə qapanaraq, ağzına almaq üçün yalvaran qocanı xatırlatdı. Bu kitabı oxuyan vaxt, belə bir şeyin

həyatda ola biləcəyinə inanmamışdı. “Deməli, ədəbiyyatla reallıq arasındakı sərhədin silinməsi belə olur” dedi zəif

səslə amma kişi onu eşitmədi. Zaur düşünməyə, qərar verməyə zamanının qalmadığını, artıq hadisələrin onun

nəzarətindən çıxdığını yaxşı başa düşürdü. Kişi də Zaurun tərəddüd keçirdiyini, şokdan ayılmadığını görüb əlləri

əsə-əsə, onun hərəkətlərini ürək ağrısı ilə izləyən gəncin cins şalvarının düymələrini açırdı. Qocanın qırışmış,

damarlarla qaplanmış əllərinin üstündə, yer-yer köz bağlamış xırda yaralar gözə dəyirdi. Möhlət Zaurun şeyini

çətinliklə tumanın içindən çıxarıb burnundan çıxan isti nəfəsini qasığına, xayalarına füləyə-füləyə acgözlüklə

əmməyə başladı. Çoxdandır seks yaşamayan Zaurun ereksiyası özünü çox gözlətmədi. Fiziologiyasının

duyğularına qalib gəlməsi, Zauru heyrətləndirmişdi. Nə üçün müqavimət göstərmədiyini düşündü, amma sualına

məntiqli cavab tapa bilmədi. Üç dəqiqəyə yaxın zaman keçmişdi. Zaur boşalmaq üzrə olduğunu hiss etsə də, kişiyə

bu barədə bir söz demədi və yüngülcə zarıyaraq Möhlətin protezli ağzına boşaldı. Gözlərinə işıq gələn Möhlət,

təzyiqlə ağzına fışqıran spermanı nəfəsi kəsilə-kəsilə, boğula-boğula udurdu.

Zaurun həyatındakı bəlkə də ən qısa “cinsi əlaqə” tamamlanmışdı. Kişi qalxıb yerinə oturdu və ağır-ağır

nəfəs alaraq “çox sağ ol oğlum” dedi, ilıq Borjomidən iki qurtum içdi.

Zaur düymələrini bağlaya-bağlaya, Borjomi içən kişinin gah qabaran, gah yoxa çıxan hulqumuna baxırdı.

Yuxuya doymamışdı, başı yüngülcə ağrıyırdı və bir böyük fincan qəhvə içib, rahat yataqda iki-üç saat yatmaq, hər

şeyi unutmaq istəyirdi. Kişi onun özlüyündən qapanan göz qapaqlarını görüb dedi:

- Bir az uzan mürgülə oğlum. Gürcülər qatarı saxlayanda durarsan.

Zaur kişiyə minnətdarlıq mənasında nəsə mırıldandı və başını yastığa atıb dərhal yuxuya getdi.

Gürcülər qatarı Qardabanidə səs-küylə saxlayanda, Zaur yerindən dik atıldı. Vaqonda canlanma başlamışdı.

Gürcü arvadları ora-bura qaçışır, bir-birlərinin kupelərinə əli dolu girib, əli boş çıxır, bəziləri isə tərsinə - əli boş

girib, əli dolu qayıdırdılar. Zaur əvvəl bu təlaşın mənasını başa düşmədi. Möhlətin üzünə baxdı.

- Bunlar alverçilərdi. Bakıdan, Aeroport talkuçkasından Tiflisə mal vururlar. Gürcü gömrüyü də mal

apardıqlarına görə, onlardan rüsum tutur – qoca başını bulaya-bulaya dilləndi. – Azərbaycanımın ən murdar adamı

belə, milyonlarla yaxşı əcnəbidən mənə daha əzizdir. Xalqımın yaxşısına da, pisinə də qurban olum. Sapı özümüzdən

olan baltalar xalqa bir də görürsən qara yaxırlar, öz millətini söyürlər. Belə adamlara nifrət edirəm. Vətən

vətəndir, xalq xalqdır oğlum. Qurban olum öz xalqıma, millətimə, dövlətimə.

Elə bu məqamda gürcü gömrükçüləri və sərhədçilər onların vaqonuna girib sözün əsl mənasında anqırmağa

başlayanda, Zaur “Qızılgül” inqilabı dalğasının Azərbaycan-Gürcüstan sərhədinə hələ gəlib çatmadığını düşündü.

Günəşli Gürcüstana səyahət edənlərin üstünə çəmkirən, sənəd göstərməyi, baqajı açmağı kobudcasına tələb edən

gürcülər, öz hərəkətləri ilə Qafqaz qonaqpərvərliyi haqda sümükləşmiş mifi darmadağın edirdilər. Qəribəsi o idi ki,

onlar azərbaycanlılarla yanaşı, öz vətəndaşlarını, yəni gürcüləri də təhqir edirdilər. Hətta gürcülərin payına düşən

söyüş miqdarı azərbaycanlılarınkından qat-qat çox idi. Alverçi qadınların Bakıdan aldıqları malları perronun

üstünə tökən, çanta və torbalardan çıxardıqları köynəkləri və alt paltarları tapdalaya-tapdalaya sayan gömrükçülər,

qadınları soyundurub, altdan üst-üstə kofta, köynək geyinib geyinmədiklərini də yoxlayırdılar.

Perronda baş verənləri ikrah və dəhşətlə izləyən Zaurun çaşqın nəzərlərini görən bələdçi:

- Saakaşvilidən sonra belə oldu. İndi azı üç saat burda ilişib qalacağıq dedi. - Əvvəl heç olmasa rüşvət verib

tez keçirdik. İndi rüşvət almırlar, amma incidirlər adamları. İstəyirsənsə taksiyə min uzağı bir saata Tiflisdəsən.

Qiyməti də bahalı deyil – deyən bələdçi, əli ilə perronun sonunda dayanmış, müştəri gözləyən maşınları göstərdi.

Zaur məsləhətinə görə bələdçiyə təşəkkür elədi və kupesinə keçərək, həyatında ilk dəfə rüşvətin də müsbət

rolunun ola biləcəyini düşündü. Deməli bu adamlar rüşvət alsaydılar sərnişinlər vaxt itirməz, dövlət qulluqçularının

üzü gülər, mədəni səviyyələri artardı. Zaur bələdçinin üç saat Qardabanidə gözləyəcəkləri barədə peyğəmbərcəsinə

verdiyi “vədə” inanmaq istəməsə də, bir-birini qovalayan saatlar Zaurun şübhələrinin yersiz və əsassız olduğuna

sübut idi. Kondisionerlər artıq işləmirdi və alverçi arvadların mallarından ötrü istidə gözləməli olan, bədənlərindən

tər su yerinə axan sərnişinlər tez-tez perrona düşüb, siqaret köşkünün yanındakı bulaqda əl-üzlərini yuyur,

alverçiləri nifrətlə süzürdülər.

Nəhayət yoxlama bitəndən, alverçilərlə gömrükçülərin çığırtısı yatışandan sonra qatar tərpəndi. Gömrük

rüsumlarını son quruşuna qədər ödəyərək, döyüşdən məğlub çıxan arvadlar, kupelərinə girib ucadan gömrükçüləri

gürcü dilində lənətləməyə qoyuldular. Onların qaqqıltısı da kəsiləndən sonra, Zaur Tiflisə çatana qədər bir az

mürgüləmək istəsə də, tamburda siqaret çəkəndən, sonra tualetə baş çəkəndən sonra, qatarın Tiflisə çatmağına

dəqiqələr qaldığını düşünüb, yatmaqdan vaz keçdi və telefonuna Gürcüstan operatorunun sim-kartını taxaraq zəng

gözləməyə başladı.

Zəng gecikmədi. Düz on dəqiqə sonra, Boris Navasardyanın xahişi ilə Zauru Tiflis vağzalında qarşılayacaq

olan Yerevan konfransının gürcüstanlı iştirakçısı, “Gürcüstan həqiqətləri” qəzetinin əməkdaşı David Çixladze zəng

vurub, Zaurdan vaqonun nömrəsini soruşdu və Sadaxloya maşınla bir yerdə gedəcəklərini müjdələdi.

95

Qatar vağzala çatmamış, alverçi arvadlar iri torba və çantalarını dallarınca sürütdəyə-sürütdəyə qapıya



yönəldilər. Zaur da yorğun-arğın, gözlərindən yuxu tökülə-tökülə onların dalınca yeridi və Möhlətlə sağollaşıb

vaqondan düşən kimi, telefonunu qurdalayan Davidi gördü.

Davidlə 2005-ci ildə, Azərbaycanda keçirilən parlament seçkiləri ərəfəsinda Bakıda tanış olmuşdu. Seçkiləri

işıqlandırmağa gələn David, seçkilərdən sonra inqilabın baş verməsini dörd gözlə gözləmiş, buna görə on gün

Bakıda qalmışdı. Lakin inqilab baş vermədiyindən pəjmürdə halda, suyu süzülə-süzülə Tiflisə qayıtmışdı. David

telefonu cibinə qoydu, Zaura yaxınlaşdı və çiyninə möhkəmcə vurub dedi:

- Salam qardaş. Xoş gəlmisən.

- Salam David. Səni görməyimə şadam. Əziyyət çəkib gəlmisən, sağ ol.

- Gedək, gedək. Nə əziyyəti! Onsuzda Sadaxloya qədər bu yolu gedirəm də. Amma səndən incimişəm.

Keçən il Tiflisə gələndə heç məni axtarmamısan.

Zaur tutuldu. Davidə zəng vurmaması, onunla görüşməməsi doğrudan da yaxşı çıxmamışdı. Amma Tiflisdə

keçirdiyi bir neçə günün onun üçün qızıldan dəyərli olduğunu, hər bir saniyəsini Artuşa həsr etməyə məcbur

olduğunu Davidə necə izah edə bilərdi?

- Bağışla məni David. İnan ki, vaxtım olmadı.

Pilləkənlərdən düşüb küçəyə çıxdıqlarında:

- Üzr istəməli heç nə yoxdu burada. Olan olub. Amma bir daha belə eləmə - deyib gülümsədi. - Birinci dəfədi

Yerevana gedirsən?

- Aha.


- Həyəcanlısan?

- Əlbəttə. Həm də acam.

- Başa düşürəm. Amma dözə bilsəydin, Marneulidə nahar eləyərdik.

Zaur Davidin təklifinin məntiqli olduğunu düşünüb onunla razılaşdı.

- Onda gedək. Mən dözərəm.

David əli ilə yol kənarında dayanan yaşıl BMW 525 markalı avtomobili göstərərək:

- Buyur – dedi.

David qabaqda, Zaur isə arxada əyləşdikdən sonra, David onu sürücü ilə tanış elədi:

– Tanış ol, dostum Mamuka. Polisdir. Bizi sərhədə qədər aparacaq.

Zaur arxadan əlini uzadıb, Mamukanın nəmli və kobud ovucunu sıxdı. Buruqsaç, qarayanız və enlikürək

Mamuka polisdən çox, Gürcüstanda fəaliyyət göstərən xarici neft şirkətlərinin ingilisdilli menecerlərinə oxşayırdı.

Sonra David ona Zauru təqdim etdi.

- Zaur Cəlilov Azərbaycanda tanınmış QHT-çilərdəndi. Özü də birinci dəfədi Ermənistana gedir.

Zaur arxadan “David böyütmə. Mənim haram tanınmışdı?” deyə mırıldansa da, deyəsən nə Mamuka, nə də

David onun zəif səsini eşitmədilər. Mamuka maşını işə salıb vağzalın ərazisindən çıxandan sonra, gülə-gülə:

- Birinci dəfə Ermənistana getmək yəqin ki, sizi həyəcanlandırır? – soruşdu.

Bu bezdirici sualı beş dəqiqə ərzində ikinci dəfə eşidən Zaur, çiyinlərini çəkdi:

- Əlbəttə həyəcanlıyam. Amma bu həyəcan daha çox geri qayıdandan sonra başıma gələcək olan

hadisələrdən duyduğum narahatlığa görədir. Yoxsa Ermənistanın özündə bir problemlə üzləşəcəyimə inanmıram.

KQB-şniklər başımdan bircə dənə də tükün əksik olmasına imkan verməzlər. Ora gedənlərdən eşitmişəm.

- Bəs Yerevanda mühafizən olmasaydı, sənə kimsə nəsə eləyərdi? – Mamuka maraqlandı.

- Ola da bilər, olmaya da. Dəqiq heç nə deyə bilmərəm.

David sözə qarışdı.

- Demək istəyirsən Bakıya qayıdandan sonra problemlərlə üzləşəcəksən?

- Bu qaçılmazdır. Demək olar ki, Yerevana gedən hər kəsə qayıdandan sonra hücumlar olur.

David üzünü arxaya çevirdi:

- Niyə? Burda nə var ki?

Yol yorğunu Zaur bu barədə danışmaq istəmədiyi üçün qısa cavab verdi:

- Mən hardan bilim?

David onu başa düşüb Mamukaya:

- Zaur acdı. Elə biz də. Yəqin ki, Marneulidə yaxşı bir yer tanıyırsan.

Bədən quruluşundan yeyib-içən oğlana oxşamayan Mamuka, əsl qurman kimi bu sualdan canlandı:

- Əla restoran tanıyıram. Yiyəsi də azərbaycanlıdır.

Başını şüşəyə yaslayan Zaur gözlərini yumdu və çətinliklə:

- Nəzərə alın ki, aclıq atəşkəs müqaviləsi deyil və əbədi davam edə bilməz. Acından ölsəm siz cavabdehsiniz

– dedi və yuxuya getdi.

96

Bir saat sonra maşın azərbaycanlıların yaşadığı kəndin kələ-kötür yollarında titrəməyə başlayanda Zaur



gözlərini açıb sağa-sola baxmağa, hara gəlib çıxdıqlarını anlamağa çalışdı. Onun oyandığını görən David əsnəyib

dedi:


- Çatmışıq.

Yaşıllıqlarla əhatə olunmuş sərin, gözoxşayan, nəhəng bir bağın ortasında iki mərtəbəli restoran yerləşirdi.

Ruhulla adlı bəstəboy, lopa bığlı, xəfifdən şişman restoran sahibi Mamukanı öpüb qucaqladı və onları həyətin düz

ortasında, meynənin kölgəsində dairəvi masanın ətrafında oturtdu. Ruhulla sifarişləri alıb restoranın içində gözdən

itdikdən sonra, Mamuka alçaq səslə dedi:

- Qəribə adamdır. Aşbazı ermənidi, bir ofisiantı çeçen qızdı, obiri ofisiantı da azərbaycanlı. Özünün əl

qabiliyyətinə, kabablarına da ki, söz ola bilməz.

Zaur meynə ağacının altında borudan şırıl-şırıl axıb gedən sərin su ilə əl-üzünü yudu, gimnastik hərəkətlər

edib sümüklərini xırçıldatdı. David isə ona baxıb ucadan dedi.

- Onsuzda azərbaycanlılardan başqa heç kim kabab bişirə bilmir.

Zaur bu kompliment qarşısında başını təsdiq mənasında iki dəfə yelləməklə və gülümsəməklə kifayətləndi.

On beş dəqiqə sonra masa içki, salat, turşu, şirə və yeməklərin ağırlığından əyilir, tünd qırmızı şərab su

yerinə axırdı. Mamuka Ruhullanı dəfələrlə onlara qoşulmağa çağırsa da, restoran sahibi əlini sinəsinə qoyaraq

təklifi geri çevirir, “işlərim tökülüb qalıb” deyib gözdən itirdi. Zaur özlərindən başqa bircə nəfər belə müştərisi

olmayan restoranda Ruhullanın hansı “işlərinin tökülüb qaldığını” fikirləşsə də, bu barədə masadakılara bir söz

demədi, çünki Ruhullanın onlara qoşulmaması onun ürəyincə idi.

Bir saat sonra üçü də keflənmişdilər. Mamukanın mənasız gürcü lətifələrinə qulaq asıb, zorakı

gülümsəməkdən Zaurun üz əzələləri ağrıyırdı. David qalxıb ayaqyoluna getdi və beş dəqiqə sonra qayıdıb yerinə

oturanda, əlini Zaurun çiyninə qoyaraq qulağına əyildi.

- Azərbaycanlılar bu ölkədə kef eləyirlər.

Zaur bu etirafın mənasını başa düşməsə də dilləndi:

- Lap yaxşı.

David başa düşülmədiyini, öz sözləri ilə Zaurda maraq oyandıra bilmədiyini görüb:

- Ardımca gəl, öz gözlərinlə gör – dedi və ayağa qalxdı.

Mamukanın başı yeməyə qarışmışdı. Zaur bir ona, bir Davidə baxıb durdu və itaətkarlıqla Davidin arxasınca

getdi.


- Mənə bax, sənin polis dostun yaman dəmdi. Maşını sürə biləcək?

David incimiş ifadə ilə Zaura ötəri nəzər salıb dedi:

- Allah eləməsin sənin sözlərini eşitsin. İçkili olanda Mamuka daha da ustalaşır. Sən ondan arxayın ol. Gəl

dalımca, gör sənə nə göstərirəm.

Davidlə birlikdə restoranın arxa tərəfindəki xudmani həyətə gəlib çıxdılar. Kərpic hasarın altında on metr

uzunluğunda və dörd metr enində, dəmir barmaqlıqlarla çevrələnmiş bostan salınmışdı. Davidin dalınca bostanın

qapısından otların üstünə ayaq basan Zaur, gürcü jurnalistin nə demək istədiyini o andaca başa düşdü. Bostanda dizə

qədər bitən çətənə kolu, restoran sahibinin alternativ gəlir və əyləncə mənbəyinə malik olduğu barədə məlumat

verirdi. Özü də bu “mənbə” sözün əsl mənasında ayaqlar altında tökülüb qalmışdı.

Zaur soruşdu:

- Polis dostun bu barədə nəsə bilir?

- Ona Mamuka da deyə bilərsən.

- Olsun Mamuka. Bundan xəbəri var? – barmağı ilə otları göstərdi.

David çiyinlərini çəkdi:

- Əlbəttə var. Özü də çəkəndi. Bir iki saplaq dərək?

- Dərib neynəyəcəyik?

- Necə yəni neynəyəcəyik? Üç gün Yerevanda darıxmayacağıq?

Zaurun dəhşətdən gözlərini bərəltdi, sərxoşluğu qaçdı:

- Sən nə danışırsan? Otu Ermənistana keçirmək istəyirsən?

- Nədi bəyəm? Sən narahat olma.

Zaur növbəti arqumentini dilə gətirdi:

- Axı ot təzədir, yaşdır. Necə qurudacaqsan?

David:

- Mən onu qurutmağın üsulunu taparam, - dedi və əyilib iki böyük saplaq dərdi. Çətənə yarpaqları elə bil



doğma budaqdan ayrıldıqlarına görə kədərlənib boyunlarını bükdülər, göz görə-görə solmağa başladılar.

Gələn-gedənin olub-olmadığını görmək üçün Zaur həyəcanla arxaya boylandı, sonra da Davidin qulağına

pıçıldadı.

97

- Məni bu işdən uzaq tut. Qorxaq deyiləm, amma Ermənistana birinci dəfədi gedirəm. Ermənilər



azərbaycanlının üstündə nəşə tutsalar, nə boyda qiyamət qopacağını təsəvvür edirsən?

- Narahat olma dedim sənə. Hər şey yaxşı olacaq. Özü də sənin üstündə tutsaydılar, bu daha maraqlı ola

bilərdi.

Zaur öz zarafatı özünə ləzzət eləyən Davidi bostanda tək qoyub masaya qayıtdı. Mamuka əlində qədəh

arxaya boylanıb baxır, gözləri ilə həmpiyalələrini axtarırdı. Zauru görüb qışqırdı:

- Əclaflar! Məni niyə tək qoyub getmisiniz? Alkoqolik zadam ki, tək içəm?

Zaur yerinə oturub şərab dolu qədəhi əlinə götürdü və nəfəsini dərərək:

- Sənin sağlığına. Tanışlığımıza şadam – dedi və qədəhi boşaltdı.

Mamuka da içdikdən sonra, düşüncəli baxışlarını meynənin gövdəsini dırnaqları ilə ovxarlayan pişiyə dikib

monoton səslə dedi:

- Əvvəllər zamanın nəbzini tutan adamlara müdrik deyərdilər. İndi anı tuta bilənlərə müdrik deyirlər. Buratino

taxtadan qayırılmışdı. İki taxta parçası bir-birinə sürətlə sürtüləndə yanmağa başlayır.

Mamuka yaxınlaşan Davidi görüb qəzəblə dedi:

- Neynirsən orda iki saatdır?

Onun nə barədə danışdığını eşidən David isə, söhbəti başqa məcraya çəkmək üçün dedi:

- Mən Buratinoya iyirmi dəfə baxmışam, amma indiyə qədər heç nə başa düşə bilməmişəm. Özü də bu kino

uşaqlar üçün çəkilib. Əminəm ki, Buratinonu çəkən rejissor narkoman idi. Bu filmə ayıq başla baxmaq olmaz,

gərək yaxşıca çəkəsən.

Mamuka şübhəli gözlərlə dostunu süzüb ona göz vursa da, David istifini pozmadı, gözlərini ondan ayırıb

ciyər kababını çeynəməyə qoyuldu.

Yarım saat sonra Ruhullanı çağırıb hesabı istədiklərində, Zaur əlini cibinə salmağa cəhd etsə də, David ona

mane oldu.

- Əziyyət çəkmə, yeməyin pulunu Borisdən alacağam, məndən getmir – dedi sonra da Zaurun qulağına

əyilərək əlavə elədi – yaxşıca əzib cibimə qoymuşam. - David əli ilə sağ cibinə iki dəfə vurdu. – Tapan deyillər,

narahat olma.

- Təki sən deyən olsun – Zaurun səsində inamsızlıq notları duyulurdu.

- Borislə də danışdım bayaq. Sərhəddə bizi gözləyirlər.

Müştərilərini maşına qədər yola salan Ruhulla ilə sağollaşıb, Sadaxlo sərhəd qapısının yolunu tutdular.

Məsafə Zaurun təsəvvür etdiyindən də qısa idi - sən demə onların yemək yediyi azərbaycanlı kəndi, Ermənistanla

sərhədin iki addımlığında yerləşirmiş. Sərhədə çata-çatda Zaur siqaret almaq üçün Mamukadan maşını saxlamağı

xahiş etdi.

Darısqal dükanda peyklə AzTV-də Zəlimxan Yaqubun çıxışına baxan qadın, əlində tutduğu karton parçası ilə

özünü yelləyirdi. “Burada da azərbaycanlılar var” Zaur düşündü və qadına doğma dilində müraciət edərək, bir qutu

Kent 4 siqareti xahiş etdi.

- Vəziyyət necədir xala? Necə dolanırsınız?

Qadın siqareti Zaura uzatdı, pulu götürüb kassaya atdı.

- Nətəhər olacaq ay bala. Dolanırıq da birtəhər. Allah bu urusun evini yıxsın. Qırdırır camaatı bir-birinə.

Sovet dövründə rahat yaşayırdıq da. İndi hamı hamıyla düşmən olub.

- Xala, Sovet hökümətini də ruslar yaradmışdılar da. O vaxt ki, belə deyildi.

- Əşi o vaxt ayrı cürəydi. Hamı onlara tabe idi deyə, qan tökülmürdü. Amma respublikalar müstəqil olan

kimi, qırdırdılar bizi bir-birimizə. Mənim erməni, gürcü ilə nə işim var axı!? Bir-birimizə can deyib, can eşitmişik

həmişə.


Ermənistanla bir-iki kilometrlik məsafədə yaşayan azərbaycan mənşəli Gürcüstan vətəndaşını görmək,

Zaurda melanxolik hisslər oyatmışdı. Qadınla sağollaşıb çıxdı.

Maşına qayıdanda Mamuka və Daviddən onları gözlətdiyinə görə üzr istədi və Ermənistan sərhədinə qədər,

heç biri bir daha danışmadı.

***

Dar pəncərədən uzadılan Azərbaycan pasportunu görən gürcü sərhədçisinin sifəti əyildi, qaşları çatıldı.



Gözlərini qaldırıb pasportun sahibinə baxdı və yorğun səslə soruşdu:

- Siz hara gedirsiniz?

Zaur alnını şüşəyə yaslayıb həvəslə dedi:

- Ulan-Batora.

