Добро пожаловать в PowerPoint для Android



Yüklə 3,74 Mb.
tarix28.11.2023
ölçüsü3,74 Mb.
#133154
mexatronika 11


Qrup: 792
Müəllim: Ulduzə Novruzova
Fənn: Mexatronika
Mövzu: : : Mexanik sistemlərin modellənməsi və simulyasiyası
Hazırladı: Azərbaycan Dövlət İqtisad Universitetinin 4 cü kurs tələbəsi Lətifov Vəliyəddin
Mexatronika

Mexatron sistemlərin ümumi strukturu

Mexatron sistemlərin ümumi strukturu

Mexatron sistemlər konstruksiyasına və quruluş sxeminə görə çox müxtəlifdirlər. Müasir mexatron sistemlərin funksiya, struktur və digər xüsusiyyətlərinin müqayisəli analizi əsasında onların ümumi struktur sxemini şəkil 2.1-də göstərilən kimi təsvir etmək olar.

Ümumi halda mexatron sistemlər yerinə yetirilən əsas funksiyanı (giriş parametrlərini çıxış parametrlərinə çevirmək) müəyyən edən mexaniki baza strukturundan və bu funksiyanın yerinə yetirilməsinə imkan yaradan mexaniki, elektron, maqnitli, termiki, optik və s. Struktur komponentlərindən təşkil olunur.

Mexatronik maşın

Mexatronik maşın

Müasir texnoloji maşınlar mexatron struktura malikdirlər, yəni onlar mexaniki bazaya malik olmaqla idarəetməni yaxşılaşdırmaq məqsədi ilə elektron, hidravlik, pnevmatik və s tipli elementlərlə təchiz olunurlar.

Mexatronik maşın dörd əsas komponentdən ibarətdir (Şəkil 1.3):

Mexatronik maşın dörd əsas komponentdən ibarətdir (Şəkil 1.3):

1. axırıncı bəndi işçi orqan olan mexaniki qurğu;

2. güc çeviriciləri və mühərriklər(aktuatorlar) daxil olan intiqal bloku;

3. girişə insan-operatordan və ya yuxarı idarəetmə səviyyəli EHM-dən əmrləri qəbul edən kompüter idarəetmə qurğusu;

4. maşının faktiki hərəkəti və onun alt sistemlərinin faktiki vəziyyəti haqqında məlumatların qəbulu və kompüterin idarəetmə qurğusuna ötürülməsi üçün nəzərdə tutulmuş informasiya-məlumat qurğusu

Sensorlar

Sensorlar

İnformasiya qurğusu, ətraf mühitin və hərəkət edən mexatronik maşının faktiki vəziyyəti haqqında məlumatları toplamaq və idarəetmə qurğusuna ötürmək üçün nəzərdə tutulmuşdur. Təqdim olunan blok-sxemə görə, məlumat qurğusunda üç qrup sensorlar ayırd edilə bilər:

1) ətraf mühit və iş obyektlərinin vəziyyəti haqqında məlumat sensorları (görmə sistemləri, lokasiya sensorları və məsafəölçənlər və s.);

2) mexaniki detalın hərəkəti haqqında məlumat sensorları (yer dəyişdirmə, sürət, sürətlənmə, qüvvə və momentlər sensorları);

3) intiqal qurğusunun əks əlaqə sensorları (güc çeviricilərində elektrik cərəyanlarının və gərginliklərin cari qiymətləri haqqında məlumat verirlər).

Maşınların Konstruksiyasında İstifadə Olunan Mexaniki Elementlərin Təsnifatı

Maşınların Konstruksiyasında İstifadə Olunan Mexaniki Elementlərin Təsnifatı

Texnoloji maşınların konstruksiyalarını layihə edərkən möhkəm, bərk, sərt, çevik, əlverişli və s. Tələbləri ödəyə bilən materialların seçilməsi lazım gəlir. Bəzən də mövcud konstruksiyaların göstərilən xassələrini yoxlamaq lazım gəlir. Ümumiyyətlə maşınların konstruksiyasında istifadə olunan mexaniki elementləri dörd qrupa bölmək olar:

1. Bir ölçüsü digər iki ölçüsündən dəfələrlə böyük olan cisimlər. Belə cisimlər brus adlanır

Bir ölçüsü digər iki ölçüsündən dəfələrlə az olan cisimlər. Belə cisimlər tava, lövhə və qabıq (massiv) adlanırlar

Bir ölçüsü digər iki ölçüsündən dəfələrlə az olan cisimlər. Belə cisimlər tava, lövhə və qabıq (massiv) adlanırlar

Hər üç ölçüsü bir-birinə yaxın olan cisimlər. Belə cisimlərə dəzgahların özülləri, platinalar və s. Aiddir (şəkil 3.4).

Hər üç ölçüsü bir-birinə yaxın olan cisimlər. Belə cisimlərə dəzgahların özülləri, platinalar və s. Aiddir (şəkil 3.4).


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə