"Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1.
qüvvədə olan qanunvericilik aktlarının "Elektron imza və elektron sənəd haqqında"
Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2.
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3.
"Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun
pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4.
həmin Qanunun 5.4-cü maddəsində nəzərdə tutulmuş elektron imzanın yoxlanılma
qaydasını müəyyən etsin;
1.5.
həmin Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydasını müəyyən etsin;
1.6.
həmin
Qanunun
9.8-ci
maddəsində
nəzərdə
tutulmuş
elektron
imza
üçün sertifikat verən və imzaların istifadəsi üzrə xidmətlər göstərən mərkəzin (sertifikat
xidmətləri mərkəzi) qeydiyyatı və akkreditə edilməsi qaydalarını təsdiq etsin;
1.7.
həmin Qanunun 10.2-ci və 11.6-cı maddələrində nəzərdə tutulmuş sertifikat
xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması qaydalarını təsdiq etsin;
1.8.
həmin Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş elektron sənədlərin mübadiləsi
qaydasını müəyyən etsin;
1.9.
həmin Qanunun 32.3-cü maddəsində nəzərdə tutulmuş tərkibində dövlət sirri təşkil
edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi üçün istifadə olunan
informasiya sistemlərinin ekspertizasının keçirilməsi qaydasını müəyyən etsin;
1.10.
bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin
səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların
hazırlanmasını və təsdiq edilməsini təmin etsin;
1.11.
"Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun
1.1.14-cü, 8-ci, 9.1-ci, 9.3-cü, 9.4-cü, 9.6-cı, 9.7-ci, 16.0.3-cü, 17.1.3-cü, 17.3.7-ci, 17.3.8-ci, 17.3.9-
cu, 19.2-ci, 19.4-cü, 19.5-ci, 31.4-cü, 33.1-ci, 33.2-ci, 33.2.6-cı, 33.2.8-ci, 33.2.9-cu, 33.2.1O-cu
5
33.2.11-
ci, 33.2.12-ci, 33.2.13-cü, 33.3-cü, 33.3.1-ci, 33.3.2-ci, 33.3.3-cü və 33.3.4-cü maddələrində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini həyata keçirən icra
hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.12.
öz səlahiyyətləri daxilində "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2.
Müəyyən edilsin ki. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan
Respublikası Qanununun 5.4-cü, 6.4-cü, 9.8-ci, 10.2-ci, 11.6-cı, 17.5-ci, 32.3-cü, 33.2.1-ci, 33.2.2-ci,
33.2.3-cü, 33.2.4-cü, 33.2.5-ci, 33.2.7-ci, 33.2.14-cü, 34.1-ci və 34.2-ci maddələrində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2004-cü il
№ 65