Qara-qabaq gürcü Zaurun zarafatını qulaq ardına vuraraq növbəti sualını verdi:

98

- Ermənistan getmək istədiyinizdən əminsiniz?



Gürcüstan vətəndaşı olan azərbaycanlı kəndçilərin vaxtaşırı Ermənistana meyvə-tərəvəz aparmaları adi hal idi.

Lakin yarım ildir burada xidmət edən sərhədçi, ilk dəfə idi ki, Ermənistana keçmək istəyən Azərbaycan vətəndaşına

rast gəlirdi. Verdiyi son suala Zaurdan müsbət cavab alan gürcü, kobud şəkildə pasporta möhür vurub etinasızlıqla

onu Zaura qaytardı və gözlənilmədən gülümsünüb soruşdu:

- Qorxmursunuz?

- Təsəvvür edin ki, qorxuram amma getməkdən başqa çarəm yoxdu.

Zaur sərhədçiyə təşəkkür edib BMW-nin yanında siqaret çəkərək onu gözləyən Mamuka ilə Davidə

yaxınlaşdı.

- Ermənistandan qayıdandan sonra, səninlə görüşüb söhbət eləmək istəyərdim. Təəssüratların mənim üçün

çox maraqlı olardı – Mamuka dedi.

- Nə üçün olmasın? Əlbəttə görüşərik. Onsuz da Bakıya Tiflisdən gedəcəyəm.

David siqaretini yerə atıb ciddi ifadə ilə dedi:

- Tiflisdən yox, tranzit məntəqəsindən. Qarabağ münaqişəsindən sonra bu şəhər ermənilər və azərbaycanlılar

üçün çoxdan belə adlanır.

Üçü də gülüşdülər. Əlini birinci Mamuka uzatdı.

- Yaxşı, sizi daha çox saxlamayım. Yolçu yolda gərək.

Zaurla David onunla qucaqlaşıb, sağollaşandan sonra, Mamuka maşına minib pəncərədən “muğayat olun”

dedi və onlara göz vurub sürətlə uzaqlaşdı.

- Yaxşı adamdı. İnanmaq olmur ki, polisdə işləyir.

David Zaurun bu sözlərindən qürrələnib:

- Bizdə belə polislərin sayı günbəgün artır – dedi. - Saakaşvili polis sistemində gəncləşdirmə siyasəti aparır.

Bunu bilmirdin?

Davidin sualını cavabsız qoyan Zaur, altından gur çay axan körpüyə ilk addımını atdı. Dizlərində,

Ermənistan torpağına ayaq basmağın verdiyi yüngül bir gizilti duydu, körpünün tən ortasına çatanda isə

büdrəməkdən qorxub Davidin qolundan tutdu. Onun həyəcanını başa düşən gürcü jurnalisti, dodaqlarını qaçırdaraq

“hər şey əladır, gəl, gəl” dedi. Zaur isə öz növbəsində “təsəllinə ehtiyacım yoxdur” düşündü, amma üzə vurmadı.

Zaur Ermənistan bayrağının dalğalandığı dirəyə çatanda, iki nəfər hündürboy, yaraşıqlı adam onunla Davidə tərəf

gəlməyə başladılar. Onların ardınca isə tələsmədən ağsaç, eynəkli və bəstəboy bir adam addımlayırdı. Dəhşətli

istiyə baxmayaraq onların əynində qara kətan kostyumlar vardı. İkisi də tipik azərbaycanlılara oxşayırdılar. David,

onlara tərəf gələn adamlara mərmər kəsilmiş sifəti ilə, gözlərini qırpmadan baxan Zaura tərəf boynunu əyərək:

- Ağsaçlı Boris Navasardyandır – dedi. - Bu iki nəfər isə, yəqin sənin qoruyucu mələklərindi.

Sərhəddəki yoxlama buraxılış məntəqəsinin qarşısında uzun, xaotik bir növbə düzülmüşdü. Bu növbədə



kimin birinci, kimin sonuncu olduğu bilinmirdi. Zaur ömründə ilk dəfə idi, bu qədər ermənini bir yerdə görürdü.

Bu fikir özünə də gülməli gəldi. Şlaqbauma yaxınlaşdıqlarında əllərini bellərində birləşdirmiş “______qoruyucu m
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə