11
•
Birinci ictimai əmək bölgüsünün nəticəsində - əkinçilik maldarlıqdan ayrılaraq müstəqil peşəyə çevrildi
•
Əkinçilik sahəsində bir çox dəyişikliklər baş verdi: toxa əkinçiliyi məhsuldarlığı xeyli yüksəldən
xış əkinçiliyi ilə əvəz
olundu, əkin sahələri
genişləndi, süni suvarma yarandı
•
Atdan istifadə və davarların sayının artması nəticəsində maldarlığın yeni sahəsi –
köçmə (yaylaq) maldarlığı meydana
gəldi
•
Əhali sənətkarlığın
dulusçuluq, metalişləmə, toxuculuq və.s sahələri ilə məşğul oldu, dulusçuluq daha çox inkişaf etdi,
hazırlanan saxsı qab nümunələrinin forma və bədii tərtibatına xüsusi diqqət yetrildi, qoyunçuluğun inkişafı toxuculuğu
genişləndirdi
•
Dəfn adətində bir çox dəyişikliklər baş verdi – ölülər yaşayış məskənindən kənarda dəfn edilir, bəzi qəbirlərin üzərində
kurqanlar (torpaq təpələr) qurulur,
ölüyandırma və
kollektiv dəfnetmə adəti meydana gəldi, dini ayinlərin icrası üçün
ibadətgahlar tikildi (Xaçmaz rayonunda
Sərkərtəpə, Qazax rayonunda
Babadərviş və
Naxçıvan yaxınlığında
I Kültəpə
yaşayış yerlərində
belə
mehrabı olan ibadət evləri aşkar edilmişdir).
Erkən Tunc dövründə dairəvi planda ibadət evləri aşkar edilmiş düşərgələr
Erkən Tunc dövründə cəmiyyətdə baş vermiş dəyişikliklər
Əhalinin yaşayışında baş
vermiş dəyişikliklər
Əhalinin təsərrüfatında baş
vermiş dəyişikliklər
Əhalinin dini baxışlarında
baş vermiş dəyişikliklər
Əhalinin sayı artdı, onlar dağətəyi və dağlıq zonalarda məskən saldılar, evlər çay
kənarlarında və düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə salındı,
yaşayış evləri
dairəvi planda, bünövrəsi daşdan və divarları çiy kərpicdən tikilirdi
Əkinçilik maldarlıqdan ayrılaraq müstəqil peşəyə çevrildi, toxa əkinçiliyi xış
əkinçiliyi ilə əvəz olundu, əkin sahələri genişləndi, süni suvarma yarandı, Atdan
istifadə nəticəsində köçmə (yaylaq) maldarlığı meydana gəldi
Ölünü yaşayış məskənlərinin kənarında dəfn edilirdi, ölüyandırma və kollektiv
dəfnetmə adəti yarandı, bəzi qəbirlər üzərində kurqanlar qurulurdu
Sərkərtəpə (Xaçmazda)
Babadərviş (Qazaxda)
I Kültəpə (Naxçıvanda)
12
Eneolit və Tunc dövründə dövründə yaşayış binaları səciyyəvi cəhətlər
Eneolit dövrü
Tunc dövrü
Əhali artdı və daha geniş ərazilərdə məskunlaşdı
Yaşayış məskələri çay kənarında, əkinçilik və
maldarlıq üçün əlverişli yerlərdə salınırdı
Yaşayış binaları və təsərrüfat tikililəri çiy kərpicdən
və möhrədən dairəvi planda tikilirdi
Evləri qızdırmaq və yemək hazırlamaq üçün evin
ortasında və ya divarında ocaq qurulurdu
Əhali artdı və daha geniş ərazilərdə məskunlaşdı
Əhali dağətəyi və dağlıq zonalarda məskən saldılar
Evlər çay kənarlarında və düşməndən müdafiə
olunmaq üçün əlverişli yerlərdə salınırdı
Yaşayış evləri dairəvi planda, bünövrəsi daşdan və
divarları çiy kərpicdən tikilirdi
Orta Tunc dövrü
Orta Tunc dövrü
– e.ə III minilliyin sonları və e.ə II minilliyin əvvəllərində başlamış – II minilliyin ortalarına qədər davam
etmişdir.
Orta Tunc dövründə:
•
Sosial və əmlak bərabərsizliyi artdı, tayfalararası əlaqələr genişləndi
•
Kənd tipli yaşayış məskənləri ilə yanaşı iri yaşayış məskənləri -
ilkin şəhər mərkəzləri yarandı
•
Naxçıvan və
Urmiya bölgəsindəki bəzi yaşayış məskənləri Qədim Şərqin ilkin şəhər mərkəzləri səviyyəsinə qədər
yüksəldi. Naxçıvanda
II Kültəpə, Oğlanqala, Urmiya sahilində
Göytəpə, Qarabağda
Üzərliktəpə düşərgələrində
ilkin
şəhər tipli yaşayış məskənləri
aşkar edilmişdi
•
Qədim Naxçıvan şəhəri yarandı
(e.ə 3500 il bundan əvvəl)
•
Bağçılıq və
bostançılıq kimi yeni
təsərrüfat sahələri,
üzümçülük və
şərabçılıq meydana
gəldi
•
Maldarlığın inkişafı tayfalararası ticarətin artmasına şərait yaratdı,
mübadilə yarandı
•
İkinci ictimai əmək bölgüsü nəticəsində sənətkarlıq başqa istehsal sahələrindən (maldarlıq və əkinçilikdən) ayrılaraq
müstəqil sahəyə çevrildi (Bu dövrdə sənətkarlığın müstəqil sahəyə çevrildiyini Naxçıvan yaxınlığındakı
II Kültəpədən
tapılmış
dulusçuluq məhəlləsi və
dulus sobaları da təsdiq edir)
•
Dulusçuluqda müəyyən dəyişikliklər baş verdi – dulusçular davamlı və rəngli – boyalı saxsı qablar hazırlamağa
başladılar (Ona görə də bu dövrdə Azərbaycan Yaxın Şərqdə
Boyalı qablar mədəniyyəti ilə tanınırdı)
•
Metalişləmə sahəsində xeyli yeniliklər və irəlləyişlər baş verdi – sənətkarlar əridilmiş metalı xüsusi qəliblərə tökərək
müxtəlif əmək alətləri, silah, bəzək əşyaları hazırlamağa başladılar
•
Metaldan geniş istifadə olunsada, daşişləmə sənəti müəyyən qədər öz mövqeyini saxladı (bunu sənətkarların
dəvəgözü və
çaxmaqdaşından oraq və baltalar düzəltməyi sübut edir)
•
Ovçuluq və
balıqçılıq köməkçi məşğuliyyət sahələrinə çevrildi
•
Qəbilə və tayfalar böyük
tayfa ittifaqlarında birləşdi, soykökü etibarı ilə bir-birinə yaxın olan kiçik tayfalar varlı və
güclü tayfaların ətrafında birləşməyə başladılar
•
Tayfanın varlı üzvləri və tayfa başçıları icmaya məxsus əmlakın çox hissəsini mənimsəməyə, ölərkən isə zəngin ev
əşyaları və silahları ilə birlikdə dəfn olunmağa başlanıldı (yoxsul tayfa üzvlərinin qəbirlərinə isə az miqdarda avadanlıq
qoyulurdu)