«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə15/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   11   12   13   14   15   16   17   18   ...   212

FRANSUAZA SAQAN

48

Mən güldüm:



– İdman üslubu? Məndə? Bu nədir, tənə?

Onun həyəcanı  məni həm  əyləndirir, həm də  əsə bi-

ləş dirirdi. Mən onun dilindən mətləbə  dəxli olan nə isə 

eşit mək istəyirdim; bilmək istəyirdim ki, han sı sa qadının 

– ya təcrübəli olsun, ya da bakirə qız, fər qi yoxdur – göz-

lə rin də necə görünürəm… Təki bir fi kir eşidəydim…

– Hə, de görək, Odil. Bu, mənə ciddi kos 

tyum dan 

da ha yaxşı yaraşır, yoxsa… daha yaraşıqlı bir şe yə eh ti ya-

cım var? Siz mənim ingilis boyunluğunun al tın da üçrəngli 

qals tuk gəzdirməyimi daha üstün tu tar dı nız? Hə?

– Bilmirəm. Mən bilmirəm. Buna qərar vermək o qə-

dər çətindir ki! – zavallı qız dəhşət içərisində mı zıl dandı; o 

qorxurdu ki, mənim sözlərimə «bəli, bəli» de sə, öz əziz və 

yenilməz Loransına xəyanət edə bilər. 

– Axı siz mənim bir dəqiqənin içərisində qərar ver mə-

yi mi necə istəyə bilərsiniz, – o, az qala, inilti ilə soruşdu.

– Yaxşı, düşünmək üçün sizə bir saat… Sonra ye-

ni geyimimlə bağlı fikrinizi soruşacağam; məncə, bun 

da 


nə isə iddialı bir şey var… Qərar verin! Yaxşı, heç olmasa, 

deyin görüm, bu geyimdə seksual gö rü nü rəm mi?

– Siz? Seksual? – o, demək olar,qışqırdı. – Sek sual? – 

qə zəb dən, az qala, zarıldadı.

Mən güldüm: işə bax ha, böyük işmiş, məni «sek sual» 

adlandırmaq, guya, kafirlikmiş… 

– Hə  də, seksual! – inadla təkid edirdim. – Da ha də-

qiq desəm, cismani münasibətlərdə daha cəlb edici…

– Bunun nə olduğunu gözəl bilirəm, amma he sab edi-

rəm ki, bizim aramızda bu cür sözlərin iş lə dil məsi qə tiy-

yən yolverilməzdir. Vəssalam, Vensan, – o, təmkinlə dedi.

Səsinə azacıq nifrət çaları da qatıb burnunun üs 

tün-

dən eynəyini götürdü, amma beli bükük hal da di var la yazı 



masasının arasındakı stulun söy 

kə nə cə yi nə da 

yaq lan dı-

ğın dan nifrət dolu görkəm al maq ona müyəssər ol ma dı. 

Onun uzağı görməyən göz lə ri eynək olmadan si fə tim də 

gəzi şir, amma san 

ki, məni görmürdü; mən də, elə bil, 

özüm də deyil 

dim; Odilə yaxınlaşdım və onun do 

daq la-


rın dan öp düm. Ondan bə növşə qoxusu gəlirdi; səhərdən-

ax şa ma bə növ şə dən hazırlanmış şirniyyat sümürən qa dın-

lar dan, adə tən, belə qoxu gəlir… və bu, çox xoş idi.



BOYUNDURUQ

49

– Aman Allah, – onu buraxan kimi Odil dedi və yeni-



dən mənə qısıldı.

Mən onu lap balaca uşaq kimi ayaqları üstə qoy-

dum, bənövşə qoxusundan mütəəssir olmuş hal da saç la-

rı nı  sığalladım; bu qoxu mənə kimisə xa tır la dır dı… Amma 

ki mi? Deyəsən axı, nənəmi? Am 

ma nə nə mi xatırlamaq 

üçün çox uğursuz zaman seç miş dim.

– Bəlkə, siz «Klodin»

1

 yaxalıqlı köynək geyinən bi rinin 



si zi öpməsinə daha çox üstünlük verərdiniz, – hə yasız-hə-

ya sız soruşdum. 

– Amma… Amma… – o, nə üçünsə pıçıltı ilə da nış ma ğa 

baş ladı, – amma bu, qətiyyən sizin haq qı nız da dü şün dü-

yü nüz o şey deyil, – baxışları onun özün də ol ma dı ğından 

xə bər verirdi, – «Klodin» ya xa lı ğı qadınlar üçün dür.

Mən  əyildim və danışa-danışa soyuqqanlı bir hə rə-

kət lə onun burnunu, dodaqlarını, alnını, saçlarını öp mə yə 

baş la dım. Ondan o qədər də baha olmayan «San tal» sa bu-

nu nun ətri gəlirdi, amma bundan daha çox, bənövşə qo-

xu su…

– Deməli, deyirsiniz ki, kişilər «Klodin» yaxalığı gəz dir-



mir lər? Nə olar… beləliklə, mən öz dəyərli xu ra fat la rım dan 

bi rindən də azad oldum… bu bə növ şə  ətri çox gözəldir… 

elə bil, yenə də nənəmin ya nın da yam… Hə, hə, əlbəttə!

– Nənənizin? – o, yavaş-yavaş öpüşlərimə cavab ver-

məyə başladığı bir vaxtda darmadağın edilmiş kimi, dəh-

şət içərisində soruşdu.

– O da bənövşə dadı verən nabatlar sorurdu, – mən 

Odi li sakitləşdirmək üçün fikrimi bir qədər də  də qiq ləş-

dirdim, – zarafat edirsiniz?! Narahat ol 

ma yın, mən nə-

nəm lə buna bənzər pis şeylərlə məşğul ol ma mışam.

– Amma biz pis iş görürük, pis! – o, uşaqcasına və ax-

maq bir səslə dili dolaşa-dolaşa dedi, – Vensan, siz… siz 

nə etdiyinizi başa düşürsünüz? Lorans mə nim ən yaxşı rə-

fi qəmdir.

Mən onu sonuncu dəfə öpdüm və necəsə, yum 

şal-

mış, yüngülləşmiş halda aralandım. Budur, öz ko bud kost-



yu mu mu yeniləmişəm. Odil gözəl olmasa da, onu öpən 

1

 Dairəvi yaxalıq, fransız yazıçısı Kolettin əsrin  əvvəllərində  məş-



hur olan romanlar seriyasından bir qəhrəmanın adını alıb – «Klo 

din 


məktəbdə», «Klodin Parisdə» və s.


FRANSUAZA SAQAN

50

za man adamın içində  nə isə yüngül, özü nə yer tapa bil-



mə yən bir şey qımıldanmağa baş layır… belə bir şeyi altı 

gö zəl çədə bir yerdə götürsən be lə tapa bilməzsən.

– Söz verin ki, bir də belə etməyəcəksiniz, – o, küt 

baxışlarla dedi.

– Axı  mən sizə belə bir sözü necə verə bilərəm? – 

mən isə öz nəzakətli ədamla soruşdum; əlbəttə, nə za kətli 

ol ma ğı bacarırdım. – Amma çalışaram… söz verirəm ki, ça-

lı şaram… Qulaq asın, Odil, siz ki bi lir si niz, mən Loransı ne-

cə sevirəm. O, mənim ar va dım dır, həyat yoldaşımdır, siz 

bizi nələrin bağ la dı ğını yax şı bilirsiniz.

Sonra studiyaya keçdim və son dərəcə davamlı olan 

dodaq boyasının izini silməyə çalışdım. Güz gü də üzümə 

baxaraq hiss etdim ki… yox, bu, sim 

pa ti ya de 

yil di; mən 

bu tünd-xurmayı saçlı  və qa ra buğ da yı ada ma qar şı  mər-

hə mət hiss edirdim; «sizin çi 

çək lə ri niz, müs 

yö»… mə nim 

həd dindən artıq yaxın, eyni zamanda uzaq ol du ğum bu 

əc nə biyə qarşı…. O ada ma ki, onunla həd din dən artıq çox 

yat sam da, az yaşayırdım… o adam ki, onunla çox əylə nir-

dim, am ma heç vaxt söhbət etmirdim. Mən Odilin ca va-

bı nı çə tin liklə eşitdim:

– Vensan, siz haqlısınız, Lorans son dərəcə gö zəl dir.

Mən fortepianoya yaxınlaşdım. Birdən-birə ağ lı ma gö-

zəl bir akkord gəldi və onunla si bimol, fa və re mi nor da 

bir neçə musiqi parçası ifa etdim.

– İnanın mənə, Odil, mən öz arvadıma hörmət edi-

rəm. (Akkord.) Onun evinə  də hörmət edirəm. (Da ha bir 

ak kord.) Mən ona valeh olmuşam, Odil! (Ak 

kord.) Ona 

pə rəstiş edirəm və ona dəhşətli də rə cə də bağlıyam! (Ak-

kord.) Bilirsiniz, Odil, mən hə mi şə ona bağlı olmuşam! – 

da ha iki akkordu ifa etdim və yaxınlığımda Loransın se-

vinc dolu gurultulu sə si ni eşidəndə, az qala, özümdən 

ge də cəkdim:

– Evə qayıdar-qayıtmaz özün haqqında belə söz 

lər 

eşit mək necə  də xoşdur! Bəs nə üçün bu sözləri özü mə 



de mirsən, əzizim, Odili bezdirirsən?!

Mən sakitcə sonuncu akkordu çaldım, sanki, bu nun-

la taleyə minnətdarlıq etmək istəyirdim; sonra işi nin üstü 

açılmış sentimental əcaib adam görünüşü ilə qalx dım. Lo-

ran sın səsi birdən-birə tanınmaz də rə cə də  dəyişmişdi; o, 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə