Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə17/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   13   14   15   16   17   18   19   20   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

eşitdiyi  səs-küy  də  bu  idi.  Bir  də  ki  o,  küçənin  sonunda  xərəklərdə 



yaralı  aparıldığını  görür,  Kurfeyraka  deyirdi:  “Bunları  biz 

yaralamışıq”. 

Lakin onların qəlbində doğan ümid çox yaşamadı, onun şüası tez 

söndü.  Havayı  yayılan  səs-küy  yarım  saat  keçməmiş  dağılıb-  getdi; 

elə bil, ildırım çaxdı, lakin tufan qopmadı; qiyamçılar yenə də bir şeyi 

hiss  etməyə  başladılar;  göy  qübbəsi  qurğuşun  kimi  yenə  onların 

üzərinə enirdi; bu göy qübbəsi bu inadcıl adamları köməksiz buraxan 

xalqın laqeydliyi idi ki, onları əzirdi. 

Sanki, dumanlı bir şəkildə ehtimal olunan ümumi hərəkət tama-

milə yatmışdı; indi hərbiyyə naziri öz diqqətini, generallar öz strate-

giyasını  hələ  də  dayanıb-duran  üç-dörd  barrikada  ətrafında  toplaya 

bilərdi. 

Günəş üfüqdən get-gedə qalxırdı. 

Qiyamçılardan biri Anjolrasa dedi: 

- Biz acıq. Yoxsa, biz heç bir şey yeməmiş öləcəyik?! 

Anjolras hələ də öz mazğalının qabağında durub küçənin sonuna 

baxırdı, o, qiyamçının sualına başı ilə cavab verdi. 

On dördüncü fəsil 

OXÜCG Bü FƏSİLDƏ ANJOLRASIN 

SEVGİLİSİNİN ADINI BİLƏCƏKDİR 

Kurfeyrak Anjolrasın yanında, daşın üstündə oturub yenə də topu 

ələ  salırdı:  hər  dəfə  top  saçması  deyilən  güllələrin  iyrənc  fışıltı  ilə 

qara  bulud  kimi  havaya  qalxdığını  görəndə  onları  istehza  ilə 

qarşılayırdı: 

-

 



Zavallı  qarı,  sənin  səsin  lap  batıb,  mənim  sənə  yazığım  gəlir. 

Nahaq yerə özünü gücə salırsan. Bu heç göy gurultusudur? Bu ancaq 

öskürəkdir. 

Qiyamçılar onun sözünə qəhqəhə ilə gülürdülər. 

Təhlükə  artdıqca  Kurfeyrakla  Bossüenin  şücaəti  və  sevinci  də 

artırdı,  onlar  xanım  Skarron  kimi,  yeməyi  zarafatla,  şərabı  şadlıqla 

əvəz edirdilər. 

Bossüe deyirdi: 

-

 

Mən  Anjolrasa  məftunam.  Onun  təmkini,  şücaəti  məni  valeh 



edir. O, tək yaşayır, yəqin, buna görə də həmişə bir az kədərli olur

52 


downloaded from KitabYurdu.org


o,  öz  böyüklüyünə  heyifsilənir,  bu  böyüklük  onu  arvadsız  qalmağa 

məhkum  etmişdir.  Bizim  hamımızın  məşuqəmiz  var,  onlar  bizi  dəli- 

divanə edərək igidləşdirirlər. Adam pələng kimi vurulursa, aslan kimi 

vuruşur. Bu, bizə kələk gələn xanım məşuqələrimizdən ən yaxşı inti-

qam  yoludur.  Roland,  Anjelikaya  pislik  etmək  üçün  məhv  oldu.  Biz 

göstərdiyimiz  bütün  qəhrəmanlıqlar  üçün  qadınlara  minnətdarıq. 

Arvadsız  kişi  çaxmaqsız  tapança  kimidir;  ancaq  qadın  onu  hərəkətə 

gətirir.  Amma  Anjolrasın  məşuqəsi  yoxdur.  O,  heç  kəsə  vurulma-

mışdır,  amma  heç  şeydən  qorxmur,  igiddir.  Buz  kimi  soyuq  olasan, 

od kimi qızğın - bu heç eşidilməmiş şeydir. 

Anjolras, elə bil, Bossüenin dediklərini eşitmirdi, lakin bir adam 

onun yanında olsaydı, Anjolrasın astadan söylədiyi bir sözü eşidərdi: 



Patria

l

. 

Bossüe hələ də zarafat edirdi, birdən Kurfeyrak ucadan dedi: 

-

 

Bu da biri! 



Sonra  da  qonaq  gəldiyini  xəbər  verən  baş  lakeyi  yamsılayaraq 

əlavə etdi: 

-

 

Zati-aliləri Doqquzdüymə təşrif buyurub! 



Doğrudan da, səhnədə yeni bir şey - ikinci top lüləsi göründü. 

Topçular topu cəld arabadan açıb birinci topun yanına çəkdilər. 

Bu, işin sonunu yaxınlaşdırırdı. 

Topları tez doldurdular; bir neçə dəqiqədən sonra hər iki topdan 

düzünə  nişan  almaqla  barrikadaya  atəş  açmağa  başladılar;  piyada 

hissə və şəhər civan qvardiyaçı bölmələri tüfəngdən atəş açırdılar. 

Başqa bir yerdən də top səsi gəlirdi: bu toplar yaxından atılırdı. 

İki  top  Şanvreri  küçəsindəki  barrikadanı  şiddətli  atəşə  tutmuşdu, elə 

bu  zaman  iki  başqa  top  da,  biri  Sen-Deni,  biri  də  Obri-le-Buşe 

küçəsindən  nişan  alaraq,  Sen-Merri  barrikadasını  dəlik-deşik  edirdi. 

Dörd top məşum bir əks-səda kimi səs-səsə vermişdi. 

Müharibənin bu sərt köpəkləri ağız-ağıza verərək hürüşürdü. 

Şanvreri küçəsindəki barrikadaya toplardan biri mərmi ilə, biri də 

top saçması ilə atəş açırdı. 

Mərmi atan topun ağzı bir qədər yuxarı qaldırılmışdı, bununla da, 

topçular  elə  nişan  alırdılar  ki,  mərmi  barrikadanın  düz  yuxansına 

dəysin, onu dağıtsın, qiyamçıların üstünə daş qəlpələrini top saçması 

kimi yağdırsın. 

1

 Vətən 

(lat.)

 

53 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Bu  cür  atəş  açmaqda  məqsəd  qiyamçıları  divardan  uzaqlaşdır-



maq, barrikadanın iç tərəfində daldalanmağa məcbur etmək idi, başqa 

sözlə, bu, hücuma hazırlaşmaq deməkdi. 

Düşmən  qiyamçıları  mərmi  ilə  barrikadanın  üstündən,  top  saç-

ması  ilə  də  meyxananın  pəncərələrindən  qova  bilsə,  dərhal  küçəyə 

doluşacaq, daha qorxmayacaq ki, onu görüb atəşə tuta bilərlər, dünən 

axşamkı kimi onlar birbaş barrikadanın üstünə cumacaqlar, kim bilir, 

bəlkə də, qiyamçıların üstünü qəfil alıb barrikadanı tuta- caqlar. 

Anjolras: 

-

 

Bu topları mütləq sıradan çıxarmaq lazımdır, - deyərək ucadan 



komanda verdi: - Topçulara atəş! 

Hər  şey  hazır  idi.  Bayaqdan  bəri  susan  barrikada  şiddətli  atəş 

açdı:  bir-birinin  ardınca  altı-yeddi  yaylım  atəşi  eşidildi:  atəş  həm 

qəzəb, həm  də  qalibiyyətlə  səslənirdi.  Küçəni  qatı  tüstü  bürüdü. Bir 

neçə dəqiqədən sonra da od saçılan tüstü dumanı içində topçula- rın 

üçdəiki  hissəsinin  çarxların  dibində  sərilib  qaldığını  seçmək  olurdu. 

Sağ  qalanlar  yenə  də  əvvəlki  arxayınlıq  və  amansızlıqla  topları  dol-

dururdular, ancaq indi tez-tez atəş açmırdılar. 

Bossüe Anjolrasa dedi: 

-

 



Yaman zərbə oldu! Bax bu, müvəffəqiyyətdir. 

Anjolras başını yırğalaya-yırğalaya ona cavab verdi: 

-

 

On beş dəqiqə də bu cür müvəffəqiyyət olsa, barrikadada heç 



onca patron da qalmaz. 

Görünür, Qavroş bu sözləri eşidirmiş. 



On beşinci fəsil 

QAVROŞÜN BARRİKADADAN ÇIXMASI 

Birdən  Kurfeyrak  barrikadanın  aşağı  tərəfində,  küçədə,  atılan 

güllələrin altında bir kölgə gördü. 

Qavroş meyxanadan şərab şüşəsi qoyulan səbəti götürüb dəlikdən 

küçəyə  çıxmışdı,  heç  bir  şeyə  əhəmiyyət  verməyərək,  barrikadanın 

qabağında  öldürülən  milli  qvardiyaçıların  patron  dolu  çantalarını 

boşaltmağa başlamışdı. 

54 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə