24
•
Urartunun kömək göstərdiyi
mərkəzdən ayrılmaq istəyən qüvvələr fəallaşdı
•
E.ə 716-cı ildə sui-qəsd nəticəsində öldürüldü
Ullusun hakimiyyəti (e.ə 716-680)
Azanın vəfatından sonra Ullusun hökmdar oldu. Mixi yazılarındakı məlumata görə onun hakimiyyətə gəlməsində
Urartu
hökmdarı I Rusa kömək etmiş və bunun qarşılığında Ullusundan
22 Manna qalasını almışdı. Ullusunun hakimiyyəti dövründə:
•
Hakimiyyətə gələrkən Assuriya ilə ittifaqdan üz döndərdi
•
Assuriya əsarətindən azad olmaq üçün Urartu ilə ittifaqa girdi
•
Manna Urartu ilə Assuriya arasında mübarizə meydanına çevrildi
•
Ölkədə tam sabitlik yaranmadı, daxili
çəkişmələr yenə davam etdi
•
Manna Assuriya hökmdarı II Sarqonun hücumuna məruz qaldı
•
Manna Assuriyanın siyasi ağalığını yenidən tanıdı
II Sarqonun Mannaya e.ə 716-cı il yürüşü
Ullusunun hakimiyyəti dövründə Mannanın Assuriya əsarətindən azad olmaq üçün Urartu ilə ittifaqa girməsi Assuriya
hökmdarı
II Sarqonu qəzəbləndirdi. Odurki, II Sarqon
e.ə 716-cı ildə Mannaya yürüş etdi. II Sarqonun bu yürüşü
nəticəsində:
•
Sarqon paytaxt İzurtunu və bir neçə Manna şəhərini tutaraq yandırdı, Ullusun dağlara qaçdı
•
II Sarqon Azanın qatillərindən birini tutaraq cəzalandırdı
•
Ullusun II Sarqonun yanına gələrək ondan mərhəmət diləməsi qarşılığında hakimiyyətdə qaldı
•
Ullusu Assuriyanın siyasi ağalığını tanıdı və II
Sarqonun şərəfinə yazılı
abidə qoydurdu
•
II Sarqon bütün Manna torpaqlarını
Ullusuna tabe etdi
II Sarqonun Mannaya e.ə 715-ci il yürüşü
II Sarqonun
e.ə 716-cı il yürüşündən sonra Urartu hökmdarı I Rusa Mannaya qarşı təcavüzdən yenə də əl çəkməyərək onun
bəzi canişinləri ilə əlaqəyə girdi. Manna canişini
Dayaukku I Rusanın fitnəsinə uyaraq mərkəzi hakimiyyətə tabelilikdən çıxdı. Belə
olduqda, II Sarqon Ullusunu ilə ittifaqa sadiq qalaraq
e.ə 715-ci ildə Manna canişini Dayaukkuya və
I Rusaya qarşı yürüşə çıxdı. I
Rusa ordu toplayaraq II Sarqonu qarşıladı.
E.ə 715-ci ildə II Sarqonla I Rusa arasında baş
vermiş döyüş nəticəsində:
•
Urartu hökmdarı məğlub olaraq döyüş meydanından qaçdı
•
II Sarqon döyüşdə qalib gəldi
Beləliklə, II Sarqonun e.ə 715-ci il yürüşü nəticəsində
Mannanın Urartu tərəfindən işğal edilmiş torpaqları geri qaytarıldı.
Lakin ölkədə tam sabitlik yaranmadı, daxili çəkişmələr yenə də davam etdi.
QEYD: Mərkəzi hakimiyyətə qarşı qiyam baş verməsi Manna dövlətinin
e.ə 719-ci və
715-cı illər tarixi üçün oxşar cəhət
təşkil edir.
II Sarqonun Mannaya e.ə 714-cü il yürüşü
E.ə 714-cü ildə II Sarqon Manna, Midiya və başqa ölkələrə
böyük yürüş təşkil etdi. Böyük yürüş zamanı
II Sarqonun Manna ilə
əlaqədar üç məqsədi var idi:
1.
Mannanı Urartunun təcavüzündən tamamilə azad etmək.
2.
Mannada Assuriyanın mövqeyini möhkəmləndirmək.
3.
Mannadan Assuriyaya vaxtlı-vaxtlı xərac göndərilməsini təmin etmək.