Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə4/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   38

10 

 

Birinci mərhələdə YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir. Bunun üçün 



yük şöbəsi tərəfindən bəyannamənin bütün qrafalarının doldurulmasının düzgünlüyü yoxlanılır, bəyan edilmiş 

gömrük rejimi və malların adına müvafiq olaraq gömrük nəzarəti üçün tələb olunan sənədlərin mövcudluğu 

müəyyən edilir. YGB yoxlanıldıqdan sonra ona nömrə verilir və  aşkar edilmiş  səhvlərin düzəldilməsi üçün 

deklaranta qaytarılır. 

İkinci mərhələdə YGB-də göstərilən xarici valyutada ödənc-hesablaşma əməliyyatları nəzarət predmeti 

olur. Eyni zamanda xarici-iqtisadi fəaliyyət iştirakçısı  tərəfindən valyuta nəzarəti qanunvericiliyinə riayət 

olunması yoxlanılır. 

Üçüncü mərhələdə gömrük ödənişlərinin hesablanma dəqiqliyi, gömrük güzəştləri verilməsinin 

qanunamüvafiqliyi yoxlanılır, ödənişlərin gömrük orqanlarının hesabına daxil olmasına nəzarət edilir. 

Dördüncü mərhələdə statistika şöbəsi gömrük statistikası üçün mühüm olan qrafaların doldurulmasını 

yoxlayır. 

Nəhayət, beşinci mərhələdə yük şöbəsinin səlahiyyətli vəzifəli  şəxsi malın gömrük müayinəsi 

(yoxlaması) barədə qərar qəbul edir. 

Gömrük nəzarətinin bütün mərhələləri bitdikdən sonra yük sənədinə “Buraxılışa icazə verilir” ştampı 

vurulur. Bu ştamp və YGB-nin nömrəsi (yük sənədinin yuxarı sağ küncündə) şəxsi nömrəli möhürlə təsdiqlənir. 

Azərbaycan Respublikası gömrük orqanları gömrük nəzarətini həyata keçirərkən, bir qayda olaraq, 

icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş Azərbaycan Respublikasının 

gömrük işi haqqında qanunvericiliyinə, Azərbaycan Respublikasının digər qanunvericiliyinə  və beynəlxalq 

müqavilələrinə riayət edilməsini təmin etmək üçün kifayət edən gömrük nəzarəti formalarından istifadə edə 

bilər. 


Gömrük orqanlarının vəzifəsi gömrük sərhədindən keçirilən bütün mallara gömrük nəzarəti təşkil 

etməkdir. Gömrük nəzarəti predmetinin spesifikası bəzi hallarda gömrük nəzarətinin özünün təşkilində mühüm 

əhəmiyyətli xüsusiyyətləri  şərtləndirir. Belə ki, valyuta və valyuta qiymətlilərinin gömrük sərhədindən 

keçirilməsinə  nəzarət edərkən, gömrük orqanları qanunvericilikdə  nəzərdə tutulmuş digər orqanlarla birlikdə 

dövlət valyuta nəzarətinin həyata keçirilməsində iştirak edir. 

Xarici ticarət obyekti olan bəzi spesifik malların gömrük nəzarətinə  cəlb edilməsi  əlahiddə yanaşılma 

tərzi tələb edir. Məsələn, xam neft, qaz, neft və qaz məhsulları, enerji və s. Belə hallarda gömrük nəzarəti 

mexanizmi nəinki malların xüsusiyyətlərini, həmçinin nəqletmə üsullarını da nəzərə almalıdır. 

Bunun üçün gömrük orqanlrı qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki qüvvə, müxtəlif texniki 

vasitələr, odlu silah və digər vasitələr tətbiq edə bilər. 

Bir qayda olaraq, mal və  nəqliyyat vasitələri gömrük nəzarətinin başlandığı andan onun seçilmiş 

gömrük rejiminə uyğun olaraq bitməsinə qədər gömrük nəzarəti altında yerləşir. Başqa sözlə mal və nəqliyyat 

vasitələrinin gömrük nəzarəti altında yerləşməsi müddəti bilavasitə seçilmiş gömrük rejimindən asılıdır.  Əgər 

mallar sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilirsə bu müddət günlərlə ölçülür, əgər misal üçün gömrük 

anbarı rejimi altında bəyan edilirsə bu müddət üç ilə qədər ola bilər. Bu halda gömrük nəzarətinin müddəti də 

rejim başa çatana qədər uzadılmış olur. 

Mal və  nəqliyyat vasitələrinin gətirilməsi zamanı gömrük nəzarətinin başlanğıcı onların Azərbaycan 

Respublikasının gömrük sərhəddini keçdiyi an hesab edilir. Mal və nəqliyyat vasitələrinin ölkədən çıxarılması 

zamanı gömrük nəzarəti - gömrük bəyannaməsinin təqdim edildiyi andan başlanır. 

Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə, mallar və nəqliyyat vasitələri buraxıldığı 

andan gömrük nəzarəti başa çatır. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılan mallar və 

nəqliyyat vasitələri buraxılarkən, onlar Azərbaycan Respublikasının gömrük sərhəddini keçdiyi andan gömrük 

nəzarəti başa çatır.  

Gömrük nəzarəti altında malların yerləşdirilməsinin minimum müddətlərinin müəyyən edilməsi Dövlət 

Gömrük Komitəsinin səlahiyyətinə daxildir. Bu barədə texniki və texnoloji xarakterli qərarlar qəbul edilərkən 

eyni zamanda mühüm ictimai-hüquqi prinsiplər nəzərə alınmalıdır:  

- dövlət təhlükəsizliyinin təmin edilməsi;  

- qanunun aliliyi;  

- insan hüquq və azadlıqlarına hörmət və riayət edilməsi.  

Təqdim edilmiş gömrük bəyannaməsinin, mal və  nəqliyyat vasitələrinə gömrük nəzarəti üçün tələb 

olunan digər sənədlərin yoxlanılması üçün mövcud qanunvericilik maksimum müddət olaraq on gün müəyyən 

edir. Bu müddətin başlanğıcı olaraq gömrük bəyannaməsinin qəbul edildiyi və lazımi sənədlərin təqdim 

olunduğu gün hesab edilir.  

Əgər gömrük rəsmiləşdirilməsi prosedurası mal və  nəqliyyat vasitələrinin təqdim edilməsini nəzərdə 

tutursa, bu müddət belə təqdimetmə anından başlanır.  

Mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirən, yaxud gömrük orqanlarının nəzarət sahəsinə 

aid fəaliyyətlə məşğul olan şəxslər gömrük nəzarəti üçün tələb olunan sənəd və məlumatları təqdim etməlidirlər. 



11 

 

Gömrük nəzarəti üçün tələb olunan məlumatları gömrük orqanları vergi və digər nəzarət orqanlarından 



da ala bilərlər. Qanunvericilik gömrük orqanlarına bank və digər kredit idarələrindən mal və  nəqliyyat 

vasitələrini gömrük sərhədindən keçirən  şəxslərin, gömrük brokerlərinin, yaxud nəzarəti gömrük orqanlarına 

həvalə edilmiş sahələrdə fəaliyyət göstərən digər şəxslərin apardığı əməliyyatlar, hesablarının vəziyyəti barədə 

arayış və məlumatlar almaq hüququ verir. 

Gömrük nəzarəti üçün tələb olunan sənədlər təyinatına görə aşağıdakı qruplar üzrə təsnifatlandırılır. 

1. Ticarət sənədləri. Bu sənədlərə müqavilə, hesab, faktura, spesifikasiya (Spesifikasiya göndərişin 

predmetini xarakterizə edən məlumatların, bəzi hallarda qiymət, göndərmə  şərtləri, göndərmə müddətləri və 

sairənin əks olunduğu, göndərmə müqaviləsinin mətninə qoyulan sənəddir. Spesifikasiya müqavilənin ayrılmaz 

hissəsi sayılır), invoys (malların adı və qiyməti göstərilən sənəd), qablaşdırılma sənədləri və s. aiddir. Gömrük 

nəzarətinin həyata keçirilməsi üçün müqavilələrin hər hansı, o cümlədən faksimil surəti və  həmçinin, belə 

müqavilələrdən çıxarışlar da qəbul edilə bilər. Lakin müqavilələrin surətləri və onlardan çıxarışlar müqaviləni 

bağlayan təşkilatın rəhbərliyinin imzası və bu təşkilatın möhürü ilə təsdiqlənməlidir. Bununla belə təqdim edilən 

sənədlərdə məlumatların dəqiq olmadığını güman etməyə kifayət qədər əsas olarsa, gömrük orqanının vəzifəli 

şəxsləri müqavilələrin orijinal nüsxələrini tələb edə bilərlər. Müqavilə  tərəfləri barədə  məlumatların təsdiqi 

üçün, qeydiyyat və bank rekvizitləri (latınca “regiuisitum” - “tələb olunan”, “lazım olan” deməkdir. Sənədin 

həqiqiliyini tanımaq üçün lazım olan vacib məlumatlara rekvizitlər deyilir), göstərilmiş təşkilatın rəhbəri və baş 

mühasibi tərəfindən imzalanmış, möhürlə təsdiq edilmiş məktub-ərizə qəbul edilə bilər. 

2. Nəqliyyat sənədləri. Sadalanan nəqliyyat sənədlərinə  əsasən mallar gömrük sərhədindən keçirilir: 

konosament (konosament beynəlxalq gəmiçilikdə yüklərin daşınması prosesində daşıyıcı  və yük sahibi 

arasındakı münasibətləri müəyyən edən sənəddir), qaimə, dəmiryol nəqliyyatı üçün - yol-daşıma cədvəlləri, 

vaqon vərəqi, təhvil cədvəlləri, baqaj qəbzləri. 

3. Gömrük sənədləri. Belə  sənədlər gömrük orqanlarının vəzifəli  şəxsləri tərəfindən verilir və 

şəhadətləndirilir. Gömrük bəyannamələri, təyinat gömrükxanasına təqdim edilməsi tələb olunan digər sənədlər 

(çatdırılmaya nəzarət sənədləri), gömrük təminatları altında daşınmaya buraxılmış  nəqliyyat vasitələrinin 

şəhadətnaməsi, gömrük orqanları  tərəfindən verilən müxtəlif lisenziyalar, ixtisas attestatları  və s. gömrük 

sənədləridir. 

4. Gömrük nəzarəti üçün tələb olunan digər sənədlər. Belə sənədlərə xarici iqtisadi fəaliyyətlə məşğul 

olmaq hüququ verən təsisat sənədləri; uyğunluq və keyfiyyət sertifikatları (latınca “certihico” - “təsdiq edirəm” 

deməkdir. Müəyyən faktı  təsdiq edən yazılı  şəhadətnamə, sənəddir); digər dövlət nəzarət orqanları  tərəfindən 

verilən karantin, icazə sənədləri; sərhəd buraxılış vərəqələri və s. aid edilə bilər. 

Malın idxalı (ixracı) üçün müəyyən gömrük rejimi barəsində bəyanat vermək lazımdır. 

Gömrük rejimi Azərbaycan Respublikasının gömrük məqsədləri üçün (AR Gömrük Məcəlləsinin 17-ci 

maddəsinin 12-ci yarımbəndi) gömrük sərhədindən daşınan malların və nəqliyyat vasitələrinin hüquqi statusunu 

müəyyənləşdirən müddəalar məcmusudur. Azərbaycan Respublikasının gömrük sərhədindən daşınan bütün 

mallar aşağıdakıları müəyyən etmək üçün gömrük rejimlərindən keçirilməlidir: 

1) Azərbaycan Respublikası ərazisinə gətirilən və ya aparılan malın sahibinin səlahiyyətinin səviyyəsi; 

2) mallara vergi qoyulması qaydası; 

3) gömrük rejiminin bəyan edilməsi ilə  əlaqədar mal sahibinə qarşı qoyulan tələblər,  şərtlər və 

məhdudiyyətlər; 

Gömrük tənzimləmələri məqsədilə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaaq 

aşağıdakı gömrük rejimləri müəyyənləşdirilmişdir: 

1) sərbəst dövriyyə üçün buraxılış; 

2) təkrar idxal; 

3) tranzit; 

4) gömrük anbarı; 

5) rüsumsuz ticarət mağazası; 

6) gömrük ərazisində emal; 

7) gömrük nəzarəti altında emal; 

8) müvəqqəti idxal (ixrac); 

9) sərbəst gömrük zonası; 

10) sərbəst anbar; 

11) gömrük ərazisindən kənarda emal; 

12) ixrac; 

13) təkrar ixrac; 

14) məhvetmə; 

15) dövlətin xeyrinə maldan imtina. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə