- 53 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Sovet İttifaqının Əfqanıstana hərbi müdaxiləsinin hüquqi
əsası, yuxarıda deyildiyi kimi, düz bir il əvvəl – 1978-ci ilin de-
kabrında hazırlanmışdı. Həmin vaxt iki ölkə arasında imzalanmış
müqavilə SSRİ-nin Əfqanıstan hökumətinə birbaşa hərbi dəstə-
yinə bir növ zəmin yaradırdı. Müqavilənin 4-cü maddəsində de-
yilirdi: “Razılığa gələn Ali Tərəflər dostluq və mehriban qonşu-
luq ənənələrinə, eləcə də BMT Nizamnaməsinə uyğun hərəkət
edərək məsləhətləşəcək və hər iki tərəfin razılığı əsasında hər iki
ölkənin təhlükəsizliyini, müstəqilliyini və ərazi bütövlüyünü tə-
min etmək məqsədilə müvafiq tədbirlər görəcəklər. Onlar razılı-
ğa gələn Ali Tərəflərin müdafiə qabiliyyətini möhkəmləndirmək
naminə öz aralarında bağladıqları sazişlər əsasında hərbi sahədə
əməkdaşlığı inkişaf etdirməyə davam edəcəklər” [8].
Qeyd edək ki, Əfqanıstana sovet qoşunlarının yeridilməsin-
dən sonra yayılan rəsmi məlumatda da bu müqaviləyə, eləcə də
BMT Nizamnaməsinin müvafiq müddəalarına, o cümlədən,
onun 51-ci maddəsinə istinad olunmuş və məhdud hərbi kontin-
gentin Əfqanıstana, “sırf xarici təcavüzün dəf olunmasında yar-
dım göstərmək vəzifələrini yerinə yetirmək üçün göndərildiyi”
vurğulanmışdı [70, 417].
Lakin sovet rəhbərliyi uzun müddət hərbi müdaxilə varian-
tına əl atmaqdan yayınmış, ƏDR rəhbərliyinin çoxsaylı müra-
3335 günlük işğal və
müqavimət
- 54 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
ciətlərinə rəğmən (ümumən 1979-cu ilin mart-dekabr aylarında
20-dən çox belə müraciət olmuş və onların 7-si bilavasitə Əminin
hakimiyyəti dövründə baş vermişdir), bu ölkəyə geniş hərbi kon-
tingent göndərməkdən hər vəchlə imtina etmişdir. Başqa sözlə,
«yenidənqurma» dövründə və sonrakı illərdə çox zaman iddia
olunduğu kimi bu heç də sovet rəhbərliyinin düşünülməmiş siya-
si-hərbi avantürası olmamışdır: Siyasi Büro başqa heç bir variant
qalmadığı təqdirdə açıq hərbi müdaxiləyə qərar vermiş və Əfqa-
nıstan uğrunda geosiyasi mübarizədə qəti addım atmağı lazım
bilmişdir. Bu qərarın necə qəbul olunduğunu, hansı tərəddüdlər,
təhlillər və müzakirələrlə müşayiət edildiyini hazırda əldə olan
məxfi sənədlər aydın şəkildə göstərməkdədir.
Həmin sənədlərdən aydın olur ki, Sovet rəhbərliyi 1979-cu
ilin martından Əfqanıstandakı vəziyyətlə bağlı ciddi narahatlıq
keçirsə də, qonşu ölkədə baş verən prosesləri diqqətlə izləsə də,
ora qoşun yeridilməsi fikrini qətiyyətlə yaxına buraxmamışdır.
SSRİ-nin ali rəhbərliyinə daxil olan şəxslərdə (yaxud onların ən
azı bir qismində) bu aksiyanın mümkün fəlakətli nəticələri barə-
də aydın təsəvvür olmuşdur. Məsələn, 1979-cu il martın 20-də
Siyasi Büronun dörd üzvünün Əfqanıstan rəhbəri N.M.Tərəki ilə
görüşündə SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıgin demişdi:
“Bizim qoşunların Əfqanıstana yeridilməsi dərhal beynəlxalq
ictimaiyyəti qıcıqlandıracaq, çoxplanlı və kəskin mənfi nəticələr
doğuracaq. Bu, mahiyyətcə, yalnız imperialist ölkələri ilə deyil,
həm də öz xalqı ilə münaqişə olacaq. Bizim ümumi düşmənlə-
rimiz elə onu gözləyir ki, Əfqanıstan ərazisində sovet qoşunları
peyda olsun. Bu, onlara əfqan torpağına bizə düşmən olan hərbi
birləşmələri yeritmək üçün bəhanə verəcək. Bir daha qeyd etmək
istəyirəm ki, qoşunların yeridilməsi məsələsi bizim tərəfimizdən
bütün cəhətlərdən nəzərdən keçirilmişdir, biz bu aksiyanın bü-
tün aspektlərini diqqətlə araşdırıb bu nəticəyə gəlmişik ki, əgər
qoşunları yeritsək, sizin ölkənizdə vəziyyət nəinki yaxşılaşmaya-
- 55 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
caq, əksinə, pisləşəcək. Bunu görməmək olmaz ki, bizim qoşunlar
təkcə xarici təcavüzkarlarla deyil, həm də sizin xalqınızın bir his-
səsi ilə vuruşmalı olacaq. Xalq isə belə şeyləri bağışlamır” [84].
Əfqanıstana qoşun yeridilməsinin mümkün və sonradan
praktikada təsdiqlənən nəticələri barədə dəqiq şəkildə deyilmiş
bu sözlərdən 7-8 ay sonra sovet rəhbərliyinin bu addımı atma-
ğa meyllənməsi olduqca maraqlı və çoxlu suallar doğuran, əfqan
müəlliflərindən birinin təbirincə, “müəmma” sayılan [122] bir
məsələdir. Əlbəttə, burada Əminin hakimiyyətə gəlişindən son-
ra Əfqanıstandakı vəziyyətin ciddi təsiri olmuşdur. Lakin məsələ
təkcə bunda deyil. Siyasi Büronun 17 mart 1979-cu il tarixli ic-
lasında elə həmin A.N.Kosıgin Əfqanıstana qoşun yeridilməsini
məqbul saymamaqla yanaşı, demişdir: “Biz Əfqanıstan uğrunda
mübarizə aparmalıyıq, hər halda 60 ildir canbir qəlbdə yaşayırıq”.
DTK sədri Y.V.Andropov da təsdiqləmişdir: “Biz Əfqanıstana
dair siyasi həll hazırlamalıyıq və nəzərə almalıyıq ki, [ora qoşun
yeritsək], bizə çox güman, təcavüzkar damğası vuracaqlar, lakin
buna baxmayaraq, bizə heç bir halda Əfqanıstanı itirmək olmaz”
[63]. Bu sözlər sovet rəhbərliyinin hansı dilemma qarşısında qal-
dığını aydın göstərir və Əfqanıstana hərbi müdaxilənin bu ölkəni
itirmək qorxusundan qaynaqlandığını təsdiqləyir.
SSRİ-nin Əfqanıstana qoşun yeritməsinin səbəbləri barədə
çoxlu təhlillər aparılmış, müxtəlif mülahizələr irəli sürülmüşdür.
Bir şeyi qətiyyətlə söyləmək mümkündür: həmin hadisə bütöv
amillər kompleksinin təsiri altında baş vermişdir. Bu amillər həm
Əfqanıstanın daxili hərbi-siyasi vəziyyəti, həm beynəlxalq are-
nada gedən proseslər, həm də SSRİ-nin strateji və təhlükəsizlik
maraqları ilə əlaqədar olmuşdur. Şübhəsiz ki, burada subyektiv
faktorlar da rol oynamışdır. Bütövlükdə Əfqanıstana sovet qo-
şunlarının yeridilməsi barədə qərar “Soyuq müharibənin məntiqi
ilə şərtlənmiş və geosiyasi xarakter daşımışdır” [63]. Başqa sözlə,
qərarın verilməsinə təsir edən amillər içərisində SSRİ-nin təh-
Dostları ilə paylaş: |