DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   19   20   21   22   23   24   25   26   ...   50

 
72 
Amerika İslam Respublikasına qarşı uzun illər bu qəbil 
fəaliyyətlərdən sonra nəticə çıxardı ki, praktiki reaksiyalar 
fayda  vermir,  nəzəri  iş  görülməlidir.  Nəzəri  reaksiya 
nədir? Yəni İslam Respublikası ilə mədəniyyət, əxlaq, din 
sahəsində  mübarizə  aparılmalıdır.  Əvvəllər  də  ciddi 
mübarizə  aparırdılar.  Amma  hiss  etdilər  ki,  əvvəlki  yol 
təsirsizdir. İdeoloji mübarizə ilə bizi iflic edə biləcəklərini 
düşündülər.  Həm  əxlaq  sahəsində,  həm  hərbi  sənaye 
sahəsində fəaliyyətlərini davam etdirdilər.  
Bizə  münasibətdə  düşmənin  planları  ilə  kompleks 
şəkildə tanış olmaq üçün öz  müdafiə sənayemizə diqqətli 
olmalıyıq. Düşmənin planlarından xəbərsizlik bizi müdafiə 
imkanlarından  məhrum  edə  bilər.  1995-96-cı  illərdən 
etiqad  və  əxlaq  sahəsində  fəaliyyətləri  gücləndirdilər.  O 
zaman  bunu  hiss  etdim.  Bizim  ideoloji  hücum  haqqında 
irəli  sürdüyümüz  layihələr  bununla  bağlı  idi.  İqtisadiyyat 
və  siyasət  sahəsində  faəliyyətlərlə  yanaşı  mədəniyyət 
sahəsində fəaliyyətlərə start verilmişdi. 
Nəzəri,  etiqadi  fəaliyyətlərin  məqsədi  aydındır.  İslam 
Respublikasının  dayağı  xalqdır  və  xalq  öz  imanı,  etiqadı 
ilə  dövlətə  bağlıdır.  Bu  həqiqəti  ötən  illərdə  yaxşı  dərk 
ediblər.  Əgər  İslam  Respublikası  bu  dayaqdan  məhrum 
edilsə düşmən məqsədə çatar. Buna görə də həmin sahədə 
fəaliyyətlərini  gücləndirdilər.  Etiqad  və  dəyərlərə  hücum 
etdilər.  
İnqilabi  dəyərlər,  hətta  İslam,  aşura,  şiəlik,  dinin 
siyasətdən  ayrı  olmaması  kimi  mövzularda  şübhə 
yaratmaq  cərəyanı  işə  düşdü.  Seminarlar,  konfranslar 
keçirdilər.  Xaricdə  nəşriyyatlar  işə  saldılar.  Ölkə 
daxilindəki  mərkəzlərdən  istifadə  etdilər.  Kimi  nə  baş 
verdiyini  anlayırdı,  kimi  anlamadan  addım  atırdı.  Ölkə 


 
73 
daxilində  bəziləri  gözəl  başa  düşürdülər  ki,  düşmənə 
kömək edirlər. Təəssüf ki, bu hələ də davam edir.  
Biz  gözləməməliyik  ki,  düşmən  öz  təxribatlarından  əl 
çəksin.  Bu  yalnız  o  zaman  baş  verə  bilər  ki,  oxu  daşa 
dəysin,  ümidləri  qırılsın.  Düşmən  siyasi,  etiqadi 
məsələlərdə, Fələstin məsələsində, Hizbullah məsələsində, 
elmi məsələlərdə şübhə yaratmaq  yolunu seçib. Əsas plan 
nədən  ibarətdir?  İstəyirlər  İranı  əsarət  altına  alsınlar,  İran 
imperializmin bazasına çevrilsin.  
Digər  tərəfdən  ölkə  daxilində  xalqın  dövlətə  inamını 
qırmaqla  zəmin  hazırlayırlar.  Xalqla  respublika  arasında 
fasilə  yaratmaq,  onları  bir-birindən  uzaqlaşdırmaq  əsas 
siyasətləridir.  Sonra  beynəlxalq  səviyyədə  ictimai  fikir 
formalaşdırmaq  istəyirlər.  Bu  zəminə  nə  ehtiyac  var? 
Amerika əmin olub ki, belə bir zəmin olmadan qələbə üzü 
görməyəcək.  Bu  bir  həqiqətdir.  Hərbi  üstünlük  hər  şeyi 
həll etmir.
1
 
Amerikanın  hərbi  nəzarəti  həyata  keçirmək  üçün  belə 
bir zəminə ehtiyacı var.
2
 
Dini v
ə
 inqilabi etiqadlara z
ə
rb
ə
 
Əgər  siz  deyirsinizsə  ki,  biz  inqilabın  keşikçisiyik 
bunun  bir  mənası  inqilab  üçün  təhlükə  olmasıdır.  Bəli, 
təhlükə  olmayan  yerdə  keşik  çəkməyə  ehtiyac  yoxdur. 
İnsan o zaman keşik çəkir ki, təhlükə hiss edir. Siz inqilab 
üçün  təhlükələri  öz  vücudunuzla  təsdiqləyirsiniz.  Əgər 
inqilab keşikçisiyiksə təhlükələri tanımalıyıq.
3
  
                                                           
1
 Şəhid Behişti Universitetinin tələbələri ilə görüş, 2004 
2
 Şəhid Behişti Universitetində tələbələrlə görüş, 2004 
3
 İnqilab keşikçiləri komandanları ilə görüş, 2016 


 
74 
Keşikçiliyin  bir  mənası  həmişə  ayıq  olmaqdır. 
Əmirəlmöminin  (ə)  buyurur  ki,  döyüş  adamı  həmişə 
ayıqdır.
1
  
Zəruri  deyil  ki,  müharibə  başlasın.  Özünü  müharibə 
üçün  hazırlamış  insan  ayıq  olmalıdır.  Kiminlə  müharibə? 
Biz heç bir müharibəyə başlamamışıq və başlamayacağıq. 
Bizim  bitərəf,  müdaxilə  etməyən,  xalqlar  və  dövlətlərlə 
işimiz yoxdur. Bizim savaşımız müdaxilə edənlər, təcavüz 
yolunu seçənlərlədir. Əmirəlmömininin (ə) buyuruğundakı 
“əl-əriq”    sözü  ayıq  mənasını  bildirir.  Yəni  həmişə  ayıq. 
Demək, keşikçiliyin bir mənası daim ayıq olmaqdır. Təbii 
ki,  təhlükəni  tanıyıb  dəyərləndirsəniz,  ona  uyğun 
hazırlığınız  da  olacaq.  Bir  zaman  informasiya  təhlükəsi 
yox 
idi. 
Buna 
görə 
də 
elektronika 
kimsəni 
maraqlandırmırdı.  Bu  gün  bu  təhlükə  var,  ona  görə  də 
elektronikanı  öyrənirik.  İnqilab  keşikçisi  olan  gənc 
mütəxəssislər  də  çalışdılar  və  aydın  oldu  ki,  onların  bu 
sahədə də görə biləcəyi iş çoxdur. İnsan təhlükəni görəndə 
bu təhlükəni aradan qaldırmaq üçün vasitələr əldə etməyə 
çalışır.  Əgər  bu  vasitələr  varınızdırsa  onları  qoruyun, 
yoxunuzdursa əldə edin.  
Keşikçiliyin iki mənası nəzərə gəlir. Bunun biri keşikdə 
dayanmaqdır.  Başqa  bir  mənası  əzizləmək,  sevməkdir. 
İnqilabın  keşikçiliyi  təkcə  inqilabı  qorumaq  mənasında 
deyil. Bu inqilaba sevgidir, inqilabı əziz saymaqdır. İnsan 
o  insanın  keşiyini  çəkir  ki,  onu  sevir.  Əhəmiyyətli 
bildiyimiz, dəyər verdiyimiz insanların keşiyində dururuq. 
Bundan  ötrü  inqilabı  düzgün  tanımaq  lazımdır.  İnqilab 
keşikçiləri  bütün  sahələrdə  inqilabla  bağlı  mərifətə 
çatmalıdır.  İnqilabı  düzgün  tanımaq  lazımdır.  İdeoloji 
                                                           
1
 Nəhcül-bəlağə, məktub 62 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə