Əhalinin radiasiya təhlükəsizliyi haqqında


ə 14. İonlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya



Yüklə 398,74 Kb.
Pdf görüntüsü
səhifə14/22
tarix01.05.2022
ölçüsü398,74 Kb.
#86370
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
423 iq (1)

ə 14. İonlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya 

t

əhlükəsizliyinin təmin edilməsinə dair tələblər  

İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və 

təşkilatlar aşağıdakı tələbləri yerinə yetirməlidirlər: 



 

radiasiya təhlükəsizliyinin təmin edilməsinə aid bu Qanunda və digər normativ 



hüquqi aktlarda müəyyən edilmiş tələblərə, normalara, qaydalara, normativlərə və 

təlimatlara əməl edilməsi;  

 

radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin planlaşdırılıb 



həyata keçirilməsi;  

 



ionlaşdırıcı şüa mənbələri hesab edilən yeni (modernləşdirilmiş) istehsalat, 

texnoloji proses, məhsul, material və maddələrə dair insan sağlamlığı üçün 

radiasiya təhlükəsizliyi baxımından əsaslandırma işlərinin aparılması;  

 



radioloji şərait üzrə müəssisə və təşkilatın ərazisində, otaqlarda və iş yerlərində, 

həmçinin radioaktiv maddələrin tullantıları üzərində radiasiya təhlükəsizliyinin 

təmin edilməsi ilə əlaqədar müntəzəm olaraq istehsalat nəzarətinin həyata 

keçirilməsi;  

 

işçilərin (personalın) fərdi şüalanma dozalarına nəzarət və onların uçotu;  



 

istehsalat nəzarəti xidməti mütəxəssislərinin, iş icraçılarının, daimi və ya 



müvəqqəti olaraq ionlaşdırıcı şüa mənbələri ilə işləyən digər şəxslərin 

attestasiyasının keçirilməsi;  

 

işçilərin ilkin (işə qəbul olunarkən) və dövri (müntəzəm) tibbi müayinələrdən 



keçirilməsi;  

 



işçilərin (personalın) iş yerində məruz qaldığı ionlaşdırıcı şüalanmanın səviyyəsi 

və onların aldıqları fərdi şüalanma dozaları haqqında onlara müntəzəm məlumat 

verilməsi;  

 



radiasiya təhlükəsizliyi sahəsində 

müvafiq icra hakimiyyəti orqanlarına

 radiasiya 

təhlükəsizliyi üçün qorxu yaradan qəza şəraiti və texnoloji reqlament pozuntuları 

haqqında vaxtında məlumat verilməsi;  

 



radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində 

müvafiq icra hakimiyyəti 

orqanlarının

 qərar və sərəncamlarının, onların səlahiyyətli nümayəndələrinin 

müvafiq göstərişlərinin yerinə yetirilməsi;  

 



radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əhalinin hüquqlarının həyata 

keçirilməsinin təmin edilməsi;  

 

radioaktiv şüa mənbələri ilə işləyən işçilərin vaxtaşırı radiasiya təhlükəsizlik 



texnikası qaydaları ilə tanış edilməsi. 


Yüklə 398,74 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə