21
Kitabın üçüncu fəslində polĢalıların XIX əsrin birinci yarısında
Azərbaycandakı fəaliyyətləri öyrənilir. Çar Rusiyasındakı qadağanlara baxmayaraq
polyaklar Azərbaycandakı mədəni kulturəl fəaliyyətlərini daima geniĢləndirirlər.
Əsərin dördüncü fəslində polyakların XIX əsrin ikinci yarısı və XX əsrin
əvvəllərindəki mədəni-kulturəl fəaliyyətləri ilə bağlı çalıĢmaları iĢıqlandırılır.
GeniĢ informasiyalılığı və tarixi faktlarının zənginliyi baxımından A.
Xodubskinin kitabı faydalı bir mənbədir.
Andjey Xodubskinin 2004-cu ildə VarĢavada nəĢr edilən ”Polyaklar
Azərbaycanda" kitabında isə daha geniĢ məlumatlar əksini tapmıĢdır. Tereza
Bartosiyanın redaktorluğu ilə nəĢr edilən 335 səhifədən ibarətdir və təhlilə yeni
faktların cəlb olunması ilə fərqlənir (70).
TanınmıĢ alimlər - Boqdan Baranovski və KiĢiĢtov Baranovskinin 1987-ci
ildə nəĢr edilən "Azərbaycan tarixi" kitabı mövzunun öyrənilməsində ciddi mənbə
sayıla bilər. 15 min tirajla nəĢr edilən bu kitab iki hissədən ibarətdir. Birinci hissə 6
bölümdən, ikinci hissə isə 4 bölümdən ibarətdir. Kitabın ümumi həcmi 262
səhifədir. Kitabda PolĢa-Azərbaycan əlaqələrinin mühum tarixi məqamları tədqiq
edilir (74).
PolĢada 1995-ci ildə rus dilində nəĢr edilən "PolĢa tarixi -keçmiĢ dövrdən
bu günümüzə qədər" kitabından da bəzi tarixi məqamların öyrənilməsində
faydalanmıĢıq (191).
Tarixçi-alim Pyotr Staveçiskinin 1997-ci ildə nəĢr edilən kitabı da
mövzunun araĢdırılması baxımından əhəmiyyətlidir. Kitabda PolĢa ordusundakı
azərbaycanlı hərbçilər haqqında məlumatlar verilmiĢdir (88).
2003-cu ildə PolĢanın Lublin Ģəhərində PolĢa-Azərbaycan əlaqələrinə həsr
edilmiĢ simpoziumun materialları ayrıca kitab Ģəklində çap olundu. Kitabdakı
çoxlu sayda elmi materiallar araĢdırılan mövzunu geniĢ öyrənməyə imkan verir.
(89a).
Qeyd edək ki, PolĢada yaradılan "Prometey" təĢkilatının öyrənilməsi
baxımından tarixçi alim Sergey Mikuliçin "II Pospolianin siyasətində
Prometeyçilik" kitabı çox qiymətlidir. 1971-ci ildə VarĢavada nəĢr edilən bu kitab
beĢ hissədən ibarətdir. Ümumilikdə 305 səhifə həcmində olan kitabda azərbaycanlı
mühacirlərlə də bağlı məlumatlar az deyildir (85).
2006-cı ildə Amerikalı alim, professor TadeuĢ Svyatoxovskinin PolĢada,
polyak dilində “Azərbaycan" kitabının nəĢr edilməsi təqdir edilməlidir. Kitaba
giriĢ sözünü Azərbaycanın PolĢadakı səfiri, professor Vilayət Quliyev yazmıĢdır
(89).
22
Türkiyədə nəşr edilən kitablar
Mövzumuzu araĢdırarkən Türkiyədə nəĢr edilən kitablardan da
bəhrələnməyə çalıĢmıĢıq (146, 149, 151, 154, 123, 124, 152, 153). Belə ki,
dövriyyəyə gətirilən əsərlər sırasında tanınmıĢ alman tədqiqatçısı R. Mühlenin
"Camali Xaç ilə Qızıl Yıldız arasında" adlı 1984-cu ildə Ankarada nəĢr olunmuĢ
(135) kitabına da diqqət yetirmiĢik. Zəngin arxiv materialları əsasında
yazılmıĢ bu kitabda “Prometey”
klubu və qafqazlı təmsilçiləri ilə bağlı çoxlu
məlumatlar vardır. Kitabda azərbaycanlı mühacirlərin bolĢevizmə qarĢı təbliğat
istiqamətində gördüyü iĢlər haqqında məlumatlar da az deyil. Bundan əlavə,
müəllif Almaniya hökuməti rəhbərliyinə aid çoxlu sənədlərlə, tanınmıĢ
siyasətçilərə, Ģəxslərə aid yazıĢmalarla bağlı da oxucuları bilgiləndirmiĢdir.
Ensiklopedik informasiya verməsi və müxtəlif xalqlara aid mühacirlərin
fəaliyyətini əhatə etməsinə görə kitab böyük əhəmiyyətə malikdir.
Rusiyada nəşr edilən kitablar
Problemi öyrənmək üçün Rusiyada da nəĢr edilən mənbələrə də müraciət
edilmiĢdir. Bundan ötrü V. ġulqinin (216), L. K. ġkarenkonun (217) əsərlərindən
və digər nəĢrlərdən tədqiqatımızda istifadə etmiĢik (198, 199,201).
Hazırda Rusiyada yaĢayan həmyerlimiz, dəyərli ziyalı, Azərbaycan
mühacirət irsini böyük əziyyətlərlə toplayıb Azərbaycana gətirmiĢ Ramiz
Abutalıbovun xidmətləri inkaredilməzdir. Bu fədakar insanın 2006-cı ildə
Moskvada nəĢr etdirdiyi "Parisdə keçən illər və görüĢlər" kitabında mövzumuzla
bağlı da ciddi faktlara rast gəldik. Kitabda əsasən Fransada yaĢayan azərbaycanlı
mühacirlər haqqında geniĢ məlumatlar verilsə də, “Prometey” klubu və jurnalı
haqqında dəyərli bilgilər əldə etmək mümkündür. (192).
Mühacirətdə nəşr edilən kitablar
Tədqiqat iĢinin yazılmasında M. Ə. Rəsulzadənin və digər mühacirlərin
mühacirətdə nəĢr edilmiĢ kitab və olunmuĢdur. (146,147,148,149, 150, 80, 84,
118, 119 120, 121, 122, 125, 126-136; 139-145, 155, 193, 197, 200, 102,
203,208,209,210,215).
M. Ə. Rəsulzadənin 1923-cu ildə Ġstanbulda çap olunan ilk əsəri
"Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təĢəkkülü və Ģimdiki vəziyyət”dir. (146).
Kitabda ilk müstəqil Azərbaycan Cümhuriyyətinin qurulmasındakı
çətinliklər, Azərbaycan istiqlalına münasibət faktlarla açıqlanır. Rusiyanın
23
Azərbaycana təcavüzkar niyyətləri pislənməklə yanaĢı, 27 Aprel iĢğalı ərəfəsində
Bakıda gedən mürəkkəb proseslər izah edilir.
M. Ə. Rəsulzadənin 1926 – cı ildə yazdığı “ Rusiyada siyasi vəziyyət”
əsərinin də tədqiqat baxımından ciddi əhəmiyyəti vardır. Müəllif bu əsərində
Rusiyada yaranmıĢ vəziyyəti, baĢ verən ictimai prosesləri təhlil edir (137).
Azərbaycan milli azadlıq hərəkatı tarixinin öyrənilməsində və milli
mətbuatımızın inkiĢafında mühüm rol oynamıĢ Mirzə Bala Məmmədzadə də öz
əsərlərində M. Ə. Rəsulzadənin mühacirət dövründəki fəaliyyətinə geniĢ yer
vermiĢdir. Bu mənada müəllifin 1938-ci ildə Almaniyanın Berlin Ģəhərində,
sonradan isə Ankarada təkrar nəĢr edilən "Milli Azərbaycan hərəkatı" əsəri geniĢ
tədqiqat mövzusudur (129).
M. Ə. Rəsulzadənin 1930-cu ildə VarĢavada rus dilində çap edilən
"Panturanizm və Qafqaz problemi" kitabı məzmununa və qoyulan problemin
əhəmiyyətinə görə çox dəyərlidir. Türklüyün böyük tarixi və siyasi əhəmiyyətini
açıqlayan müəllif problemi ictimaiyyətə yanlıĢ təqdim edənləri kəskin tənqid
atəĢinə tutmuĢdur (209).
M. Ə. Rəsulzadənin PolĢada VarĢava Ģəhərində nəĢr edilən ikinci kitabı
belə adlanır: "Azərbaycan müstəqillik uğrunda mübarizədə". Polyak dilində çap
olunan kitab PolĢa oxucularına Azərbaycan həqiqətləri ilə bağlı geniĢ məlumatlar
vermiĢdir. Azərbaycan mühacirəti və PolĢa ilə mədəni-kulturəl, siyasi
münasibətlərin öyrənilməsində əsərin qiyməti əvəzsizdir (84).
Azərbaycan və digər Qafqaz mühacirəti mətbuatındakı yazılar
Altıncı qrupa daxil olan mənbələr – Azərbaycan və digər Qafqaz
xalqlarının mühacirət mətbuatında, eləcə də "Prometey" və "Roçnik Tatarstvo"da
PolĢa ilə bağlı nəĢr edilən məqalələrdir. Bu mətbuat orqanlarına aĢağıdakılar
daxildi: 1. "Odlu Yurd" jurnalı. 2) "Ġstiqlal" qəzeti. 3) "KurtuluĢ" jurnalı. 4)
"Müsavat" Bulleteni. 5) "Azərbaycan" jurnalı. 6) ġimali Qafqaz"- "Severnıy
Kavkaz" jurnalı. 7) "Qafqaz" jurnalı. 8) "Prometey" jurnalı. 9) “Rodçik
Tatarstvo” jurnalı. Bu mətbuat vasitələrində (1. 2. 3.) çoxlu sayda yazılar nəĢr
edilmiĢdir ki, bu da mövzumuzun araĢdırılması baxımından olduqca faydalıdır
(155 – 165; 166 – 183; 218; 224 – 229; 90 – 92; 134).
Azərbaycan arxivləri
Bundan əlavə Azərbaycan Respublikası Dövlət Arxivinin Ġncəsənət və
Ədəbiyyat bölməsində maraqlı sənədlər mühafizə olunur. Bu arxivdə C.
Dostları ilə paylaş: |