Dissertasiyanin təRTİBİ


 İstifadə edilmiş ədəbiyyat siyahısı



Yüklə 386,36 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix06.04.2023
ölçüsü386,36 Kb.
#104473
1   2   3   4   5   6   7   8   9   ...   13
Dissertasiyanın tərtib qaydası. aak 2019

2.6. İstifadə edilmiş ədəbiyyat siyahısı 
2.6.1. İstifadə edilmiş ədəbiyyat siyahısında “İstifadə edilmiş ədəbiyyat siyahısı” 
sözləri başlıq kimi göstərilir və nömrələnmir. 
2.6.2. İstifadə edilmiş ədəbiyyat siyahısında əvvəlcə Azərbaycan dilində, sonra isə 
türk, rus, ingilis, fransız, alman, ərəb və s. dillərdə olan mənbələr hər bir dilə 
uyğun əlifba sırası ilə düzülür və ardıcıl olaraq nömrələnir. 
2.6.3. İstifadə edilmiş ədəbiyyat siyahısında, əsasən son 10 ildə nəşr edilmiş 
ədəbiyyatlar öz əksini tapmalıdır. 
2.6.4. Biblioqrafik məlumatlar əlifba sırası ilə müəllifin soyadı, adı, atasının adı və 
ya nəşrin adı ilə verilir.
2.6.5. Dissertasiyada istifadə olunan mənbələrin biblioqrafik təsvirində 
aşağıdakı şərti işarələrdən istifadə edilir: 
. nöqtə 
, vergül 
- defis 
– tire 
: qoşa nöqtə 
/ çəpəki xətt 
// qoşa çəpəki xətt 
( ) mötərizə 
[ ] kvadrat mötərizə 
2.6.6. İstifadə edilmiş ədəbiyyat siyahısında ədəbiyyatın biblioqrafik təsviri bu 
Qaydaya Əlavə 4.1 ilə nəzərdə tutulan nümunələrə uyğun tərtib edilir.
2.7. Əlavələr 
2.7.1. Əlavələrdə “Əlavələr” sözü başlıq kimi göstərilir və nömrələnmir.
 


 

2.7.2.
 
Əlavələr ümumi işin davamı kimi səhifələnməlidir.
2.7.3. Əlavələr müstəqil cild şəklində də verilə bilər. Əlavələr müstəqil cild 
olduqda titul səhifəsi olmalı və ayrıca nömrələnməlidir. 
2.7.4. Əlavələr “Times New Roman” 12 şrifti ilə 1,0 sətirarası intervalla yazılır.
2.7.5. Dissertasiyanın mətnində bütün əlavələrə istinad edilməlidir. 
2.8. Şəkillər
2.8.1. Şəkillər dissertasiyanın mətnində ilk dəfə istinad edilən yerdə, növbəti 
səhifədə və ya əlavələrdə verilə bilər. 
2.8.2. Şəkillər elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat 
əqrəbi istiqamətində döndərdikdə onlara rahat baxmaq mümkün olsun. 
2.8.3. Dissertasiyada şəkillər ardıcıl nömrələnir. 
2.8.4. Dissertasiyada bir şəkil olduqda, o nömrələnmir, “Şəkil” sözü və şəklin adı 
yazılır. 
2.8.5. “Şəkil” sözü, onun nömrəsi və adı şəklin altında yazılır. “Şəkil” sözü və 
şəklin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd qara rənglə yazılır və
altından xətt çəkilmir. Şəkillərin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, 
paraqrafın və şəklin ardıcıl nömrələrindən ibarətdir. Məsələn, Şəkil 1.2.3 – yəni, 
birinci fəslin ikinci paraqrafının üçüncü şəkli. 
2.8.6. Dissertasiyaya daxil edilən şəkillər keyfiyyətli olmalıdır. 
2.8.7. Dissertasiyada kompüter qrafikası ilə yerinə yetirilmiş şəkillərdən və 
orijinal fotolardan istifadə etmək olar. 
2.8.8. A4 formatından kiçik olan fotolar standart ağ vərəqə yapışdırılmalıdır.
2.8.9. Qeyri-standart ölçülü şəkillər qatlandıqdan sonra А4 formatına uyğun 
olmalıdır. 
2.8.10. Dissertasiyanın mətnində olan şəkillərin hər birinə istinad edilir.

Yüklə 386,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə