Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

100 
 
Pərdədar  bu  sözdən  çox  qəmlənib  iztiraba  düşdü 
və  pərişan  oldu.  Şahın  arvadı  gördü  ki,  o  təsirli  sözlər 
pərdədarın içərisinə atəş salıb, ciyərini kabab etdi. Yenə 
dönüb nəzakətlə pərdədarın könlünü ələ alıb dedi: 
-Qəmlənmək  lazım  deyil.  Zərgər  qızının  sözü 
şahın yanında qəbul olduğu onun üçündür ki, şah onun 
qoşa  hörüklərinə  məftun  olmuşdur.  Əgər  fürsət  tapıb 
onun gərdəninə  kəmənd  kimi  dolanan saçlarını kəssən, 
o  saat  şahın  o  qıza  eşqi-həvəsi  azalacaq  və  ona  daha 
hörmət  göstərməyib,  onun  istədiklərini  qəbul  etməz. 
Mən də sənin xidmətindən məhrum olmaram. Sənin bu 
işin də əvəzsiz qalmaz. 
Pərdədar dedi: 
-Ağıllı  adamlar  şərdən  uzaq  olmaq  üçün  can 
qoymuşlar.  Yaxşı  bir  iş  olar  ki,  ağanın  yanında  öz 
təhlükəsizliyini  təmin  edə  və  nəfs  məsələlərinə  bir 
vasitə ilə yaxınlaşa. İndi mənə söyləyin görüm, mən nə 
edə bilərəm? 
Qadın ona əvvəlcə bir qədər qızıl verib dedi ki, nə 
vaxt  o  cadugəri  məst  halda  örtüksüz  gördün,  taxtın 
ardından  gəlib  o  gözəl  saçları  qayçı  ilə  kəsərsən. 
Şəksiz-şübhəsiz  o  ayıbın  səbəbiylə  şah  onu  rədd 
edəcək. O zaman sən də, mən də rahat olarıq. 
Pərdədar  o  məkri  qəbul  edib,  fürsət  vaxtını 
gözləməyə başladı. 
Bir  gün  zərgərin  qızı  bir  iş  üçün  atasının  evinə 
getdi. İş elə gətirdi ki, o gecə orada qalmalı oldu. Elə ki 


101 
 
şah  gecə  yataq  otağına  getdi,  məşuqəsinin  orada 
olmadığını  gördü.  Öz  arvadını  yanına  gətirib,  ikisi 
birlikdə  yatağa  uzanıb  yuxuya  getdilər.  Bu  olanlardan 
pərdədarın  xəbəri  yox  idi.  Danışılan  qayda  üzrə  o, 
ehtiyatla, taxtın arxasından, o tərəfdən ki şah yatmışdı, 
gəlib elə bildi ki zərgərin qızdır. Qayçını çıxardıb şahın 
saçlarını  kəsdi.  Gecə  qaranlıqda  görə  bilməmişdi. 
Amma dərhal səhv elədiyini başa düşdü. Bildi ki şahın 
saçlarını  kəsib.  Tez  fikirləşdi  ki  daha  keçib.  İşi  tam 
yerinə  yetirməmiş  dönmək  qorxaqlığa  dəlildir.  O  biri 
tərəfə  keçib,  tələsik  qadının  müşk  ətirli  iki  saç 
hörüyünü  dibindən  kəsdi  və  sürətlə  oradan  uzaqlaşdı. 
Pərdədar 
vahiməsinin 
çoxluğundan 
və 
bərk 
qorxduğundan başmağını orada unudub getmişdi. 
Səhər  tezdən  qadın  oyanıb  hörüklərinin  kəsilmiş 
olduğunu gördü. Başa düşdü ki, özünün məkrli əməli öz 
ayağına  dolaşıb.  Fikir  eylədi  ki  bu  hadisənin  altından 
necə  çıxsın.  Dərhal  ağlına  gəldi  ki,  bu  günahı  zərgər 
qızının  üzərinə  atsın.  O  zaman  bəlkə  şah  qisas  hökmü 
ilə  onun  saçlarını  da  kəsdirə.  O  saat  ahu-zar  və  fəryad 
edib dedi ki, bir gecə şah mənə iltifat eylədi, o insafsız 
da mənə intiqam üçün bu cür xəyanəti rəva gördü. 
Bu cür fəryad səsindən  şah oyandı  və öz saçının 
da kəsildiyini gördü. O bu vəziyyətdən çox pərişan oldu 
və  ilk  ağlına  gələn  o  oldu  ki,  belə  bir  xəyanətə  zərgər 
qızı  qərar  verib.  Bərk  qəzəblənib  zərgər  qızını  tez 
hüzuruna tələb eylədi. Özü isə yerindən durub istədi ki 


