Diaqnostika və texniki xiDMƏT


Mövzu 9.Avadanlıqların hissələrinin işçi səthlərinin yeyilməsinin əsas növləri



Yüklə 4,01 Mb.
səhifə31/52
tarix26.05.2022
ölçüsü4,01 Mb.
#88064
1   ...   27   28   29   30   31   32   33   34   ...   52
diaqnostika və texniki xidmət (1) (1)

Mövzu 9.Avadanlıqların hissələrinin işçi səthlərinin yeyilməsinin əsas növləri

Mövzu 9.Avadanlıqların hissələrinin işçi səthlərinin yeyilməsinin əsas növləri

Yeyilmənin təbiəti

Yeyilmə - sürtünmə əmsalını sürtünmə səthərindən materialın ayrılması və ya səthlərin plastik deformasiyası nəticəsində onların ölçülərinin tədricən dəyişməsi ilə müşayiət olunan bir prosesdir.

Qoşulmada olan iki səthin nisbi yerdəyişməsi zamanı onların səth qatlarında mexaniki və molekulyar qarşılıqlı təsir əmələ gəlir ki, bu da nəticə etibarilə işçi səthlərin mikrohəcmlərinin dağılmasına, yəni yeyilməyə gətirib çıxarır. Axır zamanlar yeyilmənin yorğunluq təbiəti nəzəriyyəsi geniş tətbiq olunur (kumulyativ yeyilmə nəzəriyyəsi). Bu zaman səth qatının dağılması səthdə yorğunluq çatlarının əmələ gəlməsi (səth materialının pulcuqların və ya materialın oksidlərinin əmələ gəlməsi) ilə əlaqələndirilir və yeyilmə prosesinin kumulyativ xarakterli yəni müxtəlif faktorların birgə təsiri prosesi kimi eləcə də friksion əlaqələrin çoxsaylı yüklənməsi kimi qiymətləndirilir. Bunu yəni yorğunluq anlayışının fiziki mahiyyətini dövri yüklənmənin yorğunluq çatlarının genişlənməsinə (inkişafına) təsiri haqqındakı təsəvvürlərə əsaslanaraq izah etmək olar.

Avadanlıqların hissələrinin işçi səthlərinin yeyilməsinin əsas növləri aşağıdakılardır:

Avadanlıqların hissələrinin işçi səthlərinin yeyilməsinin əsas növləri aşağıdakılardır:

Mexaniki yeyilmə:

Abraziv yeyilmə zamanı işçi səthlər üzərində olan abraziv hissəcikləri sürtünmə zamanı kəsici və cızıcı defektlər vasitəsilə işçi səthlərdə yeyilmə yaranır. Yeyilmə işçi səthlər üzərində əlavə abraziv hissəciklərin –metal yonqarların yaranması ilə müşayiət olunur ki, bu da yeyilmə intensivliyinin artmasına səbəb olur.

Tərkibində bərk hissəciklər olan maye və qaz axınının təsiri ilə baş verən yeyilmələr də abraziv yeyilmənin növlərinə aiddir.


Yüklə 4,01 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə