Partnyorunuzun hətta belə hiss etmədiyi qabiliyyət və
bacarıqlarınız varını?
4 nömrəli səhvi edən qadınların əksəriyyəti bunu
bilmir. Kişimizi qorxutmamaq və onun özünə olan inamını
sarsıtmamaq üçün öz intellektimizi, bacarığımızı,
uğurlarımızı, gözəlliyimizi və istedadımızı gizlədirik.
Bunu bir neçə yolla edirik.
ı. Ən kiçik səhvə görə özümüzü danlayır və
ətrafdakılara özümüzdən razı olmadığımızı nümayiş
etdirərək, özümüz haqqında alçaldıcı tonda danışırıq.
"Axı dünən sənin işgüzar görüşünün olduğunu necə
yadımdan çıxara bilərdim? Bəzən heç yadımda qalmır”.
"Rəisim məruzəmdən çox razı qaldı, ancaq onu,
həqiqətən də, yaxşı etdiyimi düşünmürəm. Maliyyə
layihəsindən danışanda bir az özümü itirdim, elə alındı ki,
sanki mən nə dediyimi bilmirəm”.
"Belə kökəlməyimdən o qədər pis olmuşam ki. Sən bir
bu kök qadına bax!”
2. Kişilər bizə komplimeııt deyəndə biz etiraz edirik,
bizim hər hansı bir bacarığımızdan söhbət düşəndə, söhbəti
davanı etdirmirik.
"Doğrudan? Bu paltar xoşuna gəlirini? Təəccüblüdür,
Downloaded from KitabYurdu.org
74
axı bu paltarın iki yaşı var. Düşünürəm, onun fasonu
köhnəlib, mən onun üzərindən bir şey geyinərəm. Hər
halda, təşəkkür edirəm”.
"Əzizim, sənin şərəfinə keçirilən bu gecədə heç
yorulmadım. Elə də çox vaxt sərf etmədim, axı dostların
da kömək etdilər. Mənə belə təşəkkür etməyə dəyməz”.
“Çıxışım xoşuna gəldimi? Ancaq mənə elə gəlir ki,
axırıncı çıxış etdiyim üçün onlar məni belə yaxşı
qarşıladılar. Danışdıqlarımın hamısının dinləyicilərə
çatdığından ənıiıı deyiləm. Məncə, mənə elə ürəkdən əl
çalmalarının səbəbi iclasın bitməsinə sevinmələri oldu”.
3. Kişilərimizdən istedadımızı və uğurlarımızı
gizlədirik.
Sandra 4 nömrəli səhvi etmiş qadının ən gözəl
nümunəsidir. O, Qreqlə yeddi il evli olmuşdu və bu illər
ərzində özünü Qreqdən az savadlı və ağıllı göstərməyə
çalışıb. “Qreq özünü diqqət mərkəzində hiss etməyi
xoşlayırdı, - Sandra mənə etiraf etdi, - bu səbəbdən də elə
ilk görüşümüzdən özümü bir az kiçiltməyə qərar verdim”.
Sandra bunu bilərəkdən edirdi - o heç vaxt Qreqə kolleci
əla qiymətlərlə bitirdiyini və aspiranturada təhsilini davam
etdirmək üçün təqaüdə layiq görüldüyü haqda heç vaxt
deməmişdi. Saııdramn fransız dilində sərbəst danışdığını,
ya da onların görüşündən öncə böyük müvəffəqiyyət
qazanmış fransız biznesmeni onu Parisə işə dəvət etməsi
Downloaded from KitabYurdu.org
75
haqqında azacıq da olsun məlumatı yox idi.
Sandra Qreqə bu haqda danışmaqdan “imtina edir", belə
ki, o "bunun əhəmiyyəti olmadığım" söyləyirdi.
Otuz yeddi yaşlı Ellen və onun əri otuz doqquz yaşlı
Endi maraqlı cütlük idi. Hər ikisi karyeralarını qururdular.
Endi nəhəng dəllal firmasında investisiya məsələsi üzrə
məsləhətçi, Ellen isə məşhur geyiııı istehsalçısının mətbuat
katibi idi. Ər- arvad münasibətlərinin pisləşməsini hiss
edəndə məsləhət üçün mənə müraciət etdilər. "Hesab
edirəm ki, Endi məni lazımi qədər qiymətləndirmir, - Ellen
şikayət etdi. - Mən də onun kimi çox işləyirəm, ancaq
həmişə yalnız onun problemlərini müzakirə edirik".
"Bu düzdür, həqiqətən də, biz vaxtımızın çox hissəsini
mənim işimdən danışırıq, - Endi təsdiqlədi, - ancaq hesab
edirəm ki, bu tamamilə təbiidir, çünki mənim işim olduqca
vacibdir”. Ərinin işini daha vacib hesab etməsi Elleni
sadəcə özündən çıxardı.
Problemin mənbəyini miiəyyənləşdirənə kimi Ellen və
Endi ilə söhbət etdim. Ellen daim uğurlarını Endidəıı
gizlətməklə, Endinin özünün əhəmiyyətini daha çox hiss
etməsi üçün işinin vacibliyini azaldaraq, 4 nömrəli səhvi
edib. Sözsüz ki, o bunu bilərəkdən etməyib. Bu, sadəcə
onun adəti idi. Elleıı bu adəti böyük övladı olduğu ailədə
və balaca qardaşı ilə müqayisədə daha bacarıqlı olması ilə
qazanmışdı. Valideynləri həmişə deyərdilər: “Elleıı,
Downloaded from KitabYurdu.org
76
məktəbdəki uğurlarından Coııatana danışmaya da bilərdin
- axı onun qiymətlərində problem olduğunu bilirsən”.
Elleıı özünü əri ilə də belə aparmaqda davam etdi. O
heç vaxt işində vacib müştərilərlə işlədiyindən, firma
rəhbərliyinin onun əməyini yüksək qiymətləndirməsindən
söz açmazdı, nadir hallarda onunla xəyallarını və
məqsədini
bölüşərdi.
"Eııdiniıı
məni
layiqincə
dəyərləndirməməsi təəccüblü deyil, - 4 nömrəli səhv
haqqında ona danışdıqdan sonra Elleıı etiraf etdi. - Mən
özümü yetərincə qiymətləndirməmişəm. Uğurlanmı ondan
gizlətdiyim üçün o, bunlardan necə xəbər tuta bilərdi ki?”
Aramızda milyonlarla Elleıı və Sandralar var - kişilərə
əzəmətlərini nümayiş etdirməkdən qorxan bacarıqlı,
istedadlı, inadla çalışan qadınlar.
UGUR VƏ BACARIQLARIMIZI NİYƏ
GİZLƏDİRİK
ı. Uğur və bacarıqlarımızı gizlədirik, belə etdikdə kişilərin
bizi daha çox sevəcəklərini lıesab edirik.
Yadınıza salın, yəqin ki, balaca qız olanda bunları
eşitmiş olardınız:
V
“Oynayarkən, həmişə oğlana udıııaq imkanı
verin. Onda sən onun daha çox xoşuna gələcəksən”.
V
“Kişilərə bacarıqlarını nümayiş etdirməyə
çalışma, yoxsa, onlar sənə pərəstişkarlıq etməzlər. Sən
onların nüfuzunu yüksəltməyə çalışmalı, səndən daha
Downloaded from KitabYurdu.org
77
bacarıqlı olmalarını hiss etmək iıııkam verməlisən”.
2. Qadın olaraq biz kişilərə bizdən üstün olmağı hiss
etmək imkanı verəndə, mütləq onun məhəbbətini
qazanacağımızı fikirləşməyə alışmışıq.
Qarşılıqlı əlaqəyə başlayanda kişinin gözündə olduqca
yaxşı göründüyümüz halda onun bizimlə olmaq istəyinin
yox olacağını düşünürük və bu səbəbdən də onun
olduğundan da yaxşı görünməsinə, özümüzün isə
olduğumuzdan pis görünməmizə çalışırıq.
3. Özündənrazı və ya özünə inanan kimi görünməkdən
qorxduğumuzdan uğur və bacarıqlarımızı gizlədirik.
Yadınıza salın, yəqin ki, sizə bu məsləhətləri veriblər:
"Hə, Syuzi, bu yarını illikdə yalnız əla qiymətlər
almağından çox şadam, ancaq bunun barəsində elə də çox
danışmağını məsləhət görmürəm. Lovğalanmaq yaxşı
deyil, qızlar sadə olmalıdırlar”.
"Ciımi, güzgüdə özünə az bax. Qızlar xarici
görünüşlərdə
elə
də
çox
qürrələnməməlidirlər.
Lovğalananları sevmirlər".
Yuxan siniflərdə oxuyanda, yadımdadır, anam mənə
deyərdi: "Daha böyük uğurlar əldə etdikcə, daha çox sayda
adamlar sənə paxıllıq edir və dostlarının sayı da azalırdı,
odur ki, "istedadınla" adamları qorxutmağa dəyməz. Bütün
analar kimi o da mənə yaxşılıq arzulayırdı və həyatımda
belə reaksiyalara rast gəlmədiyimi söyləyə bilmərəm. O,
Downloaded from KitabYurdu.org
78
sadəcə,
ona anasının aşılamış olduğu “özünü
dəyərləndirmənin
azaldılması" fəlsəfəsini lıəyata keçirirdi və bizim çoxumuz
bu fəlsəfəni uşaqlığımızda öyrənmişik.
Qadın elə də yaxşı olmamalıdır — bu qadın
incəliyindən və cəlbediciliyindən uzaqdır.
"Yaxşı qız" olmağa can ataraq, qadınlar gözəlliklərini
gizlədirlər.
BACARIQLARIMIZI GİZLƏTMƏKLƏ NİYƏ ARZU
ETDİYİMİZ NƏTİCƏLƏRƏ
NAİL OLMURUQ
ı.
Bacarıqlarımızı
gizlətməklə
biz
qarşılıqlı
müııasibətimizdəki ehtirası öldürürük. Uğurlarımızı
kiçiltmək və kişilərimizdən bacarıqlarımızı gizlətməklə
biz sevimlimizin gözündə daha az qorxunc və daha çox
cəlbedici görünəcəyimizə iiıııid edirik, əslində isə nəticə
tam əksinə olur.
Kişiləri gözəllik və mükəmməllik həyəcanlandırdığı
halda, zəiflik heç cəlb etıııir.
Kişilər qadınlarda kamilliyi sevirlər. Onlar özləri buna
can atmağı öyrəniblər və bu keyfiyyətləri başqalarında
qəbul edirlər, onları bacarıqlı və parlaq şəxsiyyətlər cəlb
edir. Bu kitabın
üzərində işləyərkən yüzlərlə kişi ilə sorğu apardım və
demək olar ki, lıamısı bildirdi ki, özünə inanan qadınlar
Downloaded from KitabYurdu.org
79
son dərəcə cəlbedici olurlar. Kişilər bu qəbildən olan
qadınlara hörmətlə yanaşır və ciddi qəbul edirlər.
Təəssüfləniləsi cəhət odur ki, qadınlar bacarıqlarını
gizlədərək, özlərini sadə aparmağa çalışır, bununla da
böyük sevgiyə layiq olacaqlarına ümid edirlər, ancaq məhz
belə bir davranış münasibətlərdə ehtirası öldürür.
2. Kişilərdən bacarıqlarını gizlətməyə alışmaqla, siz
sonda onları özünüzdən də gizlətməyə başlayırsınız.
Təsadüfən deməyiblər: görmədiyin şeyi tez unudursan.
Başqalarının gözündə uğurlarınızı kiçiltıııəklə, tədricən
gözəlliyinizi itirənəcən, siz onları daha az yada salırsınız.
Həlli: öz bacarıqlarınızı gizlətməkdən əl götürün.
Bacarıqlarınızın, istedad, uğur və məziyyətlərinizin,
sadəcə yaxşı keyfiyyətlərinizin siyahısını tərtib edin və
onu həyat yoldaşınıza göstərin. Seminarımda iştirak edən
qadınlardan
bunu etməyi xahiş etdim və onun nəticələri haqqında
olduqca maraqlı hekayətlər eşitdim. Bacarıqlarının və
uğurlarının siyahısını tərtib etməklə, qadınlar tamamilə
unutduqları və heç vaxt həyat yoldaşlarına söyləmədikləri
bir çox şeyləri yada saldıqlarını təsdiq etdilər. Kişilər isə
sevdikləri qadınların belə gözəl keyfiyyətlərə malik
olmalarından heyranlıqlarını və təəccüblərini bildirdilər.
Komplimeııtləri qəbul edin, bacarıq və uğurlarınızı
kiçiltməkdən əl çəkin və gözəlliyinizdən həzz alııı. Dərk
Downloaded from KitabYurdu.org
80
etmədən, şübhələnmədən tez-tez 4 nömrəli səhvi etməmiz
təəccüblüdür. Özünüzü təqib edin və davranışınızda
bacarıqlarınızı gizlətmədən nümayiş etdirməyə başlayın.
Və növbəti dəfə sizə kompliment deyəndə, dərindən nəfəs
alın və sadəcə deyin: “Təşəkkür edirəm!” Yalançı
təvazökaıiığımzı "pəncərədən bayıra atııı”.
3 Sizin seçilmənizi istəyən kişini axtarın. Kişilər var ki,
müxtəlif səbəblər üzündən güclü və özünə inanan
qadınlarla yaşaya bilmir. Sizin açılmanızı istəməyən
adaııım yanında özünü rahat hiss etmək çətindir.
Dostları ilə paylaş: |