Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   2   3   4   5   6   7   8   9   ...   44

öldürülən Tonqa tiginin Göktürk xaqanı Qapağanın böyük oğlu olması 
və  11  ağının  məhz  bu  tiginlə  bağlı  olması  barədə  də  fikirlər 
mövcuddur. 
Sonuc  olaraq  Alp  Ər  Tonqa  haqqında  fikirlərimizi  bu  cür 
ümumiləşdiririk: 

 
Alp  Ər  Tonqa  bir  sıra  türk  xaqan  və  sərkərdələrinin 
ümumiləşdirilmiş obrazıdır. 

 
Ziyafətdə  zəhərlənərək  öldürülən  Alp  Ər  Tonqa  iskit  xaqanı 
Madidir, onu zəhərləyən isə digər bir türk xaqanı Kiaksardır. 

 
Avestada  adı  çəkilən  Franqrasyan  və  “Şahnamə”dəki  Əfrasiyab 
Mada xaqanı Astiyaqdır 

 
Uyğur  mətnlərində  geniş  yayılan  Alp  Ər  Tonqa  uyğur  xaqanı 
Bögü xaqandır 

 
Mahmud  Kaşğarlının  və  Yusif  Balasağunlunun  qeyd  etdiyi  Alp 
Ər  Tonqa  Göktürk  xaqanı  Qapağan  xaqanın  böyük  oğlu  Tonqa 
tigindir 

 
Əfsanəvi  Turan  iskitlərin  Madadakı  28  illik  hakimiyyətini  əhatə 
edir 
 
 
III yarpaq 
Altun tigin 
SSRİ dönəmində Almatıda “Leninçi gənc” adlı qazax türkcəsi ilə çıxan 
gündəlik  qəzetin  24  yanvar  1973-cü  il  sayında  yazar  Irım 
Kenenbayoğlunun “İyirmi beş əsr öncə yazılmış məktub”  adlı məqaləsi 
çap  olunur.  Yazıda  türk  tarixinin  daha  bir  qaranlıq  səhifəsinin 
aydınlaşmasından bəhs olunurdu.
 
Məqalə  böyük  əks-səda  doğurduğundan  bir  sıra  Türk  dövlətlərində 
milliyyətçi  gənclər  arasında  Altun  tigin  əfsanəsi  yayılmağa  başlayır. 
Çünki  türk  tarixinin  öyrənilməmiş  səhifələrindən  birinə  azacıq  işıq 


salınmışdı.  Bütün  bu  əsrarəngiz  olayların  səbəbkarı  isə  yenidən 
“doğulan” Altun geyimli tigin idi.
 
Almatının  43  km  şərqində  yerləşən  Esik  ərazisində  800  hektarlıq  bir 
sahədə 27 böyük və 55 kiçik kurqan mövcuddur. 1963-cü ildə İssıq-göl 
daşdığı  üçün  bir  çox  kurqan  dağılaraq  torpağa  qarışır.  1970-ci  ildə  bu 
bölgədə  yerləşən  bir  təpəlikdə  qaraj  tikintisi  üçün  buldozerlər  gətirilir 
və qazma işləri gedərkən işçilər yonulmuş qayaya rast gəlirlər. Bununla 
bağlı Almatı muzey rəhbəri  Bekin Nur Muhamməd və Kamal Akşiyev 
bir  heyətlə  əraziyə  gələrək  ilkin  bilgilər  əldə  edirlər.  Beləliklə,  ilk 
tədqiqatlar  Orta  Asiya  tarixinin  yenidən  yazılacağını  şərtləndirir. 
İttifaqa bu barədə məlumatı ilk olaraq “Komsomolskaya pravda” qəzeti 
verir.  Sonralar  1978-ci  ildə  professor  K.Akşiyev  Esik  tapıntısı  barədə 
Moskvada  rus  dilində  “Qazaxıstan  saqalarının  sənəti”  adlı  kitab  çap 
etdirir.  
Esik kurqanı İssıq məzarlığının güneyində yerləşir. Burada 1970-ci ildə 
dörd  kurqanda  qazıntı  işlərinə  başlanılır.  Lakin  kurqanların  üçü 
soyğunçular tərəfindən qarət edildiyindən məzarlardan heç nə tapılmır. 
Fəqət  sonuncu  kurqan  arxeoloqlara  bütün  bunların  təəssüfünü 
unutdurur,  çünki  altun  tigin  onların  zəhmətini  boşa  çıxarmır.  İlk 
tədqiqatçılardan Nur Muhamməd məzarı aşkar etməsini bu cür anladır: 
“İnşaat  əsnasında  6  metr  yüksəklikdə,  60  metr  genişlikdə  iki  quyu 
qazılırdı...Taxtanın üzərində kilim, kilimin üstündə qumaş vardı, onun 
üzərinə  qoymuşlar,  başı  qərbə,  ayağı  şərqə  dönükdü.  İşləri 
dayandırdılar  və  tarixçi  olduğum  üçün  mənə  xəbər  verdilər.  Məzara 
çatdığımda torpağı əllərimlə qazmağa başladım. Öncə taxta parçalarını 
çıxardım,  lakin  taxtalar  günəşi  görüncə  əlimdən  düşdülər  və  toza 
çevrildilər. Bir az daha qazdıqda gözlərim parıltıdan qamaşdı və uzun 
müddət  məzara  baxa  bilmədim.  Yanımdakılar  da  baxa  bilmədi. 
Gözlərimi ovuşdurduqdan sonra altın geyimi gördüm...Taxta bir tabut 
içərisində dəfn olunmuşdu. Yanında üzərində yazılar olan çanaq vardı. 
Əlində  də  bir  üzük  vardı.  Üzüyü  götürüb  barmağına  taxdım.  Cəsədi 


altın  geyim  ilə  birgə  qaldırdıqda,  altındakı  ağaclar  və  cəsəd  toza 
çevrildi,  sanki  günəşi  gördükcə  yanırdı.  Böyük  bir  həyəcan 
içərisindəydik...Dürüst  hərəkət  etdik.  Ruslar  gəldilər  və  sümük 
parçalarını apardılar...”  
Beləliklə,  6  metr  hündürlükdə  yerləşən  kurqanın  içərisində  daxili 
ölçüləri 2.9 x 1.5 metr, xarici ölçüləri 3.3 x 1.9 metr, hündürlüyü isə 1.5 
metr  olan  məzar  aşkar  edilir.  Məzarın  içi  Tanrı  dağlarında  yerləşən 
küknar 
ağaclarının 
kötüklərindən 
hazırlanmışdı. 
Qalıqlardan 
anlaşıldığına  görə  cənazə  mərasimi  tamamlandıqdan  sonra  cəsəd 
yerləşdirilərək  üstü  qısa  kötüklərlə  qapadılmış  və  üzərinə  çınqıllı 
torpaq yığılmışdı. Məzarın qərb divarının dibində ağacdan düzəldilmiş 
10 ədəd kiçik masa yerləşirdi. Cəsəd otağın içərisindəki həsirin üzərinə 
yerləşdirilmişdi. Skeletin uzunluğu 165 sm-ə çatırdı.  
Tiginin  geyimi  başlığından  corabına  qədər,  o  cümlədən  kəməri  və 
qılıncı  da  saf  qızıldan  idi.  Cəsədin  corabı  ilə  diz  sümüyü  arasında 
üçbucaq və dördbucaq şəkilli 4800 parça qızıl vardı. Bu dünyada firon 
Tutanhamonun  qəbrindən  tapılan  qızılların  sayından  sonra  ikincidir. 
Döyüşçünün  köynəyi  əsasən  qızıl  ox  uclarından  və  qızıldan  tökülmüş 
şir  başından  ibarətdir.  Qızıldan  düzəldilmiş  boyunbağı  üst-üstə  dörd 
dəfə  dolanıb.  Barmağında  iki  qızıl  üzük  vardır  ki,  bunların  birinin 
üzərində  börklü  bir  kişi  motivi  işlənib.  Bu  üzüklər  alimlərdə  cəsədin 
xaqan və ya tigin olma ehtimalını yaradır. Tiginin üst geyimi qırmızıya 
boyanmış  dəridən  ibarətdir,  üzərində  yıtıcı  heyvan  rəsmləri  və 
dördbucaqlı  formalı  qızıllar  yer  almaqdadır.  Dəridən  hazırlanan 
şalvarının  eni  20-25  sm-dir.  Uzunluğu  bir  metrə  yaxın  olan  kəməri 
dördbucaq formalı 16 parça qızıldan ibarətdir, üzərində 3 böyük yatmış 
formada  təsvir  edilmiş  keyik  və  kiçik  keyik  rəsmləri  yerləşir. 
Ayaqqabısı  keçədən  düzəldilmiş  və  üzəri  üçbucaq  formalı  qızıllardan 
ibarətdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə