Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Qəlibləmə (tökmə) üsulundan hansı dərman formasının hazırlanmasında istifadə olunur?



Yüklə 311,29 Kb.
səhifə241/253
tarix13.01.2023
ölçüsü311,29 Kb.
#98501
1   ...   237   238   239   240   241   242   243   244   ...   253
dokumen.tips -web-viewczaci-orta-ixtisasi-uezr-nuemunvi-test-suallari-boelm

1031) Qəlibləmə (tökmə) üsulundan hansı dərman formasının hazırlanmasında istifadə olunur?

A) Suppozitoriya


B) Məlhəm
C) Liniment
D) Poroşok
E) Həb

Zavod şəraitində rektal suppozitoriyalar qəlibləmə (tökmə) üsulu ilə hazırlanır


F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 211


1032) Tibbi çubuqlar hansı dərman formasına aiddir?

A) Plastrlara


B) Pastalara
C) Həblərə
D) Məlhəmlərə
E) Suppozitoriyalara

Tibbi təyinatına görə suppozitoriyalar 3 yerə bölünür. Bunlardan biri çubuq formasında olduğu üçün tibbi çubuqlar adlanır.


F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı 2005 səh 211




1033) Məlhəmlərin hazırlanma texnalogiyasına aid olmayan mərhələ hansıdır?

A) Süzmə
B) Çəkmə


C) Həll etmə
D) Qarışdırma
E) Qablaşdırma

Məlhəmlər yumşaq dərman forması olduğu üçün süzmə əməliyyatından istifadə olunmur.


F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 186




1034) Rektal şamların orqanizmdə həll olma müddəti neçə dəqiqədir?
A) 41˚C- də 6 – 7 dəqiqə
B) 39˚ C -də 5 – 6 dəqiqə
C) 34˚ C -də 10 dəqiqə
D) 40˚ C- də 5 dəqiqə
E) 37˚C - də 3 – 4 dəqiqə

Düz bağırsağın selikli qişasında suppozitoriyalar 37˚C - də 3 – 4 dəqiqə müddətində əriyir.


F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 178




1035) Çəkisi 0,1 qramdan az olan həblər necə adlanır?

A) Drajelər


B) Boluslar
C) Qranullar
D) kapsullar
E) Tabletlər

Çəkisi 0,1 –a qədər olan həblər qranullar(dənəcik) adlanır.


F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 230



Yüklə 311,29 Kb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə