Divan nədir? А şairin həyat və yaradıcılığını əks etdirən əsərdir



Yüklə 230,92 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix04.08.2018
ölçüsü230,92 Kb.
#60900
növüYazı
1   2   3   4   5   6   7   8

73

«Kitabi-Dədə Qorqud»un bütün boyları Təbrizdə hansı mətbuatda və 

neçənci ildə çap olunub?

A) Təbrizdə çıxan «Koroğlu» jurnalında, 1958-ci ildə

B) Təbrizdə çıxan «Azərbaycan» qəzetində, 1946-cı ildə  

C) Təbrizdə çıxan «Məhde-azadi» qəzetində, 2001-ci ildə

D) Təbrizdə çıxan «Korpü» jurnalında, 1998-1999-cu illərdə

E) Təbrizdə çıxan «Dədə Qorqud» jurnalında, 1948-1949-cu illərdə

74

Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərində İbn Səlamın faciəsinə 



səbəb nədir?

A) İbn Səlamın hüququnun tapdalanması

B)  Leylinin ona sillə vurması

C) Feodal ailə-nigah qanunlarının tənəzzülə uğraması  

D) Leylinin onu sevməməsi 

E)  İbn Səlamın öz halal arvadına qovuşa bilməməsi

75

Nizami Gəncəvinin lirikasında intibahın əsas ideyası nə idi?



A) Bəşəri məhəbbətin aliliyi

B) Insanın mənəvi qiymətinin təsdiqi  

C) Ədalətli hökmdar surəti

D) Elm və zəhməti qiymətləndirmək

E) Ədalətsiz hökmdarların nəsihət yolu ilə dəyişdirilməsi

76

Saray ədəbiyyatının əsas xüsusiyyətləri  hansılardır?



A) Ruhaniləri tənqid etmək, ədalətli hökmdar surətləri yaratmaq, qadınları 

tərif etmək

B) Saray hökmdarlarını mədh etmək, ədalətsizliyi tənqid etmək, 

müharibələri pisləmək, qadınları nəzmə          

     çəkib tərifləmək, əməyi və zəhməti tərənnüm etmək

C) Zəhmətkeş insan surətləri yaratmaq, təbiət təsvirlərini sənətə gətirmək

ədalətsiz hökmdarları ifşa etmək,  

qadını  fitnə-fəsad törədən məxluq kimi vermək

D) Hökmdarları ədalətli və səxavətli göstərmək, dini təbliğ etmək, 

ruhaniləri şəriətin hamisi kimi göstərmək,   təbiət gözəlliklərindən zövq 

almağı saray əhlinə aid etmək, din və məzhəb ayrılığını təbliğ etmək, 

qadını   və insan zəhmətini hər şeydən üstün tutmaq

E) Feodal əsarətinə haqq qazandırmaq, din və məzhəb ayrılığını təbliğ 

etmək, ruhaniləri şəriətin hamisi kimi 

göstərmək, qadınları mənfi planda vermək, əməyi və əməkçi insanı 

qiymətləndirməmək, təbiət    

gözəlliklərini  saray əhlinə aid etməmək, hökmdarları ədalətli və səxavətli 

göstərmək.  




77

«Kitabi-Dədə Qorqud»un Berlin Kral kitabxanasındakı surətini Türkiyədə 

hansı alim və neçənci ildə  nəşr etdirib?

A) Fuat Qırzıoğlu,1921-ci ildə

B) Orxan Şaiq Gökyay, 1936-cı ildə

C) Kilisli Müəllim Rifət, 1916-cı ildə  

D) Pərtov Naili, 1958-ci ildə

E) Suat Hezarçi, 1961-ci ildə

78

Dost ilə, düşmənlə daim bir gedir,                                                O daim 



gücsüzə cəsarət verir,                                    

Dostu xilas edir, qırır düşməni.                         İti qılınc edir zəif bədəni.

Bu şeir hansı şairindir?

 A) Əbülüla Gəncəvinin

 B) Fələki Şirvaninin

 C) Mənsur Təbrizinin  

 D) Qivami Mütərrizinin 

 E)İzzəddin Şirvaninin

79

Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan hansı əsər astral poema 



janrında yazılmışdır?

A) “Sirlər xəzinəsi” 

B) “Xosrov və Şirin”

C) “Leyli və Məcnun”

D)  “Yeddi gözəl”  

E) “İsgəndərnamə”

80

Nizami Gəncəvinin «Xosrov və Şirin» əsərində Xosrovun mənəvi cəhətdən 



dəyişməsinə səbəb nədir?

A) Feodal məfkurəsinin tənəzzülə uğraması

B)  Şirinin təmiz eşqi  

C) Fərhadla görüşündə Fərhadın  mənəvi cəhətdən qələbə çalması və ona 

ibrət dərsi verməsi

D) Eyş-işrətə başı qarışdığı üçün məmələkətinin təhlükəyə düşməsi

E) Intibah dövrü məfkurəsinin ona təsiri

81

Ey dost, mey xoş olur səhər Dəclədə,                                        Bu çaylar 



üstündə çox şərab içdim,

Fəratda ondan da xoşdur mey axşam.                                   Ərimiş inciydi, 

mərcandı tamam...

Bu şeir hansı şairindir?

A) Fələki Şirvaninin

B)  Mücirəddin Beyləqaninin

C) Qətran Təbrizinin

D) Xətib Təbrizinin  

E)İzzəddin Şirvaninin



82

Balasaqunlu Yusifin “Kutadqu bilik” poeması neçə bölmədən və neçə 

beytdən ibarətdir?

A) 26 bölmə, 7629 beytdən

B) 19 bölmə, 819 beytdən 

C) 85 bölmə, 6520 beytdən  

D) 32 bölmə, 4729 beytdən

E)  46 bölmə, 1268 beytdən

83

Təzkirə nədir?



A) Şairlərin həyatı və əsərləri haqqında məlumat verən topludur  

B) Yüzdən yuxarı şairin əsərlərinin toplusudur.

C) Orta əsr saray ədəbiyyatında müsabiqədə qalib gəlmiş şairlərin 

şeirlərinin toplusudur

D) Orta əsr saray şairlərinin hökmdarlara yazdıqları mədhiyyə şeirlərinin 

toplusudur.

E) Lirik şeirlərdən ibarət şeir toplusudur

84

Zərdüstiliyin müqəddəs dini ocağı qədim Azərbaycanın hansı ərazisində 



yerləşmişdir? 

A) Qədim Midiyadakı Muğ qəbilələrinin yaşadığı ərazidə.

B)   İranın şərqində, Xorasan tərəflərində.

C)   Atəşpərəstlərin məskunlaşdığı Urmiya gölünün ətrafında.

D)  Azərbaycanda Marağa ilə Zəncan arasında yerləşən Gəzən şəhərində.  

E) Qədim Atropaten ərazisində.

85

Eşqində gərək hasil ola, o yoxdur,



Ümmidə gərək sahil ola, o yoxdur.

Səbr eylə deyirsən ki,işin yaxşı olar,

Qəlb ola, ona qabil ola, o yoxdur.

Bu şeir hansi şairindir?

A) Əbülüla Gəncəvinin

B) Fələki Şirvaninin

C) Eynülqüzzat Miyanəçinin  

D) Qətran Təbrizinin

E) İzzəddin Şirvaninin

86

Nizaminin “Leyli və Məcnun” əsərində Leyli ilə Məcnunun ata-analarının 



faciəsi nədə idi?

A) Leyli ilə Məcnununun öz sevgilərindən əl çəkməmələri

B) Leyli ilə Məcnunun ata-analarının istəyinə qarşı çıxmaları

C) Məcnunun divanə olması və Leylinin divanə Məcnunu sevməsi

D) Leyli ilə Məcnunun valideynlərinin zəmanəsinin öz dövrünü başa 

vurması  

E) Leylinin Məcnunsuz yaşamaq istəməməsi və Məcnunun Kəbəyə gedib 

Allaha öz eşqini qüvvətləndirməsi üçün dua etməsi




Yüklə 230,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə