Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair İƏİT-in Qaydaları



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix17.09.2018
ölçüsü0,9 Mb.
#69054
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

olunan bacarıqların toplusuna malik olan effektiv və düzgün fəaliyyət göstərən peşəkar şuraların 

olmasını  təmin  etməlidir.  Buraya  strukturlaşdırılmış  təyin  etmə  prosesinin  yaradılması  və  bu 

prosesdə fəal iştirak etmə daxildir. Sahiblik edən təşkilata təyin etmə prosesində dövlət iştirakının 

təşkil edilməsi üçün tam səlahiyyət verilərsə bu iş daha da asanlaşa bilər. 

 

DMM-lərin şuralarının təyin edilməsi şəffaf, aydın şəkildə strukturlaşdırılmış və müxtəlif, 



tələb olunan bacarıqların, biliklərin və təcrübələrin qiymətləndirilməsinə əsaslanmalıdır. Bacarıq 

və təcrübəyə dair tələblər cari şuranın qiymətləndirilməsinə və şirkətin uzunmüddətli strategiyasına 

uyğun  olan  tələblərə  əsaslanmalıdır.  Bu  qiymətləndirmələrdə  qanunvericiliklə  və  ya  ikitərəfli 

sazişlərlə tələb olunduqda işçilərin şurada təmsil olunmasının rolu həmçinin nəzərə alınmalıdır. 

Təyin etmə prosesinin bu cür aydın tələblərə və qiymətləndirmələrə əsaslanması çox güman ki, 

peşəkar, məsuliyyətli və biznes yönümlü şuraların yaradılmasına gətirib çıxaracaqdır. 

 

Dövlət yeganə mülkiyyətçi olmadığı təqdirdə, koordinasiya və ya sahiblik edən təşkilat 



səhmdarların  ümumi  yığıncağından  əvvəl  digər  səhmdarlarla  məsləhətləşməlidir.  DMM-

lərin  şuraları  həmçinin  şura  üzvlərinin  təsdiq  olunmuş  iş  təcrübələrinə,  bacarıq  tələblərinə  və 

qiymətləndirilməsinə  əsaslanaraq  sahiblik  edən  təşkilata  tövsiyyələr  vermək  imkanına  ma-

lik  olmalıdırlar.  Təyin  etmə  komitələrinin  yaradılması  yaxşı  namizədlərin  axtarışına  diqqətin 

yönəldilməsinə kömək etməkdə və təyin etmə prosesinin strukturlaşdırılmasında faydalı ola bilər. 

Bəzi ölkələrdə DMM-lər şuralarına üzvlərin təyin edilməsi prosesinə nəzarət etmək üçün xüsusi 

komissiyaların və ya “ictimai şuraların” yaradılması qabaqcıl təcrübə hesab edilir. Bu cür komis-

siyalar və ya ictimai şuralar yalnız tövsiyyə vermək səlahiyyətinə malik olsalar da, onlar təcrübədə 

DMM-lərin şuralarının müstəqilliyinin və peşəkarlığının artırılmasında mühüm təsiredici qüvvəyə 

malik ola bilərlər. Təkliflər namizədlərin peşəkar fəaliyyəti və təcrübələri barədə müvafiq məlumatla 

birgə səhmdarların ümumi yığıncağından əvvəl dərc edilməlidir. 

 

Sahiblik  edən  təşkilat  tərəfindən  səriştəli  namizədlər  barədə  açıq  rəqabət  əsasında 



hazırlanmış məlumat bazasının təşkil edilməsi faydalı ola bilər. Peşəkar işə düzəltmə agentliklərin 

cəlb  edilməsi  və  beynəlxalq  elanların  verilməsi  axtarış  prosesinin  keyfiyyətinin  artırılmasına 

həmçinin  kömək  edə  bilər.  Bu    DMM-lərin  şuraları  üçün  səriştəli,  xüsusən  də  özəl  sektorun 

təcrübələri və beynəlxalq təcrübələr barədə bilikləri olan namizədlər dairəsinin genişləndirilməsinə 

kömək edə bilər. Bu proses həmçinin şuranın çoxşaxəliyini, o cümlədən gender balansını təşviq 

edəcəkdir.



3. DMM-lərin fəaliyyətinin müntəzəm monitorinqinə və qiymətləndirilməsinə imkan verən 

hesabatlıq sisteminin yaradılması.

 

Koordinasiya  və  ya  sahiblik  edən  təşkilatın  əsas  korporativ  məsələlərə  dair  məlumatlı 



qərarlar verməsi üçün, onlar bütün tələb olunan və müvafiq məlumatın vaxtında alınmasını təmin 

etməlidirlər.  Onlar  həmçinin  DMM-lərin  fəaliyyətinin  və  fəaliyyəti  nəticələrinin  müntəzəm 

monitornqinə imkan verən vasitələr yaratmalıdırlar. 

 

Koordinasiya  və  ya  sahiblik  edən  təşkilat  bütün  DMM-lərdə  adekvat  kənar  hesabatlıq 



sistemlərinin  olmasını  təmin  etməlidir.  Hesabatlıq  sistemləri  koordinasiya  və  ya  sahiblik  edən 

təşkilat  üçün  dövlət  müəssisəsinin  fəaliyyəti  və  maliyyə  durumu  barədə  düzgün  təsəvvürün 

yaradılmasına kömək edir və bununla da koordinasiya və ya sahiblik edən təşkilata vaxtında reak-

28

İkinci hissənin şərhi: II. MÜLKİYYƏTÇİ QİSMİNDƏ ÇIXIŞ EDƏN DÖVLƏT




siya etməyə və hansı sahələrə müdaxilə etməyi seçməyə imkan verir. 

 

Koordinasiya və ya sahiblik edən təşkilat müəyyən edilmiş məqsədlərə nisbətdə DMM-



lərin  fəaliyyətini  nəticələrinin  monitorinqini  apamaq  üçün  müvafiq  vasitələr  hazırlamalı  və 

lazımi  qiymətləndirmə  üsullarını  seçməlidir.  Bu  baxımdan  DMM-lərin  fəaliyyət  nəticələrinin 

həm yerli həm də xarici özəl və dövlət sektorda fəaliyyət göstərən şirkətlərin nəticələri ilə sis-

tematik müqayisəsinin aparılması prosesinin yaradılması buna kömək edə bilər. Bu müqayisəyə 

işçi  qüvvəsinin,  aktivlərin  və  kapitalın  məhsuldarlığı  və  istifadə  edilməsinin  effektivliyi  daxil 

edilməlidir. Bu müqayisə xüsusilə rəqabət olmayan sahələrdə fəaliyyət göstərən DMM-lər üçün 

əhəmiyyətlidir. Bu DMM-lərə, koordinasiya və ya sahiblik edən təşkilata və geniş ictimaiyyətə 

dövlət  müəssisəsinin  fəaliyyətini  daha  yaxşı  qiymətləndirməyə  və  onların  inkişafı  barədə 

düşünməyə imkan verəcəkdir. 

 

Eyni zamanda DMM-lərin maliyyə xidmətləri, kənar auditorlar və xüsusi dövlət nəzarətçiləri 



kimi müvafiq tərəflərlə lazımi məlumat mübadiləsini təmin etmək üçün koordinasiya və ya sa-

hiblik edən təşkilatda adekvat mühasibat uçotu və audit bacarıqlarının olması dövlət müəssisəsi 

fəaliyyətinin effektiv monitorinqinə kömək edə bilər.

4. Hüquqi sistem və dövlətin mülkiyyətçilik səviyyəsi imkan verdikdə, kənar auditorlarla və 

xüsusi dövlət nəzarəti orqanları ilə daimi dialoqun aparılması.

 

Qanunvericilikdən asılı olaraq, koordinasiya və ya sahiblik edən təşkilat kənar auditorların 



namizədliklərini irəli sürmək və hətda onları təyin etmək hüququna malik ola bilər. Bütünlüklə 

DMM-lərə gəldikdə isə, koordinasiya və ya sahiblik edən təşkilat kənar auditorlarla, o cümlədən, 

mövcud olduğu halda, xüsusi dövlət nəzarətçiləri ilə daimi dialoq aparmalıdır. Bu dialoq müntəzəm 

məlumat mübadiləsi, iclaslar və ya xüsusi problemlər yarandıqda ad hoc

3

  müzakirələr formasını 



almalıdır.  Kənar  auditorlar  koordinasiya  və  ya  sahiblik  edən  təşkilata  dövlət  müəssisəsinin 

fəaliyyətini və maliyyə durumu barədə kənar, müstəqil və peşəkar fikir bildirirlər. Lakin sahiblik 

edən təşkilatın kənar auditorlarla və dövlət nəzarətçiləri ilə daimi dialoqu şuranın məsuliyyətinin 

azaldılması hesabına aparılmamalıdır. 

 

Səhmləri qiymətli kağızlar bazarlarında alınıb-satılan və ya qismən dövlətə məxsus olan 



müəssisələrə gəldikdə, koordinasiya və ya sahiblik edən təşkilat minoritar səhmdarların hüquqlarını 

qorumalı və onlara ədalətli yanaşmanı təmin etməlidir. Kənar auditorlarla dialoq, koordinasiya 

və ya sahiblik edən təşkilata hər hansı məxfi məlumatı əldə etməyə imkan verməməli və məxfi 

məlumata dair qaydalara riayət etməlidir. 



5.  DMM-lərin  şura  üzvlərinin  mükafatlandırılması  sisteminin  şirkətin  uzun-müddətli 

maraqlarına qulluq etməsini və peşəkar mütəxəssisləri cəlb etməyə və motivasiya etməyə 

qadir olduğunu təmin etmək.

 

DMM-lərin  şura  üzvlərinin  muzdlarını  özəl  sektorda  olan  məvaciblərə  yaxınlaşdırmaq 



tendensiyası güclüdür. Lakin, İƏİT-in üzv ölkələrinin əksəriyyətində bu muzdlar hələ də tələb 

olunan bacarıqlar və təcrübələr, o cümlədən daşınan məsuliyyət müqabilində bazar səviyyəsindən 

çox aşağıdır. 

29

İkinci hissənin şərhi: II. MÜLKİYYƏTÇİ QİSMİNDƏ ÇIXIŞ EDƏN DÖVLƏT

3 “Bunun üçün” (latın dili), yəni xüsusi məqsəd üçün yaradılmış



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə