Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə73/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   70   71   72   73   74   75   76   77   78

 
219 
oynayır.  Əsas  amalı  müstəqilliyimizin  qorunub  saxlanmasından 
ibarət  olan,  bununla  yanaşı,  ərazisinin  beşdə  biri  işğal  altında 
olan,  əhalisinin  isə  bir  milyonu  qaçqın  vəziyyətində  yaşayan  bir 
ölkədə konfliktləri dərinləşdirməyin təhlükəli olduğunu dərk edən 
müxalif  siyasi  qüvvələr  sosial  qayda-qanunun  əsası  kimi  sülhün, 
barışığın,  sazişin  bərqərar  olmasına  meyllidir.  Hakim  partiya 
tərəfindən  sosial  təbəqələrin  həmrəyliyinə  nail  olmaq  üçün 
göstərilən  jəhdlərin  kökündə  də  məhz  kompromis    prinsipinin 
əhəmiyyətliliyi  durur.  Dağlıq  Qarabağ  probleminin  ədalətli  həll 
olunması  üçün  Azərbayjan  iqtidarının  ardıjıl  sülh  təşəbbüsləri,  
neft  və  qaz  kəmərlərinin  çəkilməsinə  mane  olmağa  çalışan 
qüvvələrin  məkrli  siyasətinə  qarşı  bütün  siyasi  qüvvələrin  üst-
üstə düşən münasibəti, suverenliyimizin daim qorunması yolunda 
atılan  jəsarətli  addımların  hamı  tərəfindən  dəstəklənməsi  sosial 
birliyə nail olmağın mühüm göstərijiləridir.   
Əgər  hüquqi  dövlət  və  vətəndaş  jəmiyyətinin  yaradılması 
prosesi  ağrılı  keçirsə,  onda  insan  hüquqları,  hər  jür  ijtimai  və 
siyasi  strukturların  özünüidarəsinin  mexanizmləri  təmin  edilmir. 
Bu  jür  dövlətdə  isə  əhalinin  əksəriyyətinin,  yəni  seçijilərin  
mənafeyi  də  müdafiə  olunmur.  Nətijədə  isə  hakimiyyətin  əldə 
edilməsinin  və  onu  saxlamağın  aləti  kimi  ijtimai  rəy  arxa  plana 
keçirilir.  Siyasət belə vəziyyətdə siniflərin münasibəti kimi deyil, 
yalnız idarəetmə texnologiyası kimi təzahür edir və həm də sosial 
qruplar  arasında  kompromislərin  əldə  edilməsi  kimi  çıxış  edir. 
Azərbayjanda  seçkilərin  demokratik  şəraitdə  keçirilməsinə  birgə 
nəzarət  üçün  iqtidar  partiyasının  müxalifətə  əməkdaşlıq  təklif 
etməsi  kompromis  variantlarından  biridir.    Çünki  hakimiyyətə 
hansı  qüvvələrin  gəlməsindən  asılı  olmayaraq,  seçkilərin 
legitimliyinin  gələjəkdə  tanınması  üçün  bu  jür  kompromis 
zəruridir.  Bütün  səviyyələrdə  seçkilərin  legitimliyinin  müxalifət 
tərəfindən tanınmaması istənilən ölkənin həm daxilində, həm də 
beynəlxalq  aləmdə  problemlər  yaradır.  Siyasi  hakimiyyət 
uğrunda  sivil  mübarizənin  aparılması  kompromis  variantına 
hörmətlə yanaşmağı tələb edir. 


 
220 
Məlumdur  ki,  real  dünyadakı  dəyişikliklər  müxtəlif  əqidə 
ətrafında  yaranan  siyasi  partiyaların  ideyalarında  uyğun  əksini 
tapmadıqda dəyərlər öz mahiyyətini  itirməyə doğru meylli olur.  
Öz  növbəsində,  yaradıjı  olmayan,  nətijəsiz,  reallaşa  bilməyən 
ideyalar  və  dəyərlər  dağılır  və  əhəmiyyətini  itirir.    Məsələn, 
vaxtilə  siyasi  partiyaların  proqramlarında  (Çağdaş  Turan 
Partiyası, Demokratik Azərbayjan Dünyası Partiyası, Azərbayjan 
Xalq Demokratik Partiyası, «Boz qurd» -indiki Azərbayjan Milli 
Demokrat Partiyası,  Türk  Millətçi  Gənjlər  Təşkilatı  və b.)  əksini 
tapan turançılıq ideyası bir müddət jəzbediji görünsə də, ildən-ilə 
əhalinin  daha  az  təbəqəsini  öz  ətrafında  birləşdirə  bilmişditr.  
Hazırda  həmin  ideya  ilə  seçkilərdə  mühüm  nətijələrə  nail  olmaq 
istisna  olunur.  Çünki  daxili  problemlərin  burulğanında  boğulan 
xalqın  əksəriyyəti  üçün  etnos  jazibadarlığı  milli-mənəvi 
təskinlikdən başqa heç bir şeyi vəd etmir. Bu jür ideyalar yalnız 
proqnostik  baxımından  jəlbediji  görünür  və  uzaq  gələjəyə 
istiqamətlənmişdir.    Nəzərdən  qaçırılmamalıdır  ki,    xalq 
ideyaların 
praktik-tətbiqi 
nətijələrinə, 
onun 
birləşdiriji, 
səfərbərediji,  mühafizəediji,  istiqamətveriji  funksiya  daşımasına 
üstünlük  verir.  Daha  doğrusu,  insanların  öz  həyat  qabiliyyətləri 
uğrunda  məqsədyönlü  fəaliyyətinin  istiqaməti  olan  ideala  malik 
ideyanı 
sinfi-stratifikasiyalı 
struktura 
malik 
təbəqələrin 
mənafeyini  müdafiə  edən  siyasi  partiyalar  qorumağa  və  həyata 
keçirməyə jəhd göstərir.  Sosial təbəqələşmə öz məzmununa görə 
müxtəlif  növ  ideologiyaları  şərtləndirmişdir  –  qrup,  sinfi,  milli, 
dövlət, dini və b.   Bu mənada ideologiyadan imtina etmək onun 
mahiyyətinə  ziddir.  Çünki  şüarlarla,  and  vermə  ilə,  əmrlə 
jəmiyyət  həyatının  daxilinə  mənsub  olanı  ləğv  etmək  olmaz. 
Türkiyədə 
Rifah 
partiyasının 
ləğvi  dini  ideologiyanın 
mövjudluğuna  heç  də  son  qoymadı.    Azərbayjanda  xariji 
qüvvələrin  təsiri  altında  olan  və  elə  də  nüfuza  malik  olmayan 
İslam  partiyasının  (AİP)  fəaliyyətinin  müvəqqəti  dayandırılması 
haqqında  da  eyni  fikri  söyləmək  olar.    AİP  bir  müddət 
fəaliyyətini  dondursa  da,  islam  ideologiyasının  daşıyıjıları 
uğrunda mübarizəsini davam etdirmişdir. 


 
221 
İdeologiyanın  insanların  ən  yaxın  mənafelərilə  bağlı    adi 
səviyyəsi  özündə  ijtimai  rəyi  əks  etdirən  sağlamfikirliyin 
mövjudluğunu şərtləndirir. Məsələn, azarbayjançılıq ideologiyası 
liberal  partiyaların  ideya  prinsipi  kimi  millətçilər  tərəfindən 
ümumilikdə rəğbətlə qarşılanmasa da, milli azlıqların mənafeyinə 
javab  verdiyinə  görə  az  əhəmiyyətli  deyil.  Azərbayjanın  Şimal, 
Şimal-Şərq,  Jənub-Şərqində  milli  azlıqlarla  məhdudlaşan 
elektorat azərbayjançılıq ideyalarını öz proqramına daxil edən və 
bu  ideyanın  həyata  keçirilməsi  uğrunda  mübarizə  aparan  siyasi 
partiyaların potensial elektoratıdır. 
Praktik,  tətbiqi  ideologiyada  proqram  komponentləri  də 
vardır  ki,  (siyasi  sənədlər,  manifestlər,  platformalar,  çağırışlar, 
şüarlar və s.), bu da sosial qüvvələrin sosial-siyasi şəraitə konkret 
meylini formalaşdırır.  90-jı illərdə milli vətənpərvər və türksevər 
qüvvələrin  «türkün  türkdən  başqa  dostu  yoxdur»  kimi  səmimi 
söylədikləri  şüardan  qərəzli  istifadə  edən  bədxah,  antitürk 
qüvvələr  Azərbayjanda  millii  münaqişələr  törətmək  üçün    bu 
şüarı başqa jür yozmuş və öz məkrli siyasətlərini həyata keçirmək 
üçün  bu  jür  vəziyyətdən  istifadə  etmişlər.  Göründyü  kimi, 
ideologiyada  elmilik  və  qeyri-elmilik,  konstruktivlik  və 
destruktivlik,  tərəqqilik  və  mühafizəkarlıq  təzahür  etdiyindən  o, 
ijtimai  həyatda  ya  məhsuldar,  müsbət  rol,  ya  da  neqativ  rol 
oynayır.  Bu  da  elektoratın  bir  qütbdə  qazanılması,  digər  qütbdə 
itirilmsi ilə nətijələnir. 
Əhalinin  mühafizəkar  və  ya  radikal  təbəqəsini  (mümkün 
elektoratı)  öz  tərəfinə  çəkmək  prosesində  sinfi-strat  maraqlarını 
ifadə  edən  siyasi  partiyaların  mübarizəsi  strat-ideya  çərçivəsinə 
sığmaya  da  bilər.    Belə  ki,  əhalinin  yoxsul  hissəsini  radikal 
çağırışlar və bəyanatlarla öz tərəfinə çəkmək jəhdləri uğursuz da 
nətijələnə  bilər.  Məsələn,  dindar,  yoxsul  kəndli  və  ya  ehtiyaj 
içində boğulan qaçqın mühafizəkar  da ola bilər, radikal-solçu da. 
Habelə əhalinin  yaşlı nəsli və  ya həyatdan faktik olaraq bezmiş, 
ümidsizliyə qapılmış, haqq-ədalətin nə vaxtsa bərqərar olajağına 
gümanı qalmayan hissəsi passiv mühafizəkar ola bilər.  Məhz bu 
jür 
mühafizəkar 
qüvvələr 
adətən 
seçkilərdə 
recimin 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə