ƏHLİ SÜNNƏ VƏl cəmaatin


«Allah  hər  şeyin  Xaliqidir.  O,  hər  şeyi  Qoruyandır.  Göylərin  və  yerin



Yüklə 423,9 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix16.11.2017
ölçüsü423,9 Kb.
#10520
1   ...   8   9   10   11   12   13   14   15   16

 

37 


«Allah  hər  şeyin  Xaliqidir.  O,  hər  şeyi  Qoruyandır.  Göylərin  və  yerin 

açarları Ondadır». (Zumər 62-63)

95

 

       Bu  dörd  mərtəbə  Allahın  yaratdıqlarını  əhatə  etdiyi  kimi,  qullarının 

etdiklərini  də  əhatə  edir.  Qullarının  dedikləri  sözlər,  etdikləri  əməllər  və 

ya  etməyib  tərk  etdikləri  şeylərin  hamısı  Allah 

subhənəhu  və  təalə

  tərəfindən 

bilinmiş  və  Onun  qatında  yazılmışdır.  O  şeyləri,  Allah 

subhənəhu  və  təalə

 

istəmiş  və  yaratmışdır.  Allah 



subhənəhu və təalə

  aşağıdakı  ayələrdə  bu  haqda 

belə buyurur: «Sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün. Aləmlərin 

Rəbbi  Allah  istəməyincə,  siz istəyə  bilməzsiniz!».  (Təkvir  28-29).  «Əgər 

Allah  istəsəydi,  onlar  bir-biriləri  ilə  vuruşmazdılar.  Lakin  Allah 

istədiyini  edir!».  (Bəqərə  253).  «Əgər  Allah  istəsəydi,  onlar  bunu 

etməzdilər. Elə isə onları uydurduqları ilə birlikdə tərk et». (Ənam 137). 

«Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır». (Saffət 96).  

 

       Biz, 

       Bununla  yanaşı  Allahın  bəndəsinə  seçmə  haqqı  ilə  qüdrət  verdiyinə 

və  hərəkətin/əməlin  bilavasitə  bu  ikisilə  həyata  keçdiyinə  iman  edirik. 

Bəndənin  etdiyi  hərəkətin/əməlin  onun  öz  seçim  iradəsi  və  qüdrəti  ilə 

edilməsinə dəlalət edən ayələr çoxdur. 

 

BƏNDƏNİN  HƏRƏKƏTİNİN  ÖZ  SEÇİMİ  VƏ  QÜDRƏTİ  İLƏ 



OLDUĞUNA DAİR DƏLİLLƏR: 

       1.  Allahın  bu  buyruqları:  «Qadınlarınız  sizin  tarlanızdır. 

Qadınlarınıza  nə  təhər  istəyirsinizsə  yaxınlaşın».  (Bəqərə  223).  «Əgər 

onlar  (döyüşə)  çıxmaq  istəsəydilər,  mütləq  ona  hazırlıq  görərdilər». 

(Tövbə 46).  

       Allah 



subhənəhu  və  təalə

  bu  iki  ayədə  bəndəsinin  öz  həyat  yoldaşı  ilə 

yaxınlıq  etməsini  və  döyüş  üçün  hazırlaşmasını  qulun  öz  iradəsi  ilə 

olduğunu bildirmişdir. 



       2. Əmr və qadağaların tətbiqi bəndənin ixtiyarına buraxılmışdır. Əgər 

bəndənin  bu  məsələdə  seçmək  hüququ  və  gücü  olmasaydı,  bu  onun  üçün 

yerinə  yetirə  bilməyəcəyi  bir  vəzifə  olardı  ki,  bu  da  Allahın  hikmətinə, 

rəhmətinə  və  aşağıdakı  ayədə  xəbər  verdiyi  doğru  sözünə  uyğun 

gəlməzdi:  «Allah  hər  kəsi  yalnız  onun  qüvvəsi  çatdığı  qədər  mükəlləf 

edər». (Bəqərə 286).  

                                                

95

 Qurani  Kərimdə  olan  dəlillər  üçün  baxın:  Rum  40;  Loğman  11;  Fatir  3;  Saffət  96.  Sünnədə  olan 



dəlillər üçün baxın:  İbn Əbi Asim «əs-Sünnə», «Ziləlul-Cənnə» 537; Hakim 1/32, Alluşun təhqiqi ilə 

93; Beyhəqi «əl-Əsma vəs-Sifət»1/398; Albani «Silsilətul-Əhədisis-Səhihə» 1637.  




 

38 


       3.  Yaxşılıq  edənin  etdiyi  yaxşılığa görə  mədh  edilməsi, pislik  edənin 

isə etdiyi pisliyə görə qınanması və hər kəsin layiq olduğunu alacağı. Əgər 

bəndənin  əməli  öz  iradə  və  seçimi  ilə  olmasaydı,  Allahın  yaxşılıq  edəni 

mədh  etməsi  əbəs  yerə,  pislik  edənin  isə  cəzalandırılması  zülm  olardı  ki, 

Allah 

subhənəhu  və  təalə

  əbəs  yerə  mədh  etməkdən  və  ümumiyyətlə  zülm 

etməkdən uzaqdır. 

       4.  Allah 

subhənəhu  və  təalə

,  Qiyamət  günü  insanların  peyğəmbərlərdən 

sonra Allaha qarşı bir üzür gətirməmələri üçün, müjdə verən və xəbərdar 

edici  olaraq  peyğəmbərlər  göndərmişdir.  Allah 



subhənəhu  və  təalə

  bu  haqda 

belə  buyurur:  «(Biz)  müjdə  verən  və  qorxudan  elçilər  (göndərdik)  ki, 

insanların  elçilərdən  sonra  Allaha  qarşı  bir  bəhanəsi  olmasın».  (Nisa 

165).  Əgər  bəndənin  əməli,  öz  iradə  və  seçimi  ilə  olmasaydı,  Allahın 

peyğəmbərlər göndərməsinin mahiyyəti boşa çıxardı.  



       5.  Hər insan bir şeyi  etdikdə və ya o şeyi  etməyi tərk etdikdə heç bir 

məcburiyyət  olmadan  o  işi  etdiyini  hiss  edir:  ayağa  qalxır,  oturur,  gedir, 

gəlir, yola çıxır və ya çıxmır. Bunların  hamısını öz iradəsi ilə  edir və  heç 

kəsin  onu  bu  işi  etməyə  məcbur  etdiyini  hiss  etmir.  Əksinə  bir  şeyi  öz 

iradə  və  seçimi  ilə  edən  kimsəni  məcbur  edilən  kimsədən  çox  rahatlıqla 

ayırd  edə  bilir.  Eynilə  dinimiz  də  bu  ikisi  arasında  hikmətli  bir  fərq 

qoymuşdur.  Necə  ki,  Allah 

subhənəhu  və  təalə

  Öz  haqqının  toxunulmasına 

baxmayaraq  bir  kimsəni  başqasının  məcburiyyəti  ilə  edilən  hərəkətlərdə 

məsul saymır.

96

  

 



       Biz, 

       Allahın  qədərini  bəhanə  gətirən  günahkarın  üsyanında  heç  bir 

həqiqətin olmadığına iman edirik. Çünki, günah edən kimsə Allahın onun 

haqqında nə təqdir etdiyini bilmədən öz istəyilə günah edir. Buna görə bir 

kimsə,  Allahın  onun  haqqında  nə  təqdir  etdiyini,  ancaq  hadisə  baş 

verdikdən  sonra  bilir.  Allah 



subhənəhu və təalə

  bu  haqda  belə  buyurur:  «Heç 



kəs  sabah  nə  qazanacağını  bilə–bilməz;  heç  kəs  harada  öləcəyini  də 

bilməz». (Loğman 34).  

       İnsanın  bir  işi  etdikdən  sonra  bilmədiyi  bir  şeyi  bəhanə  gətirməsi 

doğru  ola  bilərmi?  Allah 

subhənəhu  və  təalə

  bu  bəhanəni  batil  edərək  belə 

buyurur:  «Müşriklər  deyəcəklər:  «Allah  istəsəydi,  nə  biz,  nə  də 

atalarımız  (Ona)  şərik  qoşar,  nə  də  biz  bir  şeyi  haram  edə  bilərdik». 

Onlardan  əvvəlkilər  də  (öz  Peyğəmbərlərini)  beləcə  yalançı  hesab 

etmişdilər.  Axırda  əzabımızı  daddılar.  De:  «Bizə  göstərə  biləcəyiniz  bir 

                                                

96

 Qurani Kərimdə olan dəlil üçün baxın: Nəhl 106. 




 

39 


bilginizmi  var?  Siz  ancaq  zənnə  qapılır  və  anecaq  yalan  danışırsınız». 

(Ənam 148).  

       Qədəri bəhanə gətirib günah edənlərə deyirik ki; Allah 

subhənəhu və təalə

 

sənin  haqqında  itaəti  təqdir  etdiyi  halda  nə  üçün  itaət  etmədin?  Çünki 



məlum  olmadan  əvvəl  təqdir  olunan  şey  bilinmədiyi  üçün  itaətlə  günah 

arasında heç bir fərq yoxdur. Bu səbəblə Peyğəmbər 



salləllahu aleyhi və alihi və 

səlləm

 səhabələrə Allahın kimin cənnətə və kimin də cəhənnəmə düşəcəyini 

yazdığını  xəbər  verdikə,  səhabələr  ona:  «Onda  (Allaha)  təvəkkül  edib, 

əməl etməyi tərk edəkmi?» - dedilər. Peyğəmbər 



salləllahu aleyhi və alihi və səlləm

 

isə  onlara:  «Xeyr!  Əməl  edin.  Çünki  hər  kəs  özü  üçün  təqdir  olunanı 



etməyə asanlıq tapacaqdır»

97

 - buyurdu.  



       Qədəri  bəhanə  gətirib  günah  edənə  deyirik  ki;  tutaq  ki,  Məkkəyə 

getmək  istəyirsən.  Ora  getmək  üçün  iki  yolun  olduğunu,  düz  söz  danışan 

bir şəxsin sənə bu iki yoldan birinin qorxunc və çətin olduğunu, digərinin 

isə təhlükəsiz və rahat olduğunu söyləsə, sən ikinci yolu seçərsən. Mənim 

üçün bu yol təqdir edildi deyərək birinci yolu seçməyin mümkün deyildir. 

Belə etsən insanlar sənin dəli olduğunu deyərlər. 

       Həmçinin,  qədəri  bəhanə  gətirib  günah  edənə  deyirik  ki;  sənə  iki 

vəzifə  təqdim  edilsə  və  birinin  məvacibi  digərindən  daha  yüksək  olsa, 

təbii  ki sən  məvacibi daha yüksək olan  vəzifəni seçərsən. Onda necə olur 

ki, axirətlə bağlı əməldə özünə ən alçaq bir işi rəva bilib, sonra da qədəri 

bəhanə göstərərək taleyinə etiraz edirsən?! 

       Başqa  bir  misal;  xəstələndikdə  müalicə  olunmaq  üçün  hər  həkimin 

qapısını  döyürsən.  Bədənindəki  ağrılara,  cərrahiyyə  əməliyyatına  və  acı 

dərmanlara  dözürsən,  amma  qəlbinin  xəstəliyi  olan  günahlara,  iman 

zəifliyinə qarşı bir çarə axtarmırsan. 

 

       Biz, 



       Mərhəmət  və  hikmətinin  kamilliyinə  görə  pisliyin  Allaha  aid 

edilməyəcəyinə  iman  edirik.  Peyğəmbər 



salləllahu  aleyhi  və  alihi  və  səlləm

  bu 


haqda belə buyurur: «(Allahım!) Şər (pislik) Sənə aid edilməz!»

98

 



       Hətta  Allahın  təqdir  etdiyi  hər  hökmdə  belə  zərrə  qədər  şər  yoxdur. 

Çünki bu hökm, Allahın mərhəmət və hikmətindən irəli gəlir. Şər, Allahın 

təqdir etdiyi şeylərin nəticəsində olur. 

                                                

97

 Sünnədə olan dəlillər üçün baxın: Əhməd 1/82, 129, 132, 140; Buxari 4945-4947, 4949,  



6217, 6605, 7552; Muslim 2647-2649; Tirmizi 2136, 3344; Əbu Davud 4694; İbn Macə 78. 

98

 Sünnədə olan dəlillər üçün baxın: Muslim 771; Əbu Davud 760; Tirmizi 3422; Tayəlisi 152. 




 

40 


       Necə ki, Peyğəmbər 

salləllahu aleyhi və alihi və səlləm

 (nəvəsi) Həsənə - Allah 



ondan  razı  olsun  -  qunut  duasını  öyrədərkən  belə  buyurmuşdur: 

«(Allahım! Haqqımda) verdiyin hökmünün şərindən məni qoru!»

99

 

       Hədisdə  olduğu  kimi,  şər  Allaha  deyil,  Allahın  təqdir  etdiyi  şeyə 



bağlıdır.  Bununla  belə  şər,  hər  zaman  təqdir  edilən  şeylərlə  birlikdə  şər 

deyildir.  Əgər  bir  tərəfdən  şərdirsə,  digər  tərəfdən  xeyir  ola  bilər.  Misal 

olaraq;  yer  üzündə  quraqlıq,  xəstəlik,  kasıblıq  və  qorxu  kimi  hadisələrin 

ortaya çıxması ilə sabitliyin pozulması bir tərəfdən şərdirsə, digər tərəfdən 

xeyirdir. Allah 

subhənəhu və təalə

 bu haqda belə buyurur: «İnsanların öz əlləri 



ilə etdikləri əməllərin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, 

(Allah)  onlara,  etdiklərinin  bir  qismini  daddırsın.  Bəlkə,  onlar  (haqqa) 

qayıdalar». (Rum 41).  

       Həd  cəzasının  tətbiqi  -  oğrunun  əlinin  kəsilməsi

100


 və  ya  zina  edən 

evli  kişi  və  ya  qadının  rəcm  edilməsi/daşa  basılaraq  öldürülməsi

101

 əli 


kəsilən və  ya öldürülən  kimsəyə görə şərdir. Ancaq  digər tərəfdən  o  ikisi 

üçün  xeyirdir.  Çünki  həd  cəzasının  tətbiqi,  onların  günahlarına 

kəffarədir/əvəzdir.  Onlara  eyni  anda  həm  dünya,  həm  də  axirət  əzabı 

tətbiq oluna bilməz/yəni, onların bu cəzalara məruz qalması Qiyamət günü 

həmin  günahlara  görə  cəza  çəkməyin  qarşısını  alır.  Digər  tərəfdən  həd 

cəzasının  tətbiqi  ilə  mallar,  namuslar  və  nəsillər  qorunmuş  olur  ki,  bu  da 

fərd və cəmiyyət üçün xeyir sayılır. 

                                                

99

 Sünnədə olan dəlillər üçün baxın: Əhməd 1/199, 200; Əbu Davud 1425; Tirmizi 464; Nəsai 1746; 



İbn Macə 1178; Darimi 1591-1593.  

100


 Qurani  Kərimdə  olan  dəlillər  üçün  baxın:  Maidə  38.  Sünnədə  olan  dəlillər  üçün  baxın:  Buxari 

6783; Muslim 1684-1689.  

101

 Sünnədə  olan  dəlillər  üçün  baxın:  Buxari  5270-5272,  6812-6816,  6819,  6820,  6824,6830,  6848, 



7167, 7168; Muslim  1691-1702, . 


 

41 


YEDDİNCİ HİSSƏ 

 

BUNLARA İMANIN FAYDALARI 



 

       Böyük  əsasları  özündə  birləşdirən  bu  pak  iman  ona  inananlar  üçün 

əhəmiyyətli faydalar bəxş edir. 

ALLAHA İMAN ETMƏYİN FAYDALARI: 

       Allaha, gözəl adlarına və uca sifətlərinə iman  edirik; əmrlərini yerinə 

yetirmək və  qadağalarından çəkinməyə görə bir bəndəyə  Allah sevgisi və 

Allahı  ucaltma  duyğusu  verir.  Allahın  əmrini  yerinə  yetirmək  və 

qadağalarından da çəkinməklə fərd və cəmiyyəti dünya və axirət səadətinə 

çatdırır.  Allah 



subhənəhu  və  təalə

  bu  haqda  belə  buyurur:  «Mömin  olaraq 



yaxşı  iş  görən  kişi  və  qadınlara  əlbəttə  gözəl  həyat  bəxş  edəcək  və 

etdikləri  ən  yaxşı  əməllərə  görə  onları  mütləq  mükafatlandıracağıq». 

(Nəhl 97).  

MƏLƏKLƏRƏ İMAN ETMƏYİN FAYDALARI: 

       1.  Cinləri  və  insanları  yaradanın  əzəmətini,  qüdrət  və  hökmranlığını 

anlamağa kömək edir.  

       2.  Qullarına  verdiyi  dəyərə  görə  Allaha  layiqincə  şükür  etməyə 

kömək edir. Belə ki, Allah 

subhənəhu və təalə

 bəndələrini qorumaq, əməllərini 

yazmaq və onların mənfəətləri üçün bir sıra mələklər təhkim etmişdir. 

       3.  Allaha  ən  gözəl  bir  şəkildə  ibadət  etdiklərinə  və  Allahdan 

möminlər üçün bağışlanma dilədiklərinə görə mələkləri sevməyə yönəldir.  

KİTABLARA İMAN ETMƏYİN FAYDALARI: 

       1.  Allahın  bəndələrinə  olan  mərhəməti  və  onlara  verdiyi  dəyəri 

bilməyi  təmin  edir.  Belə  ki,  Allah 

subhənəhu  və  təalə

  hər  qövmə  doğru  yolu 

tapmaları üçün bir kitab göndərib. 

       2. Allahın hikmətinin təzahürü olaraq, bu kitablarda hər ümmət üçün 

o  ümmətə  uyğun  olanı  din  etmişdir.  Bu  kitabların  sonuncusu  Qurani-

Kərim, hər zaman və məkana uyğun, Qiyamətə qədər bütün yaradılmışlar 

üçün ən uyğun olan kitabdır.  

       3. Allahın verdiyi bu nemətinə şükür etməyi təmin edir.  



PEYĞƏMBƏRLƏRƏ İMAN ETMƏYİN FAYDALARI: 

       1.  Allahın  bəndələrinə  olan  mərhəməti  və  onlara  verdiyi  dəyəri  başa 

düşməyə  kömək  edir.  Belə  ki,  Allah 



subhənəhu  və  təalə

  insanlara  doğru  yolu 

göstərmək  və  onları  o  yola  çağırmaq  üçün  hər  qövmə  bir  peyğəmbər 

göndərmişdir.  

       2. Allahın bu böyük nemətinə şükür etməyi anlamağa kömək edir.  



 

42 


       3.  Peyğəmbərləri  sevməyi,  onları  layiq  olduqları  şəkildə  tərif  etməyi 

təmin  edir. Çünki peyğəmbərlər, Allahın  elçiləri  və seçilmiş bəndələridir. 

Peyğəmbərlər,  Allaha  ibadət  edən,  Onun  elçilik  vəzifəsini  təbliğ  edən, 

Allahın  qullarına  nəsihət  edən  və  Onun  uğrunda  əziyyətlərə  səbr  edən 

şəxslərdir.  

AXİRƏT GÜNÜNƏ İMAN ETMƏYİN FAYDALARI: 

       1.  Axirət  gününün  savabını  ümid  edərək  Allaha  ibadət  etməyə  və  o 

günün əzabından qorxaraq günah etməkdən çəkinməyə təşviq edir.  

       2.  Dünya  nemətlərini  ümid  edib,  amma  əldə  etməyən  möminləri, 

axirət nemətləri və savabını əldə edəcəyi ilə təsəlli edir.  

QƏZA VƏ QƏDƏRƏ İMAN ETMƏYİN FAYDALARI: 

       1.  Bir  şeyi  edərkən  səbəbləri  götürməkdə  Allaha  güvənməyə  kömək 

edir. Çünki həm fel/hərəkət, əməl, həm də nəticəsi Allahın qəza və qədəri 

ilə olur. 

       2.  Buna  inanan  bir  nəfs  həm  rahat  olur,  həm  də  qəlbi  sakit  və  əmin 

olur. Çünki baş verənlərin Allahın qəza və qədəri ilə olduğunu və istənilən 

arzuolunmaz  vəziyyətin  qaçılmaz  olduğunu  bilir.  Belə  nəfs  rahatlıq  tapır, 

qəlbi  sakit  olur  və  Rəbbinin  qəzasına  razı  olur.  Qədərə  inanan  kimsədən 

daha gözəl həyat sürən, nəfsi daha rahat, qəlbi daha əmin və sakit olan heç 

kəs yoxdur. 

       3.  Qəza  və  qədərə  iman,  arzuolunan  bir  şey  olduqda  insanın  özünü 

bəyənməkdən  xilas  olmasını  təmin  edir.  Çünki  Allahın  təqdir  etdiyi 

səbəblərdən  olan  xeyir  və  uğurun  həyata  keçməsi  bir  nemətdir.  Ona  görə 

bu nemətin əvəzində Allaha şükür edir və özünü bəyənməyi tərk edir. 

       4.  Qəza  və  qədərə  iman,  arzuolunan  bir  şeyin  əldə  edilməməsi  və  ya 

arzuolunmayan bir şeyin baş verməsi halında həyəcan və sıxıntıdan xilas 

olmasını  təmin  edir.  Çünki  bu  vəziyyət,  göylərin  və  yerin  hökmü  əlində 

olan  Allahın  qəzası  ilə  olmuşdur.  Bunun  baş  verməsi  qaçılmazdır. 

Beləliklə də bu vəziyyətə səbr edir və savabını Allahdan umur. 

        Allah 

subhənəhu və təalə

 bu hala işarə edərək belə buyurur: «Yer üzündə 



baş  verən  və  sizin  başınıza  gələn  elə  bir  müsibət  yoxdur  ki,  Biz  onu 

yaratmamışdan əvvəl o, Yazıda (müəyyən edilmiş) olmasın. Şübhəsiz ki, 

bu  Allah  üçün  çox  asandır!  (Allah  bunu)  əlinizdən  çıxana 

kədərlənməyəsiniz 

və 

Onun 

sizə 

verdiyinə 

(həddindən 

artıq) 

sevinməyəsiniz deyə (belə izah edir). Allah heç bir özündən razını, özünü 

öyəni sevmir». (Hədid 22 - 23).  

       Allahdan  bizi  bu  əqidə  üzrə  sabit  etməsini,  onun  faydalarından 

bəhrələnməyi,  bizə  lütf  və  ehsanından  verməsini,  bizi  haqq  yola 

yönəltdikdən  sonra  qəlblərimizi  imandan  üz  döndərməməyi  və  bizə 




 

43 


mərhəmətini  bəxş  etməsini  diləyirik.  Şübhəsiz  ki,  O,  bəndələrinə  əvəzsiz 

və bol verəndir. Həmd, aləmlərin Rəbbi Allahadır! 

       Allahın  salavatı  və  salamı,  Peyğəmbərimiz  Muhəmmədə,  ailəsinə, 

səhabələrinə  və  onlara  ən  gözəl  şəkildə  tabe  olanların  üzərinə  olsun! 

(Amin!) 

Muhəmməd bin Saleh əl - Useymin 

30 Şəvval 1404 H 



 

44 


MÜNDƏRİCAT 

 

Ön söz                                                                                                       3 

Müqəddimə                                                                                               5 

Ön söz                                                                                                       6 

Əqidəmiz                                                                                                   8 

Birinci hissə: Allaha iman                                                                        18 

İkinci hissə: Mələklərə iman                                                                    20 

Üçüncü hissə: Kitablara iman                                                                  23 

Dördüncü hissə: Peyğəmbərlərə iman                                                      25 

Beşinci hissə: Axirət gününə iman                                                           30 

Altıncı hissə: Qəza və Qədərə iman                                                         36 

Yeddinci hissə: Buna imanın faydaları                                                     41 



Yüklə 423,9 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə