Downloaded from KitabYurdu org



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/30
tarix29.11.2017
ölçüsü5,01 Kb.
#13168
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

54 
 
İNSAN HAQLARI VƏ MASONLUQ 
(Akman Göyçxamnm 19.9.1984 tarixli danışığı) 
Birləşmiş  Millətlər  Təşkilatının  İdarə  Heyəti  10  dekabr  1948-ci  il 
tarixində  Ümumdünya  İnsan  Haqları  Bəyannaməsini  qəbul  və  elan 
etmişdir. 
Bu  tarixi  hadisənin  ardınca  Baş  Şura  üzv  məmləkətlərində 
Bəyannamə  mətninin  nəşr  olunmasını  və  bunu  ölkələrin,  bölgələrin 
siyasi  vəziyyəti  baxımından  heç  bir  fərq  qoyulmadan  hamısına 
paylanılması üzərində dayanmasını istədi. 
Mətn,  Birləşmiş  Millətlərin  beş  rəsmi  dilində  -  çin  dilində, 
fransızca, ingiliscə, ispanca və rusca nəşr olundu. Mətn bütün dillərə 
tərcümə edildi. 
Bu  bəyənnamənin  qəbul  edilməsi  və  nəşr  edilərək  yayılmasında 
məqsəd  nə  idi?  Nəyə  görə  belə  insan  haqları  məfhumunun  qəbuluna 
və israrla nəşr olunmasına ehtiyac yaranmışdı? 
Dünyamızın  o  tarixlərdəki  ümumi  vəziyyətinə  baxanda  hadisəni 
bütün  gərçəkliyi  ilə  görürük.  İkinci  Dünya  Müharibəsindən  yeni 
çıxmış  dünya,  məğlub  olmuş  ölkələr  və  öldürülmüş  yüz  minlərlə 
insan. Ağıl və idrak durmuş, qan gövdəni götürmüş. Hər ölkənin bir-
birini  əzmək  və  üzərində  yüksəlmək  səyi  sonunda  ortaya  çıxan 
qorxunc bir tablo.... 
Bu  nöqtədə  dərhal  cəmiyyətin  ən  kiçik  süjeti  olan  insan  və  insan 
olmağın özəllikləri məfhumuna dönmək lazım gəlir. 
Ümumdünya  İnsan  Haqları  Bəyənnaməsinin  ilk  iki  maddəsini 
eynilə oxumaq lazımdır. 
downloaded from KitabYurdu.org


Maddə ı - Bütün insanlar azad, şərəf və haqlar baxımından bərabər 
yaranarlar.  Onlar  ağıl  və  vicdana  sahibdirlər  və  bir-birlərinə  qarşı 
qardaşlıq fikri ilə hərəkət etməlidirlər. 
Maddə 2 - Hər kəs, irq, rəng, cins, dil, siyasi və digər hər hansı bir 
əqidə,  milli  və  ya  ictimai  mənşəyindən  asılı  olmayaraq  bu 
bəyannamədə  qeyd  edilən  bütün  haqq  və  azadlıqlardan  istifadə  edə 
bilər. 
Vəziyyət  tam  açıqlığı  ilə  ortadadır.  Bu  bəyənnamə  şübhəsiz  hər 
yerin  güllük  gülüstan  olduğu,  insanların  bir-birilərinə  qardaş  sevgisi 
və  hörməti  olduqları  bir  mühitdə  nəşr  edilmədi.  Top,  tüfəng, 
güllələrin, 
mərmilərin, 
bombaların, 
radioaktiv 
dalğalann 
amansızlıqları nəticəsində düşünüldü və gündəliyə gətirildi. 
Yazarın “Masonluq nədir, nə deyildir” adlı kitabında bu mövzuya 
belə deyilir: 
“İNSAN  HAQLARI  BƏYƏNNAMƏSİNDƏKİ  PRİNSİPLƏR 
MASONLUQ  DEYİLSƏ,  MASONLUQ  İNSAN  HAQLARI 
BƏYƏNNAMƏSİNDƏKİ FİKİRLƏRDİR”. 
Fikir  nə  deməkdir?  Türk  Dili  Şurasının  lüğətində  fikir,  düşüncə, 
əqidə sahib olmağa deyilir. Kimlər düşünür? İnsanlar düşünür. Çünki 
düşüncə ağıl və məntiqi lazımlı hesab edir. 
Ağıl,  məntiq  və  bilavasitə  düşünmək  yalnız  insanda  var.  İnsan 
böyüyür,  o  da  böyüyür,  düşünərək  böyüyür.  Ağıl  da,  məntiq  də 
suveren (hökmran) olur. 
Fəqət  bəzən  belə  olmur:  Ağlın  yolu  dəyişir,  məntiq  cızığından 
çıxır, fikir və düşüncə bu dəfə tərsinə təzahür edir, 
downloaded from KitabYurdu.org


56 
 
eqoizm  işə  düşür,  eqoist  duyğularının  yarandığı  anda,  insanlıq  öz-
özünü  məhv  etməyə,  hər  şeyi  dağıdıb,  çeynəyib  keçməyə,  yerlə-
yeksan etməyə başlayır. 
Elə o zamanda təbiətin bütün gözəllikləri itir. 
Konfutsi  “Həqiqəti  idrak  edən  kimsə  yaxşı  olan  şeyi  tapan  və 
ondan ayrılmayandır” deyir. 
İdrak nədir? İdrak anlayışdır, nə olduğunu anlamaq,  sirri çözmək, 
qavramaq.  Ən  önəmlisi,  idrak,  nail  olmaqdır.  Həqiqəti  idrak  ilə 
tapmaq  imkanına  sahibik.  Həqiqəti  axtarmaq  məcburiyyətindəyik. 
İnsan  olmaq,  insan  olaraq  doğulmaq  bu  axtarışı  zərurətə  çevirir. 
İnsanlıq  üçün  ən  önəmlisi  gerçək  həqiqətin  axtarılması,  ona  hər  gün 
daha çox yaxınlaşmaq üçün səy göstərməkdir. Məhz elə bu axtarışdır 
ki,  insanlan  keçici  həvəsdən  qurtaracaq,  yerlərini  yüksək  bir  məqsəd 
üçün davamlı səy sərf etməyə, həyatımızı qaraldan eqoist duyğulardan 
azad  olmağa,  coşqun  və  insanı  ucaldan  yaxşılıqsevərlik  və  qardaşlıq 
duyğusuna qovuşmağa aparacaqdır. 
Yanlış  və  çirkin  yollann  bizə  heç  bir  zaman  xoşbəxtlik 
gətirməyəcəyini, maddi varlığımızın keçici olduğunu, geriyə 
qoyacağımız  əsərlərimizin  və  ya  yaxşı  izlərimizin  mənliyimizi 
ucaldacağını və başqalarının xoşbəxtlik qaynağı olacağını bilməliyik. 
İdealımız  (nail  olmaq  istədiyimiz)  əxlaqı  dəyərlərin  cəmiyyətin 
bütün  fərdləri  tərəfindən  mənimsənilməsi,  hər  sahədə  ağlın  və 
məlumat  suverenliyinin,  insanlar  arasında  ümumi  sevgi  və  ahəngin 
qurulması, ən önəmlisi insanlan sevməkdir. Bu sevginin nəticəsi əzab-
əziyyət və yardım hissini hiss etmək, tərəddüdsüz, qarşılıqsız kömək 
downloaded from KitabYurdu.org


əlini uzada bilmək, ideal daşları birləşdirən xərcdir (xərc -tamamlayıcı 
bir  şeydir).  Bu  sevgiyə,  insanlan  bir-birinə  çəkən  qüvvət  də  deyə 
bilərik. Bunun əksi olan güclər; kin, ilkin mühakimələr, eqoizmlik və 
daşürəklik, ümumi məna ilə ağıldan xaric və sevgisiz davranışlar bizi 
könülsüzlük mühitinə sürükləyəcək və idealımızdan uzaqlaşacaqdır. 
Qəlbimizi  hər  an  sevgi,  anlayış  və  kömək  etmək  hissləri  ilə  dolu 
saxlamalıyıq.  İnsan  kimi  dünyaya  gəldik,  insan  kimi  yaşamaq 
məcburiyyətindəyik.  Elə  o  zaman  KAİNATIN  ULU  YARADANI 
bizə kömək əlini uzadacaq, ülvi və əvəzsiz 
gücündən bizi yararlandıracaqdır. Nə xoşbəxt onun köməyinə məzhər 
ola  bilənlərə...  Onun  tolerantlığından  istifadə  edə  bilən  və  bundan 
doyulmaz mənəvi həzz duya bilənlərə... 
Masonluğun idealı budur. Onun məbədi qəlpələrimizdir. Yolumuz, 
insanlıq, xoşbəxtlik, sülh və əmin-amanlıq yoludur. KAİNATIN ULU 
YARADANI 
həqiqəti 
axtarmağımızda 
bizdən  kömək  əlini 
əsirgəmədiyi anda ağıl və hikmət bizə yol göstərəcək, bütün yaxşılıq 
və gözəlliklər onu bəzəyəcəkdir. 
MASONLUQDA KÖMƏKLƏŞMƏ 
(Yeni qəzetdən istifadə olunmuşdur) 
Bütün  insanların  qardaşlığını  qəbul  edən  Masonluq,  sevgi,  şəfqət 
və  yaxşılıq  sistemi  içərisində  insanların  maddi  və  mənəvi 
köməkləşməsini  əsas  şərt  qoyur.  Masonluq  bunu  öz  əhatəsində 
reallaşdırmağa  çalışır.  Masonluqda  köməkləşmənin  şərtlərinin  yaxşı 
öyrənilməsi  gərəkdir.  Çünki  bu  yardımlaşmanın  bir  ucu  istismara, 
digər  ucu  da  laqeydliyə  gedə  bilər.  Kömək  istəyənin  yardımın  yerini 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə