Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə17/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   65

35 
 
istifadə  edir.  Əgər  səsin  ahəngində  elə  bir  ciddi  dəyiĢiklik  yoxdursa,  nitq  adi  nəqli 
cümlə  intonasiyasından  kənara  çıxmırsa,  danıĢan  öz  nitqini  ünvanladığı 
Ģəxsə(Ģəxslərə)  yox,  baĢ  aĢağı,  yerə  və  ya  hər  hansı  naməlum  nöqtəyə  dikirsə, 
mimika  və  jestlərdən  yararlanmırsa,  belə  nitq  onun  özünə  də,  onu  dinləyənə  də 
sönük  və  lazımsız  görünəcək.  Ġntonasiyanın  tərkib  hissəsi  olan  avazlanma,  vurğu, 
fasilə,  temp  Ģifahi  nitqin  xüsusiyyəti  kimi  çox  əhəmiyyətlidir.  Nitq  zamanı 
dinləyici  danıĢana  baxıb  onun  üz  və bədən hərəkətlərini görmürsə, səsinin ahəngini 
hiss  etmirsə,  təkcə  nitqin  məzmununu  tutursa,  bu  artıq  canlı  danıĢıq  və  dinləmə 
deyil,  yazılı  nitqi  gözlə  oxuma,  baxma  prosesidir.  Oxucu  yazıda  müəllifin  və  ya 
personajın  monoloqunu  oxuyub  keçirdiyi  hissləri,  edəcəyi  hər  hansı  hərəkətini 
özünün 
qavrayacağı, 
anlayacağı 
Ģəkildə 
qiymətləndirir. 
ġifahi 
nitqin 
xüsusiyyətlərini  belə  qruplaĢdırmaq  olar:  1)  ġifahi  nitq  söylənilir  və  eĢidilir;  2) 
ġifahi  nitqdə  dinləyicilərin  kimliyi  nəzərə  alınaraq  aydın,  ümumiĢlək  sözlərə 
üstünlük  verilir;  Ailə-məiĢət  üslubunda  isə  əlavə  izaha  ehtiyac  qalmır;  3)  Qısa  və 
sadə  cümlələr,  yarımçıq  və  elliptik,  yaxud  söz-cümlələr,  replikalar  əsas  yer  tutur; 
4)  Nitq  danıĢıq  dili xüsusiyyətləri ilə səsləĢir; 5) Ġntonasiya, fasilə, vurğu və s. kimi 
vasitələrdən  istifadəyə  geniĢ  yer  ayrılır;  6)  Tələb  olunan məqamlarda mimika və ya 
jestlərə  yol  verilir;  7)  ġifahi  nitq  axını  yazılı  nitqə  nisbətən  sürətlidir.  Lakin 
mövzudan,  Ģəraitdən,  nitqin  məqsədindən,  danıĢanın  yaĢından,  danıĢığın  məcburi 
yaxud  məsləhət  xarakterli  olması  hesabına  sürət,  temp,  sözlərin  intensivliyi,  fasilə 
gözlənilir.  ġifahi  nitqin  ən  ümdə  xüsusiyyəti,  ailə-məiĢət  sferası  istisna  olmaqla, 
müəyyən  məsələ  haqqında  xüsusi  hazırlaĢmadan,  bədahətən,  sinə-dəftər 
danıĢmaqdır. Əlbəttə, qeydsiz-filansız nitq söyləmək, çıxıĢ etmək adamdan, sözün 
həqiqi mənasında, böyük hünər, istedad tələb edən iĢdir. 
YAZILI  NİTQ 
Nitqin  ikinci  əsas  forması  yazılı  nitqdir.  Yazılı  nitq  hərflər  və  durğu  iĢarələri  ilə 
(nöqtə,  vergül,  nida  və  sual  iĢarələri,  iki  nöqtə,  nöqtəli  vergül  və  s.) düzəlir. Yazılı 
nitq  Ģifahi  nitqin  əsasında  əlifbanın  meydana  gəlməsindən  sonra  yaranmıĢdır. 
Nitqin  yazılı  və  Ģifahi  formalarının  inkiĢafı,  dürüst  formalaĢması  ümumxalq 
danıĢıq  dili  normalarına  uyğun  gedir.  Gözəl  nitqdə  sözlərin  düzgün  tələffüzü, 
vurğunun  dəqiq  müəyyənləĢməsi  əsasdırsa,  yazılı  nitqdə  leksik  və  qrammatik 
normalara  ciddi  əməl  olunma  baĢlıca  Ģərtdir.  Yazılı  nitqdə  elmi,  texniki,  siyasi  və 
s.  sahələrə  aid  terminlərə  geniĢ  yer  verilir;  Yazılı  nitq  ədəbi  dilin  əsasında 
formalaĢdığından  orfoqrafik,  leksik  və  qrammatik  normalara  uyğun  əks  olunur. 
Yazılan  bütün  məlumatlar,  fikirlər  saxlanılır  və  gələcək  nəsillərə  ötürülür.Yazılı 
ədəbi  dilimizin  ilk  nümunələri  bədii  əsərlərlə  həyata  vəsiqə  almıĢdır.  Yazılı  nitq 
bilavasitə,  əlifbamızın  meydana  gəlməsindən  sonrakı  dövrə  aiddir,  yazı 
mədəniyyəti  ilə  bağlıdır.  Nəzm  və  nəsrlə  yazılmıĢ  bədii  əsərlər,  dövlət  sənədləri, 
dövlət  baĢçılarının  məktubları,  qəzet  və  jurnallar,  elmi  və  publisistik  yazılar, 
kitablar,  müxtəlif  məzmunlu  elan,  reklam  və  plakatlar  yazılı  ədəbi  dil 
nümunələridir.  Savadlı  və  mədəni  yazı  yazılı  nitq  mədəniyyətinin  təməlidir.  Yazı 
mədəniyyəti  nitq  mədəniyyəti  və  ədəbi  dil  normaları  ilə  sıx  bağlıdır.  Burada  ədəbi 
dilimizin  bütün  üslubları  təmsil  olunur.  Yazılı  ədəbi  dil,  əsasən,  orfoqrafik 
normalar  əsasında  səlisləĢir,  rəvanlaĢır.  ġifahi  ədəbi  dil  isə  orfoepik  normalarla 


36 
 
tənzimlənir.  ġifahi  nitqlə  yazılı  nitqin  fərqli  cəhətlərini  belə  xarakterizə  etmək  olar: 
1)  ġifahi  nitq  səslənmə  üçün  olduğundan  ani  Ģəkildə  söylənilir  və  bitir,  yazılı  nitq 
isə  müəyyən  vaxt  (saat,  gün  və  ya  ay,  ola  bilsin  ki,  bir  neçə  il  (  məsələn, Firdövsi 
"ġahnamə"əsərinin  üzərində  bütün  ömrü  boyu  iĢləmiĢdir;  S.Vurğun  "Komsomol" 
poemasını  iki  mərhələdə  -  keçən  əsrin  30-cu  və  40-cı  illərində  yazmıĢ,  lakin 
fikrində  tutduğunu  tamamlaya  bilməmiĢdir  və  s.)  ərzində  düĢünülərək  yazı  sürəti 
ilə  icra  edilir,  yəni  sonralar  oxunmaq  üçün  yazılır  və  saxlanılır;  2)  ġifahi  nitq 
üzərində  düzəliĢ  aparmaq  olmur,  təsadüfi  hallarda  səhv  deyilmiĢ  bir  cümlə  üzərinə 
bir  an  keçməmiĢ  qayıtmaq  istisnadır.  Yazılı  nitq  üzərində  düzəliĢ  aparıla  bilər, 
nəĢrə  təqdim  edilənə  qədər  yazıçının  istənilən  düzəliĢi  aparmağa  ixtiyarı  vardır. 
Əsərin  sonrakı nəĢrlərində də o bu hüququnu özündə saxlayır. Bəzən əsərin birinci 
və  son  variantı  da  mümkündür;  3)  ġifahi  nitqdə  fikrin  ekspressivliyinin 
təminatında  ritmik-melodik  vasitələr-pauza  (fasilə)  və  intonasiya  xüsusi  əhəmiyyət 
daĢıyır.  Yazılı  nitqdə  isə  bu  vasitəni  durğu  iĢarələri  öz  üzərinə  götürür  və  nitqin 
düzgün, təsirli  dərk edilməsinə  əvəzsiz  kömək göstərir. 
Sual və tapĢırıqlar 
1. Nitqin  ədəbi dil  normalarına uyğunluğunu  necə baĢa düĢürsünüz? 
2. Yazılı nitq mədəniyyəti  nə deməkdir? 
3. ġifahi  və yazılı ədəbiyyat  hansı vasitələrlə  yaĢayır? 
4. Dilin  ictimai  hadisə olub istehsalla  bağlılığını izah edin. 
5. Ġnsanlar öz fikirlərini  hansı formalarda çatdırırlar? 
6. Nitqi  fərdi, yoxsa ümumi  hadisə adlandırmaq düzgündür? 
7. Nitqin  növlərindən  ən çox hansılardan istifadə edirsiniz? 
8. ġifahi  və yazılı nitqdə fəal olan bədən üzvlərini  deyin və fikrinizi  əsaslandırın. 
9. ġifahi  nitq hansı vasitələrlə  təmin  olunur? 
10. ġifahi  və yazılı nitqin  xüsusiyyətlərini  ayrı-ayrılıqda qeyd edin. 
 
ÇalıĢma  27.  Mətni  oxuyun,  Ģifahi  və  yazılı  nitqi  fərqləndirən  cümlə  tiplərini 
göstərin. 
Onlar Məmmədin  bərabərinə çatanda Baran üzünü  Məmmədə tutub dedi: 
- Ə Mamed, kefin necədi, yaxĢıdı? 
-  Kefimə  nə  olubdur  ki,  Ģükür?!  Bu  gün  lap  yaxĢıdır!  EĢitməmiĢsən,  bizimkilər 
baĢlayıblar yavaĢ-yavaĢ almanların  burnunu əzməyə… deyə Məmməd  cavab verdi. 
- Kim  deyirdi ə? 
- Kim  deyəcək, sənin dədən - Qulaq! 
Baran, Məmmədə tərəf dartındı, Məmi Quloğlu  onu saxladı: 
- Gəl gedək ə, hər gədə-güdəyə baĢ qoĢma! 
- Görmürsən, dədəmə "qulaq" deyir köpək oğlu… Dədəmə 
Qulaq  deyənin  ağzını  cıraram…    Quloğlu,  Baranı  özünə  tərəf  dartanda  ayağı 
püĢtədə diĢlənmək üçün qoyulmuĢ dəyirman daĢına iliĢdi və o, ağzı üsdə yıxıldı… 
Baran  onun  əlindən  çıxıb  Məmmədə  hücum  çəkdi  və  ona  bir  Ģapalaq  iliĢdirdi. 
Məmmədin  yumruğu  vurmağı  ilə  Baranın  yerə  sərilməyi  bir  oldu.  Məmi  Quloğlu 
yerindən  qalxıb  Məmmədin  üstünə  cumdu.  Məmməd  tez  qaçıb dəyirmana girdi və 
qapını  arxadan  bağladı,  sonra  dəyirmanın  qapısının  üstündəki  balaca  pəncərədən 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə