Düzgün ifadəni seçin: a insan



Yüklə 5,21 Kb.
Pdf görüntüsü
səhifə43/47
tarix18.05.2018
ölçüsü5,21 Kb.
#44450
1   ...   39   40   41   42   43   44   45   46   47

Düzgün ifadəni seçin:
A) Bioloji polimerlərdən ən mühümləri zülallar, nuklein turşuları və 
polisaxaridlərdir.
B) Bioloji polimerlərdən ən mühümləri zülallar, kauçuk və polisaxaridlərdir.
C) Bioloji polimerlərdən ən mühümləri nuklein turşular, lavsan və zülallardır.
D) Bioloji polimerlərdən ən mühümləri nuklein turşuları, kapron və 
polisaxaridlərdir.
E) Bioloji polimerlərdən ən mühümləri polietilen, zülallar və polisaxaridlərdir.
Tarazlıq sabitinin temperaturdan asılılığı sabit təzyiqdə hansı ifadə ilə 
hesablanır?
A) (∂lnKp/∂T)p=ΔH˚/RT²
B) (lnKp/∂T)p = -ΔH˚/RT²
C) (lnKp/∂T)p = - ΔU˚/RT²
D) (lnKp/∂T)p = - ΔV/R
Düzgün ifadəni seçin :
A)Həlledicinin müəyyən miqdarını udması nəticəsində polimerin həcminin və 
kütləsinin artmasına solvatlaçma deyilir.
B)Həlledicinin müəyyən miqdarını udması nəticəsində polimerin həcminin və 
kütləsinin artmasına məhlulların özlüyü deyilir.
C)Həlledicinin müəyyən miqdarını udması nəticəsində polimerin həcminin və 
kütləsinin artmasına həllolma deyilir.
D)Həlledicinin müəyyən miqdarını udması nəticəsində polimerin həcminin və 
kütləsinin artmasına udma deyilir
E)Həlledicinin müəyyən miqdarını udması nəticəsində polimerin həcminin və 
kütləsinin artmasına şişmə deyilir.
Aşağıdakılardan hansı suyun nizamlı quruluşunu düzgün əks etdirir?
A) Mendeleyev modeli
B) Seçenov modeli
C) Konovalov modeli
D) Kablukov modeli
E) Frank-Ueno modeli


Olein turşusunun KMnO4-ün sulu məhlulu ilə sərt şəraitdə (turş mühitdə) 
oksidləşəndə C-C rabitəsi qırıldığından əmələ gətirdiyi müvafiq turşular 
aşağıdakı cütlərdən hansına uyğundur?
A) CH3(CH2)10COOH və HOOC(CH2)4COOH
B) CH3(CH2)8COOH və HOOC(CH2)6COOH
C) CH3(CH2)5COOH və HOOC(CH2)9COOH
D) CH3(CH2)6COOH və HOOC(CH2)8COOH
E) CH3(CH2)7COOH və HOOC(CH2)7COOH
Kolliqativ xassələr nəyə deyilir?
A) Məhlulun xassələri həll olan maddənin hissəciklərinin yalnız sayından 
asılıdırsa, belə xassələrə kolliqativ xassələr deyilir
B) Məhlulun xassələri yalnız temperaturdan asılıdırsa, belə xassələrə kolliqativ 
xassələr deyilir
C) Məhlulun xassələri yalnız həcm və təzyiqdən asılıdırsa, belə xassələrə 
kolliqativ xassələr deyilir
D) Məhlulun xassələri yalnız təzyiqdən asılıdırsa, belə xassələrə kolliqativ 
xassələr deyilir
E) Həlledicinin təbiətindən asılı olan xassələrə kolliqativ xassələr deyilir.
Fiziki yorğunluq zamanı oksigen çatışmamazlığından əzələdə toplanan ət – süd 
turşusu hansı birləşmənin reduksiyasından əmələ gəlir?
A) Asetosirkə turşusunun;
B) Piroüzüm turşusunun;
C) Ketoqlutar turşusunun;
D) a-Aseto-a-hidroksi turşunun
E) Oksalatsirkə turşusunun
Hansı ifadə donma temperaturunun azalmasına aiddir?
A) ΔTdon=iEm2
B) ΔTdon=(RT0²•M1/1000ΔHdon) • (1000q2/q1•M2)
C) ΔTdon=im2
D) ΔTdon=(RT0²•M1/100ΔH) • (100q2/q1•M1)
E) ΔTdon= RT0²•M1/1000ΔHdon


Canlı orqanizmlər üçün həlledicinin və həll olan maddənin yerdəyişməsi hansı 
mexanizmlərlə izah olunur?
A) Osmos hadisəsi; Gibbs-Donnan effekti; fəal yerdəyişmə;hidratasiya prosesi
B) Osmos hadisəsi; Donnan tarazlığı; passiv yerdəyişmə; dissosasiya
C) Osmos təzyiqi; Donnan tənliyi; fəal yerdəyişmə
D) Osmos hadisəsi; Gibbs-Donnan effekti; fəal yerdəyişmə; hopma hadisəsi
E) Gibbs-Donnan effekti; fəal yerdəyişmə; hopma hadisəsi;diffuziya hadisəsi
Asetil koferment A-nın formulunu göstərin.
A) CH3CSKoA ;
B) CH3OSKoA
C) C2H5CSKoA
D) CH3COSКоА ;
E) CH3OKoA ;
Standart əmələgəlmə istiliyi nəyə deyilir?
A) Standart əmələgəlmə istiliyi 1mol maddənin elementlərin ən yüksək 
oksidləşmə dərəcəsinə qədər tam yanması reaksiyasının istilik effektinə 
bərabərdir
B) Standart əmələgəlmə istiliyi 1mol maddənin həll olması zamanı udulan 
istilik miqdarına deyilir
C) Standart əmələgəlmə istiliyi 1mol maddənin tərkib hissələrinə parçalanması 
zamanı udulan istilik miqdarına bərabərdir
D) Standart əmələgəlmə istiliyi 1mol maddənin standart halda olan başlanğıc 
maddələrdən əmələgəlmə reaksiyasının istilik effektinə deyilir.
E) Standart əmələgəlmə istiliyi 1mol maddənin həll olması zamanı ayrılan 
Qüvvətli elektrolitlər nəzəriyyəsinin müəllifi kimdir?
A) Konovalov
B) Raul
C) Debay və Xyukkel
D) Vant-Hoff
E) Korlauş


Fermentlərin təsir mexanizmi nədən  asılıdır?
A)Həm qatılıq və orientasion effektlərindən , həm də polifunksional katalizdən
B)Polipeptid əlaqədən 
C)Substatdan
D)zulalın birinci quruluşundan
E)Fibrillyar zülallardan
Nukleozidlər əmələ gələrkən pirimidin əsaslarından hansının atomu qlikozid 
rabitəsinin yaranmasında iştirak edir?
A) N -3
B) C -2
C) C -4
D) C -5
E) N -1
Hansı amil suyun yüksək həlletmə və dissosiasiyaya uğratma qabiliyyətini 
təyin edir?
A) Adi xassələri
B) Dielektrik nüfuzluğu
C) Kovalent rabitə
D) Suyun quruluşu
Həllolmanın ikinci mərhələsində hansı hadisə baş verir?
A) Həllolmanın ikinci mərhələsində su dipolları ilə ionlar arasında güclü 
dəfetmə qüvvəsi hesabına kristallik qəfəsin parçalanması və ya ionlar arasında 
rabitənin möhkəmlənməsi baş verir.
B) Həllolmanın ikinci mərhələsində su dipolları ilə ionlar arasında güclü cazibə 
qüvvəsi yaranır.
C) Həllolmanın ikinci mərhələsində su dipolları qırılır
D) Həllolmanın ikinci mərhələsində kristallik qəfəs dağılmır.
E) Həllolmanın ikinci mərhələsində su dipolları ilə ionlar arasında güclü cazibə 
qüvvəsi hesabına kristallik qəfəsin dağılması və ya ionlar arasında rabitənin 
qırılması baş verir


Yüklə 5,21 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə