DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   2   3   4   5   6   7   8   9   ...   23

Təkamül  nəzəriyyəsi  mümkünsüz  şeyin 

həqiqətə  çevrilməsi  ümidi  üzərində  qurulan 

bir  nağıldır.  Bu  nağılda  quşlar  özünəməxsus 

yer  tutur.  Quş,  hər  şeydən  əvvəl,  qanad 

kimi  möhtəşəm  orqana  malikdir.  Qanadlar 

quruluşca gözəl olmalarından əlavə, bir-birləri 

ilə  olan  mükəmməl  ahəngdarlıqları  ilə  də 

heyrət  doğururlar.  Belə  ki,  uçmaq  min  illərlə 

bəşəriyyətin istəyi olmuş, minlərlə elm adamı 

və tədqiqatçı bu mövzuya əmək sərf etmişlər. 

Bəzi  çox  bəsit  təcrübələr  istisna  olmaqla, 

bəşəriyyət  ancaq  XX  əsrdə  uçan  vasitələr 

düzəldə bilmişdir. Quşlar isə bəşəriyyətin yüz 

illik texnoloji imkanları ilə etməyə çalışdıqları 

işi milyonlarla il əvvəldən bu günə qədər həyata 

keçirirlər. Üstəlik, bu cür bacarığı quş balası bir 

neçə qısa təcrübədən sonra əldə edir. Həm də 

bir çox xüsusiyyəti ilə bugünkü texnologiyanın 

son  məhsulu  olan  təyyarələrlə  müqayisə 

edilməyəcək qədər mükəmməl şəkildə...

Təkamül nəzəriyyəsi canlıların ortaq mey-

dana  gəlməsini  və  müxtəlifliyini  açıqlamağa 

çalışarkən cürbəcür rəylər və yalanlar uydurur-

lar. Quşlar kimi canlılara gəldikdə isə elm artıq 

tamamilə ortadan qaldırılır və yerini təkamül-

çülərin nağılları tutur. Bunun səbəbi təkamül-

çülərin quşların əcdadı olduğunu iddia etdikləri 

canlılardır. Təkamül nəzəriyyəsi quşların əcda-

dının  sürünənlərdən  olan  bir  dinozavr  qrupu 

olduğunu iddia edirlər. Elə bu iddia cavab tələb 

edən iki sualı da özü ilə bərabər gətirir. Birin-

cisi, dinozavrlar quşlara necə çevriliblər? İkin-

cisi, belə bir çevrilməni göstərən fosillər niyə 

mövcud deyil?

Dinozavrların quşlara necə çevrildiyi barə-

də  uzun  zaman  mübahisə  edən  təkamülçülər, 

nəticədə, iki nəzəriyyə irəli sürmüşlər. bunlar-

dan birincisi “kursorial” (cursorial) nəzəriyyə-

sidir. Bu nəzəriyyə dinozavrların qanad açaraq 

quşlara çevrildiyini iddia edir. İkinci nəzəriy-

yənin  müəllifləri  kursorial  nəzəriyyəyə  etiraz 

edir və dinozavrların qanad açıb uçaraq quşlara 

çevrilməyinin  mümkün  olmayacağını  söylə-

yirlər. Bəs onda “necə olub dinozavr uçmağa 

başladı?”  sualını  fərqli  izah  edirlər. Ağac  bu-

daqlarında yaşayan və digər budaqlara tullanan 

dinozavrların cəhd etməklə quşlara çevrildiyini 

iddia edirlər. Bu nəzəriyyənin adı isə “arbore-

al” nəzəriyyədir. Dinozavrların nə üçün havaya 

qalxdığının cavabı da hazırdır: milçək ovlamaq 

üçün!

Lakin  milçək  kimi  həşəratı  tutmaq  üçün 



dinozavr  kimi  heyvanın  bədənində  qanadlar-

la  bərabər  uçuş  sistemi  olduğunu  iddia  edən 

insanlar  əvvəl  bu  suala  cavab  verməlidirlər: 

milçəklərin dövrümüzdəki qabaqcıl texnologi-



8

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 3

www.fosilmuzeyi.com



ya  ilə  hazırlanmış  vertolyotlar  üçün  nümunə 

olan və onlardan daha funksional uçuş sistem-

ləri necə meydana  gəlmişdir: Bu barədə təka-

mülçülərin  heç  bir  cavab  verə  bilmədiklərinə 

şahidsiniz. Kiçik bir milçəyin uçuş sisteminin 

açıqlaya bilməyən bir nəzəriyyənin dinozavrla-

rın quşa çevrildiyini iddia etməsi, şübhəsiz, son 

dərəcə ağılsızlıqdır.

Nəticədə, bu nəzəriyyələrin latınca adların-

dan əlavə elmlə əlaqələrinin olmadığı ağıl və 

məntiq  sahibi  bütün  alimlərin  ortaq  fikridir. 

Məsələnin əsası isə sürünənlərin uçmasının ta-

mamilə xəyal olmasıdır.

Dinozavrdan quşa çevrilməni iddia edən tə-

kamülçülər bu iddianın fosil dəlillərini də tapıb 

göstərməlidirlər.  Çünki  əgər  dinozavrlar  quş-

lara  çevrilmişlərsə,  tarixdə  bu  dəyişikliyi  əks 

etdirən yarı dinozavr-yarı quş canlılar yaşamalı 

və fosilləri olmalıdır. Təkamülçülər uzun illər 

arxeopteriks (archæopteryx) adlı bir quşun belə 

bir keçidi təmsil etdiyini iddia etmişlər. Əslin-

də isə bu iddiaları da böyük xətadır.

Arxeopteriks xətası

Dinozavrlarla  quşlar  arasında  keçid  for-

ması  olduğu  irəli  sürülən  arxeopteriks  bun-

dan  təqribən  150  milyon  il  əvvəl  yaşamışdır. 

Nəzəriyyəyə görə, kiçik dinozavrların bir qis-

mi təkamül keçirərək qanad açmış və uçmağa 

başlamışlar. Arxeopteriks dinozavr əcdadların-

dan  ayrılan  və  təzə-təzə  uçmağa  başlayan  ilk 

növdür. 

Ancaq arxeopteriksin fosilləri üzərində apa-

rılan son tədqiqatlar bu hekayənin elmi əsası-

nın olmadığını göstərir. Bu canlı bir keçid for-

ması  deyil,  sadəcə,  dövrümüzdəki  quşlardan 

daha fərqli xüsusiyyətlərə malik nəsli kəsilmiş 

bir quş növüdür. 

Arxeopteriksin yaxşı uça bilməyən yarı quş 

olduğu  tezisi  yaxın  zamana  qədər  təkamülçü 

mənbələrdə  tez-tez  vurğulanırdı.  Bu  canlının 

sternumunun,  yəni  döş  tilinin  olmaması  can-

lının uça bilməyəcəyinin ən əsas sübutu kimi 

göstərilirdi.  (döş  tili  uçmaq  üçün  lazım  olan 

əzələlərin dayandığı döş qəfəsinin altındakı sü-

mükdür. Dövrümüzdə uça bilən və ya uça bil-

məyən bütün quşlarda, hətta quşlarda çox fərq-

li ailəyə aid olan uça bilən məməli yarasalarda 

belə döş tili var.)

Lakin 1992-ci ildə tapılan yeddinci arxeop-

teriks fosili bu iddianın səhv olduğunu göstər-

di. Ancaq bu son tapılan arxeopteriks fosilində 

təkamülçülərin uzun müddət olmadığını hesab 

etdikləri döş tili vardı. “Nature” (“Təbiət”) jur-

nalında bu yeni tapılan fosildən belə bəhs edi-

lirdi:

“Son  tapılan  yeddinci  arxeopteriks  fosi-



li  uzun  müddət  varlığından  şübhə  edilən, 

amma heç bir zaman sübut edilə bilməyən 

düzbucaqlı  döş  sümüyünün  varlığına  işarə 

edir. Bu canlının uzun məsafələrə uçuş ba-

carığı  hələ  də  şübhə  altındadır,  ancaq  döş 

tilinin varlığı güclü uçuş əzələlərinin oldu-

ğunu  göstərir.  (Nature,  cild  382,  1  avqust 

1996, s. 401)

Düşünən İnsan, Dekabr 2013



9

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 3




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə