Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə5/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   2   3   4   5   6   7   8   9   ...   64

18 

 

getməyəcək. 



-  Nayton  sənin  zəng  vurduğunu  söylədi.  Parisdən  qayıtdığım 

yarım saatdır. Dereklə 

aranızda olanlar nə məsələdir? 

Rut hirsindən qızardı. 

- Bu, dözüləsi deyil! O, lap ağ eləyib. O... o, məni hətta eşitmək 

də  istəmir!  -  Onun  səsində  yalnız  qəzəb  deyil,  həm  də  təəccüb  hiss 

edilirdi. 

- Mənə isə qulaq asar, - Van Aidin qaşqabaqlı halda söylədi. 

-  Son  bir aydır, demək olar ki,  mən onu  görmürəm. Hər  yerə  o 

qadınla birgə gedir. 

- Hansı qadınla? 

Mirellə. O, “Parfenon”da rəqs edir, sən 



tanıyırsan... 

Van Aidin başı ilə təsdiq etdi. 

-  Keçən  həftə  Lekonberiyə  getmişdim.  Mən...  mən  hər  şeyi  lord 

Lekonberiyə  danışdım...  O,  mənə  qarşı  mehribandır,  mənə  ürəyi  də 

yanır. Dedi ki, Dereklə necə lazımdır söhbət edəcək. 

- A! - Van Aidin ucadan söylədi. 

- Bu söylədiyin “a” nə məna verir? 

-  Ancaq  sənin  düşündüyünü,  Rut.  Yazıq  qoca  Lekonberi...  sadəcə, 

əski parçasıdır! Səndən 

xoşu gəlməsi və səni sakitləşdirməyə çalışması çox təbiidir. Axı onun 

oğlu Ştatların ən varlı adamının qızı ilə evlənib... Lakin hamı bilir ki, 

onun bir ayağı qəbirdədir, ona görə də onun Derekə söylədiklərinin 

heç biri də ona təsir etməyəcək. 

-  Məgər sən nəsə edə bilməzsən, ata? - bir dəqiqəlik fasilədən sonra 

Rut ucadan söylədi. 

downloaded from KitabYurdu.org




19 

 

-  Bilərəm.  -  O  fikirləşərək  susdu.  -  Edə  biləcəyim  bir  neçə  şey  var, 



ancaq  onlardan  yalnız  birinin  əhəmiyyəti  ola  bilər.  Sənin  buna 

cəsarətin çatacaqmı, Rut? 

Qız  diqqətlə  atasına  baxdı.  Van  Aidin  başını  razılıq  bildirircəsinə 

tərpətdi. 

-  Səhv  etdiyini  bütün  dünyaya  bəyan  etmək  üçün  mətanətli 

olacaqsanmı? Bu, yeganə çıxış 

yoludur. Hər şeyi yenidən başlaya biləcəksənmi? 

- Sən nəzərdə tutursan ki... 

- Bəli, boşanmanı... 

- Boşanma? 

Van Aidinin sifətinə soyuq gülüş qondu: 

-  Bu  sözü  elə  tələffüz  etdin  ki,  Rut,  elə  bil  ömründə  belə  bir  söz 

eşitməmisən. Baxmayaraq ki, tanışların bunu hər gün edir. 

-Ah, əlbəttə, amma... 

Qız dili tutularaq dodaqlarını yaladı. Atası qızının nə demək istədiyini 

başa düşərək başını tərpətdi. 

- Bilirəm, Rut, sən məni sevirsən və haqqımda söz-söhbət çıxmağını 

istəmirsən.  Ancaq  mən  başa  düşmüşəm,  sən  də  başa  düşməlisən  ki, 

bu, yeganə yoldur. Mən Dereki qaytara bilərəm

amma nəticə onsuz da eyni qalacaq. O, pis adamdır, Rut. O, iliyinəcən 

pozulmuş adamdır. 

Ona ərə getməyinə icazə verdiyim üçün çox 

peşmanam, qızım. Amma sən ona ərə getməyi qəti qərarlaşdırmışdın, 

elə  o  da,  guya  ki,  ağıllanacağına  qərar  vermişdi.  Elə  bilirdim  ki,  o, 

yaxşı  niyyətli  adamdır,  axı  onsuz  da  bir  dəfə  yolunu  kəsmişdim, 

əzizim... 

Sonuncu cümləni ifadə edərkən o, qızına baxmadı. 

downloaded from KitabYurdu.org




20 

 

Əgər baxsaydı, qızın üzünün necə qızardığını görərdi. 



Hə, düz deyirsən, kəsdin, - qız pərt halda 

təsdiqlədi. 

İkinci  dəfə  də  bunu  etmək  qəddarlıq  olardı.  Amma  bircə 



bilsəydin necə istəyərdim... Son bir 

neçə ildir sən bədbəxtsən, yazıq qızım. 

- Hə, mənim evlilik həyatımı xoş adlandırmaq olmaz. 

- Məhz buna görə də hesab edirəm ki, buna son qoymaq lazımdır. - O, 

yumruğunu  masaya  çırpdı.  -  Əgər  bu  oğlana  qarşı  bir  az  da  olsun 

hisslərin  qalıbsa,  onda  onları  kökündən  qoparıb  at!  Bu  düyünü  aç. 

Faktların  üzünə  dik  bax.  Derek  Ketterinq  səninlə  pulun  xətrinə 

evlənib. Bu, aşkardır. Onunla qurtar, Rut. 

Bir neçə saniyə Rut gözlərini yerə dikdi: -Tutaq ki, o razılaşmadı? 

Van Aidin təəccüblə ona baxdı: 

- Heç kim onun fikrini soruşmayacaq. 

O, qızardı və dodaqlarını yaladı. 

-Ah, əlbəttə... Mən, sadəcə, nəzərdə tuturdum ki... 

O, susdu. Atası diqqətlə onun gözlərinə baxdı. - Nəyi deyirsən? 

-  Demək  istəyirəm  ki...  -  Rut  susaraq,  sözləri  bir-bir  seçərək 

söyləyirdi. - O, mübarizəsiz 

təslim olmayacaq. 

Milyoner əzmlə çənəsini qabağa tutdu: 

-  Demək  istəyirsən  ki,  buna  qarşı  çıxacaq?  Qoy  olsun.  Lakin  sən 

haqlı deyilsən, istənilən vəkil 

bunun mənasız olduğunu Derekə başa salacaq. 

-  Amma sən fikirləşmirsən ki... - qız tərəddüd 

edirdi, 

-  yəni, sadəcə, mənə olan acığından... vəziyyəti 

downloaded from KitabYurdu.org



21 

 

çətinləşdirə bilər. 



Milyoner başını yellədi: 

İnanmıram. Bunun üçün ona dəqiq faktlar 



lazımdır. 

Missis Ketterinq cavab vermədi. Van Aidin diqqətlə ona baxdı. 

Mənə yaxın gəl, Rut. Səni nə narahat edir? 



- Heç, elə bir şey deyil. - Onun səsində əminlik yox idi. 

Sən hamının bilməsindən qorxursan, hə? Bunu mənim öhdəmə 



burax. Əlimdən gələni 

edəcəyəm ki, mümkün qədər az hay-küy, söz- söhbət olsun. 

- Yaxşı, ata, bir halda ki, sən həqiqətən də əminsən ki, bu, ən yaxşı 

çıxış yoludur, onda qoy 

belə olsun. 

- Sənin bu oğlana qarşı hələ də xülyaların qalıb? 

- Yox. 

Rut  bu  dəfə  əminliklə  cavab  verdi.  Van  Aidin  razı  görünürdü.  O, 



qızının çiynini sığalladı. 

- Hər şey yaxşı olacaq, qızım. Narahat olma. İndisə gəl, bu məsələləri 

yaddan çıxaraq. Sənə Parisdən hədiyyə gətirmişəm. 

Mənə? Yəqin ki, qəşəng bir şeydir? 



Ümid edirəm ki, sən bunu məhz belə 

dəyərləndirəcəksən. 

O,  bağlamanı  paltosunun  cibindən  çıxardı  və  qızına  verdi.  Qız 

bağlamanı  və  qutunu  səliqə  ilə  açaraq  futlyarı  çıxardı.  Futlyarı 

açarkən uzun bir 

“ah”  nidası  onun  dodaqlarından  qopdu...  Rut  Ketterinq  ləl-

cəvahiratları çox sevirdi. 

-Ata! Bu ki... bu ki, çox gözəldir! 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə