E. M. Hacizadə T.Ə. Paşayev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/58
tarix26.05.2018
ölçüsü2,8 Kb.
#46031
1   ...   18   19   20   21   22   23   24   25   ...   58

 
istehsal xərcləri əvvəlcə mümkün unifikasiyaya məruz qalmalı, 
sonra isə differensasiya olunmalıdır. Yeni yataqlarda müştərək iş 
birliyində investisiya, renta, müqavilə  şərtləri, müvafiq 
normativlər əsasında məhsulun maya dəyərini formalaşdırır. 
İkinci mərhələdə qazın emalı  təmizlənməsi, nəqli ilə 
bağlı yaranan yeni istehsal xərclərinin hesablanmasıdır. 
Üçüncü mərhələni isə qazın təchizatı və satışı ilə bağlı xərclər 
təşkil edir. 
Hər 3 mərhələdə istehsal xərclərinin komponentlərinin 
optimal ölçüləri, normativləri dəqiqləşdirilməli, dövriyyədə 
iştirak edən təşkilatların rentabellik əmsalı 
müəyyənləşdirilməli, dövlətin maraq və  mənafeləri satışın 
səmərəliliyində  əks olunmalıdır. Qazın satışında ayrı-ayrı 
istehsalçı qruplarına qiymət məsələsində indiki reallıqları 
nəzərə alıb, mülayim differensiyalaşma aparılmalıdır. Dünya 
təcrübəsi iri qaz istehlakçılarına, dövlətin maraqlarını ifadə 
edərək daha ucuz qiymət tətbiqinin reallaşdırır. Belə strategiya 
iqtisadi artıma, istehsalın genişləndirilməsinə xidmət edir. 
Daha çox qiymət yükü isə əhaliyə tətbiq olunur. Belə, praktika 
təbii qaz ehtiyatları, məhdud olan ölkələr üçün səciyyəvidir. 
Digər tərəfdən isə izafi ehtiyatlar qazın əhaliyə satışında daha 
yüksək sosial təminatla müşayiət olunur. Buna misal olaraq 
qeyd etməliyik ki, qonşu Türkmənistanda ölkə  vətəndaşlarına 
qazın satışı pulsuz təşkil edilir. Bu praktika Azərbaycan 
tarixində də müəyyən mərhələlərdə qismən mövcud olmuşdur. 
Belə ki, əhalinin müəyyən təbəqəsi, daha böyük həcmdə isə 
neft-qaz sənayesi sahəsində çalışanlar qaz haqqı ödənişində 
imtiyazlara malik olmuşlar. Elə indinin özündə  də qaçqınlar 
kontengenti, vətən və dövlət qarşısında xidmətdə  fərqlənənlər 
və digər əhali qrupu qaz haqqı ödənişində imtiyazlarını saxlay-
ırlar.  Şübhəsiz ki, indiki iqtisadi durumda əhalinin ödəniş 
qabiliyyəti olduqca zəifdir.  Əksər hissəni təşkil edən  əhalinin 
az təminatlı qrupu istifadə etdikləri qazın haqqının 
ödənilməsinə  çətinlik çəkirlər. Biz heçdə indiki resurslar 
 
69


 
məhdudluğunda  əhaliyə qaz satışında Türkmən variantının 
tətbiqini məqbul hesab etmirik. Bununla belə qeyd edirik ki, 
dövlətin qazla bağlı strategiyası  əhalinin qazla təminatında 
nisbətən mülayim prinsipləri prioritet hesab etməlidir. Hətta 
böyük qaz axını baş verəcəyi təqdirdə belə imtiyazlar kaley-
doskopu istisna edilməli, əhaliyə qazın satışında mütləq ödəniş 
tətbiq edilməlidir. Bu baxış iqtisadi mahiyyət daşıyaraq 
əhalinin iqtisadi aktivliyinin artımında bir stimul kimi nəzərə 
alınmalıdır.  İndi  əhalidən qaz pulunun yığılmasında mövcud 
gərginlikləri abonent sisteminin müasir tələblərə uyğunlaş-
dırılmasının gecikdirilməsi ilə  də  əlaqələndirmək olar. TASİS 
proqramı  çərçivəsində bu problemlə  əlaqədar ilk addımlar 
atılmışdır. Lakin abonent sisteminin təkmilləşdirilməsi bu 
sahədə islahatların ardıcıl aparılmasını  və  təkmilləşdirilməsini 
tələb edir. 
Qaz təchizatında mühüm problemlərdən biri də  əməyin 
mühafizəsi və texniki təhlükəsizlik tədbirlərinin 
gücləndirilməsi ilə  əlaqədardır. Avadanlıq və qurğuların tex-
noloji köhnəliyi, nəzarət mexanizminin zəifliyi, normativ 
hüquqi prosesdəki boşluqlar, qaz təchizatında müəyyən neqativ 
hallara, xüsusilə qaz partlayışlarına, qazın verilməsi 
dayandırılmış məntəqələrdə isə daha çox əmlakın talanmasına 
müvafiq mühit yaratmışdır. Belə halların qarşısının alınması bu 
sahədə ciddi nəzarətin tətbiq edilməsindən, köklü dəyişiklərə 
səbəb olan islahatların, texnoloji yenidən qurmanın aparıl-
masından asılı olacaqdır. 
Qaz sferasında islahatların yeni mərhələsi yüksək qaztu-
tumlu obyektlərin istilik şəbəkəsi qurğularının, habelə elektrik 
enerjisi istehsal edən sahələrin modifikasiyasını qarşıya qoyur. 
İnnovasyon-texniki nailiyyətlərin qeyd olunan məntəqələrdə 
tətbiqi mütəxəssis hesablamalarına görə ən azı 2 dəfəyədək in-
diki qaz normalarının azalmasına bərabərdir. Belə proses 
şübhəsiz ki, böyük investisiyalar tələb edir. Respublikada isə 
belə resursların olmadığı faktdır. Lakin bu indi belədir. Böyük 
 
70


 
qaz hasilatı ölkəyə az qaztutumlu texnologiyaların gətirilməsini 
stimullaşdıracaq, müvafiq komplekslər daha çox bələdiyyə 
mülkiyyətinə  və özəl  əllərə keçdikdə problemin həllində 
gərginlik azalacaqdır. 
Xəzərin böyük qaz ehtiyatları Azərbaycanı yeni qaz eras-
ına daxil olmasını  bəyan edir. Perspektivdə Azərbaycanın 
mərkəzi və qərb zonalarında yeni yataqların aşkarlanması ehti-
mal olunur. Qeyd olunan zonada belə ehtiyatların aşkarlığının 
simptomları artıq özünü biruzə verməkdədir. Bu yaxınlarda 
Xızı rayonunun Şurabad kəndində qazılan quyudan yaxın 
kəndləri fasiləsiz qazla təmin edən imkanlara malik məhsul 
alınmışdır. Bu perspektiv ona dəlalət edir ki, Azərbaycanın qaz 
balansında regional ehtiyatların müvafiq ərazilərə yönəldilməsi 
öz yerini tutmalıdır. 
1993-cü ildə Ümumdünya İnkişaf və Yenidənqurma 
Bankı Azərbaycanın qaz sisteminin bərpası layihəsinin 
maliyyələşdirilməsi üzrə qərar qəbul etmişdir. Elə həmin il Ya-
poniya hökuməti də Azərbaycanda qazın nəqli sistemində in-
vestisiyaya olan ehtiyacın üstün cəhətləri müəyyənləşdirilmiş, 
sahədə  işlərin görülməsi üçün lahiyə hazırlanmasına  əvəzsiz 
olaraq pul vəsaiti ayırmışdır ki, bu da Dünya Bankı  xətti ilə 
proqram üçün kredit verilməsində  əsas götürülmüşdür. Bu 
layihənin kerçəkləşməsində  əsas məqsəd kimi qazdan 
istifadənin səmərəliliyini artırmaq, köhnəlmiş və etibarsız say-
ğacları  dəyişdirməklə itkiləri azaltmaq, ölçü cihazlarını 
təkmilləşdirmək, sayğacları  sınaqdan keçirən avadanlıqlar al-
maq, sayğacları olmayan istehlakçılara sayğaclar quraşdırıl-
ması götürülmüşdür.  İndi nəhəng Xəzəraşırı qaz kəməri ilə 
yanaşı Azərbaycan qazının da xarici bazara çıxışının təmin 
edilməsi zamanı gəlmişdir. Bütün bunları geniş  təhlil etdikdə, 
belə bir nəticə hasil olunur ki, Azərbaycanın qaz sektorunda 
yeni islahatlar prosesinə kompleks anlamda başlamaq məqamı 
artıq yeni əsrin astanasındadır. Zənnimizcə, konseptual xarak-
terli islahatlar strategiyası qaz sektorunda aşağıdakı 
 
71


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə