3
ÖN SÖZ
XUTBƏTUL-HACƏ
Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət
diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq.
Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də
azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki,
Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O, təkdir, şəriki də
yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
“Ey iman g
ətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman
olduğunuz halda ölün”. (Ali İmran 102).
“Ey insanlar! Sizi t
ək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan
zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar
törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər)
istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən
qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir”. (ən-Nisa 1).
“Ey iman g
ətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər
belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar.
Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə)
nail olar”. (əl-Əhzab 70-71)
1
.
Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi
Muhəmməd
– sallallahu aleyhi və səlləm –
in yoludur. Əməllərin ən pisi
sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl
(iş) bir bidət, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir (sapıqlıq) isə
oddadır
2
.
1
XUTBƏTUL-HACƏ adı ilə məşhur olan bu duanı, cümə və s. Xütbələrdə Peyğəmbər oxumuşdu.
Səhabələrinə də bunu əmr etmiş və özü də onları öyrətmişdir. Hədisin ilk hissəsini bizə: Əhməd
1/392,293,432, Əbu Davud 2188, Tirmizi 1105, Nəsəi 3/104,105, 6/69, və “Əməlil Yəum vəl Leyl”
488, İbn Məcə 1892, Darimi 2202, Tayalisi “Musnəd” 1557, AbdurRazzaq “Musənnəf” 10449,
Bəzzar “Musnəd” – “Kəşful Əstar 1/314, Əbu Yəla “Musnəd” 5233,5234,5257, Tahavi “Şərhul
Muşkilil Asar” 1-3, Təbərani “Məmuul Kəbir” 10/10079, Həkim “Mustədrək” 2744, Beyhəqi
“Sunnənul Kubra” 3/214,215, Bəğavi “Şərhus Sunnə” 2268 İbn Məsud – radıyallahu anhu - yolu ilə,
Muslim “Şərhu Nəvəvi” 6/156-158, Əhməd 1/302,350, Nəsəi 6/89,90, İbn Məcə 1893 və Tahavi
“Şərhul Muşkilil Asar” 4 – İbn Abbas – radıyallahu anhu - yolu ilə, Təhavi “Şərhul Muşkilil Asar” 5,
Beyhəqi “Sunnənul Kubra” 3/215 – Nubeyt b. Şərit – radıyallahu anhu - yolu ilə, Əbu Yəla “Musnəd”
7221, Nəsəi “Sunnənul Kubra” bax: “Tuhfetul Əşraf” 6/472 H. 9148 – Əbu Musa əl-Əşari yolu ilə.
2
HƏDISIN IKINCI HISSƏSINI – Muslim “Şərhu Nəvəvi” 6/153-156, Əhməd 3/319, 371, Nəsəi
3/188,189, Beyhəqi “Sunnənul Kubra” 3/214, - Cabir b. Abdullah
– rad
ı
yallahu anhu -
yolu ilə. Bu
ləfz Nəsainin ləfsizid. Hədisi Əhməd 3/371 və Muslim “Sözlərin ən doğrusu” ləfzi yerinə: “Sözlərin
ən xeyirlisi” ləfsiylə rəvayət etmişdir. İmam Əhmədin digər rəvayətlərində 3/319 – “Sözlərin ən
gözəli” şəkilindədir. Müslim: “Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bidətdir”ləfsi yerinə:
“Hər bir bidət bir zəlalətdir (sapıqlıqdır)” ləfsiylə rəvayət edilmişdir. Bu beş səhabədən başqa hədisi:
Aişə – rahmətullahi aleyhi -
,
Səhl b. Sad – rahmətullahi aleyhi - mərfu olaraq. Hədis səhihdir.
Muhəddis Muhəmməd Nəsrəddin əl-Albani
– rahmətullahi aleyhi - hədisin bütün rəvayətlərini bir
4
“
Ey R
əbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki
düyünü aç ki, sözümü yaxşı anlasınlar”. (Ta ha 25-28).
Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın
salamı ilə salamlayıram. Allahın Kitabı Rəsulullah in yoluna uyaraq öz
risaləmi “Bismilləh” ilə başlayıram. Çünki Allah Rəsulu – sallallahu
aleyhi və səlləm –
də öz məktublarını “Bismilləh” ilə başlamış və
buyurmuşdu: “Hər mühüm bir işə “
Bismilləh” ilə başlanılmazsa o, işin
sonu kəsikdir”
3
.
4
AbdulƏziz b. Baz – rahmətullahi aleyhi -
nin müqəddiməsindən sonra
bizim burada bir şeylər söyləməyimizə əsla yer qalmır. Sadəcə həmd
olsun aləmlərin Rəbbi olan Allaha! Həmd olsun ki, Onun izni və rəhmətilə
qardaşımız Saleh əl-Useymin – rahmətullahi aleyhi - nin “Əhli Sünnə Vəl
Cəmaatın əqidəsi” ilə bağlı bu dəyərli kitabı tərcümə edib başa çatdıra
bildik.
İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə tərcümə
edib başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı
olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını
diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır.
Burda düzəldilməzi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-
nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.
Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona
arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəfəqiyyət bəxş edən və
xətalardan qoruyan odur. “Məni yaradan və məni doğru yola yönəldən
Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə
yalnız O, şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və
Qiyamət günü xətamı bağışlayacağına umid etdiyim də Odur! Ey
Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra
gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin
varislərindən et!”. (əş-Şüəra 78-85).
Allahın salat və salamı Onun Peyğəmbəri Muhəmməd – sallallahu
aleyhi və səlləm –
ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər
onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun!
Bitirdim: Hicri 1426 - cı il 21 Ramazan
Miladi 2005 - ci il 24 Oktyabr
H
əmd olsun aləmlərin Rəbbi olan Allaha.
(Yunus 10)
yerə toplayaraq “Xutbətul Həcə” isimli bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Ayrıca
bax: əl-Albani “Muxtəsər Səhih Muslim” 409, “Mişkətul Məsabih” 3149,5860.
3
Əbu Davud.
4
Azərbaycan dilinə tərcümə olunmuş bu əsərin əsası kimi istifadə olunmuşdur: “Biz Böyle
İnanıyoruz” Quraba yayınları, çevri: Muhəmməd Şahin 2003, “Əsli Sünnətin İman Əsasları”
UmmulQura, çevri: Necmi Sarı 2005.