şarlıq barədə təkamülçü mənbələrdə yer alan digər nümunə isə
insanda
46, şimpanzedə isə 48 xromosomun olmasıdır. Təkamülçülər xromo-
som saylarının yaxınlığını təkamül əlaqəsinə dəlil kimi göstərirlər. Bu
məntiq əsaslıdırsa, insana şimpanzedən daha yaxın qohumun varlığı
qəbul edilməlidir: kartof! Çünki kartofun da insan kimi 46 xromo-
somu var.
İnsandan başqa digər canlılar tədqiq edildiyi zaman təkamül-
çülər tərəfindən mövcudluğu iddia edilən qohumluq əlaqələ-
rinin molekulyar səviyyədə olmadığı görünür. Bu həqiqət
genetik oxşarlıq qavrayışının təkamül nəzəriyyəsinə dəlil
vermədiyini göstərir.
Oxşarlıqlar nə üçün
təkamülə dəlil deyil?
Təkamülşçülərin şimpanze ilə insan geni arasında
99 % oxşarlıq olduğu iddiası göründüyü kimi şişir-
dilmiş bir iddiadır. Ancaq iki fərqli növdəki canlı
99 % oxşasa da, bu ikisi arasında təkamül əlaqəsi
qurula bilməz. Çünki genetik tədqiqatlar növlərin
çox xüsusi şifrlərə malik olduqlarını göstərir. Bu
şifrlərdə meydana gələn ən kiçik dəyişiklik belə
o növə ölümcül təsir edə bilər. Həm də canlı-
lardakı bu xüsusi quruluş genetik şifrin funk-
sionallığı ilə əlaqədardır.
Bunu başa düşmək üçün bir-birinə
bənzəyən iki canlı növü ilə bir-birinə
bənzəyən iki binanı müqayisə edək.
Təkamülçülərin iddiası genetik ox-
şarlıq olduğuna görə, bunu bir növ
canlının layihəsi kimi qiymətlən-
dirək. İki canlının və iki binanın
layihələrinin 99 % eyni olduğu-
nu qəbul edək. Sonra da bu la-
yihələrə əsaslanaraq ortaya
çıxan canlıların forma-
larını və binaların
Düşünən İnsan, Dekabr 2013
19
Düşünən İnsan,
Dekabr 2013
Sual # 5
20
Düşünən İnsan,
Dekabr 2013
Sual # 5
quruluşlarını bir-biri ilə qarşılaşdıraq. Nəticə-
də, genetik quruluşları 99 % eyni olan canlı-
lar arasında əvəz edilməsi mümkün olmayan
quruluş və funksiya fərqliliyinə baxmayaraq,
layihələri 99% eyni olan binalar bir-birinə
bənzəyəcəkdir.
Həm canlılar, həm də binaların layihələrin-
də 1%-lik fərq olmasına baxmayaraq, nə üçün
binalar bir-birinə çox bənzəyir, ancaq canlılar
bənzəmir? Bunun səbəbi genetik quruluşların
fəaliyyətidir. Pleyotropiya adlanan genetik qa-
nun haqqında məlumat bu mövzuya açıqlama
gətirir. Bu qanuna görə, canlı orqanizmlərində
olan bir gen birdən çox xüsusiyyətə təsir edir.
Bir xüsusiyyət isə birdən çox gen tərəfindən
idarə edilir.
Bu o deməkdir ki, iki canlı növünün ge-
netik quruluşları arasındakı fərq 1% olsa da,
bu fərq, əslində çox şeyə təsir göstərir. Çünki
bina layihəsindəki 1% fərq quruluşda 1% fərq
edirsə, canlı layihəsi, yəni genetik quruluşla-
rı arasındakı 1% fərq o iki canlının quruluşu
arasında çox böyük fərqin olmasına gətirib
çıxarır. Çünki canlıların fərqli
olan 1%-lik genetik hissələri
oxşar olan 99%-lik genetik
quruluşda kodlanan xüsu-
siyyətlərə müdaxilə edir.
Oxşarlıqların səbəbi:
«Ortaq Yaradılış»
Əlbəttə, insan bədəninin digər canlılarla
molekulyar oxşarlıqları olacaqdır. Çünki eyni
molekullardan əmələ gəlmişdir, eyni suyu və
atmosferi istifadə edir və eyni molekullardan
əmələ gələn maddələrlə qidalanır. Əlbəttə,
metabolizmin və dolayısilə, genetik quruluş-
larının bənzəməsi də təbiidir. Ancaq bu “or-
taq xammal” bir təkamülün deyil, ortaq
yaradılışın, yəni hamısının eyni plan üzrə
yaradıldıqlarının nəticəsidir.
Bir misal mövzunu daha da açıqlaya bilər:
dünyadakı bütün körpülər də oxşar xammalla
(kərpic, dəmir, sement və s.) ilə tikilir. An-
caq bu, körpülərin bir-birlərindən təkamül
keçirərək əmələ gəlməsi demək deyil. Or-
taq xammaldan istifadə edərək ayrı-ayrı inşa
edilirlər. Canlıların vəziyyətini də buna bən-
zətmək olar. Ancaq əlbəttə, canlıların quru-
luşu körpülərlə müqayisə edilməyəcək qədər
mürəkkəbdir.
Həyat təkamül nəzəriyyəsinin iddia etdiyi
kimi, şüursuz təsadüflərlə deyil, sonsuz bilik
və ağıl sahibi Allah’ın yaratması ilə meydana
gəlmişdir.
www.darvinizm.com
Ginkqo yarpağı
Dövr : Kaynozoy erası, Paleosen dövrü
Yaşı : 65-54
milyon il
Bölgə : Sentinel Butte,
Şimali Dakota, ABŞ
Bitkilər fosil qeydlərində dövrümüzdəki bitkilərə bənzər xüsusiyyətləri ilə ani surətdə üzə
çıxırlar. Bu isə onların digər canlılar kimi yaradıldığını göstərir.
Şəkildəki ginkqo yarpağı fosilinin təqribən 65 milyon il yaşı var. Bu, bütün digər bitkilər kimi,
ginkqoların da təkamül keçirmədiyini sübut edir. Yarpağın əsas cizgiləri və damar quruluşu
fosilləşərək olduğu kimi qorunmuşdur. 12 sm boyu olan bitki ginkqoların milyon illərdir eyni
olduğunu, dövrümüzdəkilərlə qədim dövrlərdə yaşayanlar arasında fərq olmadığını göstərir.
Düşünən İnsan, Dekabr 2013
21
Düşünən İnsan,
Dekabr 2013
Fosil nədir?
Fosillər uzun zaman əvvəl yaşamış canlıların bu günə gəlib çatan qalıqları və ya
izləridir. Minlərlə il yaşı olan fosillər olduğu kimi, miyonlarla, hətta yüz milyonlarla
il əvvələ aid canlılara məxsus fosillər də var. Fosil orjinal canlı ilə tamamilə eyni
quruluşa sahibdir, lakin tərkib hissəsi üzvi maddələr deyil, daşdır.
Bütün bu fosil nümunələri olduqca vacib həqiqəti ortaya qoyur. Bütün canlılar
dünya üzərində yaradıldıqları ilk andan etibarən eyni quruluş, ölçü və xüsusiyyətlərə
sahibdir.
Ən qədim geoloji dövrlərdə yaşamış canlılar belə ən kiçik dəyişikliklər keçirmədən
bu günə qədər gəlib çıxıblar. Bu, elmi gerçəkdir və bütün məxluqatın Allah tərəfindən
yaradıldığının elmi dəlilidir.