102 
 
başmağını geysin. Pərdədarın başmağı orada idi. Elə ki 
ayağını başmağa qoydu, hiss elədi ki, o başmaq onunku 
deyil. Hərəmxananın xüsusi xidmətçilərini bir yerə cəm 
edib  bu  hadisənin  necə  baş  verdiyindən  sorğu-sual 
eylədi və dedi: 
-Heç şübhəsiz bu cürətə qərar verən bu başmağın 
sahibi  olmuşdur.  Sizlərdən  hansınız  bu  başmağın 
sahibini  tanıyırsa  tez  desin.  Ta  ki  xain  günahına  görə 
cəzasını alıb, günahsız xilas olsun. 
Bütün  xidmətçilər  o  başmağa  diqqətlə  baxdılar. 
Pərdədar  da  orada  idi.  Qorxusundan  günahını  etiraf 
edib, şahdan aman dilədi və dedi: 
-Bu çirkin işi mənə məlikə öyrətdi. Onun məqsədi 
zərgər  qızının  saçlarını  kəsdirmək  idi.  Şahın  saçını 
kəsmək isə səhvən oldu. 
Şah dedi: 
-Sən  bu  işdə  bu  xətanı  səhvən  etdinsə,  bu  işi  də 
cəzasız qoymaq olmaz.  
Əmr  eylədi,  pərdədarın  iki  əlini  şahın  saçlarına 
əvəz  olaraq  kəsdilər.  Arvadına  da  çoxlu  əzablar  verib, 
talaq  yolu  ilə  boşadı  və  hüzurundan  rədd  etdi.  Həmin 
qadın  paxıllığının  səbəbi  ilə  eyibli,  rədd  edilmiş  və 
yolundan azmış biri kimi tanındı. 
Məhcubə dedi: 
-Çox  gözəl  münasib  gətirdin  bu  yaşanmış 
hekayəti  və  təbii  məsəli.  Həm  də  bu  o  vəzir  hekayəti 


103 
 
kimidir  ki,  paxıllığının  nəticəsində  canı  yerindən 
oynadı və öz hiyləsilə ölümünə getdi. 
Əcubə dedi: 
-Necədir o hekayət? 
Məhcubə dedi: 
Paxıllığın məzəmməti barədə Məhcubənin hekayəti 
Belə  rəvayət  etmişlərdir  ki,  Qəzvin  şəhərində 
hünər  sahibi  bir  oğlan  peyda  olmuşdu.  Bütün  elmləri 
bilməkdə  və  tərifə  layiq  davranış  və  xasiyyətində 
yeganə,  gözəl  sözlər  söylə-məkdə  kamil  və  incəlikdə 
onun  tayı-bərabəri  yox  idi.  Hər  sözündə  min  nöqtəli 
mövzu gizli və hər nöqtəsində min dil nöqtələrə məftun 
idi. Kəlmələri ağıllı, şer və hekayələri eşidən hər kəsdə 
sevgi  oyadacaq  dərəcədə  füsunkar  idi.  Hər  bir  məclisi 
ürəyəyatan,  insanlara  söz  deməkdə  mülayimliyinin 
əvəzi  yox  idi.  O  xoş  üzlü  cavanın  və  gözəl  insanın 
fəzilətlər  dolu  sorağını  zamanın  padşahı  eşidib,  onun 
söhbətlərinə  rəğbəti  artdı  və  istədi  ki  onun  gözəl 
xasiyyət və görüşünün səmərəsindən bəhrələnə. Odur ki 
o  şöhrətli  cavanı  təzim  və  hörmətlə  öz  hüzuruna 
gətirdib  yüksək  məqamda  əyləşdirdi,  onu  özünə  yaxın 
eylədi.  O  oğlan  uzun  müddət  şahın  yaxın  adamı  və 
dostu  olub,  yüksək  mərtəbəylə  məşhur  oldu.  Dövlətin 
yüksək  təbəqəli  adamları  sırasında  böyük  rütbələrlə 
irəlilədi.  Şahın  vəziri  elə  ki  onun  şöhrətinin  ucaldığını 
və böyüklük dərəcəsini hiss etdi, yüksək mənsəb sahibi 
olduğunu  və  şahın  ona  çox  hörmət  eylədiyini  gördü, 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə