Elçİn cəHƏNNƏm sakiNLƏRİ



Yüklə 241,82 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix19.10.2018
ölçüsü241,82 Kb.
#75147
1   2   3   4   5   6   7   8   9

QADIN. Nə dedi? 

QONAQ. Demədi ki, idarələrində Mürsəl müəllimi ifşa iclası keçiriblər? 

QADIN. Dedi... Nə olsun? Bu saat hər yerdə ifşa iclasları keçirilir də... 

QONAQ (narazı). E-e-e!.. Olmadı ki!.. Mən bunların hamısını yaxşı bilirəm, qulaq asın, 

tələsməyin!.. Siz soruşduz ki, Mürsəl müəllimin ifşa iclasında bu çıxış edib, ya yox? 

QADIN. Soruşdum. 

KİŞİ. Bəsdirin! Qurtarın bu oyunu! 

QONAQ. Necə yəni, bəsdirin? (Barmağını onun gözlərinin qabağında oynadır.) Yox!.. Bu, oyun-

zad deyil!.. Demirsiz ki, mən böhtan və yalandan ibarətəm? Hə?  

KİŞİ. Bəli!.. Siz başdan-ayağa şərsiz!.. Sizin nəfəsiniz maqnit kimi, adamı şərə çəkir!.. 

QONAQ (son dərəcə incik). Pah!.. Mənim nəfəsim bunu şərə çəkir!.. Özü də, bax e, maqnit 

kimi!.. Amma bunun nəfəsi ancaq xeyirdən xəbər verir!.. (Qadına.) Bu sizə nə cavab verdi? 

QADIN. Nə cavab verdi? 

KİŞİ (qışqırır). Bəsdir!.. Kifayətdir!.. 

QONAQ (ona fikir vermədən). Demədi ki, yox, Mürsəl müəllimin ifşa iclasında çıxış etmədim? 

Dedi, demədi, sizdən soruşuram?  

 

Kiçik pauza. 



 

Hə? 


 

Qadın başı ilə təsdiq edir. 

 

Siz də ona demədiz ki, nə yaxşı ki, bu dünyada sən varsan, yəni (Əli ilə Kişini göstərir.) bu var? 



KİŞİ (Qadına). Mən sənə nə deyirdim!.. Bu gizlincə bura soxulub, gizlənib burda... Pusub bizi!.. 

Gizlincə qulaq asıb bizə!.. 

QONAQ (ona fikir vermədən Qadına). Hə? Dedi, ya yox? 

QADIN. Dedi... 

QONAQ (Kişinin qarşısında dayanaraq). Bayaq siz Mürsəl müəllimin ifşa iclasında çıxış 

etmədiz? Hə? Demədiz ki, Mürsəl də Qəribzadənin kontrrevolyusion təşkilatının üzvüdür? 

Demədiz? İclas başlayandan əlinizi qaldırmamışdız ki, çıxış üçün sizə də söz versinlər?..  

 

Kiçik pauza. 



 

KİŞİ (taqətsiz). Siz insansız, şeytansız, hər nəsiz, hər kimsiz, nə vaxt çıxıb gedəcəksiz burdan? 

Nə vaxt? 

QADIN. Sən... Sən Mürsəl müəllimi də ifşa etdin?  

KİŞİ. Onsuz da onu tutacaqdılar!.. Bu məlum məsələ idi!.. Mən özümü qoruyuram!.. Mənim 

özümü qorumaq hüququm var, yoxsa yox? Mən ailəmi qorumalıyam, yoxsa yox? Mən... mən 

səni qorumalıyam, yoxsa yox? 

QONAQ. Siz ki, özünüzü sığortalamısız! NKVD-dən niyə qorxursuz?  

KİŞİ. Bəsdirin! 

QONAQ. Nə bəsdirin? (Yamsılayır.) "Sənin bütün varlığın yalan və böhtandan ibarətdir..." 

(Ciddi.) Onda bu sözlərinizi geri götürün! 

KİŞİ (nifrətlə). Xeyir! Mən sözlərimi geri götürmürəm! Siz yalan, böhtan, şər soxulcanısız! 

 

Kiçik pauza. 



 

QONAQ (pərişan). Daha sizə sözüm yoxdur!.. (İki əli ilə də Kişini göstərərək, Qadına.) Gördüz 

ki!.. Mən yalan, böhtan, şər soxulcanıyam... (Başını bulayır.) Ay-yay-yay!.. (Qadına.) Bu deyirdi 

ki, onun alibisi var? Bax, bunu düz deyirdi! 

KİŞİ (Qadına). Sən ona qulaq asma!.. 



QONAQ. Niyə qulaq asmasın? Bu çox ideyalı məktubdur!  

KİŞİ (hiddətlə). Yox!.. Lazım deyil!.. 

QONAQ. Niyə lazım deyil? Siz kommunist deyilsiz? Bu da partiyalı məktubdur də!.. Doğrusunu 

deyim ki, hətta mənim xoşuma da gəldi!.. (Qadına.) Elə bilirsiz, hər şey mənim xoşuma gələ 

bilər? (Barmağını qaldırıb, tərpədir.) Yox... Hər şey mənim xoşuma gələ bilməz!.. Ancaq bu 

məktub xoşuma gəldi!.. Bax, indi görəcəksiz!.. 

KİŞİ (qışqırır). Siz nə vaxt bizim evimizdən rədd olub, gedəcəksiz!? 

QONAQ (ona əhəmiyyət vermədən). Bu məktub əsl kommunistə layiq bir prinsipiallığın 

göstəricisidir! Sovet vətəndaşının sayıqlıq nümunəsidir! Siyasi şüurun... (Sözünü yarımçıq kəsib, 

Kişiyə baxır.) Hə? 

 

Kiçik pauza. 



 

Siyasi şüurun ən yüksək məqamıdır!.. Ancaq elə-belə siyasi şüurun yox, partiyalı siyasi şüurun!.. 

Qulaq asın! (Stulun üstünə hoppanaraq, pafosla əzbərdən söyləməyə başlayır.) "Əziz yoldaş 

Stalin! Mən bu məktubu şəxsən Sizə yazıram. Bu məktubu mənə Sizə olan sonsuz sevgim, 

ehtiramım və kommunist vicdanım diqtə edir..." 

KİŞİ. Bəsdir! (Qadına.) Sən ona qulaq asma!.. Bunu NKVD göndərib!.. Yüz faiz, NKVD 

göndərib!..  

QONAQ. Qulaq asın!.. (Əzbərdən oxumağı davam edir.) "Əziz rəhbər! Sizə bildirmək istəyirəm 

ki, xain trotskiçi düşmənlər mənim çalışdığım komissarlıqda da özlərinə yuva qurublar. Bu 

qəddar düşmənlər, Komissar başda olmaqla, gizlin kontrrevolyusion pantürkist terrorçu təşkilat 

yaradıblar və bu istiqamətdə gizli fəaliyyət göstərirlər... (Elə bil ki, əzbər dediyi bu sözlərdən 

ekstaza gələrək, birdən mizin üstünə hoppanır və mizin üstündə dayanıb davam edir.) Şəxsən 

Komissarın özünün və onun müavinlərinin rəhbərlik etdikləri bu kontrrevolyusion qruppa 

Azərbaycanda zəhərli pantürkizm ideyalarını yaymaqla, Azərbaycanın müstəqil dövlət kimi 

SSRİ-nin tərkibindən çıxmasını hazırlamaqla, sevimli rəhbərlərimiz haqqında..." (Bir anlıq 

nəfəsini dərərək Qadına.) Bu yerdə yoldaş Stalinin adını çəkməyə cürət etməyib! (Əzbərdən 

oxumağı davam edir.) "... sevimli rəhbərlərimiz haqqında əclaf şayiələr yaymaqla, Trotskini, 

eləcə də şəxsən sizə yaxşı məlum olan Rəsulzadə, Xoyski, Yusifbəyli kimi mənfur və satqın 

burjua millətçilərini təbliğ etməklə məşğuldurlar. Onlar faşizmə açıq-aydın hüsn-rəğbət 

bəsləyirlər. Əziz İosif Vissarionoviç! Mən bilirəm ki, proletariatın dahi rəhbəri kimi Sizin işiniz 

həddən artıq çoxdur. Ona görə də bu məlumatı qısaca şəkildə Sizin yüksək diqqətinizə 

çatdırmağı özümə borc bildim. Kommunist salamı ilə..." (Əli ilə Kişini göstərir.) Bunun imzası!.. 

İş yeri!.. Ünvanı!.. (Mizin üstündən hoppanıb yerə düşür.) 

 

Pauza. 



 

QADIN. Bu... Bu həqiqətdir? 

 

Pauza. 


 

Sən bu məktubu yazıb, göndərmisən? 

 

QONAQ. Tarixi də var. Yeddi ay bundan qabaq yazılıb!.. 



QADIN. Sənin bu məktubundan sonra komissarlıqda tuthatut başladı? 

KİŞİ (qızğın). Xeyr!.. Mən bu məktubu göndərəndə artıq komissarı həbs etmişdilər... 

 

Pauza. 


 


Yüklə 241,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə