4
Etibarlılıq
3.6.
Məlumatların əhəmiyyətli olması üçün etibarlı olması vacib şərtdir.
Məlumatlar mühüm səhv və qeyri-obyektivlikdən azad olduqda və
istifadəçilər üçün inandırıcı olduqda, etibarlı hesab olunur.
Düzgün təqdimat
3.7.
Maliyyə hesabatlarında məlumatların etibarlı olması üçün əməliyyat və
hadisələr düzgün təqdim olunmalıdır.
Mahiyyətin formadan üstünlüyü
3.8.
Əməliyyat və hadisələrin düzgün əks etdirilməsi üçün, əməliyyat və hadisələr,
onların təkcə hüquqi forması ilə deyil, həmçinin mahiyyəti və iqtisadi reallığı
nəzərə alınmaqla təqdim olunmalıdır.
Neytrallıq
3.9.
Etibarlılığı təmin etmək məqsədi ilə maliyyə hesabatlarında olan məlumatlar
neytral və obyektiv olmalıdır. Əgər məlumatın və ya onun təqdimat
formasının seçilməsi, nəzərdə tutulmuş məqsədlərin əldə olunmasına və
qərarların qəbul edilməsinə təsir göstərmirsə, maliyyə hesabatları neytral
hesab edilir.
Ehtiyatlılıq
3.10.
Ehtiyatlılıq, aktivlərin dəyərinin və ya gəlirlərin məbləğinin artırılmasına,
passivlərin dəyərinin və ya xərclərin məbləğinin aşağı salınmasına yol
verməmək məqsədilə, qeyri-müəyyənlik şəraitində qiymətləndirmələr üçün
zəruri olan qərarların qəbulu zamanı ehtiyatla hərəkət etmək deməkdir. Lakin
ehtiyatlılıq prinsipinə riayət edilməsi gizli (artıq) ehtiyatların yaradılması,
əsaslı surətdə aktivləri (gəlirləri) azaltmaq və ya öhdəlikləri (xərcləri)
artırmağı tələb etmir. Çünki bu halda maliyyə hesabatları neytral olmaz və
nəticədə etibarlılıq keyfiyyətinə cavab verməz.
5
Tamlıq
3.11.
Etibarlılığı təmin etmək məqsədi ilə maliyyə hesabatlarındakı məlumatlar tam
olmalıdır və bankın maliyyə vəziyyətini və maliyyə nəticəsini tam şəkildə əks
etdirməlidir. Buraxılmış hər hansı bir məlumat, bütövlükdə məlumatların
yanlış olmasına gətirib çıxarar və nəticədə onun münasiblik baxımından
etibarsız və qeyri-mükəmməl edə bilər.
Müqayisəlilik
3.12.
Məlumatlar istifadəçilərə müxtəlif dövrlərə aid maliyyə vəziyyətindəki
meylləri və fəaliyyət nəticələrini qiymətləndirmək üçün müqayisəli şəkildə
təqdim edilməlidir. İstifadəçilər həmçinin müxtəlif bankların maliyyə
vəziyyətlərini,
fəaliyyətinin
nəticələrini
və
maliyyə
vəziyyətindəki
dəyişiklikləri qiymətləndirmək üçün müqayisə etmək imkanına malik
olmalıdırlar.
3.13.
Keyfiyyət xüsusiyyəti kimi müqayisəliliyin vacib şərtini, istifadəçilərin
maliyyə hesabatlarının hazırlanmasında istifadə olunan uçot siyasəti, uçot
siyasətində aparılan istənilən dəyişikliklər və bu dəyişikliklərin nəticələri
haqqında məlumatlandırılmasını təşkil edir.
Məlumatların münasibliyinin və etibarlılığının məhdudlaşdırılması
Vaxtlı-vaxtlılıq
3.14.
Məlumatın təqdimatında əsassız gecikdirilmə baş verərsə, həmin məlumat
əhəmiyyətini itirə bilər. Məlumatların vaxtlı-vaxtında təqdim olunması üçün
bəzən əməliyyatların və digər hadisələrin bütün aspektlərini araşdırmadan
təqdim olunması zəruri olur. Bu da etibarlılıq səviyyəsini aşağı salır. Əksinə,
əgər hesabatlar bütün aspektləri araşdırılmaq üçün saxlanılırsa, məlumatlar
kifayət qədər etibarlı olur, lakin istifadəçilər üçün az faydalı ola bilər, çünki
istifadəçilərin iqtisadi qərarlar qəbul etməsi gecikdirilə bilər. Münasiblik və
etibarlılıq arasında tarazlığın əldə olunması istifadəçilərin iqtisadi qərarlar
qəbul etmək tələbatının ən yaxşı təmin olunmasıdır. Bu səbəbdən hər hansı bir
6
hadisənin qarşısını almaq məqsədilə və ya düzgün iqtisadi qərarlar qəbul
edilməsi üçün məlumatlar vaxtlı-vaxtında təqdim olunmalıdır.
Səmərə və məsrəflər arasında tarazlıq
3.15.
Səmərə və məsrəflər arasında tarazlıq – keyfiyyət xüsusiyyəti yox, prinsipial
məhdudiyyətdir. Bu prinsipə əsasən məlumatlardan əldə ediləcək səmərə onun
alınmasına çəkilən məsrəflərdən artıq olmalıdır.
Dəqiq və obyektiv təqdimat
3.16.
Maliyyə hesabatları bankın maliyyə vəziyyəti, fəaliyyətinin nəticələri və
maliyyə vəziyyətində dəyişikliklər haqqında dəqiq və obyektiv məlumatları
təqdim etməlidir.
4.
Maliyyə hesabatlarının elementləri
4.1.
Maliyyə hesabatları əməliyyatların və digər hadisələrin nəticələrini onların
iqtisadi xüsusiyyətlərinə uyğun olaraq müəyyən kateqoriyalarda birləşdirərək
əks etdirməlidir. Bu kateqoriyalar maliyyə hesabatlarının elementləri adlanır.
Mühasibat balansında maliyyə vəziyyətinin qiymətləndirilməsi ilə bilavasitə
əlaqəli olan elementlər - aktivlər, öhdəliklər və kapital hesab edilir. Mənfəət
və zərər haqqında hesabatda fəaliyyətin nəticələrinin qiymətləndirilməsi ilə
bilavasitə əlaqəli olan elementlər - gəlirlər və xərclər hesab edilir.
4.2.
Mühasibat balansında və mənfəət və zərər haqqında hesabatda bu elementlər
təsnifləşdirilir. Təsnifləşdirmənin aparılmasında məqsəd istifadəçilərə iqtisadi
qərarlar qəbul etmək üçün daha əlverişli şəraitin yaradılmasıdır.
4.3.
Maliyyə vəziyyəti
4.3.1.
Maliyyə vəziyyətinin qiymətləndirilməsi ilə bilavasitə əlaqəli olan elementlər -
aktivlər, öhdəliklər və kapital hesab olunur. Bu elementlər aşağıdakı qaydada