37
Megginin bütün qalan ömrü qədər yaşayacaqdı. Ona görə də gedəndə onun
gözlərindən kədər yağırdı.
Dünyada
ikicə yer var idi ki, Allah qarşısında Ralf Meggiyə məxsus idi –
bu, kurort adası və Droqheda idi. Lakin Megginin başqa imkanları da meydana
gəlmişdi. Ona Ralfla yaxınlıqdan hamilə olduğu məlum olduqda, Lyukun yanına
getdi ki, son dəfə onunla yatsın ki, uşağın ərindən olmadığına şübhə yaranmasın.
O, düşündüyünə də nail oldu və Droqhedaya qayıtdı. Orada o, oğlan uşağı doğdu
və adını Den qoydu. Uşaq hər şeydə Ralfa oxşayırdı.
Romada isə vəziyyət ürəkaçan deyildi. İl Duçenin qara köynəkliləri
küçələrdə ağalıq edirdi. Qarşıda çətin dövrün olacağını Ralfı əhatə edən din
xadimləri hiss edirdilər. Hitler 1939-cu ilin sentyabrında Polşaya müdaxilə etdi.
Bir qədər sonra İkinci Dünya müharibəsi başlandı. Avstraliyalılar da bu
müharibədə Müttəfiqlər tərəfdə iştirak edirdilər. Megginin iki qardaşı Afrikanın
şimalındakı İkinci Alameyn döyüşündə almanlara qarşı vuruşmuş, sonra salamat
vəziyyətdə Droqhedaya qayıtmışdılar. Nəhayət, 1945-ci ilin sentyabrında altı
aqoniya ilindən sonra İkinci Dünya müharibəsi başa çatdı, on milyonlarla adam
həlak oldu, tarixdə görünməmiş nəhəng sayda ailələr bədbəxt taleyə nəsib oldu.
Megginin dünyasının isə öz parametrləri var idi. O bilirdi ki, Ralf
Allahdan heç vaxt imtina etməyəcəkdir. Den onun oğlu olduğundan Meggi Ralfın
bir hissəsini özündə saxlamağı qət etmişdi. O, oğlunu, bəlkə özündən də çox
istəyirdi. Qardaş və bacı artıq Sidneydəki məktəbdə oxuyurdular.
Ralf katolik kilsəsinin mərkəzi iyerarxiyasına daxil olmaqla, papa
siyasətini həyata keçirirdi, az sayda mühüm adamlardan birinə çevrilmişdi. O,
müharibə nəticəsində qaçqın düşmüş minlərlə adamın əcnəbi ölkələrdə sığınacaq
tapmasına köməklik göstərmiş, Avstraliyaya immiqrasiya proqramının həyata
keçirilməsində çox iş görmüşdü. O, qısa müddətə Avstraliyaya gələndə
Droqhedaya, Meggigilə baş çəkdi. Onu qarşılayan Den və bacısı ilk dəfə kardinalla
əyani tanış oldular.
Meggi ilə görüşəndə isə, onlar qucaqlaşdılar. Ralf Denin Lyukun oğlu
olduğunu güman edirdi. Meggi də onda hansısa bir şübhə oyanmasına imkan
vermirdi. Ancaq oğlan kardinalın çox xoşuna gəlmişdi. Megginin artıq 41 yaşı var
idi və Ralfla onun tanışlığından 30 il keçirdi.
Meggi Ralfa dedi ki, Droqhedada sən mənimkisən. Söhbətlərinin birində
isə qaratikan quşu barədə Kelt əfsanəsini sevdiyini söylədi. Bu quş ürəkdən
oxuyub, öldü. Həyatda da hər kəs özünün kiçik şərqisini oxuyur, bununla da
başqalarını inandırmağa çalışır ki, onun oxuduğu, dünyada heç vaxt eşidilməmiş
bir nəğmədir. Biz öz qaratikanımızı yaradırıq və heç vaxt ona görə ödəyəcəyimiz
haqqın qiymətini hesablamağı dayandırmırıq. Bütün edə bildiklərimizin hamısı,
əslində, ağrı əzabıdır və özümüzə deyirik ki, bu ağrı ona layiq idi. Meggi Ralfa
dedi ki, bu ağrının nə olduğunu Allahdan soruş, axı ağrı üzərində də hakimiyyəti
olan odur. O, bütöv dünyanı yaratmışdır, ona görə də O, həmçinin ağrı paylayır.
Ralf da öz inamında şübhələrə yol verirdi, öz sevinc mənbəyini az qala sitayişlə
38
bərabər olan hesab edirdi. O, Meggi ilə eşqə dalanda, onu Messa (Katolik
kilsəsəndə Allaha başlıca ibadət-məqalə müəllifi) tək bir müqəddəslilik sehrliliyi
kimi qəbul edirdi.
Den isə kardinal Ralfdan uzaqlaşmırdı, o, Droqhedanı tərk edəndən
sonra bir gün anasına dedi ki, keşişdən başqa, heç nə olmaq istəmir. O, oğlunun
keşiş olmasını heç cür istəmirdi. Oğlu isə fikrindən dönmədi və dini kollecə daxil
oldu. Anası yumşalıb, onu kardinal de Brikassarın yanına göndərəcəyini vəd etdi.
Əri öldükdən sonra onlarda yaşayan Annaya Meggi öz oğlunu itirdiyini
dedi, axı oğlu keşiş olmağı qət etmişdi. Sonra əlavə etdi ki, mən Ralfı Allahdan
oğurlamışdım, indi bunun haqqını oğlumla ödəyirəm. Axı o, Ralfa Den barədə
nəsə deməmişdi. Ralf da öz növbəsində Denin onun oğlu olduğunu anlamamışdı.
Meggi isə oğlunu artıq onun yanına göndərirdi. Anna ona dedi ki, sən Allahların
necə qısqanc olduqlarından halisənmi? Onlar sənə hələ çox şey edə bilərlər. Meggi
isə
cavab verdi ki, onlar mənə bundan artıq daha nə edə bilərlər?
Ralf Romada Deni əziz Megginin oğlu olduğuna görə özünün əzizi
hesab edirdi, ancaq heç ağlına da gəlmirdi ki, bu, onun öz oğludur. Meggi Ralfa
məktubunda oğlu üçün məsuliyyəti onun üzərinə qoyduğunu yazırdı və əlavə
etmişdi ki, mən oğurladığımı geri qaytarıram, bu, məndən tələb olunurdu. Qoy
gözün onun üstündə olsun, o, birinci növbədə mənə məxsusdur, indi onu sənə
verirəm.
Den olduqca mömin gənc idi. Kardinal Ralfa bildirdi ki, Allahın naminə
ölümlə üzləşməyə, həbs olunmağa, ac qalmağa da razıdır. O, Allahı çox sevməklə
daim ona xidmət edəcəkdir.
Avropanı ilk dəfə görən Den İtaliyanı gəzdikdən sonra Yunanıstana
keçdi, orada Fermopil keçidində bizim eradan əvvəl 480-ci ildə nəhəng Persiya
ordusu ilə vuruşda həlak olmuş 300 spartalının şərəfinə qoyulmuş abidəni ziyarət
etdi. Spartalılara çar Leonid başçılıq etmişdi. Sonra o, Krit adasına gəldi. Bir gün
o, Aralıq dənizində çimirdi. Tufan qabağı dənizdə axın xeyli güclənmişdi. Lakin o,
yaxşı üzgüçü olduğundan, heç bir təşviş hissi keçirmirdi.
O, dənizdə çimən iki alman qadına ehtiyatlı olmağı qışqırıb desə də, az
sonra qadınların batdığını gördü. O, üzüb qadınlara yaxınlaşdı, onları xilas edə
bilsə də, özü yorulduğundan dənizdə batdı. O, heç də ölmək istəmirdi, ancaq
dəfələrlə Sahibə müraciət edərək, bildirmişdi ki, ağrı səninkidir, mən onu qəbul
etməliyəm, Sənin iradənlə mən mübarizə apara bilmərəm. Öləndə qışqırdı: Mənim
Allahım, artıq mən səninəm! Mən Səni sevirəm!
Kritlilər meyitə baxıb, artıq xoşlarına gəlmiş bu oğlanın ölümünə
heyifsilənirdilər. Aktrisa olan bacısı Londondan Droqhedaya zəng vurub, bəd
xəbəri anasına çatdırdı. Meggi bu xəbəri eşitdikdə elə bil ki, dərin uçuruma
düşmüşdü, axı Den onun üçün hər şey idi. Allahları gərək şirnikləndirməyəsən,
onlar bunu sevirlər. O, axırda başa düşdü ki, haqqı ödəməli imiş. Tərslikdən, bu
vaxt Yunanıstanda inqilab baş vermişdi, bu ölkə ilə əlaqə saxlamaq da çətin idi.