18.67.1. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat
şəhadətnaməsinin verilməsi (bir sənəd) - 50 manat;
18.67.2. İdxal karantin icazəsinin verilməsi (bir icazə) - 3 manat;
18.67.3. Fitosanitar sertifikatlarının verilməsi üçün:
18.67.3.1. Bir poçt göndərişinə (dəst) - 20 qəpik
18.67.3.2. Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) - 1 manat
cxlvii[147]
18.68. Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin
verilməsi - 100 manat.
cxlviii[148]
M a d d ə 1 9 .
İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının,
coğrafi göstəricinin
, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə
alınması, müvafiq müafizə sənədlərinin
verilməsi və onlarla bağlı
digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin
verilməsi , nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı
hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsiüçün dövlət
rüsumunun ödənilməsinin xüsusiyyətləri
cxlix[149]
19.1. Bu Qanunun 18.7, 18.49, 18.51, 18.52, 18.53, 18.54-cü maddələrində göstərilən dövlət
rüsumunun məbləğləri göndərilən materialların göndərilmə xərclərinə, habelə beynəlxalq
sazişlərə əsasən beynəlxalq təşkilatlara ödənilməli olan müvafiq ödənişləri əhatə etmirlər.
19.2. Patent kooperasiyası haqqında müqayiləyə (PCT) uyğun ixtira, faydalı model
barəsində iddia sənədinin milli fazaya daxil olması və digər hüquqi hərəkətlər üçün ödənilən
rüsumun məbləği ixtira, faydalı model barəsində iddia sənədinin verilməsi və digər hüquqi
hərəkətlər üçün müəyyən edilən məbləğə bərabər tutulur.
19.3. Bu qanunun 18.65-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə görə büdcə
təşkilatlarından dövlət rüsumu tutulmur.
cl[150]
M a d d ə 2 0 .
Hüquqi şəxslərin dövlət qeydiyyatı va
yenidən
qeydiyyatı üçün
dövlət rüsumunun
dərəcələri
cli[151]
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
20.1. Bankların, birjaların, sığortaçıların, sığorta birlik və
brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin
və filiallarının qeydiyyatı üçün.
220 manat
clii[152]
20.2. Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən
hüquqi şəxslərin qeydiyyatı üçün.
3 manat
cliii[153]
20.3. Digər hüquqi şəxslərin qeydiyyatı üçün.
11 manat
cliv[154]
20.4. Hüquqi şəxslərin yenidən
qeydiyyatı üçün.
bu Qanunun 20.1 - 20.3-cü
maddələrdə göstərilən məbləğin 50
faizi
clv[155]
20.5. Hüquqi şəxslərə qeydiyyat şəhadətnaməsinin
dublikatının verilməsi üçün.
3 manat
clvi[156]
20.6. Sənədlərin surəti şəklində dövlət reyestrindən
çıxarışların verilməsi üçün (hər səhifəyə görə)
1 manat
clvii[157]
Maddə 20-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət rüsumundan azadolmalar
clviii[158]
20-1.1. Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.
20-1.2. Dövlət orqanlarına və təsisçilərə sənədlərin surəti şəklində dövlət reyestrindən
çıxarışlar rüsumsuz verilir.
20-1.3. Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.
clix[159]
M a d d ə 2 1 .
Qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında
qeydiyyata alınması halları istisna olmaqla) və dövlət reyestrinə
daxil edilməsi üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
21.1. Qiymətli kağızların emissiya prospektinin qeydiyyata
alınması üçün:
21.1.1. emissiya məbləği 99000 manatadək olduqda;
220 manat
clx[160]
21.1.2. emissiya məbləği 99000 manatdan 198000
manatadək olduqda;
440 manat
clxi[161]
21.1.3. emissiya məbləği 198000 manatdan çox olduqda.
880 manat
clxii[162]
21.2. Depozit sertifikatlarının emissiyasının döv|ət
qeydiyyatına alınması üçün.
1100 manat
clxiii[163]
21.3. Veksellərin dövlət reyestrinə daxil edilməsi üçün.
3 manat
clxiv[164]
21.4. Çeklərin dövlət reyestrinə daxil edilməsi üçün (hər bir
çek kitabçası üçün).
1 manat
clxv[165]
21.5. İpoteka kağızının dövlət qeydiyyatı üçün
5 manat
21.6. İpoteka kağızının əlavə qeydiyyatı üçün
2 manat
clxvi[166]
Madda 22. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti
növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün dövlət rüsumunun
dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
22.1. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan
sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya)
alınması üçün təqdim edilmiş sənədlərə rəy verilməsinə
görə.
11 manat
clxvii[167]
22.2. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan
sahibkarlıq fəaliyyəti növlərinə xususi razılıq (lisenziya)
verilməsinə görə.
şərti maliyyə vahidinin 110
manatdan—22000 manatadək
clxviii[168]
M a d d ə 2 3 .
Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq
fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə dövlət
rüsumunun ödənilməsinin xüsusiyyətləri
23.1. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət
rüsumunun məbləği müəyyən edilmədiyi hallarda dövlət rüsumu bu Qanunun 22.2-ci
maddəsində müəyyən edilmiş minimal hədd məbləğində ödənilir.
23.2.(Çıxarılıb)
clxix[169]
23.3. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxsin adının, təşkilatı -
hüquqi formasının dəyişdiyi halda və ya fəaliyyəti dayandırılmış xüsusi razılığın (lisenzıyanın)
bərpa edilməsi hallarında xüsusi razılıq (lisenziya) yenidən rəsmiləşdirilərkən dövlət rüsumu
tutulmur.
clxx[170]
M a d d ə 2 4 .
Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil
daşımalarını
tənzimləyən icazənin verilməsi üçün dövlət
rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği